Məhkəmə qərarları › İş №2(103)-1743/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1743/2021

04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1743/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Günel Rza qızı İsmayılovanın katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 oğlunun iştirakı ilə, İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1638/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə1753.40 (bir min yeddi yüz əlli üç manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 6.70 (altı manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 7787.46 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8107.46 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-ci il tarixli, 03/1145 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” növbəti aktlar tərtib edilmişdir: xx.xx.2017ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 908 kub metr dəyəri 90.80 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1827 kub metr dəyəri 182.70 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 680 kub metr dəyəri 68 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1232 kub metr dəyəri 123.20 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1471 kub metr dəyəri 147.10 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 688 kub metr dəyəri 68.80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, cəmi:1753,40 manat. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə olunmuş abonentin saldosundan göründüyü kimi cavabdeh kənar qaz istifadə etməklə İddiaçınə cəmi 7787,46 manat ziyan vurmuşdur.Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. İddiaçı səlahiyyətli nümayəndəsi Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar əsasında yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Qeyd olunanları və digər əsasları göstərərək nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti verməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən icavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, qətnamə iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı apellyasiya şikayətində Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edlməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamə iddianın təmin olunmamış hisəsində mübahisələndirilir. Apellyator hazırkı iş üzrə qətnməni iddianın təmin olunmamış hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlaılmalıdır. İş materiallarında olan 01/2818 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 03/1145 saylı “qaz paylayacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********20000 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən xx.xx.2017-ci il tarixli akt üzrə 908 kub metr, xx.xx.2017-ci il tarixli akt üzrə 1827 kub metr, xx.xx.2017-ci il tarixli akt üzrə 680 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 1232 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 1471 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 688 kub metr, xx.xx.2018- ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018- ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma vardır. Göründüyü kimi məhkəmə, məhkəmə tikinti-texniki ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərək, Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edilmiş hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, cavabdeh təbii qazdan qeyriqanuni istifadə etmiş və iş materiallarına əlavə edilmiş aktlara əsasən, iddiaçı tərəfindən ona 1753.40 manat məbləğində borc hesablanmışdır. Lakin hazırda İddiaçı cavabdehdən 7787.46 pul tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini cavabdeh tərəfindən 1753.40 manat istisna olmaqla, tələb olunan digər borc məbləğinin hansı qaydada və əsasla hesablanmasına dair əsaslı və mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni 1753.40 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməsini, iddia tələbini qalan hissədə rədd edməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində, İddiaçı İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar