Məhkəmə qərarları › İş №2(103)-1736/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1736/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1736/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İlk iddia üzrə iddiaçı LPO İddiaçı ASC-nin ləğvedici X3 Cavabdeh qarşı “kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedici X2rşı “borcun olmaması” barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)- 2352/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı LPO İddiaçı ASCnin ləğvedici X1 verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun, ona hesablanmış kredit faizlərinin tutulması və tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış A/750 saylı xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə əsas borc üzrə 2814.72 manat, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2014-cü il tarixə 300.89 manat faiz borcunun, cəmi 3115.61 manat, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına, tutmanın ipoteka müqaviləsi ilə yüklü edilmiş “MERCEDES BENZ C230 minik” markalı, 1997-ci il buraxılışlı, qara rəngli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh Ləğv prosesində İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi, borcun olmaması barədə müvafiq qeydlərin aparılması və ipotekaya xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2352/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə qismən təmin olunaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış A/750 saylı xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti müəyyənlşdirilmiş “MERCEDES BENZ C230 minik” markalı, 1997-ci il buraxılışlı, qara rəngli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülükdən azad edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı Ləğv prosesində İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin müəyyən edilmiş faktiki hallarından da göründüyü kimi, İddiaçı ASC ilə ilkin iddia üzrə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-cı il tarixli A/750 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 4900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 24 ay müəyyən olunmasına baxmayaraq, kredit müqaviləsinin 11.1-cı bəndində müqavilənin qüvvədə olma müddəti tərəflərin hər birinin öz üzərinə düşən öhdəliklərini tam olaraq icra etdiyi anadək müəyyən edilmişdir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydası barədə razılığa gəlmiş və iddia müddətinin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini kredit müqaviləsində əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 24 aylıq müddət müqavilənin qüvvədə olrna müddəti kimi deyil, borcun hissə-hissə qaytarılması kimi müəyyən edilmişdir. Hesab edir ki, qarşılıqlı iddia ərizəsinə müqavilə üzrə öhdəliklərin borclu tərəfindən icra olunduğuna dair sübut əlavə edilmədiyinə görə iddia müddəti hazırkı işə tətbiq edilə bilməz. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırkı mübahisəyə tətbiq edilərək məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh, 3-cü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Qeydiyyat İmtahan Şöbəsi və Azərbaycan Respublikası Maliyyə X6 nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələblərinə görə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə iddiaçının nümayəndəsi Mətanət Əliyev apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixdə ilk iddia üzrə Cavabdeh tərəfindən daxil olmuş etirazda göstərilmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır. Formal mülahizələrə əsaslanır. Şikayətin təmin olunaraq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir maddi hüquqi və prosessual əsas yoxdur. Qətnamə maddi və prosessual hüquq normalarına riayət olunması, düzgün tətbiq edilməsi, iş üçün əhəmiyyətli halların sübut edilməsi ilə qəbul edilmişdir. Buna görə də həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin və ona etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə əsasən qətnamə tam yoxlanılır. Hazırki işdə apellyasiya şikayəti ilk iddia üzrə iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddianın təmin olunmadığı hissədə yoxlanılır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyant məhkəmə qətnaməsini yalnız ilk iddianın təmin olunmadığı hissədə mübahisələndirir. Məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İşdə olan A/750 saylı xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 26 faiz olmaqla, 4900 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq bağlanmış A/750 saylı xx xxxxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən “MERCEDES BENZ C230 minik” markalı, 1997-ci il buraxılışlı, qara rəngli, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. xx xxxxxx 2019-cu il tarixli **********033 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixə banka 2814.72 manat əsas borcu, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2014-cü il tarixə 300.89 manat faiz borcu, cəmi 3115.61 manat borcu vardır. Cavabdeh banka olan kredit borcunu ödəmədiyi üçün ona İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmiş, lakin kredit borcu ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, ilkin iddia tələbi üzrə cavabdehin xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 2814.72 manat əsas borcu, kredit müqaviləsinin bitdiyi, yəni xx.xx.2014-cü il tarixə 300.89 manat faiz borcu, cəmi 3115.61 manat borcunun mövcud olmasına baxmayaraq ilkin iddia tələbi üzrə iddiaçı həmin borc tələbi ilə bağlı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsi üzrə son ödəniş müddətinin xx xxxxxx 2014-cü il tarixi olmasına baxmayaraq, ilkin iddia tələbi üzrə iddiaçı həmin tarixdən beş ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda müqavilə tələbləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti keçdiyindən hazırkı mülki iş üzrə iddia müddəti tətbiq edilməklə ilkin iddia tələbi kredit borcu tələbinə münasibətdə rədd edilməlidir. Hazırki işə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəf ilk iddia üzrə iddia müddətinin tətbiqi ilə bağlı müvafiq ərizə də vermişdir. Azərbaycan Respublikası MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələbinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsindən aydın olur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarına əsasən, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı iddia müddətinin keçməsi əsası ilə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər hazırki qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas deyil. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan MPM-nin 385.2-ci maddəsinin tələbləri baxımından ləğv edilə bilməz. Belə olan halda apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı Ləğv prosesində İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2352/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə iddiaçı Ləğv prosesində İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar