Məhkəmə qərarları › İş №2(103)-1756/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1756/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1756/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “girov bileti ilə rəsmiləşdirilmiş lombard kredit müqaviləsinin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun geri qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı 1-ci cavabdehlə tanışdır, 1-ci və 2-ci cavabdeh ər-arvaddır. Tərəflərin arasındakı mübahisə kredit və əşyanın lombardda girovu ilə bağlıdır. Belə ki, xx.xx.2017-ci il tarixli girov biletindən görünür ki, iddiaçıya 12.465 ABŞ dolları məbləğində kredit verilib və iddiaçıya məxsus 503 qram çəkidə qızıl əşyaları kreditin qaytarılmasının təminatı üçün girov qoyulub. Girov biletini verən şəxs kimi Əliyeva Ayşən Əlövsət qızı göstərilib, o, işdə iştirak edən şəxs deyil. İddiaçı iddia edir ki, girov biletini verən şəxs kimi Əliyeva Ayşən Əlövsət qızı göstərilsə də pulu ona 1-ci cavabdeh verib və girov biletinin üzərinə 2-ci cavabdehə aid olan möhür vurulub. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) xx.xx.2017-ci iltarixli girov bileti ilə rəsmiləşdirilmiş lombard kredit müqaviləsi etibarsız hesab olunsun; 2) həmin girov bileti əsasında götürülmüş 12.465 ABŞ dolları geri qaytarılmış hesab olunsun; 3) girov qoyulmuş qızıl əşyaları və artıq ödənilmiş 708 ABŞ dolları geri qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: İşdə 2 məsələ barədə mübahisə var: kredit və girov barədə. Məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Kredit barədə: İddia ərizəsində iddia olunub ki, 1-ci cavabdeh iddiaçıya 12.465 ABŞ dolları kredit verib, iddiaçı aldığı pula görə 13.173 ABŞ dolları ödəyib. 1-ci cavabdeh bu tələbə etiraz edib. Etiraz onunla əsaslandırılıb ki, 1-ci cavabdehin kreditlə bağlı mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, 1-ci cavabdeh iddiaçıya borc pul verməyib, iddiaçıya pul verən şəxs Əliyeva Ayşən Əlövsət qızıdır. Birinci instansiya məhkəməsində icraat zamanı Əliyeva Ayşən Əlövsət qızı şahid kimi dindirilərkən bunu təsdiq edib. Şahidin ifadəsindən görünür ki, iddiaçını şahidin yanına 1-ci cavabdeh gətirib, tanışı olduğunu və pula ehtiyacı olduğunu bildirib, şahid 1-ci cavabdehin xətrinə iddiaçıya kredit verməyə razı olub. İddiaçıya verilən pul şahidə məxsus olub və şahidin özü tərəfindən iddiaçıya verilib. Şahid ifadəsindən daha sonra görünür ki, iddiaçı pul götürmək üçün şahidin yanına gələndə şahidin qolunda problem olub, ona görə də şahidin xahişi əsasında girov biletini 1-ci cavabdeh doldurub, ancaq girov biletini şahidin özü imzalayıb 2-ci cavabdehin vəkili bildirib ki, 2-ci cavabdehin kreditlə bağlı mübahisəyə heç bir aidiyyəti yoxdur, o, iddiaçıya borc pul verməyib. Göründüyü kimi, iddiaçı ilə cavabdehlərin arasında kredit müqaviləsi olmayıb. Müqavilə olmadan kredit münasibəti yarana bilməz, bu, Mülki Məcəllənin 739-cu maddəsinin göstərişidir. Ona görə də kreditlə bağlı tələb əsassızdır. Girov barədə: Cavabdehlər bildiriblər ki, girovla bağlı mübahisənin onlara aidiyyəti yoxdur. Girov biletindən görünür o, Əliyeva Ayşən Əlövsət qızının adından verilib. Həmin şəxs birinci instansiya məhkəməsində şahid kimi dindirilib. Şahidin ifadəsindən görünür ki, girov biletindəki imza şahidə məxsusdur, qızıl əşyalarını iddiaçıdan şahid qəbul edib, əslində girov biletinə möhür vurulmur, lakin şahid əlinin alıtında olan möhürü biletə vurub, möhür 2-ci cavabdehə aiddir, 2-ci cavabdeh əvvəllər şahidlə birlikdə lombard işləyib. Göründüyü kimi, tərəflərin arasında girov müqaviləsi olmayıb. Müqavilə olmadan girov münasibəti yarana bilməz. Belə ki, Mülki Məcəllənin 302.2-ci maddəsinə görə əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Girov bileti cavabdehlər tərəfindən verilmədiyinə görə girovla bağlı tələb əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbil olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “girov bileti ilə rəsmiləşdirilmiş lombard kredit müqaviləsinin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun geri qaytarılması barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar