Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-175/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1, Cavabdeh5, Cavabdeh4 iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(005)-67/2018 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh8 ASC, Cavabdeh4 nümayəndəsi X2 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh6 Talib oğlundan, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı X7 xeyrinə - 06R000007172 saylı kredit razılaşması üzrə 47123,73 ABŞ dolları məbləğində kredit borcu, 8107,47 ABŞ dolları məbləğində faiz borcu və 21839,55 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 77070,75 ABŞ dolları borcun, 06R000008006 saylı kredit razılaşması üzrə 22075,29 ABŞ dolları məbləğində kredit borcu, 4724,10 ABŞ dolları məbləğində faiz borcu və 8739,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 35539,32 ABŞ dolları borcun, ümumilikdə cəmi 112.610,07 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Bərdə şəhəri, Nizami küçəsində Cavabdeh8 X10 mülkiyyətində olan 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40.1 kv.m köməkçi, 412 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə, Bərdə şəhəri Bahadur Hacıyev küçəsi döngə 3-də Cavabdeh6 Talib oğlunun mülkiyyətində olan 0,1206 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 126.3 kv.m yaşayış, 207.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə və Bakı şəhəri Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 1-ci girişində 3-cü mərtəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 4 otaqlı 158.8 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 112610,07 ABŞ dolları sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh6 Talib oğlundan, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Bərdə şəhəri Nizami küçəsində Cavabdeh8 X10 mülkiyyətində olan 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40.1 kv.m, 412 kv.mümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksinin boşaldılması və İddiaçı-nə təhvil verilməsi, Bərdə şəhəri Bahadur Hacıyev küçəsi döngə 3-də Cavabdeh6 Talib oğlunun mülkiyyətində otar 0,1206 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 126.3 kv.m yaşayış, 207.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh6 Talib oğlunun həmin fərdi yaşayış evinə və torpac sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindər çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı-yə təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 1-c girişində 3-cü mərtəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 4 otaqlı 158.8 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzilindən çıxarılması, mənzilin boşaldılması və İddiaçı-nə təhvil verilməsi barəds qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh5, Cavabdeh6 Talib oğlundan, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X7 xeyrinə 06R000007172 saylı kredit razılaşması üzrə 47123,73 ABŞ dolları kredit borcu, 14.275.12 ABŞ dolları faiz borcu və 33.429,85 ABŞ dolları cərimə olmaqla, cəmi 94828,70 ABŞ dolları, 06R000008006 saylı kredit razılaşması üzrə 22075,29 ABŞ dolları kredit borcu, 7461,44 ABŞ dolları faiz borcu və 14170,45 ABŞ dolları cərimə olmaqla, cəmi 43707,18 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 138.535,88 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması; tələbin Bərdə şəhəri Nizami küçəsində Cavabdeh8 X10 mülkiyyətində olan 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40.1 kv.m köməkçi, 412 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə; Bərdə şəhəri Bahadur Hacıyev küçəsi döngə 3-də Cavabdeh6 Talib oğlunun mülkiyyətində olan 0,1206 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 126.3 kv.m yaşayış, 207.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə; Bakı şəhəri Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 1-ci girişində 3- cü mərtəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 4 otaqlı 158.8 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 138.535,88 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh6 Talib oğlundan, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulması; Bərdə şəhəri, Nizami küçəsində ‘Cavabdeh8” X10 mülkiyyətində olan 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40.1 kv.m köməkçi, 412 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksinin boşaldılması və İddiaçı- nə təhvil verilməsi; Bərdə şəhəri Bahadur Hacıyev küçəsi döngə 3-də Cavabdeh6 Talib oğlunun mülkiyyətində olan 0,1206 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı, 126.3 kv.m yaşayış, 207.9 kv.m köməkçi sahədən ibarət 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 Talib oğlunun həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı-nə təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 1-ci girişində 3-cü mərtəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 4 otaqlı 158.8 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzilindən çıxarılması, mənzilin boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı X7 xeyrinə - 06R000007172 saylı kredit razılaşması üzrə 47123,73 ABŞ dolları kredit borcu, 14275,12 ABŞ dolları faiz borcu və 33429,85 ABŞ dolları cərimə olmaqla, cəmi 94828,70 ABŞ dolları, 06R000008006 saylı kredit razılaşması üzrə 22075,29 ABŞ dolları kredit borcu, 7461,44 ABŞ dolları faiz borcu və 14170,45 ABŞ dolları cərimə olmaqla, cəmi 43707,18 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 138.535,88 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Bərdə şəhəri Nizami küçəsində Cavabdeh8 X10 mülkiyyətində olan 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40,1 kv.m köməkçi, 412 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və cəmi 138.535,88 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutulması; Bərdə şəhəri Nizami küçəsində Cavabdeh8 X10 mülkiyyətində olan 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40.1 kv.m köməkçi, 412 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlak kompleksinin boşaldılması və İddiaçı-nə təhvil verilməsi; Bakı şəhəri Nərimanov rayonu Nəcəf Nərimanov küçəsi 5a nömrəli evin 1-ci girişində 3-cü mərtəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 4 otaqlı 158.8 kv.m ümumi sahədən ibarət 10 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzilindən çıxarılması, mənzilin boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(005)-67/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 06R000007172 saylı xx.xx.2011-ci il tarixli kredit razılaşması üzrə 47.123,73 ABŞ dolları əsas kredit borcu, 9.799,12 ABŞ dolları faiz borcu və 10.000 ABŞ dolları cərimə olmaqla, cəmi 66.922,85 ABŞ dolları məbləğində pul və 06R000008006 saylı xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə 22.075,29 ABŞ dolları əsas kredit borcu, 2.682,14 ABŞ dolları faiz borcu və 3.000 ABŞ dolları cərimə olmaqla, cəmi 27.757,43 ABŞ dolları məbləğində pul ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqı iddiaçı «xxxxxxxxxxx» QSC- nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 5a saylı evin 10 saylı mənzilinə və Cavabdeh8 ASC-nə məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinə yönəldilməsi, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən 5a saylı evin 10 saylı mənzilinin ilkin satış qiymətinin 250.000 manat məbləğində və Cavabdeh8 ASC-nə məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 300.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə olunan vəsait hesabına İddiaçı-nin borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçilərə qaytarılması, satışdan əldə olunacaq pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borc cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, Qeyd olunan əmlakların açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mülkiyyətçilər həmin mənzildən və qeyriyaşayış sahəsindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan cəmi 400 manat cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh7, Cavabdeh8 ASC-dən, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı ASC, Cavabdeh8 ASC, Cavabdeh4 nümayəndəsi X2 və Cavabdeh5 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirərək, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-3306/2019 saylı qərardadı ilə ərizə təmin edilmiş İddiaçı-nin apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya icraatına iddiaçıya münasibətdə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh8 ASC Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh8 ASC arasında bağlanan xx.xx.2008-ci il tarixli, 06M000000230 saylı ipoteka müqaviləsinə əsasən Bərdə şəhəri, Nizami küçəsində 1.854 ha torpaq sahəsinin üzərində yerləşən 371.9 kv.m əsas, 40.1 kv.m köməkçi, 412 kv.m ümumi sahədən ibarət əmlak kompleksi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yəni yalnızca torpaq sahəsi üzərində yerləşən qeyri- yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Lakin məhkəmə qətnaməsi ilə tələb üzrə tutma Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinə yönəldilmişdir. Hansı ki, əmlak kompleksi dedikdə həm torpaq sahəsi, həm də onun üzərində yerləşən qeyri-yaşayış sahəsi nəzərdə tutulur. Məhkəmə də öz qətnaməsində konkret olaraq tutmanın torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinə yönəldiyini qeyd etməli idi. Odur ki, hesab edir ki, qətnamə həmin hissədə ləğv edilərək yeni qətnamə qəbul edilməlidir. Bundan başqa ipoteka müqaviləsinin predmeti olan əmlak kompleksi üçün müəyyən olunmuş qiymət onun real qiymətinə uyğun gəlmir. Belə ki, qiymətləndirmə zamanı əmlak kompleksinin real bazar qiyməti daha çox olmuşdur. Lakin məhkəmə qeyd olunan halı nəzərə almayaraq iş üzrə tərəflər üçün qeyri-bərabər qətnamə qəbul etmişdir. Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin bağlanması iddiaçı ilə Cavabdeh6 Talib oğlu arasında olan münasibətlər irəli gəlmişdir. Belə ki, iddiaçı tərəfindən verilən kreditlər kimə və nə vaxt verilməsi açıq-aydın görünür. İddiaçı bank tərəfindən verilən kreditlər Cavabdeh6 Talib oğluna verilmişdir. Məhkəmə araşdırmanı obyektiv aparmamışdır. Ona görə ki, məhkəmə tərəfindən obyektiv araşdırma aparılsaydı onda məlum olardı ki, iddiaçı bank özünün ayrı-ayrı şöbələrindən Cavabdeh6 Talib oğluna neçə milyonlar kredit verilmişdir. Verilən kreditlərin təyinatı üzrə xərclənməsinə iddiaçı bank tərəfindən nəzarət olmamışdır. Cavabdeh6 Talib oğlu götürdüyü krediti ödəmədiyi halda iddiaçı bank tərəfindən Cavabdeh6 Talib oğluna növbəti kredit xətti açılırdı. Bu halların baş verməsindən belə nəticəyə gəlmək olar ki, tərəflər arasında münasibətlər maraqlar üzərində qurulmuşdur. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf kimi əsas borc məbləği ilə razılaşsa da, məhkəmə tərəfindən tutulan faiz borcun məbləği həddindən artıq yüksəkdir və reallığı əks etdirmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən faiz borcun məbləği azaldılsa da, hələ də tələb olunan iddia məbləği reallığı əks etdirmir, şişirdilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 və Cavabdeh4 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətlərinə etiraz edərək, rədd edilmələrini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatorlara münasibətdə yoxlanılması təşkil edir. Digər tərəflər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000001109 saylı kredit xətti müqaviləsi ilə, bank tərəfindən cavabdehə 120 ay müddətinə 26 ay müddətinə, xx xxxxxx 2018-ci il tarixə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 06R000007172 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh5 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 310000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 06R000007172S saylı sazişdən görünür ki, İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 06R000007172 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, sonuncu ödənişin olunması xx xxxx 2017-ci il tarixə müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 06R000008006 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh5 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100.000 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli 06S000006325 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh4 borc alan Cavabdeh5 ilə borc verən İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000001109 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2010-cu il tarixli 06S000004867 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh8 ASC borc alan Cavabdeh5 ilə borc verən İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 06L000001109 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2008-ci il tarixli 06M000000230 saylı ipoteka müqaviləsi ilə, Cavabdeh8 ASC kredit müqaviləsinin təminatı olaraq Bərdə şəhəri, Nizami küçəsində mülkiyyətində olan 1.854 ha torpaq sahəsində yerləşən 412 kv.m ümumi, 371,9 kv.m əsas, 40.1 kv.m köməkci sahədən ibarət əmlak kompelsi İddiaçı-yə ipotekaya qoymuşdur. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 168.681,52 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2011-ci il tarixli 06M000000715 saylı ipoteka müqaviləsi ilə, Cavabdeh4 kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 5a nömrəli evin 1-ci girişində, 3- cü mərtəbəsində yerləşən 158,8 kv.m ümumi, 101.8 kv.m yaşayış, 57.0 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 10 nömrəli mənzili «İddiaçın» QSC-yə ipotekaya qoymuşdur, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 115.601 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 6676 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh5 arasında bağlanmış 06R000007172 saylı xx.xx.2011-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh5 xx.xx.2017-ci il tarixə 47.123,73 ABŞ dolları məbləğində əsas borcu, 9.799,12 ABŞ dolları faiz borcu, 14.386 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 71.308,85 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 6677 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh5 arasında bağlanmış 06R000008006 saylı xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh5 xx.xx.2016-cı il tarixə 22.075,29 ABŞ dolları məbləğində əsas borcu, 2.682,14 ABŞ dolları faiz borcu, 4.656 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29.413,43 ABŞ dolları məbləğində borcu vardır. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı əsasında müəyyən edilmişdir. Buna baxmayaraq,iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-3306/2019 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə Bank tərəfindən ödənilməsi tələb olunan borc məbləğinin fərqli hesablandığı müəyyən olunmuşdur. Belə ki, Ekspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 11929 saylı ekspert rəyinə əsasən, xx xxxxxx 2011-ci il tarixli 06R000007172 saylı kredit razılaşması üzrə Cavabdeh5 xx.xx.2017-ci il tarixə, yəni müqavilə müddətinin sonuna olan əsas borcu 49.083,42 ABŞ dolları, faiz borcu isə 7.745,64 ABŞ dolları hesablanmışdır. Həmçinin rəydə qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə 22.442,55 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş, lakin, sual qoyulan tarixdən sonra ödənildiyindən ödəniş nəzərə alınmamışdır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından əsas borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclular tərəfindən Banka ödənilməmiş əsas borcunun məbləği 47.123,73 ABŞ dolları, faiz borcunun məbləği isə 7.745,64 ABŞ dolları müəyyən edilməlidir. xx.xx.2018-ci il tarixdə ödənilmiş 22.442,55 ABŞ dolları nəzərə alınmaqla, yekun olaraq xx xxxxxx 2011-ci il tarixli 06R000007172 saylı kredit razılaşması üzrə borcluların banka olan borcu 32.426,82 ABŞ dolları (47,123.73+7,745.64-22,442.55=36.426,82) müəyyən edilməlidir. Bundan başqaməhkəmə kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-3306/2019 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dairEkspertiza tədqiqatının nəticələrinə dair məhkəmə kollegiyasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 11929 saylı ekspert rəyinə əsasən, xx xxxx 2012-ci il tarixli 06R000008006 saylı kredit razılaşması üzrə Cavabdeh5 xx.xx.2016-cı il tarixə, yəni müqavilə müddətinin sonuna olan əsas borcu 21.161,79 ABŞ dolları, faiz borcu isə 2.539,41 ABŞ dolları hesablanmışdır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apellyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas və faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Belə olan halda xx xxxx 2012-ci il tarixli 06R000008006 saylı kredit razılaşması üzrə borcluların banka olan əsas borcu 21.161,79 ABŞ dolları, faiz borcu isə 2.539,41 ABŞ dolları müəyyən edilməlidir. Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə, ipotekaqoyan Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinin və 1,854 ha torpaq sahəsinin banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarından görünür ki, Bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun” ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka qoyana məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Buna görə də kollegiya hesab edir ki, tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməlidir. Kollegiya qeyd edir ki, ipoteka predmetərinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqavilələri bağlanarkən Cavabdeh8 ASC-nə məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinin və 1,854 ha torpaq sahəsinin bazar dəyəri 168.681,52 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair təqdim edilmiş ekspert rəylərinə əsasən, ipoteka predmetlərinin dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: -xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli 30 nömrəli hesabatdan görünür ki, Cavabdeh8 ASC-nə məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinin və 1,854 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan likvid qiyməti 300.000 manat təşkil edir. Kollegiya hesab edir ki, Cavabdeh8 ASC-nə məxsus Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksinin və 1,854 ha torpaq sahəsinin real bazar qiyməti ekspert rəyində göstərilən kimi 300.000 manat müəyyən edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərini müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya Cavabdeh8 ASC-nin apellyasiya şikayətinin dəlillərini ilə bağlı qeyd edir ki, ipoteka predmeti Bərdə şəhəri, Nizami küçəsində mülkiyyətində olan 1.854 ha torpaq sahəsində yerləşən 412 kv.m ümumi, 371,9 kv.m əsas, 40.1 kv.m köməkci sahədən ibarət əmlak kompelsi göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikası DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlkaın Dövlət Reyestindən MH seriyalı ******* saylı Çıxarışa əsasən, yüklü edilən əmlak Bərdə şəhəri, Nizami küçəsində yerləşən əmlak kompleksi 1.854 ha torpaq sahəsi ilə birlikdə göstərilmişdir. Həmin müqavilə və çıxarışda olan yanlışlıqların aradan qaldırılması ilə bağlı isə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək, ipoteka qoyan tərəfindən hər-hansı hərəkət edilməmiş, bununlada həmin müqavilə və çıxarışda olan halları qəbul etməsinə dair öz iradəsini bildirmişdir. Kollegiya Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə tərəflər müvafiq müqavilələri imzalayaraq, öz iradə ifadələrini bildirmişlər və müvafiq müqavilələrdə göstərilən hüquqlardan istifadə edərək, öhdəliklər əldə etmişlər. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Kollegiya Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, o, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətini əsaslandırarkən qətnaməni faiz borcunun tutulması hissəsində mübahisələndirmiş və kollegiya tərəfindən həmin hallara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyatorlar Cavabdeh8 ASC, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh8 ASC, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətləri qismən təmin edilməli, İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2011-ci il tarixli 06R000007172 saylı kredit razılaşması üzrə olan borc 32.426,82 ABŞ dolları müəyyən edilməli, xx xxxx 2012-ci il tarixli 06R000008006 saylı kredit razılaşması üzrə isə əsas borc 21.161,79 ABŞ dolları, faiz borcu isə 2.539,41 ABŞ dolları müəyyən edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyatorlar Cavabdeh8 ASC, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh8 ASC, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətləri qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2011-ci il tarixli 06R000007172 saylı kredit razılaşması üzrə olan borc 32.426,82 ABŞ dolları; xx xxxx 2012-ci il tarixli 06R000008006 saylı kredit razılaşması üzrə isə əsas borc 21.161,79 ABŞ dolları, faiz borcu isə 2.539,41 ABŞ dolları müəyyən edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat apellyatorlar Cavabdeh8 ASC, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-175/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-175/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver