Məhkəmə qərarları › İş №2(103)-1757/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1757/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1757/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X27 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil, İlk idda üzrə cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Axundova Əmı̇ nə Rəfayil qızının cavabdeh "Cavabdeh" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinə qarşı "mənzildən istifadə və sahibliyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi" tələbinə dair ilkin, iddiaçı "Cavabdeh" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin cavabdeh Axundova Əmı̇ nə Rəfayil qızına qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1688/2020 nömrəli qətnaməsindən "Cavabdeh" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı “mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanındakı yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin mülkiyyətçisi hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Rafayıl qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda inşa olunmuş yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə sahiblik və istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ilə ünvan 2 ünvanında inşa olunan yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin tikilib ona verilməsi və onun həmin mənzilin alınması üçün Cavabdehnə 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat məbləğində pul ödəməyi barədə B-142/04 nömrəli müqavilə bağlamışdır. Müqavilə bağlanılan gün o, müqavilədə göstərilən mənzilin tam dəyərini, yəni 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat məbləğində pul vəsaitini cavadehə ödəmiş və cavabdeh həmin pulu ondan qəbul edərək, heç bir borcu olmadığı barədə 118 nömrəli xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışı vermişdir. Cavabdeh ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli B- 142/04 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, Cavabdeh tikinti-quraşdrma işlərini layihə sənədlərinə və Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə “payçı”ya (ona) təhvil verilməsini təmin edir. Adı çəkilən müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam həcmdə yerinə yetirilənədək qüvvədə qalır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən, müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən, imzalandıqdan və möhürləndikdən sonra etibarlıdır. Aldığı mənzilin yerləşdiyi yaşayış binası tikilib, başa çatdıqdan sonra Cavabdeh müqavilə ilə nəzərdə tutulan mənzilin əvəzinə ona həmin binanın 18-ci mərtəbəsində yerləşən digər mənzilin alınmasını təklif etmişdir. Cavabdeh öz təklifini onunla əsaslandırmışdır ki, guya ona müqavilə əsasında verilən mənzil, Cavabdeh tərəfindən yaranmış borcun ödənilməsi üçün hansısa hüquqi şəxsə verilməlidir. Onda olan məlumata görə, hal-hazırda Cavabdeh tərəfindən ona təklif olunan binanın 18-ci mərtəbəsində yerləşən başqa mənzil ilkin olaraq digər şəxsə verilmişdir. Məsələyə aydınlıq gətirmək üçün o, cavabdehə xx xxxxxx 2020-ci il tarixdə yazılı sorğu ilə müraciət edərək, Cavabdehndə ona veriləcək mənzilin konkret ünvanı barədə arayış verilməsini xahiş etmişdir. Bu günə qədər Cavabdeh onun sorğusuna cavab verməmişdir. Qeyd edilməlidir ki, müqavilə əsasında ona verilmiş mənzilin digər mənzil ilə əvəz edilməsi də Cavabdeh tam səlahiyyətində deyildir. Belə ki, Cavabdeh özünün “Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərdiyi 049 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubu ilə onun müqavilədə göstərilən mənzilinin digəri ilə dəyişdirilməsi üçün “Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyətindən razılıq verməsini xahiş etmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi barədə tələbini əsassız, aralarında bağlanmış müqavilənin Cavabdeh tərəfindən birtərəfli qaydada pozulması və ya dəyişdirilməsi hədəsini isə qanunsuz hesab edir. Yuxarıda qeyd etdiyi kimi o, Cavabdeh ilə qanunla müəyyən olunmuş qaydada mənzilin tikilib, ona verilməsi barədə müqavilə bağlamış və həmin mənzilin dəyərini tam həcmdə ödəmişdir. Bu fakt onun müqavilədə göstərilən, ünvan 1 ünvanında inşa olunan yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi üçün əsas hesab olunur. O, müqaviləni bağlayarkən, aldığı mənzil üçün Cavabdehnə 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat məbləğində nəğd pul ödəmişdir. Cavabdeh kiməsə borclu olduğunu, kiminsə qarşısında hər-hansı bir öhdəliyi olmasını bilmirdi və bilməli deyildi. Həmçinin, ilk iddia üzrə cavabdeh olan Cavabdeh (qarşılıqlı iddiaçı) İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda inşa olunan üç girişli 21 mərtəbəli yaşayış evinin giriş V blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ararsında ünvan 3 ünvanda inşa olunan üç girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilə bağlanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, ünvan 4 ünvanda xx xxxxxx 2018-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1.X10 - 50 manat, 50 pay haqqı, 50%, 2.X20 - 20 manat, 20 pay haqqı, 20 %, 3.X13 - 5 manat, 5 pay haqqı, 5%, 4.X9 - 5 manat, 5 pay haqqı, 5% və X21 - 20 manat, 20 pay haqqı, 20%) Cavabdeh təsis etmişlər. Cavabdeh ünvan 5 ünvanda yerləşən üç bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi “Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə 5.900.000 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda, xx xxxxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) birinci və ikinci mərtəbələrində qeyri-yaşayış sahələri, zirzəmisində iki mərtəbəli avtodayanacaq olacaq “Şəhər İncisi” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin kooperativin digər üzvləri X11, X17 və onun qardaşı X16, X20 tərəfindən aparılması, X7 tikinti işlərində və kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X8 verilməsi üçün kooperativin digər üzvlərinin razılığı ilə X14 tərəfindən kooperativin digər üzvü X8 xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, etibarnamə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən 6 (altı) ay qabaq verilmişdir. Cavabdeh üzvü X14 tərəfindən Cavabdeh digər üzvü X8 verilən xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X4 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X14 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X11 qohumu və Mənzil-Tikinti Kooperativinin digər üzvü X17, onun qardaşı X16 və X20 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışlar. Daha sonra qeyd edilməlidir ki, X11 qohumu və Mənzil-Tikinti Kooperativinin digər üzvü X17, onun qardaşı X16 və X20 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə Mənzil-Tikinti Kooperativinin digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X11 və X16 hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə, qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İddiaçı ararsında xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilə üzrə ünvan 6 ünvanda inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilələr bağlamışlar. Belə ki, Cavabdeh ilə “Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə Cavabdehnə podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X21, X11, X18 etibardan sui-istifadə edərək, qeyriləri ilə əlbir olaraq üçüncü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq külli miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də Mənzil-Tikinti Kooperativi üzvlərinin maraqlarına xidmət edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1688/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməsi ünvan 3 ünvanda inşa olunan üç girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdehnə aid edilməsi qət edilmişdir. Məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə ilə İddiaçı (payçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və mənzil sahəsinə görə ödəməli olduğu pul məbləğini tam həcmdə qarşı tərəfə ödəmiş, qarşı tərəf olan Cavabdeh MTK isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və mübahisəli mənzili İddiaçı istifadəsinə və sahibliyinə verməmiş, bununla da mülki qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin, qarşılıqlı iddianı rədd edərkən məhkəmə qarşılıqlı iddiaçı tərəfindən öz iddiasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyinə və qarşılıqlı iddianın sübuta yetirilmədiyinə, bu baxımdan müqavilənin etibarsız edilməsinə əsasların müəyyən edilmədiyinə istinad etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1688/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzilin sahibi deyil və onun balansında heç bir yaşayış və qeyri-yaşayış sahəsi yoxdur. Belə olan halda cavabdehlə iddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilə bağlandığı andan etibarsızdır. Nərimanov Rayon Məhkəməsi qarşılıqlı iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi X12 və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır Belə ki, iş materiallarında olan Cavabdeh - kooperativ ilə İddiaçı - payçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilənin məzmunundan görünür ki, kooperativ ünvan 3 ünvanda inşa olunan üç girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.000 (bir min) manat təşkil edir (2.1-ci bənd). Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat təşkil etmişdir (2.2-ci bənd). Mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri payçı tərəfindən tam ödənildikdə kooperativ payçıya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (maliyyə arayışını) təqdim etməlidir (2.7-ci bənd). Kooperativ tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə payçıya təhvil verilməsini təmin edir (3.1-ci bənd). Payçı almış olduğu üç otaqlı tam sahəsi eyvanla birlikdə 152,43 kv.metr olan mənzilin sahəsinin hər kvadrat metri üçün 1.000 (bir min) manat olmaqla, cəmi 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat ödəməyi öhdəsinə götürmüşdür (4.1-ci bənd). İş materiallarında olan Cavabdeh xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Cavabdeh ünvan 3 ünvanda inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun dördüncü mərtəbəsində yerləşən B02 nömrəli mənzil, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan üç otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh Mənzil-Tikinti Kopperativinə B- 142/04 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur. İş materiallarında olan Cavabdeh “Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 049 nömrəli məktubunun məzmunundan görünür ki, “Orxan-TİT” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında xx xxxx 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair xx xxxxxx 2020-ci il tarixdə imzalanmış təhvil-təslim aktının, hebelə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd 6.700 (altı min yeddi yüz) kvadrat metr ümumi mənzil sahəsinin mənzillərin bölgü aktının müddəalarına uyğun olaraq, B bloku, sıra 2, mərtəbə 18, otaq sayı 3, sahəsi 152,43 kv.metr olan mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından müəyyən edilir ki, ilk iddiaçı Ə.Abbasova (payçı) ilə qarşılıqlı iddiaçı Cavabdeh MTK (kooperativ) arasında mənzilin tikilərək payçıya təhvil verilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə Payçı öz öhdəliyini yerinə yetirərək mənzilin dəyəri olan məbləği tam həcmdə Kooperativə ödəmiş, lakin Kooperativ həmin mənzilin Payçıya təhvil verilməsinə dair öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. AR Mülki Məcəlləsinin (bundan sonra, Mülki Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin müəyyən edilən hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilk iddia tələbi qanuni və əsaslı olmuşdur və birinci instanisya məhkəməsi həmin iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı bu tələbini Cavabdeh MTK-nın balansında mənzil olmaması və həmin müqavilənin icraçı direktor tərəfindən bağlanmaması, tikintinin sifarişçisinin əslində «xxxx» MMC olması, Cavabdeh MTK-nın isə podratçı olması və onların arasında yalnız binanın tikintisi ilə bağlı müqavilə bağlanması, MTK-nın tikilən binada mənzillərinin olmaması kimi hallara istinad etsə də, bunları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, öz iddia ərizəsində qarşılıqlı iddiaçı mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə dair müqaviləni imzalayan X6 təsisçiləri tərəfindən etibarnamə verildiyini və onun həmin etibarnamə əsasında fəaliyyət göstərdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarında göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, işə bacan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə də düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1688/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar