Məhkəmə qərarları › İş №2(103)-176/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-176/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-176/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Günel Rza qızı İsmayılovanın katibliyi ilə İddiaçı Cavabdeh Yuriyeviçə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(009)-1929/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 14.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12.000 (on iki min) ABŞ dolları əsas borc, 3240 (üç min iki yüz qırx) ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 10.000 (on min) manat maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı Cavabdehqarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2-16-cı il tarixdə Bakı şəhərində notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə 12.000 ABŞ dolları məbləğində əsasə borc məbləğinin, 3240 ABŞ dolları faiz borcunun, cəmi 15240 ABŞ dolları pul vəsaitinin ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla alınaraq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh İddiaçı xeyrinə 10.000 manat məbləğində maddi ziyanın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 10030 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 14 iyun 2016-cı il tarixdə Bakı şəhərində İddiaçı ilə Cavabdeh arasında notarial qaydada kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 12000 ABŞ dolları məbləğində borc pul vermiş, borc alan Cavabdeh krediti 14.09.2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh hal-hazırki tarixədək borc məbləğindən hər hansı ödəniş etməmiş, müxtəlif bəhanələrlə borcun ödənilməsi öhdəliyindən yayınmaq istəmişdir. Eyni zamanda, qeyd edilən borc müqaviləsinin təminatı kimi Cavabdeh 14.09.2016-cı il tarixdə İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Qurban Abbasov küçəsi, ev 38, mənzil 25-ə dair sərəncam vermək hüququ da daxil olmaqla bütün hüquqları notarial qaydada verilmiş etibarnamə ilə etibar etmişdir. Həmin etibarnamə üzrə iddiaçı evi üçüncü şəxsə satmışdır. Buna görə də tərəflər arasında məhkəmə mübahisəsi yaranmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Qurban Abbasov küçəsi, ev 38, mənzil 25-ə dair üçüncü şəxslə bağladığı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan 12.000 ABŞ dolları borc məbləği ödənilməmiş qalmışdır. Cavabdehin həmin pul vəsaitini özündə saxlamasının hər hansı hüquqi əsası olmadığından qanunsuzdur. Cavabdehin həmin pul vəsaitini özündə saxlamaqla, ondan faydalanması və gəlir əldə etməsi mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X8 tərəfindən 15.03.2019-cu il tarixdən etibarən hazıradək faiz uçot dərəcəsi 9 faiz müəyyən edildiyindən cavabdehdən 3240 ABŞ dolları (12000 ABŞ dolları x 9 %=1080 x 3 il) məbləğində faiz məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddiaçıya məxsus pul vəsaitinin cavabdeh tərəfindən vaxtında qaytarılmaması nəticəsində iddiaçı başqa şəxslər qarşısında üzərinə götürdüyü pul öhdəliklərini icra edə bilməmiş, hər ay müvafiq ödənişlər etmək şərti ilə əldə etdiyi mənzilin aylıq ödənişlərini vaxtında həyata keçirə bilməmiş, özünə məxsus avtonəqliyyat vasitəsini satmalı olmuş, buna görə də, ona 10000 manat dəyərində maddi ziyan dəymişdir. Qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Qeyd olunan qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iş üzrə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir, işə mahıyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh Yuriyeviç kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Səbail rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(009)-1929/2019 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat kontorunun xüsusi notariusu X3 3-M- 268 № ilə reyesterdə qeydə alınan 14.06.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 14.09.2016-cı il tarixədək qaytarmaq şərti ilə 12000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Həmin müqavilədə Cavabdeh şəxsən 12000 ABŞ dolları məbləğində pulu alması barədə qeyd etmişdir. İş materiallarına əlavə olunmuş 2(103)-1436 saylı, 27 fevral 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3928/2017 saylı, 18 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddiaçı Cavabdeh iddia tələbi təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair iddiaçı Cavabdeh ilə onun tərəfindən cavabdeh İddiaçı verilmiş etibarnamə əsasında sonuncu ilə X7 arasında bağlanmış 27 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin hazırki mülkiyyətçisi X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli reyestr kitabının 231542 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, həmin mənzilin iddiaçı Cavabdeh mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli reyestr kitabının 231542 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın bərpa edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Əmanətlərin Sığortalanması Fondunun 21.08.2019-cu il tarixli, **********264 nömrəli borc öhdəliyi barədə arayışından görünür ki, X1 16 avqust 2019-cu il tarixinə 31.03.2014-cü il tarixli YH-252/14 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC-nin qarşısında 142 644.90 manat əsas borc, 633.86 manat faiz borcu öhdəliyi mövcuddur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin 1675 nömrəli, 03.09.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı oğlu X5 T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin tərkibində fəaliyyət göstərən İB (Beynəlxalq Bakalavriat) bölməsində ingilis dilində ödənişli əsaslarla təhsil alır. Təhsil haqqı 2019-20-ci tədris ilində X5 üçün 6400 manat müəyyən edilmişdir. 03.09.2019-cu il tarixinə İddiaçı oğlu X2 görə məktəbə təhsil haqqı borcu 3900 manatdır. İşin hallarından görünür ki, tərəflər arasında borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1, 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan ohdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkər və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İşin hallarından görünür ki, 14.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçı İddiaçı, borc alan Cavabdeh 12000 ABŞ dolları məbləğində borc pul vermiş, borc alan Cavabdeh krediti 14.09.2016- cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh hal-hazırki tarixədək borc məbləğindən hər hansı ödəniş etməmiş, müxtəlif bəhanələrlə borcun ödənilməsi öhdəliyindən yayınaraq cavabdeh 3 il ərzində iddiaçıya məxsus 12 000 ABŞ dolları pulu qanunsuz olaraq özündə saxlamışdır. Bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi həmin müddətə uyğun olaraq tələbi təmin etməklə və gecikdirməyə görə uçot dərəcəsinə uyğun olaraq 3240 ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Səbail rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(009)-1929/2019 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar