Məhkəmə qərarları › İş №2(103)-1755/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1755/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1755/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(007)-1930/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MMC (direktor X11) ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, cəmiyyət ünvan 1 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək bir hissəsi 118 nömrəli mənzil olaraq, ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat (sonuncu ay 28.330 manat) olmaqla ödənilməlidir. "xxxx" MMC (direktor X11) ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, cəmiyyət ünvan 1 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ikinci hissəsi 118/1 nömrəli mənzil olaraq, ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat (sonuncu ay 28.330 manat) olmaqla ödənilməlidir. X1 xx.xx.2024-cü il tarixli 151 saylı qiymətləndirmə rəyinin surətindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında "xxxx" MMC-nin inşa etdiyi 1 saylı binanın 16-cı mərtəbəsində yerləşən 118 nömrəli, holl daxil olmaqla, ümumi tikinti sahəsi 175 kv.m (3 otaqlı) təşkil edən təmirsiz mənzilin 10 sentyabr 2022-ci il tarixə olan orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 (iki yüz səksən min) manat, likvid dəyəri isə 252.000 (iki yüz əlli iki min) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2773-9/2934 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının 118 saylı mənzilinin 2021ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 191.000 manat məbləğində müəyyən olunur. Həmin ünvanda inşa edilmiş yaşayış binasının 118/1 saylı mənzilinin 2021-ci il tarixə olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 191.000 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4097-9/4295 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının 118 saylı mənzilinin 2021ci ilin fevral ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 194.500 manat, həmin ünvanda inşa edilmiş yaşayış binasının 118/1 saylı mənzilinin 2021-ci ilin feval ayına olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 194.500 manat məbləğində müəyyən olunur. Qeyd: hazırkı ekspertiza tətqiqatı zamanı tətqiq olunan binada olan alqı-satqı məlumatlarına istinad edimişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X5 təqsirləndirilən şəxs qismində tanınmasına xitam verilmiş və onun barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri ləğv olunmuş, Cavabdeh1 və Cavabdeh3 zərərçəkmiş şəxs qismində tanınmalarına xitam verilmişdir. Qərardan müəyyən olunur ki, cinayət işinin başlanmasına əsas və səbəb X12 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh3 ünvan 4 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmiş bir saylı binanın 16-cı mərtəbəsində hər biri 175 kv.metr olan 118 nömərli və 118/1 nömrəli mənzillərin hər birinin 190.000 manata alınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 04 fevral 2021-ci ildə ünvan 4 ünvanında olan ofisdə Cavabdeh1 və Cavabdeh3 hər birindən 30.000 manat, ümumilikdə 60.000 manat, 17 may 2021-ci ildə ünvan 5 ünvanında olan ofisdə Cavabdeh1 və Cavabdeh3 hər birindən 20.000 manat, ümumilikdə 40.000 manat ələ keçirərək Cavabdeh1 50.000 manat və Cavabdeh3 50.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğunda toplanmış material olmuşdur. Qərardan müəyyən olunur ki, 14 dekabr 2022-ci ildə X15 şübhəli şəxs qismində tutulmuş, 15 dekabr 2022-ci ildə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham elan olunmuş və həmin tarixdə Vuqar Mustafaev barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon prokuroruna müraciət edilmişdir. 14 dekabr 2022-ci il tarixli Bakı şəhəri Nizami rayon prokuroru baş ədliyyə müşaviri Pərviz İbayevin qərarı ilə təqsirləndirilən şəxs X7 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həmin tarixdə Vuqar Mustafaev barəsində "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. 18 fevral 2023-cü ildə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X7 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. Qərardan müəyyən olunur ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X12 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X28 sahibkardır, Bakı şəhərində müxtəlif yerlərdə yaşayış evlərinin tikintisi ilə məşğul olur və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisidir. Təxminən 2016-cı ildə "xxxx" MMC tərəfindən ünvan 6 ünvanda yaşayış üçün hündür mərtəbəli evlərin tikintisinə başlanmışdır. X28 tərəfindən ona və qardaşı Cavabdeh2 həmin hündür mərtbəli binadan hərəsinə ayrı-ayrı 360 kv.metr sahəsi olan təmirsiz ev hədiyyə etmişdir. O, 2021-ci ilin yanvar ayında həmin evi satmaq qərarına gəlmişdir. 2021-ci ilin yanvar ayının axırları o, "xxxx" MMC-in ofisində olan zaman ofisdə işləyən xanımlardan biri ona üç nəfər şəxsi göstərib demişdir ki, bu yoldaşlar ev almaq istəyirlər. O, həmin şəxslərə yaxınlaşmış və soruşmuşdur ki, necə mənzil lazımdır? Sonradan adlarını bildiyi Xəqani, Röyal və Elmir demişlər ki, 4 otaqlı mənzil axtarırlar. O, Xəqani, Röyal və Elmirə ünvan 6 ünvanda olan ikinci binadan 4 otaqlı mənzil göstərmişdir. Qeyd olunan şəxslər həmin mənzilə baxmış, Xəqani və Röyal demişlər ki, onlara iki ədəd dörd otaqlı bir-birinə yaxın mənzillər lazımdır. O, həmin şəxslərə demişdir ki, birinci binadan 360 kv.metr sahəsi olan mənzil var, həmin mənzili ortadan bölmək olar. Bundan sonra o, birinci binada 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində olan 360 kv.metr mənzili onlara göstərmiş və bir daha bildirmişdir ki, həmin mənzili ortadan kərpiclə bölünəndən sonra bölgüdə gedən itkiyə görə 10 kv.metr çıxır, yerdə qalan 350 kv.metr mənzili iki hissəyə bölünür və hər mənzilə 175 kv.metr sahə düşür. Xəqani və Röyal ondan soruşmuşlar ki, bir mənzilin dəyəri necə manatdır? O, demişdir ki, bir evin qiyməti 230.000 manatdır. Xəqani və Röyal ona demişlər ki, onlar iki mənzili alacaq, qiymətdə endirim olacaq? O, demişdir ki, siz fikirinizi dəqiqiləşdirin, bir söz deyər. Təxminən 3-4 gündən sonra həmin şəxslər qiymət məsələsini dəqiqləşdirmək üçün gəlmişlər və o, son olaraq Xəqani və Röyala demişdir ki, bir mənzili 220.000 manat, iki mənzili isə ümumilikdə 440.000 manata satacaq. Xəqani və Röyal ona demişlər ki, həmin mənzilləri alırlar, həmin mənzili iki hissəyə böl, yəni mənzili ortadan kərpiclə böldür. O, Xəqani və Röyala razılıq vermiş, Xəqani və Röyal demişlər ki, 440.000 manata qarşılıq ilkin olaraq 100.000 manat ödəyib, qalan pulu 6 ay ərzində hissə-hissə olmaqla tam şəkildə ödəyəcəklər. O, bildirmişdir ki, həmin mənzillərin birini 220.000 manat satır, ancaq alqı-satqı müqaviləsində 190.000 manat göstəriləcək, hər mənzildən 30.000 manat, ümumilikdə 60.000 manat onun qazancıdır. Həmin şəxslər ondan soruşmuşlar ki, nəyə görə alqı-satqı müqaviləsində hər bir mənzil 220.000 manat yox, 190.000 manat qeyd olunacaq? O, Xəqani, Röyal və Elmirə bildirmişdir ki, həmin evin ilkin müqaviləsi 190.000 manat qeyd olunmuş, ona görə həmin müqavilə dəyişilməz qalmalıdır. Həmin şəxslər onunla razılaşmış və demişlər ki, 04 fevral 2021-ci ildə alqı-satqı müqaviləsi ilə evləri alacaqlar. 03 fevral 2021-ci ildə o, Xəqaniyə demişdir ki, evləri kim alacaqsa onun adına sənədləşdirmək üçün şəxsiyyət vəsiqələri lazımdır. Həmin günü Xəqani tərəfindən iki ədəd şəxsiyyət vəsiqəsinin surəti ona göndərilmiş və ona məlum olmuşdur ki, həmin evlərin birini Cavabdeh1, digər evi isə Cavabdeh3 alacaq. O, həmin şəxsiyyət vəsiqələrinin surətini ofisdə işləyən Marina xanıma vermiş və demişdir ki, ünvan 4 ünvanında yerləşən birinci binada 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində olan ona məxsus 350 kv.metr olan məzilin 175 kv.metr sahəni Cavabdeh1, digər 175 kv.metr sahəni Cavabdeh3 adına sənədləşdirib alqı-satqı müqaviləsi hazırlasın. Bundan sonra o, Cavabdeh1 demişdir ki, 04 fevral 2021-ci ildə ofisə gəlsinlər və alqı-satqı müqaviləsi bağlanacaq. 04 fevral 2021-ci ildə Xəqani, Röyal və Elmir "xxxx" MMC-nin ofisinə gəlmişlər və Marina hazıladığı iki müqaviləni Xəqani və Röyala təqdim etmişdir. Onlar müqavilənin şərtləri ilə tanış olmuş və müqavilənin şərtləri ilə razı olduqdan sonra Xəqani və Röyal ona demişdir ki, müqaviləyə əsasən bir mənzil 190.000 manat qeyd olunur, səndə hər mənzilə görə 30.000 manat, ümumilikdə 60.000 manat qazanc götürürsən, əgər gələcəkdə mənzilin pulunu verə bilməsələr, mənzil MMC tərəfindən satdığa çıxarılsa 60.000 manat pulun aqibəti necə olacaq? O, demişdir ki, əgər mənzillər MMC tərəfindən satışa çıxarılarsa 60.000 manat pulu özü onlara qaytaracaq. Xəqani və Röyal ona demişlər ki, dediklərini yazılı formada yaz ver və həmin yazını imzalayaq. O, Xəqani və Röyala razılıq vermiş və Xəqani, Röyal, Elmirin iştirakı ilə əl yazma yazaraq qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 "xxxx" MMC-nin 118 və 118/1 nömrəli mənzilə görə 60.000 manat götürmüş, yaranan fərqə görə bu məbləğ o zaman geri ödənilir ki, şəxslərin MMC-dən aldıqları mənzillərin tam dəyəri ödənilməsə və mənzillər yenidən satışa çıxarılarsa satıldıqdan sonra pulu geri ödənilir. O, yazdığı vərəqi özü, Xəqani, Röyal və Elmir imzalarla təsdiq etmişlər və həmin yazılmış vərəq Xəqanidə qalmışdır. Bundan sonra Xəqani və Röyal alqı-satqı müqaviləsini imzalamışlar, Marina xanım müqavilələrə möhür vurulması üçün Akif Mustafayevin yanına getmiş və müqavilələri möhürlədib geri gətirmişdir. Bundan sonra Xəqani və Röyal hər biri 20.000 manat, ümumilikdə 40.000 manat pulu hər bir mənzilə ilkin ödəniş etmək üçün Marina xanıma vermişlər. Marina xanım pulu alıb Xəqani, Röyal və Elmirin iştirakı ilə saymış və Xəqani və Röyala hər birinə 20.000 manat ödəniş etmələri ilə əlaqədar ödəniş qəbzi vermişdir. Həmin vaxtı Xəqani və Röyal ofisin konfrans zalında ona hər biri 30.000 manat vermişlər, o, Xəqani və Royaldan ümumlikdə 60.000 manat pulu almış və xeyir-dua verib ayrılmışdır. Bundan sonra o, Xəqani ilə görüşüb çay içib söhbət etmişlər. Həmin ərəfədə Xəqani ona demişdir ki, o, aldığı mənzildə təmir işlərinə başlayacaq, Röyal hələ təmir işinə başlamır. O, Xəqaniyə demişdir ki, onun icazəsini alar. O, bu barədə Akif Musatafayevə demiş və razılığını almışdır. 2021-ci ilin aprel ayında Cavabdeh1 aldığı evdə təmir işlərinə başlamışdır. 2021-ci ilin mart, aprel və may aylarında Xəqani və Röyal evə görə aylıq ödəniş olan 28.334 manat ödənişi, ümumilikdə isə 170.004 manat ödənişi etməmişlər. Bununla bağlı ofisdən onlara zəng olunmuşdur. Həmin vaxtlar Xəqani ona zəng vurub demişdir ki, pul gəlməyib, ofisdən bir az möhlət al, mənzillərin aylıq ödənişinin 3 ayını birdən ödəyəcəklər. O, da bu barədə ofisdə işləyən qızlardan xahiş etmişdir. 2021-ci ilin may ayın əvvəlləri o, Xəqaniyə zəng vurub demişdir ki, 3 ayın ödənişini etmək lazımdır. Xəqani demişdir ki, gəlib ödəyəcək. 3-5 may 2021-ci ildə o, Xəqani ilə ünvan 7 ünvanda yerləşən yaşayış binasının altında olan X28ə məxsus Tibilisi kafesində görüşmüş və Xəqani ona mənzilin aylıq ödənişinə görə 20.000 manat vermiş və demişdir ki, yenə aylıq ödənişdən gətirəcəkdir. Təxminən 2-3 gündən sonra o, Xəqani ilə ünvan 7 ünvanda yerləşən Tibilisi kafesində görüşmüş və Xəqani ona mənzilin aylıq ödənişinə görə 20.000 manat vermiş və demişdir ki, yenə mənzillərə görə aylıq ödənişi gətirib verəcəkdir. O, ümumilikdə 40.000 manat pulu götürüb ofisdə işləyən Marinanın yanına gəlib demişdir ki, Xəqani və Röyalın aylıq ödənişləridir, bu pulu götür, ödəniş qəbzini ver. Marina ona demişdir ki, onların ümumilikdə 170.004 manat borcu yaranıb, pulu tam şəkildə gəlməsə, 40.000 manat pulu götürə bilməz. Xaqaninin ona verdiyi 40.000 manat onda qalmışdır. 17 may 2021-ci ildə o, Xəqani və Elmirlə ofisin qarşısında görüşmüş və Cavabdeh1 demişdir ki, qalıq borcunu ödəmək lazımdır. Xəqani ona demişdir ki, indi pulu yoxdur, 2021-ci ilin sentyabr ayında mənzillərə olan borclarını tam şəkildə ödəyəcəklər. O, Xəqaniyə demişdir ki, mənzillərə aylıq ödəniş edilməsi üçün ona verdiyi 40.000 manat ondadır, 2021-ci ilin sentyabr ayında mənzillərin qalıq borcunu ödəyən zaman o, da 40.000 manatı gətirəcək, pulu birlikdə ödəyər və maliyyə arayışını alar. Xəqani onunla razılaşmış və o, bu barədə əlyazma yazıb vermişdir. Həmin əlyazmada göstərmişdir ki, o, 17 may 2021-ci ildə 118 və 118/1 mənzillərə görə 40.000 manatı almış və 01 sentyabr 2021-ci ildə həmin pulun qəbzini təqdim edəcək. Həmin əlyazmanı o, Xəqani və Elmir imzalarla təsdiq etmişlər. O, 2021-ci ilin sentyabr ayına kimi Xəqani və Röyal qalıq borcu gətirməmişlər, o, da həmin 40.000 manatı xərcləmişdir. 2021-ci ilin oktyabr ayında Röyal evinə təmir üçün əşyalar aparmışdır. Bundan sonra o və ofis tərəfindən Xəqani və Röyala bir neçə dəfə zəng vurub mənzillərin qalıq borcunun verilməsini bildirsələr də, Xəqani və Röyal pulu verəcəklərini bildirirmişlər. 02 dekabr 2021-ci ildə o, Qazax rayonunda olan “Qırmızı körpü” keçid məntəqəsindən Gürcüstana getmiş və orada bir ay qalmışdır. 05 yanvar 2022-ci ildə o, Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmişdir. Təxminən 3-4 gündən sonra o, Elmirə WhatsApp proqramı vasitəsi ilə zəng vurub demişdir ki, Xaqaninin nömrəsini ona göndər, onunla əlaqə saxlasın. Elmir Xaqaninin nömrəsini göndərmiş və o, Xəqani ilə əlaqə saxlamış və ona demişdir ki, o, lazım olsa, nömrəsini bilsin. 2022-ci ilin may-iyun ayında Xəqani ona zəng vurub demişdir ki, pulu tam şəkildə ödəmək istəyir, ancaq pulu götürmürlər, 40.000 manatı ona çatdır. O, Xəqaniyə demişdir ki, ona müddət ver, pulu həll edəcək, onun qazanc götürdüyü 60.000 manatı X28ə deməsin. 2022-ci ilin iyul ayında ona məlum olmuşdur ki, Xəqani və Röyal onun barəsində şikayət etmək istəyirlər. 2022-ci ilin iyul ayının axırları o, Rusiya Federasiyasından Gürcüstana gəlmiş və o, Gürcüstanda bir aydan çox qalmışdır. Həmin vaxtı ona məlum olmuşdur ki, Xəqani və Röyal onun barəsində Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmişlər. 18 sentyabr 2021-ci ildə Gürcüstandan təyyarə ilə Bakı şəhərinə gəlmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, Xəqani və Röyal qalıq borclarını tam ödəyib maliyyə arayışı almışlar, Xəqaninin ona verdiyi 40.000 manat isə onda qalmışdır. O, Xaqanidən aldığı 40.000 manat pulu 7-8 günə qaytarmağa hazırdır. Qərardan daha sonra müəyyən olunur ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, o, Cavabdeh3 uşaqlıqdan tanıyır və onunla yaxın münasibətləri vardır. O, 2001-ci ildən Rusiya Federasiyasının Tatarstan Muxtar Respublikasında yaşayan atası Mehman Məmmədovun yanına getmiş və orada ticarətlə məşğul olmağa başlamışdır. O, arada Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib-getsə də 2020-ci ildən daimi olarq Bakı şəhərində yaşayır. Bundan sonra o, Cavabdeh3lə qərara gəlmişlər ki, Bakı şəhərində ev alıb qonşu kimi yaşasınlar. 02 fevral 2021-ci ildə o, Cavabdeh3 və onlara kömək edən Elmir Hüseynovla birlikdə satılan evlərlə maraqlanırmışlar. Həmin günü Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən tikilmiş evləri görmüşlər və yaşayış binasının görünüşü xoşlarına gəldiyi üçün həmin binanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinə yaxınlaşmışlar. Ofisdə olan xanımlardan yaşayış binasında mənzil satılıb-satılmamasını maraqlanmışlar. Həmin xanımlardan biri bildirmişdir ki, Vüqar Mustafayevdən bu barədə soruşa bilərsiniz. Bundan sonra onlara bir nəfər yaxınlaşmış və özünü Vüqar Mustafayev kimi təqdim etmişdir. Onlar həmin şəxsdən "xxxx" MMC-də 3-4 otaqlı mənzilin satışa qoyulması barədə maraqlanmışlar. Vüqar Mustafayev bildirmişdir ki, satışda 4 otaqlı mənzil var və həmin mənzili onlara göstərmişdir. O və Cavabdeh3 Vüqar Mustafayevə demişlər ki, onlara 2 ədəd 4 otaqlı mənzil lazımdır. Vüqar Mustafayev bildirmişdir ki, satışda 360 kv.metr mənzil var, həmin mənzili iki yerə bölüb satmaq olar. Onlar həmin mənzillə maraqlanmış, Vüqar Mustafayev onlara Əlil Hacıyev küçəsi, 40A nömrəli ünvanda yerləşən birinci binaya aparmış və 17 mərtəbəli binanın 16-cı mərtəbəsində 360 kv.metr sahəsi olan mənzili göstərmişdir. Həmin vaxtı Vüqar Mustafayev bildirmişdir ki, 360 kv.metr mənzili ortadan kərpiclə hörülər, hər mənzildən hörgüyə 5 kv.metr çıxılar, hər iki mənzildə 175 kv.metr sahə qalar. Həmin vaxtı o və Cavabdeh3 Vüqar Mustafayevə demişlər ki, onlar məsləhətləşib bir söz deyərlər. Bundan sonra o, Cavabdeh3 və Elmir Hüseynov oradan çıxmış və Vüqar Mustafayevdən ayrılmışlar. O və Cavabdeh3 razılaşmışlar ki, Vüqar Mustafayevin təklif etdiyi evi alsınlar və ortadan kərpiclə bölüb qonşu kimi yaşasınlar. 03 fevral 2021-ci ildə o, Cavabdeh3 və Elmir Hüseynovla "xxxx" MMC-nin ofisinə gəlmişlər və Vüqar Mustafayev barəsində soruşmuşlar. Orada məlum olmuşdur ki, Vüqar Mustafayev "xxxx" MMC-nin sahibinin oğludur, MMC-nin yaşayış binasında olan mənzillərin satışı ilə məşğul olur. Bundan sonra onlar ofisdə Vüqar Mustafayevlə görüşmüş və mənzilin qiyməti barədə danışmışlar. Vüqar Mustafayev 360 kv.metr olan mənzili ortadan böldükdən sonra qalan 175 kv.metr mənzilin hər birini 210.000 manata təklif etmişdir. O və Cavabdeh3 Vüqar Mustafayevə bildirmişlər ki, onlar hər iki evi alırlar, hər bir mənzil üçün 190.000 manat verə bilərlər. Vüqar Mustafayev demişdir ki, məsləhətləşib bir söz deyər. 03 fevral 2021-ci ildə axşam tərəfi Vüqar Mustafayev ona zəng vurub bildirmişdir ki, ofisə gəlin, söhbət edək. Bundan sonra o, Cavabdeh3 və Elmir Hüseynovla birlikdə "xxxx" MMC-nin ofisinə getmişlər və Vüqar Mustafayevlə görüşmüşlər. Vüqar Mustafayev mənzillərin hər birini 200.000 manata təklif etmişdir. X18 təklifi ilə razı olmamış və bildirmişlər ki, onlar hər mənzil üçün 190.000 manata gücləri çatır. Vüqar Mustafayev demişdir ki, məsləhət edib, bir söz deyər. Bundan sonra Vüqar Mustafayev ofisdə olan müdir otağına girmiş və qayıdıb gələndən sonra demişdir ki, qardaşı Cavabdeh2lə məsləhətləşmiş, hər ev üçün 190.000 manata razıdır. Həmin vaxtı o, Cavabdeh3, Elmir Hüseynov və Vüqar Mustafayevdən başqa yanlarında heç kim olmamışdır. Vüqar Mustafayev demişdir ki, mənzili nağd alırsınız? O və Cavabdeh3 demişlər ki, 6 ay ərzində mənzilin pulunu tam şəkildə ödəyəcəklər. Vüqar Mustafayev demişdir ki, ilkin olaraq nə qədər ödəyirsiniz? O və Cavabdeh3 demişlər ki, hər biri 20.000-50.000 manat arası ödəniş edəcəklər. Vüqar Mustafayev onların təklifi ilə razılaşmış və X13 ayrılıb getmişlər. Həmin vaxtı o, Cavabdeh3lə razılaşdır ki, hər biri 50.000 manat gətirib ödəniş etsinlər. 04 fevral 2021-ci ildə saat 14 radələrində Vüqar Mustafayev ona zəng vurub demişdir ki, saat 15-16 radələrində ofisdə olacaq, gəlin mənzillərin müqaviləsini hazırlasınlar. O, Vüqar Mustafayevə razılıq vermiş və həmin günü saat 15-16 radələrində o, Cavabdeh3 və Elmir Hüseynlovla birlikdə "xxxx" MMC-nin ofisinə gəlib Vüqar Mustafayevlə görüşmüşlər. Vüqar Mustafayev ilkin ödənişin və digər şərtləri izahat etmiş, ondan və Cavabdeh3 şəxsiyyət vəsiqəsini istəmiş və demişdir ki, müqavilələr hazırlanır. O və Cavabdeh3 şəxsiyyət vəsiqələrini Vüqar Musatafayevə vermiş və təxminən 10-15 dəqiqədən sonra Vüqar Mustafayev ofisdə Marina adlı xanımdan iki ədəd müqavilə götürüb onların yanına gəlmişdir. O və Cavabdeh3 Vüqar Mustafayevin gətirdiyi müqavilələri oxumuş və həmin müqavilələrdə "xxxx" MMC-nin direktoru Emil Mustafayevlə onlar arasında 04 fevral 2021ci ildə müqavilələr bağlanır və həmin müqaviləyə əsasən onlar ünvan 4 ünvanında olan 1 nömrəli yaşayış evinin 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili ortadan bölərək 118 və 118/1 nömrəli hər biri 175 kv.metr sahəsi olan mənzillər alırlar. Onlar müqavilənin şərtləri ilə razılaşmış, ayrı-ayrı müqaviləni o və Cavabdeh3 tərəfindən imzalarla təsdiq etmişlər. Vüqar Mustafayev demişdir ki, ilkin olaraq hər biriniz 20.000 manat ödəməlisiniz. X18 təklili ilə razılaşmış və hər biri aldığı mənzilə görə ilkin olaraq özlərinə məxsus 20.000 manatı Elmir Hüseynovun yanında ödəniş etmişlər. Vüqar Musatafayev hər birindən 20.000 manat pulu almış və Marina adlı xanımla pulu saymışlar və Vüqar Mustafayev ona və Cavabdeh3 qəbz vermiş və həmin qəbzdə hər biri aldığı mənzilə görə ilkin olaraq 20.000 manat, ümumilikdə 40.000 manat pulun "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. Həmin vaxtı o, Cavabdeh3, Elmir Hüseynov və Vüqar Mustafayev çay içib söhbət etmişlər. Söhbət əsnasında o və Cavabdeh3 Vüqar Mustafayevə demişlər ki, hər biri ilkin olaraq 50.000 manat ödəmək istəyirmiş, sən isə 20.000 manat ödəniş üçün istədin, onlar da hərəyə 20.000 manat ödəniş etdilər. Vüqar Mustafayev demişdir ki, onda hərəniz aldığınız mənzilə görə 30.000 manat əlavə ödəniş edin. X19 razılıq vermiş, o və Cavabdeh3 ofisdə Elmir Hüseynovun yanında Vüqar Mustafayevə aldıqları mənzilə görə hər biri əlavə olaraq özlərinə məxsus 30.000 manat, ümumilikdə 60.000 manatı ödəmişlər. Vüqar Mustafayev ofisdə olan Marina adlı xanımla pulu saymışlar və Vüqar Mustafayev demişdir ki, kassa bağlıdır, gələcəkdə ödəniş edilən zaman 60.000 manatı əlavə edər. X13 tələb etmişlər ki, 60.000 manat pulun alınmasına dair qəbz yazıb versin. Vüqar Mustafayev öz xətti ilə qəbz yazıb vermişdir ki, o, Cavabdeh1 və Cavabdeh3 aldıqları hər bir mənzilə görə 30.000 manat, ümumilikdə 60.000 manat pulu aldı. O və Cavabdeh3 demişlər ki, mənzillər satılsa və ya pulunu ödəyə bilməsələr, ondan 60.000 manat necə olacaq, 60.000 manat pulun ödəniş qəbzi yoxdur. Vüqar Mustafayev həmin qəbzə əlavə etmişdir ki, yaranan fərqə görə bu məbləğ o zaman geri ödənilir ki, həmin mənzillərin dəyəri tam ödənilməsə və həmin mənzillər satıldıqdan sonra pul geri qaytarılır. Vüqar Mustafayev əlavə olaraq bildirmişdir ki, maliyyə arayışı verilən zaman 60.000 manata görə ödəniş qəbzi veriləcək və əlyazma qəbz geri götürüləcək. X18 təklifi ilə razılaşmış, o, Cavabdeh3, Elmir Hüseynov və Vüqar Mustafayev qəbzi imzalarla təsdiq etmişlər və razılaşmaya əsasən həmin qəbz onda qalmışdır. Həmin vaxtı Vüqar Mustafayev demişdir ki, sizə xəbər edəcək ay yarım iki aydan sonra ikinci ödənişi edərsiniz. X18 təklifi ilə razılaşmış və Vüqar Mustafayevdən ayrılmışlar. Bundan sonra onun Vüqar Mustafayevlə münasibəti yaranmış və onlar tez-tez kafedə çörək yeyib əlaqə saxlayırmışlar. 2021-ci ilin aprel ayından o, Bakı şəhəri, Nizami rayonu, Əlif Hazıyev küçəsi, ev 40A, 118/1 mənzilində təmirə başlamışdır. 15 may 2021-ci ildə Vüqar Mustafayev ona zəng vurub demişdir ki, mənzilə görə 40.000 manat ikinci ödənişin vaxtıdır. O, Vüqar Mustafayevə demişdir ki, o, Gədəbəy rayonu, Düzyurd kəndindədir, Cavabdeh3 Rusiya Federasiyasının Yekatirinburq şəhərindədir. O, Bakı şəhərinə gəlib mənzilinə görə ödəniş edər. Bundan sonra o, Cavabdeh3 zəng vurub Vüqar Mustafayevin təklifini demiş, Cavabdeh3 demişdir ki, o, Rusiya Federasiyasından gələndə özü Vüqar Mustafayevə mənzilə görə ödəniş edəcək, sən öz mənzilinə görə ödəniş et. O, Cavabdeh3 təklifi ilə razılaşmış və 17 may 2021-ci ildə o, özünə məxsus 40.000 manat götürüb Bakı şəhərinə gəlmiş və Vüqar Mustafayevə zəng vurub demişdir ki, o, Bakı şəhərinə gəlibdir. Vüqar Mustafayev ona demişdir ki, o, ofisdədir, bura gəl görüşək. O, Elmir Hüseynovla birlikdə "xxxx" MMC-nin ofisinə getmiş və həmin günü saat 16-17 radələrində Vüqar Mustafayevlə görüşmüşlər. Həmin vaxtı o, X20 Hüseynovun yanında mənzilinə görə 40.000 manat pulu vermişdir. Həmin vaxtı ofisdə heç kim yox imiş, Vüqar Mustafayev demişdir ki, ofisdə işləyən işçilər COVİD 19 virusuna yoluxublar, işə çıxmırlar. Həmin vaxtı o, Vüqar Mustafayevdən 40.000 manat pulun ödəniş qəbzini istəmişdir. Vüqar Mustafayev demişdir ki, işçilər yoxdur, əlyazma qəbz yazıb verər. O, razılaşmış, X22 Hüseynovun yanında əlyazma qəbz yazıb vermiş və həmin qəbzdə qeyd olunmuşdur ki, 17 may 2021-ci ildə mənzilə görə 40.000 manat aldı və 01 sentyabr 2021-ci ildə qəbzi təqdim edəcək. Bundan sonra o, bir neçə dəfə Vüqar Mustafayevə zəng vurub demişdir ki, mənzilə görə ödəniş etsin, ona verdiyi 60.000 manat və 40.000 manata görə ödəniş qəbzlərini ver. Vüqar Mustafayev hər dəfə demişdir ki, ödəniş lazım olan zaman özü deyəcək, gəlib ödəniş edər. 2021-ci ilin iyul ayında Cavabdeh3 Rusiya Federasiyasından Bakı şəhərinə gəlmişdir. 2021-ci ilin iyul ayında o və Cavabdeh3 Vüqar Mustafayevlə görüşmüş və mənzillərə görə ödəniş etmək üçün Vüqar Mustafayevə bir neçə dəfə zəng vursa da mobil telefonu bağlı imiş. Bundan sonra o, Elmir Hüseynovla birlikdə "xxxx" MMC-nin ofisinə getmiş və ofisdə onu Cavabdeh2 qarşılamışdır. Cavabdeh2 ona demişdir ki, qardaşı Vüqar Mustafayev yoxdur, nə sözün olsa ona desin. Cavabdeh2 ondan soruşmuşdur ki, nə yaxşı gəlibsən? O, Cavabdeh2 demişdir ki, "xxxx" MMC-nin birinci binasında 16-cı mərtəbədə 118/1 nömrəli aldığı mənzilə görə ödəniş etməyə gəlib, Vüqar Mustafayevə dəfələrlə ödəniş etmək üçün zəng vurmuş, Vüqar Mustafayev demişdir ki, ödəniş lazım olanda özü xəbər verəcək. Cavabdeh2 demişdir ki, ödəniş et. O, Cavabdeh2 demişdir ki, hazırda ödəniş edəcək, ancaq onun və Cavabdeh3 60.000 manat və onun 40.000 manat ödəniş qəbzlərini verin. Cavabdeh2 demişdir ki, sən ödəniş et, həmin qəbzləri sonra verər. O, Cavabdeh2 demişdir ki, o, 118 və 118/1 nömrəli mənzillərə görə 50.000 manat ödəmək istəyir, ancaq onun və Cavabdeh3 60.000 manat və onun 40.000 manat ödəniş qəbzləri verin. Cavabdeh2 demişdir ki, 60.000 manat və 40.000 manat ödəniş qəbzlərinin məsələsini həll edəcək. O, da Cavabdeh2 demişdir ki, ödəniş qəbzləri məsələsini həll edin, gətirib ödənişləri etsin. Bundan sonra onu ofisə çağıran olmamış və o da ödənişləri saxlamışdır. Həmin ərəfədə o, Cavabdeh2lə əlaqə saxlamış və ona bildirmişdir ki, ödəniş qəbzi nə oldu? həmin qəbzləri alsın və ödəniş etmək istəyir. Cavabdeh2 demişdir ki, ödəniş lazım olsa, özü xəbər edəcək. Bu minvanla "xxxx" MMC tərəfindən 60.000 manat və 40.000 manat ödəniş qəbzləri verilməmişdir. 2021-ci ilin sentyabr ayının əvvəlləri "xxxx" MMC-nin birinci binasında 16-cı mərtəbədə 118/1 nömrəli mənzildə təmir işləri qutardığı üçün o, həmin mənzilə köçüb yaşamağa başlamışdır. 2021ci ilin oktyabr ayında "xxxx" MMC-nin birinci binasında 16-cı mərtəbədə 118 nömrəli mənzildə Cavabdeh3 təmir işlərinə başlamışdır. 2022-ci ilin may-iyun ayında "xxxx" MMCnin direktoru Emil Mustafazadə onu və Cavabdeh3 ofisə dəvət etmiş və onlardan nəyə görə aldıqları mənzilərin ödənişini etmədiklərini soruşmuş və həmin vaxtı məlum olmuşdur ki, o və Cavabdeh3 hər biri aldıqları mənzilə görə 20.000 manat ödəniş etmişlər, 60.000 manat və 40.000 manat isə qeydə alınmamışdır. O və Cavabdeh3 Emil Mustafazadəyə bildirmişlər ki, hər biri aldığı mənzilə görə 20.000 manatdan başqa, hər biri əlavə 30.000 manat, o, isə ikinci dəfə 40.000 manat ödəniş etmişdir. Emil Mustafazadə onlara inamadığı üçün o, 60.000 manat və 40.000 manat ödəniş olunmasına dair Vüqar Mustafayevin əlyazma qəbzlərini göstərmişdir. Emil Mustafazadə demişdir ki, bu məsələni Vüqar Mustafayevlə aydınlaşdırın, yerdə qalan 170.000 manat "xxxx" MMC-yə ödənilməlidir. Həmin vaxtı Emil Mustafzadə demişdir ki, 2-3 günə ofisə gələrsiniz X28lə görüşüb bu söhbətə aydınlıq gətirərlər. Təxminin 2-3 gündən sonra o, Cavabdeh3lə birlikdə ofisə getmişlər və orada Akif Mustafayev, Emil Mustafazadə, Cavabdeh2lə görüşmüşlər və olan hadisə barədə danışmışlar. "xxxx" MMC-nin təsisçisi Akif Mustafayev demişdir ki, 170.000 manat pulu "xxxx" MMC-yə ödə, qalan məsələlərlə bağlı oğlu Vüqar Mustafayevlə özünüz danışarsınız, Vüqar Mustafayevin işlərinin ona aidiyyəti yoxdur. O və Cavabdeh3 başa düşmüşlər ki, X6 Mustafayev tərəfindən aldanmışlar. O və Cavabdeh3 "xxxx" MMC-yə olan 170.000 manat pulu ödəyib maliyyə arayışı almaq istəyirmişlər, Akif Mustafayev demişdir ki, 170.000 manat yox, 200.000 manat ödənilməlidir, çünki evlərin qiyməti qalxıbdır. O və Cavabdeh3 ona desələr də ki, müqavilə artıq bağlamış, mənzillərin hər birinin dəyəri 190.000 manat göstərilmişdir. Akif Mustafayev demişdir ki, mənzillərin qiyməti qalxıbdır, 200.000 manat verin maliyyə arayışı versin. Buna görə 26 avqust 2022ci ildə Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmişlər. 2022-ci ilin sentyabr ayının əvvəlləri Akif Mustafayev ona və Cavabdeh3 demişdir ki, ya 170.000 manatı ödəyin, ya da məhkəmə yolu ilə sizi evdən çıxaracaq. Onlar məcbur olub 10 sentyabr 2022-ci ildə o və Cavabdeh3 118 və 118/1 nömrəli mənzillərə görə hər biri 170.000 manat, ümumilikdə 340.000 manatı "xxxx" MMC-yə Elmir Hüseynovun və Lalə Sultanovanın iştirakı ilə ödəmişlər və həmin günü "xxxx" MMC-dən maliyyə arayışı verilmişdir ki, onun və Cavabdeh3 aldıqları mənzillərə görə borcları yoxdur. Bundan X29 bildirmişdir ki, Vüqar Mustafayevin 04 fevral 2021-ci ildə verdiyi müqavilələri geri verin, sizə yeni müqavilələr verək, mənzillərə görə çıxarış ala biləsiniz. O və Cavabdeh3 bu məsələyə inanıb Vüqar Mustafayevin verdiyi müqavilələri Akif Mustafayevə vermişlər və həmin günü Akif Mustafayev tərəfindən eyni tarixdə, yəni 04 fevral 2021-ci il tarixli 118 və 118/1 nömrəli mənzillərin alınmasına dair müqavilə verilmişdir. Həmin müqavilələri və maliyyə arayışlarını Emil Mustazadə imza etmiş və möhürlə təsdiq etmişdir. Həmin vaxtı Akif Mustafayev və Emil Mustafazadə demişlər ki, Vüqar Mustafayevin verdiyi müqavilələri ofisdə işləyən Marina adlı xanım direktorun əvəzinə imza edib, imzanın üzərinə vurulan möhür isə skan olunmuşdur. Hazırda verilən müqavilə və maliyyə arayış tam düzgün formadadır, bundan sonra "xxxx" MMC-nin sizlərlə bağlı heç bir problemi yoxdur və gələcəkdə də olmaycaq. Qərardan daha sonra müəyyən olunur ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 40A, 118/1 nömrəli mənzildə ailəsilə birlikdə yaşayır. O, Cavabdeh1 uşaqlıqdan tanıyır və onların yaxın münasibəti vardır. O, 2006-ci ildən Rusiya Federasiyasının Tatarstan Muxtar Respublikasında yaşayan atası Zülfüqar Əliyevin yanına getmiş və orada ticarətlə məşğul olmağa başlamışdır. O, arada Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib-getsə də 2020-ci ildən daimi olarq Bakı şəhərində yaşayır. Bundan sonra o, Cavabdeh1la qərara gəlmişlər ki, Bakı şəhərində ev alıb qonşu kimi yaşasınlar. 02 fevral 2021-ci ildə o, Cavabdeh1 və onlara kömək edən Elmir Hüseynovla birlikdə satılan evlərlə maraqlanırmışlar. Həmin günü Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən tikilmiş evləri görmüşlər və yaşayış binasının görünüşü xoşlarına gəldiyi üçün həmin binanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinə yaxınlaşmışlar. Ofisdə olan xanımlardan yaşayış binasından mənzil satılıb-satılmaması barədə maraqlanmışlar. Həmin xanımlardan biri bildirmişdir ki, Vüqar Mustafayevdən bu barədə soruşa bilərsiniz. Bundan sonra onlara bir nəfər kişi cinsli şəxs yaxınlaşmış və özünü Vüqar Mustafayev kimi təqdim etmişdir. Onlar həmin şəxsdən "xxxx" MMC-də 3-4 otaqlı mənzilin satılıb-satılmaması barədə maraqlanmışlar. Vüqar Mustafayev bildirmişdir ki, satışda 4 otaqlı mənzil var və həmin mənzili onlara göstərmişdir. O və Cavabdeh1 Vüqar Mustafayevə demişlər ki, onlara 2 ədəd 4 otaqlı mənzil lazımdır. Vüqar Mustafayev bildirmişdir ki, satışda 360 kv.metr mənzil var, həmin mənzili iki yerə bölüb satmaq olar. Onlar həmin mənzillə maraqlanmış, Vüqar Mustafayev onları Əlif Hacıyev küçəsi, 40A nömrəli ünvan yerləşən birinci binaya aparmış və 17 mərtəbəli binanın 16-cı mərtəbəsində 360 kv.metr sahəsi olan mənzili göstərmişdir. Həmin vaxtı Vüqar Mustafayev bildirmişdir ki, 360 kv.metr mənzili ortadan kərpiclə hörülür, hər mənzildən hörgüyə 5 kv.metr çıxılır, hər iki mənzildə 175 kv.metr sahə qalır. Həmin vaxtı o və Cavabdeh1 Vüqar Mustafayevə demişlər ki, onlar məsələhətləşib bir söz deyərlər. Bundan o, Cavabdeh1 və Elmir Hüseynov oradan çıxmışlar və Vüqar Mustafayevdən ayrılmışlar. O və Cavabdeh1 razılaşmışlar ki, Vüqar Mustafayevin təklif etdiyi mənzili alsınlar və ortadan kərpiclə bölüb qonşu kimi yaşasınlar. 03 fevral 2021-ci ildə o, Cavabdeh1 və Elmir Hüseynovla "xxxx" MMC-nin ofisinə gəlmişlər və Vüqar Mustafayev barəsində soruşmuşlar. Orada məlum olmuşdur ki, Vüqar Mustafayev "xxxx" MMC-nin sahibinin oğludur, MMC-nin yaşayış binasında olan mənzillərin satışı ilə məşğul olur. Bundan sonra onlar ofisdə Vüqar Mustafayevlə görüşmüş və mənzilin qiyməti barədə danışmışlar. Vüqar Mustafayev 360 kv.metr olan mənzili ortadan böldükdən sonra qalan 175 kv.metr mənzilin hər birini 210.000 manata təklif etmişdir. O və Cavabdeh1 Vüqar Mustafayevə bildirmişlər ki, onlar hər iki evi alırlar, hər bir mənzil üçün 190.000 manat verə bilərlər. Vüqar Mustafayev demişdir ki, məsləhətləşib bir söz deyər. 03 fevral 2021-ci ildə axşam tərəfi X21 Məmmədova zəng vurub bildirmişdir ki, ofisə gəlin, söhbət edək. Bundan sonra o, Cavabdeh1 və Elmir Hüseynovla birlikdə "xxxx" MMC-nin ofisinə getmişlər və Vüqar Mustafayevlə görüşmüşlər. Vüqar Mustafayev mənzillərin hər birini 200.000 manata təklif etmişdir. X18 təklifi ilə razı olmamış və bildirmişlər ki, onlar hər mənzil üçün 190.000 manata gücləri çatır. Vüqar Mustafayev demişdir ki, məsləhət edib, bir söz deyər. Bundan sonra Vüqar Mustafayev ofisdə olan müdir otağına girmiş və qayıdıb gələndən sonra demişdir ki, qardaşı Cavabdeh2lə məsləhətləşmiş, hər ev üçün 190.000 manata razıdır. Həmin vaxtı o, Cavabdeh1, Elmir Hüseynov və Vüqar Mustafayevdən başqa yanlarında heç kim yox imiş. Vüqar Mustafayev demişdir ki, mənzili nağd alırsınız? O və Cavabdeh1 demişlər ki, 6 ay ərzində mənzilin pulunu tam şəkildə ödəyəcəklər. Vüqar Mustafayev demişdir ki, ilkin olaraq nə qədər ödəyirsiniz? O və Cavabdeh1 demişlər ki, hər biri 20.000- 50.000 manat arası ödəniş edəcəklər. Vüqar Mustafayev onların təklifi ilə razılaşmış və X13 ayrılıb getmişlər. Həmin vaxtı o, Cavabdeh1la razılaşmışlar ki, hər biri 50.000 manat gətirib ödəniş etsinlər. 04 fevral 2021- ci ildə saat 14 radələrində X21 Məmmədov zəng vurub demişdir ki, saat 15-16 radələrində ofisdə olacaq, gəlin mənzillərin müqaviləsini hazırlasınlar. Cavabdeh1 Vüqar Mustafayevə razılıq vermiş və həmin günü saat 15-16 radələrində o, Cavabdeh1 və Elmir Hüseynlovla birlikdə "xxxx" MMC-nin ofisinə gəlib Vüqar Mustafayevlə görüşmüşlər. Vüqar Mustafayev ilkin ödənişin və digər şərtləri izahat etmiş, ondan və Cavabdeh1 şəxsiyyət vəsiqəsini istəmiş və demişdir ki, müqavilələr hazırlanır. O və Cavabdeh1 şəxsiyyət vəsiqələrini Vüqar Musatafayev vermiş və təxminən 10-15 dəqiqədən sonra Vüqar Mustafayev ofisdə Marina adlı xanımdan iki ədəd müqavilə götürüb onların yanına gəlmişdir. O və Cavabdeh1 Vüqar Mustafayevin gətirdiyi müqavilələri oxumuş və həmin müqavilələrdə "xxxx" MMC-nin direktoru Emil Mustafayevlə onlar arasında 04 fevral 2021-ci ildə müqavilələr bağlanır və həmin müqaviləyə əsasən onlar ünvan 4 ünvanında olan 1 nömrəli yaşayış evinin 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili ortadan bölərək 118 və 118/1 nömrəli hər biri 175 kv.metr sahəsi olan mənzillər alırlar. Onlar müqavilənin şərtləri ilə razılaşmış, ayrı-ayrı müqaviləni o və Cavabdeh1 tərəfindən imzalarla təsdiq etmişlər. Vüqar Mustafayev demişdir ki, ilkin olaraq hər biriniz 20.000 manat ödəməlisiniz. X18 təklifi ilə razılaşmış və hər biri aldığı mənzilə görə ilkin olaraq özlərinə məxsus 20.000 manatı Elmir Hüseynovun yanında ödəniş etmişlər. Vüqar Musatafayev hər birindən 20.000 manat pulu almış və Marina adlı xanımla pulu saymışlar və Vüqar Mustafayev ona və Cavabdeh1 qəbz vermiş və həmin qəbzdə hər biri aldığı mənzilə görə ilkin olaraq 20.000 manat, ümumilikdə 40.000 manat pulun "xxxx" MMC-yə ödənilməsi göstərilmişdir. Həmin vaxtı o, Cavabdeh1, Elmir Hüseynov və Vüqar Mustafayev çay içib söhbət etmişlər. Söhbət əsnasında o və Cavabdeh1 Vüqar Mustafayevə demişlər ki, hər biri ilkin olaraq 50.000 manat ödəmək istəyirmiş, sən isə 20.000 manat ödəniş üçün istədin, onlar da hərəyə 20.000 manat ödəniş etdilər. Vüqar Mustafayev demişdir ki, onda hərəniz aldığınız mənzilə görə 30.000 manat əlavə ödəniş edin. X19 razılıq vermiş, o və Cavabdeh1 ofisdə Elmir Hüseynovun yanında Vüqar Mustafayevə aldıqları mənzilə görə hər biri əlavə olaraq özlərinə məxsus 30.000 manat, ümumilikdə 60.000 manat ödəmişlər. Vüqar Mustafayev ofisdə olan Marina adlı xanımla pulu saymışlar və Vüqar Mustafayev demişdir ki, kassa bağlıdır, gələcəkdə ödəniş edilən zaman 60.000 manatı əlavə edər. X13 tələb etmişlər ki, 60.000 manat pulun alınmasına dair qəbz yazıb versin. Vüqar Mustafayev öz xətti ilə qəbz yazıb vermişdir ki, o Cavabdeh1 və Cavabdeh3 aldıqları hər bir mənzilə görə 30.000 manat, ümumilikdə 60.000 manat pulu aldı. O və Cavabdeh1 demişlər ki, mənzillər satılsa və ya pulunu ödəyə bilməsələr, ondan 60.000 manat necə olacaq, 60.000 manat pulu ödəniş qəbzi yoxdur. Vüqar Mustafayev həmin qəbzə əlavə etmişdir ki, yaranan fərqə görə bu məbləğ o zaman geri ödənilir ki, həmin mənzillərin dəyəri tam ödənilməsə və həmin mənzillər satıldıqdan sonra pul geri qaytarılır. Vüqar Mustafayev əlavə olaraq bildirmişdir ki, maliyyə arayışı verilən zaman 60.000 manata görə ödəniş qəbzi veriləcək və əl yazma qəbz geri götürüləcək. X18 təklifi ilə razılaşmış, o, Cavabdeh1, Elmir Hüseynov və Vüqar Mustafayev qəbzi imzalarla təsdiq etmişlər və razılaşmaya əsasən həmin qəbz onda qalmışdır. Həmin vaxtı Vüqar Mustafayev demişdir ki, xəbər edəcək ay yarım iki aydan sonra ikinci ödənişi edərsiniz. X18 təklifi ilə razılaşmış və Vüqar Mustafayevdən ayrılmışlar. Bundan sonra Cavabdeh1 Vüqar Mustafayevlə münasibəti yaranmış və onlar tez-tez kafedə çörək yeyib əlaqə saxlamışlar. 2021-ci ilin mart ayının ortalarında o, Rusiya Federasiyasının Yekatirinburq şəhərinə getmişdir. 2021-ci ilin aprel ayından Cavabdeh1 ona zəng vurub demişdir ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hazıyev küçəsi, ev 40A, 118/1 mənzilində təmirə başlamışdır. 15 may 2021-ci ildə Cavabdeh1 ona zəng vurub demişdir ki, Vüqar Mustafayev zəng vurub mənzillərə görə 40.000 manat ikinci ödənişi istəyir. O, Cavabdeh1 demişdir ki, sən öz mənzilinə görə ödəniş et, o, Rusiya Federasiyasından gələndən sonra özü mənzilinə görə ödəniş edəcək. Bir müddətdən sonra Cavabdeh1 ona zəng vurub demişdir ki, X20 Hüseynovun yanında öz mənzilinə görə 40.000 manat pulu vermiş, Vüqar Mustafayev pulun almasına dair əl yazma qəbz yazıb vermişdir. O, Cavabdeh1 soruşmuşdur ki, nəyə görə ödəniş qəbzi vermədi, Cavabdeh1 demişdir ki, Vüqar Mustafayev demişdir ki, ofisdə hamı COVİD 19 virusuna yoluxub, heç kim işə çıxmır, gələn ödəniş zamanı aldığı 60.000 manat və 40.000 manata görə ödəniş qəbzləri verəcək. 2021-ci ilin iyul ayında o, Rusiya Federasiyasından Bakı şəhərinə gəlmiş və Cavabdeh1 ona demişdir ki, Vüqar Mustafayevlə görüşmüşlər və mənzillərə görə ödəniş etmək üçün Vüqar Mustafayevə bir neçə dəfə zəng vursa da mobil telefonu bağlı imiş. Bundan sonra Cavabdeh1 ona demişdir ki, Elmir Hüseynovla birlikdə "xxxx" MMC-nin ofisinə getmiş və ofisdə Cavabdeh2lə görüşmüşlər. Cavabdeh2 demişdir ki, qardaşı Vüqar Mustafayev yoxdur, nə sözün olsa ona desinlər. Cavabdeh1 Cavabdeh2 ödənilmiş 60.000 manat və 40.000 manat ödəniş qəbzlərini tələb etmiş, Cavabdeh2 demişdir ki, ödəniş et, həmin qəbzləri sonra verər. Cavabdeh1 Cavabdeh2 demişdir ki, 60.000 manat və 40.000 manat ödəniş qəbzini verdikdən sonra ödəniş edəcəklər. Cavabdeh2 demişdir ki, 60.000 manat və 40.000 manat ödəniş qəbzlərinin məsələsini həll edəcək. Bundan sonra onu və Cavabdeh1 ofisə çağıran olmamış və onlar ödənişləri saxlamışlar. Həmin ərəfədə Cavabdeh1 Cavabdeh2lə əlaqə saxlayırmış ki, ödəniş qəbzi nə oldu, həmin qəbzi alandan sonra ödəniş etmək istəyirlər. Cavabdeh2 demişdir ki, ödəniş lazım olsa, özü xəbər edəcək. Bu minvanla "xxxx" MMC tərəfindən 60.000 manat və 40.000 manat ödəniş qəbzləri verilməmişdir. 2021-ci ilin sentyabr ayının əvvəlləri "xxxx" MMC-nin birinci binasında 16-cı mərtəbədə 118/1 nömrəli mənzildə təmir işləri qutardığı üçün Cavabdeh1 mənzilə köçüb yaşamağa başlamışdır. 2021-ci ilin oktyabr ayında "xxxx" MMC-nin birinci binasında 16-cı mərtəbədə 118 nömrəli mənzildə o, təmir işlərinə başlamışdır. 29 iyun 2022-ci ildə ona "xxxx" MMC-dən məktub gəlmiş və həmin məktub 23 may 2022-ci ildə yazılmış, həmin məktubda qeyd olunmuşdur ki, 30 gün müddətinə, yəni 24 iyun 2022-ci ilə kimi mənzilin pulu tam şəkildə ödənilməsə aldığınız mənzilin müqaviləsinə xitam veriləcək. 29 iyun 2022-ci ildə o, məktuba cavab olaraq yazmışdır ki, bank hesabınızın nömrəsini göndərin, pulu tam şəkildə ödəyəcək. 2022-ci ilin iyun ayında "xxxx" MMC-nin direktoru Emil Mustafazadə onu və Cavabdeh1 ofisə dəvət etmiş və nəyə görə aldıqları mənzillərin ödənişini etmədiklərini soruşmuş və həmin vaxtı məlum oldu ki, o və Cavabdeh1 hər biri aldığı mənzilə görə 20.000 manat ödəniş etmişlər, 60.000 manat və 40.000 manat isə qeydə alınmayıbdır. O və Cavabdeh1 Emil Mustfazadəyə bildirmişlər ki, hər biri aldıqları mənzilə görə 20.000 manatdan başqa, Cavabdeh1 əlavə 70.000 manat, o, isə əlavə 30.000 manat ödəniş etmişlər. Emil Mustafazadə onlara inanmadığı üçün Cavabdeh1 60.000 manat və 40.000 manat ödəniş olunmasına dair Vüqar Mustafayevin yazdığı qəbzləri göstərdi. Emil Mustafayev dedi ki, bu məsələni Vüqar Mustafayevlə aydınlaşdırın, yerdə qalan 170.000 manat "xxxx" MMC-yə ödənilməlidir. Həmin vaxtı Emil Mustafzadə dedi ki, 2-3 günə ofisə gələrsiniz atam Akif Mustafayevlə görüşüb bu söhbətə aydınlıq gətirərik. Təxminin 2-3 gündən sonra o, Xəqani Məmmdovla birlikdə ofisə getmiş və orada Akif Mustafayev, Emil Mustafazadə, Cavabdeh2lə görüşmüş və olan hadisə barədə danışmışlar. "xxxx" MMC-nin təsisçisi Akif Mustafayev dedi ki, 170.000 manat pulu "xxxx" MMC-yə ödəyin, qalan məsələlərlə bağlı oğlu Vüqar Mustafayevlə özünüz danışarsınız. Vüqar Mustafayevin işlərinin ona aidiyyəti yoxdur. Bundan sonra onlar başa düşmüşlər ki, X6 Mustafayev tərəfindən aldanmışlar. O və Cavabdeh1 "xxxx" MMC-yə olan 170.000 manat pulu ödəyib maliyyə arayışı almaq istəsələr də, Akif Mustafayev dedi ki, 170.000 manat yox, 200.000 manat ödənilməlidir, çünki evlərin qiyməti qalxıbdır. Onalar müqaviləni artıq bağlamalarını, mənzillərin hər birinin dəyərinin 190.000 manat olmasını demişlər. Akif Mustafayev dedi ki, mənzillərin qiyməti qalxıbdır, 200.000 manat verin maliyyə arayışı verim. Buna görə 26 avqust 2022-ci ildə Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət edildi. 2022-ci ilin sentyabr ayının əvvəlləri Akif Mustafayev ona və Cavabdeh1 dedi ki, ya 170.000 manatı ödəyin, ya da məhkəmə yolu ilə sizi evdə çıxaracam. Məcbur olub 10 sentyabr 2022-ci ildə o və Cavabdeh1 118 və 118/1 nömrəli mənzillərə görə hər biri 170.000 manat, ümumilikdə 340.000 manatı "xxxx" MMC-yə Elmir Hüseynovun və Lalə Sultanovanın iştirakı ilə ödəniş etmiş və həmin günü "xxxx" MMC-dən onlara maliyyə arayışı verildi ki, onların və Cavabdeh1 aldıqları mənzillərə görə borcları yoxdur. Bundan X29 bildirdi ki, Vüqar Mustafayevin 04 fevral 2021-ci ildə verdiyi müqavilələri geri verin, sizə yeni müqavilələr verək, çıxarış ala biləsiniz. O və Cavabdeh1 bu məsələyə inanıb Vüqar Mustafayevin verdiyi müqavilələri Akif Mustafayevə vermiş və həmin günü Akif Mustafayev tərəfindən eyni tarixli, yəni 04 fevral 2021-ci il tarixə 118 və 118/1 nömrəli mənzillərin alınmasına dair müqavilə verildi. Həmin müqavilələri və maliyyət arayışlarını Emil Muslazadə imza edib, möhürlə təsdiq etdi. Həmin vaxtı Akif Mustafayev və Emil Mustafazadə dedilər ki, Vüqar Mustafayevin verdiyi müqavilələri ofisdə işləyən Marina adlı xanım direktorun əvəzinə imza edib, imzanın üzərinə vurulan möhür isə skan olunmuşdur. Hazırda verilən müqavilə və maliyyə arayışı tam düzgün formadadır, bundan sonra "xxxx" MMC-nin onlarla bağlı heç bir problemi yoxdur və gələcəkdə də olmaycaq. Qərardan daha sonra müəyyən olunur ki, cinayət işi üzrə şahid qismində dindirilmiş X9 və X17 zərərçəkmiş şəxs Cavabdeh1 verdiyi ifadə, şahid qismində dindirilmiş X10 və Cavabdeh2 təqsirləndirilən şəxs X5 verdiyi ifadə ilə eyni məzmunlu ifadələr vermişlər. Qərardan daha sonra müəyyən olunur ki, 25 yanvar 2023-cü il tarixli vurulmuş ziyanın ödənilməsi haqqında protokola əsasən, Cavabdeh1 və Cavabdeh3 dəymiş ziyana görə X12 tərəfindən 40.000 manat ödənilmişdir. Bakı şəhəri Nizami RPİ-də şahid qismində dindirilmiş X10 xx.xx.2023-cü il tarixli ifadəsində – təsisçisi olduğu "xxxx" MMC-in ünvan 9 ünvanında inşa etdiyi 2-ci binanın 16cı mərtəbəsində oğlu Vüqar Mustafayevə sahəsi 360 kv.m. olan mənzili hədiyyə etdiyini, 2021-ci ilin yanvar ayında şirkətə pul lazım olduğundan həmin mənzilin satışa çıxarılmasını, 2021-ci ilin fevral ayında mənzillərin hər birinin 190.000 manata satışa çıxarılmasının ona məlum olmasını, ikin olaraq ümumilikdə 40.000 manat vəsaitin kassaya mədaxil edilməsini, 2022-ci ilin yay aylarında maliyyə məsələlərinə baxan Marina Əliyevadan müştərilərin ödənişləri etməmələrinin ona məlum olmasını, ofisə dəvət olunan Cavabdeh1 və Cavabdeh3 ödənilmiş 100.000 manat vəsaitin Vüqar Mustafayev tərəfindən alınaraq əl yazması ilə qəbz verilməsini bildiyini, Xəqani və Röyal tərəfindən cəmi 340.000 manat vəsaitin ödənilməsini, bundan sonra onlara maliyyə arayışlarının verildiyini, xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin eyni qaydada qalmaq şərti ilə yenilənərək MMC-in direktoru Emil Mustafazadə tərəfindən imzalanmasını, MMC-in möhürü ilə təsdiq edilməsini göstərmişdir. Bakı şəhəri Nizami RPİ-də şahid qismində dindirilmiş X8 xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında Emil Mustafazadə ondan hesabat istəyərkən Cavabdeh1 və Cavabdeh3 barəsində Vüqar Mustafayevin bu müştərilərə aylıq ödənişlərlə bağlı zəng vurmamasını deməsini bildirmişdir. Bakı şəhəri Nizami RPİ-də şahid qismində dindirilmiş Cavabdeh2 xx.xx.2022-ci il tarixli ifadəsində 2015-2022-ci illərdə təsisçisi olduğu "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləməsini, MMC-in pula ehtiyacı olduğundan X28in qardaşı Vüqar Mustafayevə hədiyyə olunmuş mənzili satışa çıxarmağı deməsini, Vüqar Mustafayevin hər bir mənzili 190.000 manata satışa çıxaracağını ona bildirməsini, o, da buna razılıq verməsini, onun tapşırığına əsasən iki müqavilə tərtib olunmasını və qardaşı MMC-in direktoru Emil Mustafazadənin işdə olmadığından müqavilənin direktor müavini Marina Əliyeva tərəfindən imzalanmasını, X28 tərəfindən möhürlə təsdiq olunmasını, Cavabdeh1 və Cavabdeh3 hər birinə 20.000 manat olmaqla ödəniş qəbzi verilməsini, Cavabdeh1 Vüqar Mustafayevə verdiyi 40.000 manata görə qəbzin verilməməsini ona deməsini göstərmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 10 ünvanında yerləşən 1 saylı binanın 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m olan 3 otaqdan ibarət 118 nömrəli mənzili alıcı Cavabdeh3 təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil verib. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 190.000 manat müəyyən edilib və alıcı ilkin olaraq 20.000 manat ödəniş edib, 170.000 manat borcu qalıb. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 28.334 manat olmaqla, 170.000 manat məbləği 04 avqust 2021-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Lakin Cavabdeh3 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək Cəmiyyətə ödəməli pulu 1 il 7 ay gecikdirdikdən sonra 10 sentyabr 2022-cil il tarixdə tam olaraq ödəyib. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 10 ünvanında yerləşən 1 saylı binanın 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m olan 3 otaqdan ibarət 118/1 nömrəli mənzili alıcı Cavabdeh1 təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil verib. Müqaviləyə 1 №-li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 190.000 manat müəyyən edilib və alıcı ilkin olaraq 20.000 manat ödəniş edib, 170.000 manat borcu qalıb. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 28.334 manat olmaqla, 170.000 manat məbləği 04 avqust 2021-ci il tarixədək Cəmiyyətə ödəməli idi. Lakin Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək Cəmiyyətə ödəməli pulu 1 il 7 ay gecikdirdikdən sonra 10 sentyabr 2022-cil il tarixdə tam olaraq ödəyib. Müqaviləyə əsasən mənzillər qeyd olunan cavabdehlərə satılarkən mənzilin 1 kv.m dəyəri 1.086 manat müəyyən edilib. Lakin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirən zaman mənzilin 1 kv.m dəyəri təxminən 1.600 manat dəyərində olub. Mənzilin 1 kv.m dəyəri 500 manat qalxdığından və Cəmiyyətə olan borc vaxtında ödənilmədiyindən Cəmiyyətə hər 175 kv.m mənzil üçün ayrılıqda 87.500 manat olmaqla, ümumilikdə 175.000 manat məbləğində maddi ziyan dəyib. Cəmiyyət mənzili cavabdehlərin pulu tam ödədiyi vaxt satsa idi, ən azından qeyd olunan gəliri əldə edəcəkdir. Buna görə də, həmin məbləğ Cəmiyyətin əlindən çıxıb. Həmçinin, Cavabdeh3 və Cavabdeh1 hər biri tərəfindən 87.500 manat məbləğində pul vaxtında ödənilsəydi Cəmiyyət həmin pul vəsaitini yenidən dövriyyəyə buraxaraq gəlir əldə edə bilərdi. Cavabdeh3 və Cavabdeh1 pul məbləğinin ödənilməsini gecikdirib, lakin Cəmiyyət digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz ödəməyə borcludurlar. Cavabdeh3 və Cavabdeh1 hər biri 87.500 manat məbləğində pulu 1 il 7 ay sonra ödədiyindən həmin müddət üçün hər birindən (1 il 4.375 + 7 ay 2.552=6.927) 6.927 manat məbləğində ziyan tutulmalıdır. Bundan əlavə Cavabdeh3 və Cavabdeh1 müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirməmələrini onunla əsaslandırıblar ki, "xxxx" MMC-nin sabiq təsisçisi Cavabdeh2 mənzilin dəyərinin şirkətə vaxtında ödənilməsinə icazə verməyib və mənzilin dəyəri Cavabdeh2 göstərişinə əsasən bazar qiymətindən 60.000 manat aşağı qiymətə satılıb. Cavabdeh2 qanuna zidd hərəkətləri və öz səlahiyyətlərindən istifadə etməsi nəticəsində Cəmiyyətə onun tərəfindən 60.000 manat məbləğində maddi ziyan dəyib. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia əriəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh1 izahatı həqiqəti əks etdirmir, guya onun şahid olduğunu bildirir. Onun iştirakı ilə olan söhbət başqadır. O, müqavilələr bağlananda iştirak etməyib, müqavilələrin necə, hansı şərtlərlə bağlandığını bilmir. Müəyyən bir müddətdən sonra o, direktor müavini işləyəndə məlum olub ki, müqavilələr üzrə mənzilin satış qiyməti 190.000 manat göstərilib. İki nəfər müqavilə üzrə cəmi 20.000 manat pul ödəyib, mənzili təmir edib köçəcəklər, lakin pulu ödəməyiblər. Bununla bağlı rəhbərliyin göstərişi ilə o, Cavabdeh1, Cavabdeh3 və bir nəfər hüquqşünas xanımı dəvət edib, onlara 170.000 manat pulu ödəmələrini bildirib. Həmin vaxt Elnur Mustafazadə MTK-nın direktoru idi. Elnur Mustafazadə onun yanında onlara pulu ödəmələrini, daha sonra maliyyə arayışını verəcəyini bildirib. Bundan sonra yenə də Cavabdeh1, Cavabdeh3, hüquqşünas xanım və guya bibiləri olan başqa bir xanımın yanında onlara pulu ödəmələrini və onlara maliyyə arayışı verəcəyini bildirib. Sonradan məlum olub ki, bibi deyilən xanım peşəkar şəkildə bu işlərdə təxribat törədən, istifadə olunan bir qadındır. Adını dəqiq bilmədiyi xanım ona bildirdi ki, 60.000 manat ödəsinlər, 60.000 manata mülki qaydada iddia qaldırsınlar. Pul ödənəndə o, rayonda olduğundan iştirak etməyib. O, deyib ki, maliyyə arayışı verilməsin, amma cavabdehlərə maliyyə arayışı verilib, düzgün olmayan qaydada iltizam alıblar. Həmin şəxslər müxtəlif dövlət orqanlarına müraciət ediblər. Həmin şəxsləri yenidən dəvət edib, onlara izah edib ki, pulu ödəsinlər. Cavabdeh1 pulu əvvəlcədən hazır etdiyini bildirsə də, ödənişi onların danışıqların sonra 3-4 ay da gecikdirib. Cinayət işi ilə əlaqədar olaraq bildirir ki, Vüqar Mustafayevin əməlində hər hansı bir cinayət tərkibi olmadığı iş materialları ilə təsdiqlənib. Cavabdeh2 şirkətdə 55 faizlə təsisçi idi, hazırda isə o, təsisçi deyil, 1 faiz payı belə yoxdur və ondan sonra da bir gün də şirkətdə olmayıb. Baş verən məsələdə cinayət tərkibi yoxdur, sadəcə etik baxımdan düz deyildi, gərək böyükləri ilə məsləhətləşərdi, Akif Mustafayev və oğlanları barəsində bu formada danışmaq düzgün deyil. X14 idarəsində yazdığı izahatda bildirib ki, “2021-ci ilin sentyabr ayında o, müqaviləni tam bağlayacağına söz verib, hər mənzil üçün 20.000 manat olmaqla, cəmi 40.000 manat qəbzi yazıb Cavabdeh1 qəbul etmişəm. Mənzil alan şəxslər sentyabr ayında borcu tam bağlayacaqları üçün pulun məndə qalmasını, mənzil ödənişini bağlayarkən pulu götürəcəklərini demişlər. Sentyabr ayında borc bağlanmadığından bir il müddətində dəfələrlə ölkə ərazisində, o cümlədən ölkədən kənarda olduğum müddətdə həmin şəxslərlə əlaqə saxlayaraq pulu götürmələrini təklif etmişəm”. Onlar sentyabr ayında deyil, 17 aydan sonra pulu ödəyiblər. Cavabdehlərdə pul hazır idisə, pulu ona verərdilər. Pulun vaxtında ödənməməsi səbəbindən Vüqar Mustafayevdə problem yaranıb. Əvvəlki iş materiallarında 2-3 ədəd müqavilə təqdim edib, eyni zamanda rəy də var. Həmin mənzilin pulu ödənilən vaxt kv. metri 2.000 manata satılsa da, 150-175 kv.metr sahəsi olan mənzilə görə 20.000 manat ödəyib yaşadıqdan sonra qalan pulu ödəyiblər. Ona görə də, hesab edir ki, MTK əldən çıxmış faydanı cavabdehlərdən tələb etməkdə tam haqlıdır. Mənzillər üzrə pul ödəniləndə orada olmayıb. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirib ki, barışıq olub, o, 100.000 manat ziyanı ödəyib. Vüqar Mustafayev barəsində cinayət işi açılıb, çünki Vüqar Mustafayev onlara qarşı dələduzluq edib. X29 pulun ödənilməsini bildirib. Onlar pulu Vüqar Mustafayevə ödəyiblər və əlyazma da alıblar. Bir il də keçib, onlar ödənişlər bağlı qaimə istəyiblər. Ödənişdən əvvəl o, şirkətə gəlib, həmin vaxt Vüqar Mustafayev yox idi, birlikdə söhbət ediblər, onlarla ortaq tanışları çıxıb, dayısını tanıyıb. Deyiblər ki, pul Cavabdeh2 ödəniləcək. Bir ildən çox o, Cavabdeh2 pul ödəmək istəyib, ancaq o, qəbzlərini, maliyyə arayışını verməyini, sonra mənzilə çıxarış almaq istədiyini bildirib. Hər dəfə oraya gəldikdə ona 20 Yanvarda layihəyə başlayacaqlarını, hələlik pul ehtiyacın olmadığını, problemlərinin olduğunu və ona getməyini bildirib. Beləliklə də məsələ uzanıb. Sonradan onların şirkət daxilində problemləri yaranıb. Daha X29 onları çağıraraq nəyə görə pulu gecikdirdiklərini soruşub, orada mübahisə yaranıb. O, Vüqar Mustafayev və Cavabdeh2lə birlikdə çörək kəsib, onların ailə daxilində münaqişələri olub, pulun sahibi özü olub, Vüqar Mustafayev və Cavabdeh2 onu axtarmaq əvəzinə, özü əlində pul onları axtarıb. Əvvəlcə də o, Akif Mustafayevdən Baş Prokururluğa şikayət edib, Akif Mustafayev ona pulu tam ödəməyini bildirib. O da mənzilin pulunu tam olaraq ödəyib maliyyə arayışı alıb. O, polisə şikayət edəndən sonra MTK ona qarşı iddia qaldırıb. O, Akif Mustafayevə pulu Vüqar Mustafayevin əldə etdiyini, məsələni də onunla həll etməsini bildirib. Əksinə olaraq bu məsələdə ziyan çəkən odur. Gecikmə şirkətin dələduzluğuna görə olub. O, 170.000 manat pulu tam ödəyib maliyyə arayışı əldə edib. İddia tələbini əsassız hesab edir. Pulu gec ödəyib, çünki şirkətdə ailədaxili münaqişələr, dələduzluq olub. Akif Mustafayevin səs yazıları da var, o, yenidən iki dəfə 30.000 manat pul tələb edib. Bu proseslərdə o və iki dostu zərərçəkmiş şəxs olublar. O, mənzili Vüqar Mustafayevdən alıb. Şirkətə gedəndə orada kimi görürürsə, kimin əlində sənəd olursa, ondan mənzili alır. Lakin həmin şəxsin şirkətin sahibinin oğlu olub-olmadığını, nəslini araşdırmır. O, mənzilin pulunu iki ay əvvəldən gətib, qarşı tərəf isə əlyazma kağız, qəbz verib. O deyib ki, pulu ödəsin, maliyyə arayışı versinlər, mənzilə dair çıxarış alsın. Cavabdeh2 isə atası ilə şirkət daxilində problemi olduğu, atasının bilməməsini, bu məsələnin özünün, qardaşı Vüqar Mustafayevin və onun arasında olduğunu, özünün Vüqar Mustafayevlə məsələni həll edəcəyini deyib. Ona qarşı dələduzluq etdiklərini başa düşüb. Sonradan qumar oynadıqlarını eşidib. O, Akif Mustafayevin yanına gedərək, məsələni həll etməyini bildirib, 13 sentyabrda bütün ödənişi edərək, maliyyə arayışı alıb. İddiaçının nümayəndəsi Nümayəndə2 də orada idi. Akif Mustafayevin oğluna da cinayət işi açılıb. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(007)- 1930/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçı "xxxx" MMC-yə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC (direktor X11) ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə və həmin müqaviləyə 1 nömrəli əlavələrə əsasən cəmiyyət ünvan 1 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə hər bir alıcıya verməyi, alıcılar isə həmin mənzilləri qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzillər 3 otaqdan ibarətdir. Mənzillərin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat olmaqla (sonuncu ay 28.330 manat) olmaqla ödənilməlidir. Mənzillərin ödənişi hazırda tamamlanmışdır və mənzillər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 istifadə və sahibliyindədir. Hazırda isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin və həmin ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi, 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “adıçəkilən mənzillərin aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı "xxxx" MMC (direktor X11) ilə alıcılar Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrə və həmin müqavilələrə 1 nömrəli əlavələrə əsasən cəmiyyət ünvan 1 ünvanında inşa olunan 1 saylı binasının 16-cı mərtəbəsindəki 118 nömrəli mənzili bölərək ümumi tikinti sahəsi və holl daxil olmaqla 175 kv.m ilə hər bir alıcıya verməyi, alıcılar isə həmin mənzilləri qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzillərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzillər 3 otaqdan ibarətdir. Mənzilin dəyəri 190.000 manat, ilkin ödəniş 20.000 manat, qalan ödəniş 6 ay müddətində hər ay 28.334 manat olmaqla (sonuncu ay 28.330 manat) olmaqla ödənilmədir. İddiaçı isə mənzillərin dəyərinin 210.000 manat olduğunu və hər bir mənzil üzrə satışın 30.000 manat aşağı qiymətə realizə edildiyini qeyd etmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, X12 tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 adıçəkilən mənzillərin satılması təmin edilmişdir. X12 vermiş olduğu izahatında X28 tərəfindən ona və qardaşı Cavabdeh2a ünvan 1 ünvanında inşa olunan binada ayrı-ayrılıqda 360 kv.m sahəsi olan mənzilin hədiyyə edildiyini, ona məxsus olan mənzili iki hissəyə bölərək, cavabdehlərin hər birinə 190.000 manata satdığını, əlavə hər bir mənzildən 30.000 manat məbləğində pulu öz qazancı kimi istədiyini qeyd etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 isə Vüqar Mustafayevin izahatını təsdiq etdiklərini, lakin mənzillərin 190.000 manata alındığını, əlavə hər bir mənzil üçün ödənilən 30.000 manat pulun isə mənzilin dəyəri kimi əvvəlcədən ödənilən məbləğ olduğunu qeyd etmişlər. Araşdırma aparılan zaman Cavabdeh2 izahatında bildirib ki, 2021-2022-ci illərdə cəmiyyətin direktoru qardaşı Emil Mustafayev olsa da, cəmiyyət faktiki olaraq Emil Mustafayev, X28 və onun tərəfindən idarə olunurdu. Cəmiyyətin pula ehtiyacı olduğu üçün atası tərəfindən Vüqar Mustafayeva verilən sahəsi 360 kv.m olan mənzilin satışına razılıq verilmişdir. Qardaşı mənzilləri iki hissəyə bölərək, hər birini 190.000 manata satacağını və alıcılarla müqavilə tərtib ediləcəyini bildirib. Bundan sonra hər iki müqavilə hazırlanır, imzalanır və möhürlənir, mənzilləri üzrə ilkin ödəniş kimi ayrı-ayrılıqda 20.000 manat ödənilir. Qalan borc 6 ay ərizində ödənilməli idi. Ona sonradan məlum olub ki, qardaşı ilə Cavabdeh1 və Cavabdeh3 arasında olan razılaşmaya əsasən cəmiyyətin hesabına 190.000 manat, qardaşına isə 30.000 manat hər bir mənzil üçün ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, mənzilin satışını Vüqar Mustafayev həyata keçirmiş, müqavilə cəmiyyətin adından Emil Mustafayev tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. İstintaq şöbəsində araşdırma aparılan zaman müqavilələrin cəmiyyətin, Emil Mustafayevin əvəzində özü olmadığı üçün işçi tərəfindən imzalandığı qeyd edilmişdir. Belə olan halda, hazırkı tələb üzrə Cavabdeh2 cavabdehliyi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabehin əsl cavabdeh ilə əvəz olunması barədə təklif edilsə də, iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən hissədə iddia Cavabdeh2a qarşı qaldırılsa da, iddiaçı tərəfindən dəyərindən aşağı satıldığı iddia iddia edilən mənzillər onun tərəfindən satıldığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən mübahisələndirilən hissədə iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “adıçəkilən mənzillərin aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən müqavilələr üzrə ödənişin xx.xx.2021-ci il tarixdə tamamlanmalı olmasına baxmayaraq xx.xx.2022-ci ildə ödənişinin başa çatdırıldığını, mənzillər satılarkən hər kv.metrin dəyərinin 1.086 manat müəyyən edilsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərkən hər kv.metrin dəyərinin 1.600 manat olduğunu və hər kv.metr üçün 500 manat artım olduğunu nəzərə alaraq hər bir mənzil üzrə 87.500 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Həmçinin, 87.500 manat vaxtında ödənilsə, cəmiyyət həmin pulu dövriyyə buraxaraq gəlir əldə edə bilərdi, cavabdehlər isə ödənişləri gecikdiriblər. Bu səbəbdən hər biri 1 il 7 ay üzrə Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq 87.500 manat məbləğində pulun illik 5 faizi ödənilməlidir. Bu səbəbdən cavabdehlərin hər birindən 87.500 manat məbləğində əldən çıxmış fayda və gecikdirilmiş vaxt üçün illik 5 faizlə 6.927 manat tələb olunmuşdir. İddiaçı tərəfindən məhkəməyə X3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qeyd edilən mənzilin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 manat, likvid dəyəri isə 252.000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək olan müddəti 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gündür. Hazırkı tələb üzrə müəyyən edilməli olan hal cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirib-yetirilməməsi və bunun səbəbləridir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə və on əlavəyə əsasən mənzillərin dəyəri 190.000 manat həcmində müəyyən edilmiş, ilkin ödəniş 20.000 manat olmuş, qalan 170.000 manatın isə 6 ay ərzində xx.xx.2021-ci il tarixinədək başa çatdırılması nəzətdə tutulmuşdur. Hazırda iddiaçı ödənişin xx.xx.2022-ci il tarixdə başa çatıdırıldığını bildirmiş, cavabdehlər İstintaq Şöbəsində verdikləri izahatlarında da xx.xx.2022-ci ildə cəmiyyətə hər bir müqavilə üzrə 170.000 manat ödəniş edildiyini qeyd etmişlər. Bu səbəbdən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin xx.xx.2022-ci il tarixdə icra edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmiş ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2022-ci ilin avqust ayında Bakı şəhəri Nizami rayon prokurorluğuna şikayət etmişlər. Məlum olmuşdur ki, cavabdehlər tərəfindən mənzillərin ödənişi kimi 40.000 manat məbləğində pul Vüqar Mustafayevə ödənilmiş, sonuncu isə həmin ödənişlərin edilməsinə dair müvafiq qəbzləri cavabdehlərə verməmiş, əvəzində özü tərəfindən qəbz tərtib etmişdir. Lakin həmin ödəniş cəmiyyətin balansına köçürülməmişdir. Sonradan cəmiyyət tərəfindən cavabdehlərdən 170.000 manat borcun ödənilməsi tələb edilsə də, cavabdehlər cəmiyyətə Vüqar Mustafayevə 60.000 manat və sonradan 40.000 manat pulun ödənildiyini, lakin cəmiyyət tərəfindən müvafiq qəbzlərin verilmədiyini bildirmişlər. Lakin cəmiyyətin direktoru cəmiyyətin hesabına ödənişlərin edilmədiyini, həmin pulların cəmiyyətin hesabına daxil edilmədiyini bildirmişdir. Bundan sonra isə cavabdehlər qeyd edilən şikayətlə Nizami rayon prokurorluğuna şikayət etmişlər. Bundan sonra cavabdehlərin hər biri 170.000 manat məbləğində pulu cəmiyyətin hesabına ödəmiş, Vüqar Mustafayev isə cavabdehlərə 40.000 manatı geri qaytarmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən 1 il 1 ay 6 gün müddətində 170.000 manat məbləğində pulun ödənilməməsinin səbəbi onların həmin pulu ödəmək iqtidarında olması deyil, daha əvvəl mənzillərin dəyəri kimi ödənilmiş pulların mənzil üzrə edilmiş ödəniş kimi nəzərə alınmaması və nəticədə cavabdehlərdən hər bir mənzil üzrə 170.000 manat pul tələb edilməsi səbəbindən onların ödəniş etməkdən imtina etməsi olmuşdur. xx.xx.2022-ci ildə cavabdehlərin hər birinin 170.000 manat məbləğində pulu cəmiyyətin hesabına ödəmələri onların mənzil üzrə ödəniş etmək qabiliyyətində olmasını təsdiq edir. Lakin cəmiyyətdə mənzillərin ödənişlərinin edilməsi ilə bağlı yaranmış anlaşılmazlıq, ödənişlərin Vüqar Mustafayev tərəfindən təhvil alınması, sonradan cəmiyyət tərəfindən Vüqar Mustafayeva edilmiş ödənişlərin nəzərə alınmaması, cəmiyyət daxilində baş verənlər və ödəniş tam şəkildə ödənilməsinin tələb edilməsi müqavilə öhdəliklərinin cavabdehlər tərəfindən icrasının gecikdirilməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin icrasının gecikdirilməsini adıçəkilən səbəblərdən baş verməsini, tərəflərin 170.000 manat birdəfəlik ödəniş etmələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi mübahisələndirlən hissədə əsassızdır. Müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi cavabdehlərdən asılı olmayan səbəblərdən olmuşdur və buna görə cavabdehlərdən əldən çıxmış fayda kimi zərərin və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun tələb edilməsi yolverilməzdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 390.1, 443.1, 443.2, 443.3, 443.4, 445.7, 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 54.2, 77.1, 78.1, 119.1, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1930/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1930/2024 saylı qətnaməsinin Cavabdeh2 60.000 manat pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanmaqla Cavabdeh3 və Cavabdeh1 hissədə tam ləğv edilməsi, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxan faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxan faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin və ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin bazar qiymətindən aşağı satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 10 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib və öz qərarını düzgün əsaslandırmayıb. İddia ərizəsinin 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi hissəsində məhkəmə iş üzrə belə nəticəyə gəlib ki, mübahisələndirilən hissədə iddia Cavabdeh2a qarşı qaldırılsa da, iddiaçı tərəfindən dəyərindən aşağı satıldığı iddia edilən mənzillər onun tərəfindən satıldığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən mübahisələndirilən hissədə iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Göstərilənlərə əsasən iddia tələbi “adıçəkilən mənzillərin aşağı qiymətə satılması nəticəsində dəyən zərər üzrə 60.000 (altmış min) manat pul vəsaitinin Cavabdeh2 alınıb iddiaçının hesabına ödənilməsi” hissədə təmin edilməməlidir. İddia tərəfi qətnamənin bu hissəsini mübahisələndirmir. Cavabdeh2 "xxxx" MMC-nin təsisçilərindən biri və hüquqşünası kimi adıçəkilən mənzillərin aşağı qiymətə satılmasına razılıq verən şəxsdir. Lakin müqavilələrdə onun imzası olmadığından mənzilin aşağı qiymətə satılmasına görə onun məsuliyyət daşıması düzgün deyil. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə iddiaçı tərəfindən mübahisələndirilmir. İddia tələbinin “118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməsi, 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 87.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 94.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırarkən müqavilələr üzrə ödənişin xx.xx.2021-ci il tarixdə tamamlanmalı olmasına baxmayaraq xx.xx.2022-ci ildə ödənişinin başa çatdırıldığını, mənzillər satılarkən hər kv.metrin dəyərinin 1.086 manat müəyyən edilsə də, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilərkən hər kv.metrin dəyərinin 1.600 manat olduğunu və hər kv.metr üçün 500 manat artım olduğunu nəzərə alaraq hər bir mənzil üzrə 87.500 manat maddi ziyan dəydiyini və bununla əlaqədar cavabdehlərin hər birindən 87.500 manat məbləğində əldən çıxmış fayda və gecikdirilmiş vaxt üçün illik 5 faizlə 6.927 manat tələb olunması hissəsinə dair birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, müqavilə öhdəliklərinin icrasının gecikdirilməsi cavabdehlərdən asılı olmayan səbəblərdən olmuşdur və buna görə cavabdehlərdən əldən çıxmış fayda kimi zərərin və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun tələb edilməsi yolverilməzdir. Bu hissədə qətnamə tam qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq sorğu əsasında Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsindən icraatında olan cinayət işinin nəticəsinə dair müvafiq qərar alınmışdır, eyni zamanda məhkəmənin icraatında olmuş 2(007)-45/2024 saylı iş üzrə materiallar bu işə əlavə edilmişdir. Məhkəmə qətnaməsində ilk öncə qeyd olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək olan müddəti 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gündür. Bu halda gecikmənin tarixini xx.xx.2021-ci ildən götürməklə birinci instansiya məhkəməsi işin faktiki hallarını təhrif edib. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, tərəflər arasındakı razılığa əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2021-ci ilin sentyabr ayına qədər müqavilə üzrə ödədiklərini tam yerinə yetirməli olduqları halda hərəyə 20.000 manat ilkin ödəniş edildikdən sonra Cavabdeh1 ofisdə pulu ödəmək əvəzinə ofisin qonşuluğunda yerləşən kafedə Vüqar Mustafayevə 40.000 manat ödəniş etmiş, bununla əlaqədar Vüqar Mustafayevdən əlyazma şəklində qəbzin pul tam ödənildikdən sonra veriləcəyinə dair bildiriş almaqla kifayətlənmişdir. İşin bu halları birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə istinad edilən bu işlə əlaqədar qaldırılan cinayət işinin materiallarındakı izahatlarla öz təsdiqini tapır. Təəssüflər olsun ki, bu halda birinci instansiya məhkəməsi qərəz nümayiş etdirərək, yalnız cavabdehlərin iş materiallarındakı izahatlara istinad edib, lakin Vüqar Mustafayevin istintaqa verdiyi izahatdakı xüsusatları nəzərə almayıb. Vüqar Mustafayev 15 dekabr 2022-ci il tarixdə istintaqa verdiyi izahatında ödənişin gecikdirilməsi ilə əlaqədar cavabdehlərlə arasındakı münasibətləri aşağıdakı kimi izah edir. “2021-ci ilin aprel ayında Cavabdeh1 aldığı evdə təmir işlərinə başladı. 2021-ci ilin mart, aprel və may aylarında Xəqani və Röyal evə görə aylıq ödəniş olan 28.334 manat ödənişi, ümumilikdə isə 170.004 manat ödənişi etmədilər. 27 may 2021-ci ildə mən Xəqani və Elmirlə ofisin qarşısında görüşdüm və Cavabdeh1 dedim ki, qalıq borcunu ödəmək lazımdır. Xəqani mənə dedi ki, indi pulum yoxdur, 2021-ci ilin sentyabr ayında mənzillərə olan borcumuzu tam şəkildə ödəyəcəyik. Mən Xəqaniyə dedim ki, mənzillərə aylıq ödəniş edilməsi üçün mənə verdiyin 40.000 manat məndədir, 2021-ci ilin sentyabr ayında mənzillərin qalıq borcunu ödəyən zaman məndə olan 40.000 manatı gətirəcəm, pulu birlikdə ödəyərsən və maliyyə arayışını alarsan. Xəqani mənimlə razılaşdı və mən bu barədə əl yazma yazıb verdim. Həmin əl yazmada göstərdim ki, mən 17 may 2021-ci ildə 118 və 118/1 mənzillərə görə 40.000 manatı aldım və 01 sentyabr 2021-ci ildə qəbzini təqdim edəcəm. Həmin əlyazmanı mən, Xəqani və Elmir imzalarla təsdiq etdik. 2021-ci ilin sentyabr ayına kimi Xəqani və Röyal qalıq borcu gətirmədilər”. Göründüyü kimi, iş materiallarında olan Vüqar Mustafayevin bu izahatı ilə cavabdehlərin izahatları arasındakı ziddiyətlərə, o cümlədən işin faktiki hallarına dair məsələlərə qiymət verərkən birinci instansiya məhkəməsi qərəzli və birtərəfli mövqe tutub. Bu halları aşağıdakı kimi xülasə etmək olar: 1. Cavabdehlər iddia edir ki, onlar pulun qalığını ona görə ödəməyiblər ki, ödədikləri 40.000 manat pulun alınmasına dair onlara qəbz verilməyib. Birinci instansiya məhkəməsi cavabdehlərin həmin izahatına əsaslanaraq iş üzrə qətnamə qəbul edib. Bu halda, nəzərə alınmayıb ki, cavabdehlər müqaviləni ofisdə bağladıqları və ilkin ödənişlə bağlı qəbzi ofisdən aldıqları halda qalıq borcu ödəmək üçün ofisə müraciət etmək əvəzinə Vüqar Mustafayevdən əlyazma almağa üstünlük veriblər. Halbuki, onlar pulun ödənilməsi ilə əlaqədar qəbzin alınmasının vacib olduğunu yaxşı bilirdilər, çünki ilkin ödənişdən sonra məhz ofisdən qəbz almışdılar. Cavabdehlər mənzili Vüqar Mustafayevdən almayıblar, "xxxx" MMC-dən alıblar. Vüqar Mustafayevin bu əqdin bağlanmasındakı rolu vasitəçilikdən o yana keçməyib. 2. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu xx.xx.2021-ci ilə qədər ödənilib qurtarmalı idi. Vüqar Mustafayev izahatında qeyd edir ki, pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən müraciət olunub. Cavabdeh1 mənzilin qalıq borcunu ödəmədiyi halda, mənzili təmir etməyə pul tapdığı halda mənzilə dair qalıq borcunu ödəmək əvəzinə bu sövdələşmədə vasitəçi funksiyasını həyata keçirən Vüqar Mustaafayevə müraciət edərək pulun ödənilməsi üçün möhlət istəyib. Cavabdehlər müqavilə üzrə götürdükləri öhdəliyə əməl etmək əvəzinə müqavilə göstərilən müddət ərzində pulu ödəyib müvafiq arayış almaq üçün onlara ofisdən dəfələrlə zəng edilməsinə baxmayaraq bir dəfə də gəlib ofisə aylıq ödəniş etməyiblər. Bu halda birinci instansiya məhkəməsinin, müqavilə üzrə ödənişin gecikmə müddətinin 1 il 7 ay deyil, 1 il, 1 ay və 6 gün olduğu barədə nəticəyə gəlməsi tamamilə əsassızdır. Cavabdeh1 öz izahatında təsdiq edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və qalıq borcun ödənilməsi "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb edib. Onlar isə yalnız xx.xx.2022-ci il tarixdə ödəniş ediblər. Halbuki, həmin görüşdə "xxxx" MMC-nin direktoru cavabdehlərə, onları müşayiət edən hüquqşünasa və istintaq materiallarında Cavabdeh1 ögey xalası kimi təqdim olunan yaşlı qadına pulun ödəniləcəyi halda, dərhal maliyyə arayışının veriləcəyi barədə razılığa gəlmişdilər və cavabdehlər bir həftəyə borcu ödəməyə söz vermişdilər. Lakin cavabdehlər verdikləri sözə yenə əməl etmədilər, pulun Rusiya Federasiyasından gələcəyi barədə bəhanələr uyduraraq 4 ay sonra pulu ödədilər. İşin bu hallarına dair birinci instansiya məhkəməsində "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsinin suallarına Cavabdeh1 cavab verməyə çətinlik çəkdikdə hakim Qumru Əliyeva cavbdehin əvəzinə cavab verməklə iddia tərəfinə münasibətdə qərəzli mövqeyini açıq nümayiş etdirmişdir. Yuxarıda göstərilən digər hallar kimi, işin bu halı da təsdiq edir ki, müqavilə öhdəlikləri üzrə icranın gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olmasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlışdır. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü kimi, onlar əllərində pul hazır olduğu halda "xxxx" MMC həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə guya imtina edibsə, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına niyə ödəməyiblər? Halbuki "xxxx" MMC-nin bank hesabı cavabdehlərlə bağlanan müqavilədə qeyd olunub. Məhkəmə qətnaməsində yuxarıda qeyd olunan ziddiyyətlərə heç bir aydınlıq gətirilmir. Cavabdehlərdən hər birinin müqavilə imzalanan gün aldıqları mənzilə görə 30.000 manat məbləği faktiki Vüqar Mustafayevə ödədiyi və Cavabdeh2 aid hissədə iddianın təmin edilmədiyi nəzərə alınaraq birinci instansiya məhkəməsi əldən çıxan fayda ilə əlaqədar iddianı qismən təmin edə bilərdi. Belə ki, iddiaçı tərəfindən məhkəməyə X3 tərəfindən tərtib edilmiş rəyə əsasən cavabdehlərin sahibliyində olan mənzillərin hər birinin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 manat, likvid dəyəri isə 252.000 manat müəyyən edilmişdir. Bu halda, mənzilin dəqiq təyin edilən likvid dəyəri əsas götürülməklə, həmin məbləğdən cavabdehlərdən hər birinin aldıqları mənzil üçün 220.000 manat pulu faktiki ödədikləri nəzərə alınmaqla əldən çıxan fayda şəklində hər bir cavabdehin vurduğu zərərlə bağlı pul ödəməsinə dair qətnamə qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3617/ 2024 saylı iddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə dair iş üzrə öhdəliyin icra edilməməsi ilə vurulan zərər, əldən çıxan fayda ilə bağlı qərarında mövcud işlə əlaqədar oxşar hallara kassasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilib. Birinci instansiya məhkəməsi mövcud məhkəmə təcrübəsinə əsaslanmayan və pulun ödənişinin gecikdirilməsində cavabdehlərə haqq qazandıran qanunsuz qətnamə qəbul edib. Məhkəmə qətnaməsinin Cavabdeh2 60.000 manat pul tələbinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyi nəzərə alınaraq həmin hissədə dəyişdirilmədən saxlanmaqla Cavabdeh3 və Cavabdeh1 aid hissədə qətnamə ləğv edilməli, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 4 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İnsan Hüqüqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki və hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüqüquna malikdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının müddəallarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli (5 № li) qərarına əsasən 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikası “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasını ratifikasiya edərək onun yuridiksiyasına daxil olmuşdur. Odur ki, məhkəmələr işə baxarkən Avropa Məhkəməsinin presidentlərini tətbiq etməlidir. Ədalətli araşdırma hüququ məhkəmə araşdırmasının bir çox aspektlərini, o cümlədən məhkəmə qərarlarının əsaslandırılmasını özündə ehtiva edir. Van de Hurk Niderlanda qarşı (19 aprel, 1994) işdə məhkəmə bildirmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət proseslərində çıxartdıqları qərarı əsaslandırmalıdırlar. Həmçinin, həmin qərarda bildirilir ki, təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə iddiaçı tərəfindən təqdim olunan arqumentlərin heç birinə əsaslandırılmış cavab verilməyib və cavabdehlərin izahatına əsaslanaraq iş üzrə qətnamə qəbul edib. Bu halda, nəzərə alınmayıb ki, cavabdehlər müqaviləni ofisdə bağladıqları və ilkin ödənişlə bağlı qəbzi ofisdən aldıqları halda qalıq borcu ödəmək üçün ofisə müraciət etmək əvəzinə Vüqar Mustafayevdən əlyazma almağa üstünlük veriblər. Halbuki, onlar pulun ödənilməsi ilə əlaqədar qəbzin alınmasının vacib olduğunu yaxşı bilirdilər, çünki ilkin ödənişdən sonra məhz ofisdən qəbz almışdılar. Cavabdehlər mənzili Vüqar Mustafayevdən almayıblar, "xxxx" MMC-dən alıblar. Vüqar Mustafayevin bu əqdin bağlanmasındakı rolu vasitəçilikdən o yana keçməyib. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu xx.xx.2021-ci ilə qədər ödənilib qurtarmalı idi. Vüqar Mustafayevin iş materiallarında olan izahatında qeyd edilir ki, pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən dəfələrlə müraciət olunub. Cavabdeh1 da öz izahatında təsdiq edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb edib. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü kimi, onlar əllərində pul hazır olduğu halda guya "xxxx" MMC həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edibsə, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına köçürə bilərdilər. Birinci instansiya məhkəməsi işin bu halları ilə bağlı iddia tərəfinin arqumentlərinə heç bir qiymət verilmədən yalnız cavabdehlərin izahatları əsasında qərəzli qətnamə qəbul edib. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə qeyd olunan maddi hüquq normalarına istinad edilsədə həmin normalar faktiki tətbiq olunmayıb. İddiaçı tərəfindən məhkəməyə X3 tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən qeyd edilən mənzilin xx.xx.2022-ci il tarixdə orta bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280.000 manat, likvid dəyəri isə 252.000 manat müəyyən edilmişdir. Zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər məlum olsa da, qətnamədə işin bu halına qiymət verilməyib. İş materiallarında olan müqaviləyə əlavədə borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulduğu nəzərə alınaraq bu maddi hüquq norması tətbiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi bu halda tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməyib. Cavabdehlər mənzili "xxxx"MMC-dən alıblar, mənzilin pulunu da "xxxx" MMC-yə ödəməlidirlər. Tərəflər arasında bağlanan xx.xx.2021-ci il tarixli müqaviləyə və ona edilən əlavəyə əsasən sözügedən mənzillərin qalıq borcu xx.xx.2021ci ilə qədər ödənilib qurtarmalı idi. Pulun ödənilməsi ilə bağlı cavabdehlərə ofisdən dəfələrlə müraciət olunub. Cavabdehlər müqavilə göstərilən müddət ərzində pulu ödəyib müvafiq arayış almaq üçün onlara ofisdən dəfələrlə zəng edilməsinə baxmayaraq bir dəfə də gəlib ofisdə aylıq ödəniş etməyiblər. Cavabdeh1 öz izahatında təsdiq edir ki, 2022-ci ilin mayında onlar ofisə dəvət olunub və qalıq borcun ödənilməsi "xxxx" MMC-nin rəhbərliyi onlardan qalıq borcun ödənilməsini tələb edib. Onlar isə yalnız xx.xx.2022-ci il tarixdə ödəniş ediblər. Yuxarıda göstərilən digər hallar kimi, işin bu halı da təsdiq edir ki, müqavilə öhdəliklərinin icrasının gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olmasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlışdır. Əgər cavabdehlərin iddia etdikləri və məhkəmə qətnaməsində də onların izahatı əsas götürüldüyü kimi, onlar əllərində pul hazır olduğu halda guya "xxxx" MMC həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edibsə, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına ödəyə bilərdilər. Həmin hasab tərəflər arasında bağlanan müqavilədə qeyd olunub. Bu halda məhkəmə tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməyib. MM-nin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi bu halda tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyib. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə cavabdehlərin mənzilə görə pulun ödənilməsinin gecikdirilməsini iddiaçının cavabdehlərdən hər bir mənzil üzrə 170.000 manat pul tələb etməsi səbəbindən onların ödəniş etməkdən imtina etməsi ilə əlaqələndirir. Bu halda işdə olan sübutlar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməyib. "xxxx" MMC-nin ofisindən dəfələrlə zəng edilməsinə baxmayaraq cavabdehlər mənzilin dəyərini müqavilədə göstərilən müddətdə ödəməyiblər. Cavabdehlər müqaviləni "xxxx" MMC ilə bağlayıblar və pulun da həmin şirkətin ofisində mühasibatlığa ödəməli idilər. Lakin müqavilə bağlandığı gün onlar hər müqaviləyə görə pulun 20.000 manatlıq hissəsini ofisin mühasibatlığına ödəyib müvafiq qaydada təsdiqlənən qəbz alırlar, bundan dərhal sonra 30.000 manatlıq hissəsini ofisin digər otağında Vüqar Mustafayevə ödəyib ondan əlyazma alıblar. Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan sahibkarların mənzilin pulunu ofisə ödəməli olduqlarını bilməməsi sağlam məntiqlə izah oluna bilməz. Cavabdehlər həmin mənzilin qiymətinin müqavilədə göstəriləndən qat-qat artıq olduğunu, artıq istismara qəbul olunan yaşayış binasında dəyərinin cəmi 20 faizini ödəməklə mənzil sahibi olmağın Bakı şəhərində qeyrimümkün olduğunu yaxşı bilirdilər. İşdə olan sübutların məcmusu təsdiq edir ki, cavabdehlər əvvəlcədən Vüqar Mustafayevlə sövdələşib mənzili müqavilədə göstərildiyindən baha qiymətə alıblar. Əgər cavabdehlər müqavilədə nəzərdə tutulan müddətdə müqavilə üzrə öhdəlikləri yerinə yetirsəydilər Vüqar Mustafayevin mənzili müqavilədə nəzərdə tutulduğundan artıq qiymətə satdığı "xxxx" MMC-nin rəhbərliyinə məlum olmayacaqdı. "xxxx" MMC-nin guya həmin pulu qəbul etməkdən müxtəlif bəhanələrlə imtina etməsi də sübut olunmur. Bu halda, cavabdehlər borcu "xxxx" MMC-nin bank hesabına ödəyə bilərdilər. Həmin hasab tərəflər arasında bağlanan müqavilədə qeyd olunub. Birinici instansiya məhkəməsi sübutlara birtərəfli və qərəzli yanaşıb, məhkəmənin sorğusu əsasında alınan istintaq materialların məhkədə elan etmədən, həmin istintaq materiallarındakı tərəflərin izahatlarındakı ziddiyyətləri araşdırmadan qətnamə qəbul edib. İşin faktiki hallarına əsaslanmayan həmin qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə cavabdehlərin verdiyi izahatlara istinad etsə də, həmin izahatların istintaqa verilən digər izahatlardakı xüsusatlarla ziddiyyət təşkil etdiyini araşdırmayıb. Müqavilə öhdəliklərinin gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olduğu qeyd olunsa da, cavabdehlərə ofisdən dəfələrlə zəng olunduğu, ilkin ödənişdən sonra cavabdehlərin bir dəfə də ofisə gəlib ödəniş etmədikləri, 2022-ci ilin may ayında cavabdehlərin ofisə dəvət olunub "xxxx" MMC-nin rəhbərliyi tərəfindən qalıq borcun ödənilməsini tələb edilməsinə baxmayaraq cavabdehlərin yalnız xx.xx.2022-ci il tarixdə ödəniş etmələrinin səbəbləri düzgün aydınlaşdırılmayıb. Qətnamədə müqavilə öhdəliklərinin gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olduğu qeyd olunsa da, iş üçün əhəmiyyəti olan hallar sübut olunmayıb. Belə ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə yalnız cavabdehlərin qeyri-mötəbər, ziddiyyətli izahatlarına əsaslanır. Qətnamədə müqavilə öhdəliklərinin gecikdirilməsinin cavabdehlərdən asılı olmayan səbəblərdən olduğu qeyd olunsa da, cavabdehlər ilkin ödəniş etdikdən sonra xx.xx.2022-ci ilə qədər şirkətin ofisinə heç bir ödəniş etməyiblər. Halbuki, ofisdən ödənişlə bağlı cavabdehlərə dəfələrlə zəng olunub. 2022-ci ilin may ayında cavabdehlər ofisə dəvət edilib, "xxxx" MMC-ninrəhbərliyi tərəfindən müqavilə üzrə borcu ödədikləri təqdirdə cavabdehlərə maliyyə arayışının veriləcəyi barədə məlumat verilib, tərəflər arasında razılıq olunsa da cavabdehlər ödənişi daha 4 ay gecikdiriblər. Ona görə də Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü iltarixli, 2(007)-1930/2024 saylı qətnaməsinin Cavabdeh2 60.000 manat pul tələbinə dair hissədə dəyişdirilmədən saxlanmaqla Cavabdeh3 və Cavabdeh1 aid hisədə tam ləğv edilərək, ünvan 10 ünvanında yerləşən 118 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh3 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ünvan 4 ünvanında yerləşən 118/1 nömrəli mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə 57.500 manat məbləğində əldən çıxmış faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6.927 manat məbləğində ziyanın, cəmi 64.427 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ödənilmiş 538,85 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia tələbinin mübahisələndirilən hissədə qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat verib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayəti ilə razılaşmayaraq, Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verib şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən, yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı təmin olunmayan iddia tələbləri ilə bağlı hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2. sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3. bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələblərinin, yalnız cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı əldən çıxan faydanın və gecikdirilmiş vaxt üçün illik beş faiz tələbləri ilə bağlı təmin edilməyən hissəsində mübahisələndirir. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilələrin şərtlərinə əsasən cavabdehlərin üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır. Kollegiya iddiaçının cavabdehlərdən əldən çıxan faydaya görə ziyan tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Hazırkı işdən görünür ki, iddiaçı Rahatlığın Məkanı MMC cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə ayrı-ayrılıqda bağladığı müqavilələrə əsasən, cavabdehlərin öhdəliklərini, yəni müqavilə şərtlərinə əsasən, aldıqları mənzilin dəyərini vaxtında ödəmədiklərinə görə MMC-yə vurulan ziyan olaraq əldən çıxan faydanı və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesabladığı pul vəsaitini tələb edir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İstinad olunan normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. MM-in 152.3-cü maddəsinə əsasən, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 445.7-ci maddəsi isə borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin istinad olunan norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Eyni zamanda vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Daha sonra qanunverici MM-in 448.2-ci maddəsi ilə borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki iş üzrə tədqiq olunan sübutlarla müəyyən olunur ki, cavabdehlər mənzil almaq üçün iddiaçının ofisinə yaxınlaşmış, iddiaçının əməkdaşları həmin məsələ ilə bağlı onların Vüqar Mustafayevə müraciət etməli olduqlarını bildirmişlər. Bundan sonra cavabdehlər iddiaçı "xxxx" MMC-in təsisçisi Akif Mustafayevin oğlu, MMC-in direktoru Emil Mustafazadənin qardaşı olan Vüqar Mustafayevlə tanış olmuş, sonuncu cavabdehlərlə MMC-in təsisçisinin tapşırığı ilə satışa çıxarılan mənzillərlə bağlı danışqlar aparmış, müqavilə şərtlərini MMC-in hüquqşünası olan qardaşı Cavabdeh2 iştirakı ilə müəyyən etmiş, sonuncunun və MMC-in həmin vaxt direktor müavini Marina Əliyevanın iştirakı ilə müqavilələr tərtib olunaraq MMC-in adından müqavilələr Marina Əliyeva tərəfindən imzalanmış, müqavilələr üzrə ödənişlərin bir hissəsini Vüqar Mustafayev qəbul etmiş, MMC-in möhürünü, səlahiyyətli şəxsinin imzasını özündə əks etdirən müqavilələri cavabdehlərə təqdim etmişdir. Tərəflər arasında mübahisə Vüqar Mustafayevin MMC-in adından müqavilələr üzrə aldığı ödənişlərə görə MMC-yə məxsus qəbzlərin təqdim edilməməsi səbəbindən yaranmışdır. Mübahisənin MMC-in vəzifəli şəxsləri tərəfindən həllinin mümkün olmadığını görən cavabdehlər pozulmuş hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışlar. Bundan sonra Vüqar Mustafayev barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət təqibi bağlanımış, araşdırma zamanı Vüqar Mustafayevin MMC-in adından çıxış etməsi, iş üzrə keçirilən ekspertizalar ilə mənzillərin dəyərinin satıldığı vaxt bazar dəyərinə uyğun olması, tərəflər arasında mübahisənin mülki xarakter daşıması müəyyən olunmuşdur. Aparılan araşdırma zamanı Vüqar Mustafayev cavabdehlərdən aldığı pul vəsaitinin bir hissəsini qaytarmış, bundan sonra cavabdehlər müqavilə üzrə ödənilməli olan pul vəsaitini tam şəkildə MMC-yə ödəmiş, MMC cavabdehlərlə əvvəlki tarixə yeni müqavilə bağlamış, onlara ödənişin tam aparılmasını təsdiq edən maliyyə arayışları vermişdir. Kollegiya qeyd edir ki, iddiaçı "xxxx" MMC cavabdehlərin hüquqmühafizə orqanına müraciətlərindən sonra səlahiyyətləri fəaliyyət göstərdikləri şəraitdən bəlli olan öz işçilərinin hərəkətlərini bəyənərək cavabdehlərdən ödənişi qəbul edib sonradan onlarla yeni müqavilələr (arxa tarixlə) bağlamaqla, cavabdehlərə ödənişin tam ödənilməsini təsdiq edən maliyyə arayışları verməklə müqavilə üzrə ödənişlərin cavabdehlər tərəfindən deyil, MMC tərəfindən yaradılan manelər nəticəsində icrasında maneələrin mövcud olmasını qəbul və təsdiq etmişdir. Bundan başqa mübahisə həll edildikdən, ödənişlərin MMC tərəfindən qəbul edilməsinə yaradılan maneələr aradan qaldırıldıqdan sonra müqavilə üzrə ödənişləri bir dəfəyə, tam olaraq ödəyən cavabdehlərin davranışı ilə onların mənzil almaq üçün büdcələrindən ayırdıqları həmin pul vəsaitindən faydalanmadıqları, pul vəsaitini qanunsuz olaraq özlərində saxlamadıqları bir daha təsdiq olunur. Kollegiya qeyd edir ki, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Kollegiya iddiaçının cavabdehlərin müqavilədə göstərilən bank hesabına ödənişləri aparmaq imkanlarının olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirib qeyd edir ki, iddiaçının müqavilə üzrə ilk və sonrakı ödənişləri qəbul etməsi qaydası (müxtəlif formada tərtib olunan qəbzlər, maliyyə arayışı) MMC tərəfindən bağlanılan müqavilələrdə bank hesab nömrəsinin formal olaraq göstərilməsi qənaətinə gəlməyə əsas verir. Müqavilədə barəsində qeyd olunan rekvizitlərin etibarlı olmasına güvənmək üçün iddiaçı özü ilk ödəniş aparılarkən ödənişin bank hesabı vasitəsi ilə aparılmasını tələb etməli idi. Bundan başqa cavabdehlərdən geri alınan müqavilələrdə bank hesab nömrəsinin qeyd olunub-olunmaması barədə iddiaçı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikatərinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli 2(007)-1930/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-in apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar