Məhkəmə qərarları › İş №2(103)-174/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-174/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-174/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə xx xxxxx 2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsinə əsasən illik 4 faizlə xx xxxxx 2020-ci il tarixədək qaytarmaq şərti ilə 7.000.000 (yeddi milyon) manat, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsinə əsasən isə illik 4 faizlə xx xxxxxx 2021-ci il tarixədək qaytarmaq şərti ilə 3.000.000 (üç milyon) manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı olaraq, xx xxxxxx 2010-cu il tarixli, İ- SKMF/179a saylı ipoteka müqaviləsinə əsasən, X12 məxsus Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81, 83, 80 saylı mənzilləri, xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179b saylı ipoteka müqaviləsinə əsasən, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi ( 2 saylı anbar sahəsi), xx xxxxxxx 2010-cu il tarixli, İ-SKMF/179 saylı ipoteka müqaviləsinə əsasən, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsi, xx xxxx 2013-cü il tarixli 100.CL.240413.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evi, X4 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evi, X2 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evi, xx xxxx 2010-cu il tarixli, İ-2484 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi və Vəliyev Rövşən Vaqif oğluna məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsinin təminatı olaraq, xx xxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/g saylı ipoteka müqaviləsinə əsasən, xxxxxxxxxx firmasına məxsus Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, xxxxxxxxxx firması ilə xx xxxxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/d saylı zaminlik müqaviləsi, Cavabdeh3 ilə isə xx xxxxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/f saylı zaminlik müqaviləsi bağlanmışdır. Borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilmədiyindən, xx xxx 2017-ci il tarixə banka olan borcu xx xxxxx 2013-cü il tarixli 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə 7.000.000 manat əsas, 545.372,35 manat faiz və 72685,15 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 7618057,50 manat, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat əsas və 199.857,53 manat faiz borcu olmaqla, cəmi 3.199.857,53 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildirişlər göndərilmiş, bildirişlər reyestr orqanında ərizə ilə qeydə alınmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. İpoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda, qalan borcun əvəzi cavabdehin digər əmlakı hesabına ondan tutulmalıdır. Göstərilənlərə əsasən xx xxxxx 2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMCdən İddiaçı ASC-nin xeyrinə 7.000.000 manat əsas, 545.372,35 manat faiz və 72685,15 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 7.618.057,50 manat, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən, “xxxxxxxxxx” Firmasından və Cavabdeh3 müştərək qaydada 3.000.000 manat əsas və 199.857,53 manat faiz borcu olmaqla, cəmi 3.199.857,53 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, hər iki müqavilə üzrə tutmanın xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179a saylı ipoteka müqaviləsinə əsasən, X12 məxsus Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81, 83, 80 saylı mənzillərinə, xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179b saylı ipoteka müqaviləsinə əsasən, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə ( 2 saylı anbar sahəsi), xx xxxxxxx 2010-cu il tarixli, İ-SKMF/179 saylı ipoteka müqaviləsinə əsasən, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, xx xxxx 2013-cü il tarixli, 100.CL.240413.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evi, X4 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evi, X2 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə, xx xxxx 2010-cu il tarixli, İ-2484 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi və Vəliyev Rövşən Vaqif oğluna məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə yönəldilməsi, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə tutmanın, həmçinin, xx xxxx 2014-cü il tarixli, 100.CL.300114.00001/g saylı ipoteka müqaviləsinə əsasən, xxxxxxxxxx firmasına məxsus Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, ipoteka əmlaklarının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən, “xxxxxxxxxx” Firmasından və Cavabdeh3 ümumi qaydada tutulması, X12 məxsus Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81, 83, 80 saylı mənzillərinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində X8, X3, Axundova (Cəfərzadə) Lalə Talıb qızının, Mövsümova (Cəfərzadə) Şöhrət Talıb qızının və Cəfərzadə Şövkət Talıb qızının mənzilləri tərk etməsi, mənzillərin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Vəliyev Rövşən Vaqif oğluna məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda, ən geci bir ay ərzində Vəliyev Rövşən Vaqif oğlunun, X1, X16 və Abiyeva (Vəliyeva) Çimnaz Rövşən qızının yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində X1 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh3 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi), Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə, X4 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə, xxxxxxxxxx firmasına məxsus Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdə və satıldıqda, ən geci bir ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxx 2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə "xxxxxxxxxxxxxxxxxxxxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə ******* manat əsas, 1200902,50 manat faiz və 462326,41 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 8648228,91 manat, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən, “xxxxxxxxxxx” Firmasından və Cavabdeh3 müştərək qaydada ******* manat əsas, 411036,30 manat faiz və 64742,26 manat artırılmış faiz (cərimə) borcu olmaqla, cəmi 3475778,56 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, hər iki müqavilə üzrə tutmanın xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179a saylı ipoteka müqaviləsinə əsasən, X12 məxsus, Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81,83,80 saylı mənzillərinə, xx xxxxxx 2010-cu il tarixli, İ-SKMF/179b saylı ipoteka müqaviləsinə əsasən, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə ( 2 saylı anbar sahəsi), xx xxxxxxx 2010-cu il tarixli, İ- SKMF/179 saylı ipoteka müqaviləsinə əsasən, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, xx xxxx 2013-cü il tarixli, 100.CL.240413.00001/d saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evi, X4 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evi, X2 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə, xx xxxx 2010-cu il tarixli, İ-2484 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi və Vəliyev Rövşən Vaqif oğluna məxsus, Bakı şəhəri. M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə yönəldilməsi, xx xxxxxx 2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə tutmanın, həmçinin xx xxxx 2014-cü il tarixli 100.CL.300114.00001/g saylı ipoteka müqaviləsinə əsasən, “xxxxxxxxxx” firmasına məxsus, Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, ipoteka əmlaklarının açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən, “xxxxxxxxxx” Firmasından və Cavabdeh3 ümumi qaydada tutulması, X12 məxsus, Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81,83,80 saylı mənzillərinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində X8, X3, Axundova (Cəfərzadə) Lalə Talıb qızının, Mövsümova (Cəfərzadə) Şöhrət Talıbqızının və Cəfərzadə Şövkət Talıb qızının mənzilləri tərk etməsi, mənzillərin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Vəliyev Rövşən Vaqif oğluna məxsus, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Vəliyev Rövşən Vaqif oğlunun, X1, X16 və Abiyeva (Vəliyeva) Çimnaz Rövşən qızının yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı- Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində X1 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 məxsus, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanasıküçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh3 yaşayış evini tərk etməsi, evin boşaldılması və əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi), Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə, X4 məxsus, Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə, “xxxxxxxxxx” firmasına məxsus, Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdə və satıldıqda, ən geci bir ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən xx.xx.2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə 6.985.000 (altı milyon doqquz yüz səksən beş min) manat əsas borc, 1.200.902,50 (bir milyon iki yüz min doqquz yüz iki manat, əlli qəpik) manat faiz borcu, 100.000 (bir yüz min) manat cərimə borcu olmaqla, cəmi 8.285.902,50 (səkkiz milyon iki yüz səksən beş min doqquz yüz iki manat, əlli qəpik) manat məbləğində pul, cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, «xxxxxxxxxx» Firmasından və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.0001 saylı kredit müqaviləsi üzrə 2.924.860,74 (iki milyon doqquz yüz iyirmi dörd min səkkiz yüz altmış manat, yetmiş dörd qəpik) manat əsas borc, 411.036,30 (dörd yüz on bir min otuz altı manat, otuz qəpik) manat faiz borcu, 64.742,26 (altmış dörd min yeddi yüz qırx iki manat, iyirmi altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.400.639,30 (üç milyon dörd yüz min altı yüz otuz doqquz manat, otuz qəpik) məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsmunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməsi,tutma ipoteka qoyulmuş X12 məxsus Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81,83,80 saylı mənzillərinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 1.050.000 (bir milyon əlli min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.200.000 (iki milyon iki yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş X4 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.200.000 (iki milyon iki yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş X2 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı-Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 1.700.000 (bir milyon yeddi yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 2.300.000 (iki milyon üç yüz min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş Vəliyev Rövşən Vaqif oğluna məxsus, Bakı şəhəri. M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlakın ilkin satış qiymətinin 1.000.000 (bir milyon) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutma ipoteka qoyulmuş “xxxxxxxxxx” firmasına məxsus Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC, «xxxxxxxxxx» Firması və Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borcları ödənilməsi, satışlardan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğ cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən, “xxxxxxxxxx” Firmasından və Cavabdeh3 ümumi qaydada tutulması, satışlardan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti X12, Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna, Cavabdeh3, X4,X2, Vəliyev Rövşən Vaqif oğluna və “xxxxxxxxxx” firmasınaqaytarılması, ipoteka predmeti olan X12 məxsus Bakı şəhəri, Nizami küçəsi, 50 nömrəli evin 81,83,80 saylı mənzillərinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində X20, X6, Axundova (Cəfərzadə) Lalə Talıb qızı, Mövsümova (Cəfərzadə) Şöhrət Talıbqızı və Cəfərzadə Şövkət Talıb qızının mənzilləri tərk etmələri və mənzillərin boşaldılması, ipoteka predmeti olanVəliyev Rövşən Vaqif oğluna məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanası küçəsində mülkiyyətində olan 0,01 ha torpaq sahəsində yerləşən 26 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Vəliyev Rövşən Vaqif oğlu, X5, X24 və Abiyeva (Vəliyeva) Çimnaz Rövşən qızının yaşayış evinin tərk etmələri, evin boşaldılması, ipoteka predmeti olan X2 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsi, Bakı- Zaqulba şossesində istifadədə olan 0,01553 ha torpaq sahəsində yerləşən 7b saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində X1 yaşayış evini tərk etməsi, ev boşaldılması, ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Daş Karxanasıküçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda, ən geci bir ay ərzində Cavabdeh3 yaşayış evini tərk etməsi, evin boşaldılması, ipoteka predmeti olan Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində mülkiyyətində olan 0,39906 ha torpaq sahəsində yerləşən 681,8 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə (2 saylı anbar sahəsi), Cəfərov Məmmədhüseyn AbuTalıb oğluna məxsus Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 71 saylı binanın 2-ci mərtəbəsində ümumi sahəsi 159,5 kv.m. olan qeyri-yaşayış sahəsinə, Cavabdeh3 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1923 saylı bağ evinə, X4 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1921 saylı bağ evinə, “xxxxxxxxxx” firmasına məxsus, Abşeron rayonu, Masazır kəndində 1,30 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldildikdə və satıldıqda, ən geci bir ay ərzində həmin əmlakların boşaldılması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmışekspertizatədqiqatınındəyəri300 (üç yüz)manatcavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, «xxxxxxxxxx» Firmasından və Cavabdeh3 tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22hesabınaköçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində qanunsuz və əsassız olduğuna görə, aşağıdakı əsaslarla ləğv edilərək, iddiaçı “xxxxxxx” ASC-nin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 22268 saylı rəyinə əsaslanaraq, xx.xx.2014-cü il tarixli 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcun məbləğini 2924960,74 manat müəyyən etmişdir. Göründüyü kimi, əvvəla, məhkəmə düzgün olmayan ekspert rəyinə əsaslanmaqla, əsas borcun 2924860,74 manat məbləğində olması nəticəsinə gəlmişdir. Ekspert çox güman ki, ödənilmiş məbləğəri faizdən silindiyi halda həmin məbləğin əsas borcdan slinməli olmasını ehtimal etmiş və düzgün hesablama aparmamışdır. Məhkəmə isə öz növbəsində düzgün olmayan ekspert rəyinə istinad etməklə qeyd olunan müqavilə üzrə əsas borcun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə cavabdehlərdən tələb olunan dəbbə pulunun məbləğini də xeyli azaltmışdır. Dəbbə pulunun həcmini azaldarkən, qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyini vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın maratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Ona görə də, hesab olunur ki, məhkəmə qənamədə səhv nəticəyə gəlmiş, işin hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının əvvəkli iclasında izahat verən İddiaçı ASC-nin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan (100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulmaması) ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı tərəf yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Cavabdehlər isə qətnaməni mübahisələndirməmişdir. Ona görə də, hazırki halda məhkəmə qətnamənin yalnız iddiaçıya münasibətdə və mübahisələndirilən hissədə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə, yəni cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, «xxxxxxxxxx» Firmasından və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində dəyişdirilməklə, əsas borc 3.000.000 (üç milyon) manat müəyyən edilməli, üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 145,0 (bir yüz qırx beş) manat pul cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-yə 84 ay müddətinə, illik 4%-lə, 3.000.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borclu «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 3.000.000 manat əsas borc, 411.036,3 manat faiz borcu, 64.742,26 manat cərimə borcu, cəmi 3.475.778,56 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22268 saylı, xx xxxxxx 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2013-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixə «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 6.999.999,90 manat, faiz borcu üzrə 455.016,84 manat məbləğində olması, xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, əsas borc üzrə 2.924.860,74 manat, faiz borcu üzrə 185.382,27 manat məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 300 (üç yüz) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə «xxxxxxxxxxxxxxxxxxxxxx» MMCnin xx.xx.2019-cu il tarixə əsas borc ******* (üç milyon) manat, faiz borc 468834.03 (dörd yüz altımış səkkiz min səkkiz yüz otuz dörd manat üç qəpik) manat və hesablanmış artırılmış fazi borcu 100516.17 (bir yüz min beş yez on altı manat on yeddi qəpik) manat olmaqla cəmi 3569350.20 (üç milyon beş yüz altımış doqquz min üç yüz əlli manat iyrimi qəpik) manat təşkil edir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin vəsatəti əsasından iş üzrə məhkəmə-mühasibatlıq еkspеrtizаsı təyin еdilmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir. Apellyasiya icraatı zamanı tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 10184 nömrəli, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən xx xxxxxx 2019-cu il tarixə 3408524.21 AZN; əsas borc üzrə 3.000.000,00 AZN və faiz borcu üzrə 408524,21 AZN manat müəyyən olunur. İş materiallarında xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazıtki ekspertiza tədqiqatı ilə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə cərimə hesablanmamışdır. Azərbayca Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərində götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə banka borclu olduqları əsas borcun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə qətnamə xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə əsas borcunun tutulması hissəsində dəyişdirilməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Mülki işin hallarından isə görünür ki, cavabdeh alınmış kreditdən müəyyən miqdar ödənişlər etmiş olsa da, üzərinə düşən öhdəliyi tam yerinə yetirməmiş və öhdəliyini gələcəkdə yerinə yetirməklə bağlı hərəkət etmək niyyətini də göstərmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 100.LN.2004.240413.00001 saylı kredit müqaviləsi üzrə tutulması müəyyən edilən 2.924.860,74 (iki milyon doqquz yüz iyirmi dörd min səkkiz yüz altmış manat, yetmiş dörd qəpik) manat əsas borcu dəyişdirilməli və iş üzrə təyin edilmiş ekspert rəyi nəzərə almaqla həmin məbləğ 3.000.000 (üç milyon) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyiri 145,0 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş ekspertizanın dəyərini təşkil edən 145,0 manat məbləğində pulcavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən tutularaq Azərbayacan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə, yəni cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, «xxxxxxxxxx» Firmasından və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində dəyişdirilməklə, əsas borc 3.000.000 (üç milyon) manat müəyyən edilməli, üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 145,0 (bir yüz qırx beş) manat pul cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-304/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndiriən hissədə, yəni cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, «xxxxxxxxxx» Firmasından və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli 100.LN.2004.300114.00001 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində dəyişdirilərək əsas borc 3.000.000 (üç milyon) manat müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145,0 (bir yüz qırx beş) manat pul cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar