Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1754/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iş üzrə QƏTNAMƏSİ (açar sözlər: istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X14 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndəsi Çezik Muratın iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2023-ci il tarixli, 2(008)-5921/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş (keçmiş Bolşevik) küçəsi, 55 saylı ev üzərində Cavadova X10 hüquqları qeydə alınmışdır.
2. 19 avqust 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 oktyabr 1978-ci il tarixdə vəfat etmiş Cavadova X10 vərəsəsiX8dur və miras əmlak olan ünvan 5 saylı ev (yeni qaydalarla: AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,073630 ha torpaq sahəsindən və sahəsi 72,7 kv.m fərdi yaşayış evindən ibarətdir.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 0,073630 ha torpaq sahəsində yerləşən sahəsi 72,7 kv.m olan ünvan 5 saylı ev (yeni qaydalarla: AZ 1038, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında 25 avqust 2023-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır;
4. 23 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8 mülkiyyətində olan ünvan 5 saylı ev (yeni qaydalarla: AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,073630 ha torpaq sahəsinin 0,0311 ha hissəsini və sahəsi 72,7 kv.m fərdi yaşayış evinin 46,5 ev.m hissəsini qardaşı qızı Nümayəndə bağışlamışdır.
5. Hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışa əsasən 0,04253 ha torpaq sahəsində yerləşən sahəsi 48,5 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, ev (yeni qaydalarla: AZ 1038, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Lütfi Məmmədbəyov küçəsi 19) xüsusi mülkiyyət hüququ əsasında 15 noyabr 2023-cü il tarixdə Nümayəndə adına qeydiyyata alınmışdır;
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 may 2023-cü il tarixli, 2(102)-2050/2023 nömrəli qərarına əsasən İddiaçı ilə Cavabdeh2 arasında olan nikah ləğv edilmişdir.
7. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə 5-18-2/2- 2978/23 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları 10 sentyabr 2007-ci il təvəllüdlü X9 və 22 iyun 2010-cu il təvəllüdlü X9 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 2006-cı ildə faktiki nikaha daxil olsa da, 12 aprel 2015-ci il tarixdə nikah rəsmiləşdirilmişdir. Birgə nikahdan iki övladı – 10 sentyabr 2007-ci il təvəllüdlü X18 və 22 iyun 2010-cu il təvəllüdlü X21 anadan olmuşdur. O, qeyri-rəsmi nikaha daxil olduğu vaxtdan, yəni 2006-cı ildən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçüb, hal – hazıra kimi həmin evdə yaşayır. Birgə nikahdan olan övladları da həmin evdə yaşamaqla qeydiyyatdadırlar. Həmin evdə övladları və ondan başqa Cavabdeh1 da yaşayır. Digər Cavabdeh2 isə uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Axırıncı dəfə 2023-cü ilin yanvar ayında müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlib geri qayıtmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportla Cavabdeh1 həyat yoldaşının anası Cavadova X10 adınadır. Həmin şəxs vəfat etdikdən sonra həmin evə heç kimin mülkiyyətçi kimi hüququ tanınmamışdır. Lakin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığım ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini heç bir əsas olmadan mütəmadi olaraq onu təhqir edərək tərk etməyini tələb ediblər. Aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. O, 17 ildir ki, həmin yaşayır, başqa yerdə yaşamağa nə evi var, nə də kirayə ev tutmağa maddi imkanı mövcuddur.
10. Cavabdehlər tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, texniki inventarizasiya pasportuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi ev 55 cavabdehin mərhumə qaynanasının Cavadova X10 adında olmuş olsa da, sonradan X1 mülkiyyətinə keçmişdir və hal-hazırda da sonuncunun mülkiyyətindədir. Həmin evdə cavabdehlər qeydiyyatdadır. İddiaçının onu və övladlarını evdə yaşamağa imkan verməməsi barədə arqumentləri absurd bir iddiadır. Belə ki, iddiaçının övladları olan Mirzə və Adəm onun nəvələridir və onlar onunla birlikdə yaşayırlar, onların gündəlik qida tələbatlarını, təhsil ilə bağlı xərcləri tərəfindən qarşılanır. Nəvələrinin anası olan iddiaçı isə öz azyaşlı övladlarının gündəlik tələbat və qayğıları ilə maraqlanmır. Qeyd edilən fərdi yaşayış evi qaynı X3 məxsusdur, ümumiyyətlə İddiaçı onlara qarşı iddia qaldrmağı da düzgün deyil. O, iddianı onlara deyil, mənzilin mülkiyyətçisinə qarşı qaldırmalı idi. İddiaçını evdən qovmaq və ya belə bir şəraiti yaratmaq kimi niyyəti belə yoxdur.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2023-ci il tarixli, 2(006)- 3470/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 023-cü il tarixdən Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi, 55 saylı ev (yeni qaydalarla: AZ 1038, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında X1 mülkiyyətindədir. 2023-cü ilədək isə evin sahibi Cavadova X20 olub. İddiaçı Cavadova X10 nəvəsinin keçmiş arvadıdır. İddiaçı Cavabdeh2 ilə 2006-ci il tarixdə faktiki nikaha daxil olsa da, rəsmi nikahları 2015-ci ildə bağlanmışdır. Mübahisə predmeti olan həmin evə gəlin köçərkən evin sahibi iddiaçınını həyat yoldaşı Xalidin nənəsi Cavadova Sara idi. İddiaçı ilə Cavabdeh2 aralarında bağlanmış nikah pozulduqdan sonra da həmin evdə yaşamağa davam edir. Hazırkı işdə İddiaçı nikaha daxil olarkən köçdüyü yaşayış sahəsinin mülkiyyətçisi ilə ( o zaman Cavadova X20) birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə ki, Ailə Məcəlləsinin “ailənin başqa üzvlərinin aliment öhdəlikləri” başlıqlı 15-ci fəslində hansı qohumların və hansı şərtlər çərçivəsində birinin digərini saxlamaq vəzifəsi öz əksini tapmışdır. Lakin, tərəflər arasında həmin qohumluq münasibəti aşkar edilmədiyindən (Ailə Məcəlləsinin 15-ci fəslinin təsir dairəsinə düşmədiyindən) sözügedən mənzildə iddiaçının istifadə hüququ yaranmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1-ci və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında 2 fərdi yaşayış evinin yerləşməsi, həmin fərdi yaşayış evinin birində o, və övladları, keçmiş qayınanası Cavabdeh1, digər fərdi yaşayış evində X6 və sonuncunun ailə üzvlərinin yaşamasına, X29 mərhum anasının vərəsəsi olaraq 2-ci, yəni, yaşadığı evə mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnamə çıxararkən iddianı təmin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh1 iddia ərizəsinə etirazda göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianın və apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, ünvan 5 saylı ev nənəsi Cavadova X10 mülkiyyətində olmuş, qanun üzrə vərəsə kimi əmisi X2 adına keçmişdir. Sonradan bağışlama müqaviləsinə əsasən əmisi X8 mülkiyyətində olan 0,073630 ha torpaq sahəsinin 0,0311 ha hissəsini və sahəsi 72,7 kv.m fərdi yaşayış evinin 46,5 kv.m hissəsini ona bağışlamışdır. X8 və ailə üzvləri həmin fərdi yaşayış evinin öz adında qalan hissəsində yaşayırlar, iddiaçı isə evin əmisi tərəfindən ona bağışlanan hissəsində yaşayır. İddiaçının həmin evdən istifadə hüququ yaranmamışdır. Buna baxmayaraq iddiaçının orada yaşamasına heç kəs mane olmur.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
21. Məhkəmə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin müayinəsi aparılarkən müəyyən olundu ki, ünvan 5 ünvanında 2 fərdi yaşayış evi yerləşir, İddiaçı evin X8 tərəfindən Çezik Sədaqətə bağşılanmış hissəsində yaşayır. X2 mülkiyyətində qalan hissə isə daş hasarla mübahisə predmeti olan torpaq sahəsi və evdən təcrid olunmuş vəziyyətdədir. Evin İddiaçı yaşadığı hissəsi 2 otaqdan ibarətdir, evin 1 otağında İsmayılova Rəhilə, 1 otağında isə iddiaçı 2 uşağı ilə birlikdə yaşayır. Həyətin digər hissəsində isə qeydə alınmamış özbaşına tikili vardır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 nikahı 12 aprel 2015-ci il tarixdə rəsmiləşdirilsə də, faktiki olaraq nikah münasibətlərinin yaranması və mübahisə predmeti olan mənzilə köçməsi 2006-cı ilə təsadüf edir və bu xüsusatlar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən işin mübahisəsiz hallarıdır.
29. İlkin olaraq həmin vaxt istifadə hüququnun yaranıb – yaranmaması ilə bağlı məsələni qiymətləndirərkən məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dirçəliş (keçmiş Bolşevik) küçəsi, 55 saylı ev üzərində şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən Cavadova X10 hüquqları qeydə alındığından və həmin əmlak miras əmlak olaraq X2 mülkiyyətinə keçdiyindən evə mülkiyyətdə olan ev kimi qiymət verildiyi təqdirdə münasibətlərə həmin dövrdə qüvvədə olan, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə şamil olunan Mülki Məcəllənin 228-ci maddəsinin normaları tətbiq olunmalıdır. Bu baxımdan qiymətləndirmə apararkən, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmadığından iddiaçının yaşayış sahəsinə köçən zaman, oradan qanuni istifadə hüquqları yaranmamışdır.
30. Əgər münasibətlərin yarandığı dövrdə evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı, ev üzərində hüquqların yalnız texniki pasporta əsasən Cavadova X13 məxsus olması nəzərə alınarsa, yəni, həmin yaşayış evi mülkiyyətdə olmayan ev kimi qiymətləndirilərsə, bu zaman 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə şamil olunan Mənzil Məcəlləsinin 53,123-cü maddələrinə əsasən istifadə hüququ yaranmış olur. Lakin bu zaman da nəzərə almaq lazımdır ki, yaşayış sahəsi sonradan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 adına rəsmiləşdirilmiş, sonuncu isə həmin yaşayış sahəsinin bir hissəsini (iddiaçının yaşadığı otaqların olduğu sahə) Nümayəndə bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən iddiaçının, yəni, digər ailə üzvlünün yaşayış sahəsinə yaşayış hüququnun yaranması həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
31. İşin hallarından görünür ki, iddiaçının istər X5, istərsə də Nümayəndə münasibətdə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara əsasən istifadə hüququ yaranmamışdır.
32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2023-ci il tarixli, 2(008)- 5921/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2023-ci il tarixli, 2(008)- 5921/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev