Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1755/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1667/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinə yaradılmış maneənin aradan qaldırılması, onun həyətində cavabdeh tərəfindən açılmış pəncərənin cavabdehin hesabına sölükərək bağlanması və onun həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin divarının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1667/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Binəqədi rayon Məhkəməsinin 2(001)-1667/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə 2(103)-1755/2023 saylı mülki işin Bakı Apelyasiya Məhkəməsinin icraatında olan və eyni tərəflərin iştirak etdiyi 2(103)-124/2023 saylı müli işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırki mülki işlə əlaqədar olan ilkin iddia üzrə iddiaçı Cavabdehlər X5, X3 və İddiaçı qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı X4 Cavabdeh qarşı “pəncərələrin bağlanması” tələbinə dair mülki iş Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki iş, məhkəmənin icraatında olan ilkin iddia üzrə iddiaçı Cavabdehlər X5, X3 və İddiaçı qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı X4 Cavabdeh qarşı “pəncərələrin bağlanması” tələbinə dair mülki işə birləşdirilsin. Hazırki mülki iş, 2(103)-124/2023 nömrəli mülki işlə bir icraatda baxacaq məhkəmə tərkibinə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1755/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1755/2023
28.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver