Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1760/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Vüsalə Baxışovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı “xidmət haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, xidmət haqqı kimi 6.000 manat pul cavabdehdən alınraq iddiaçıya verilsin. İddia onunla əsaslandırılıb ki, iddiaçı vətəndaşlara mülki-hüquqi xidmət göstərməklə məşğuldur, 2018-ci ildə tərəflərin arasında mülki-hüquqi xidmətin göstərilməsi barədə müqavilə olub, razılaşmaya əsasən ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehin qarşısında olan öhdəliyi üzrə Əmanətlərin Sığortalanması Fondundan pul vəsaiti alınmalı idi, cavabdeh isə alınan vəsaitin 20 faizi miqdarında iddiaçıya xidmət haqqı verməli idi. Razılaşmaya əsasən iddiaçı müvafiq xidmətləri cavabdehə göstərmiş, nəticədə Əmanətlərin Sığortalanması Fondundan cavabdehə 30.000 manat pul ödənilməsinə nail olunmuşdur. Lakin cavabdeh iddiaçıya çatmalı olan 6.000 manat xidmət haqqını ödəməmişdir. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Qətnamə onunla əsaslandırılıb ki, cavabdehin iddiaçıya hər hansı xidmət göstərməsi sübut olunmur. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin olunsun. Apellyasiya şikayəti iddia ərizəsin uyğun əsaslandırılıb. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçı ona hər hansı mülki-hüquqi xidmət göstərməyib, ona görə də apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin tərəflərin arasında mülki-hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə olduğu müəyyən edilmir. Belə ki, cavabdeh iddiaçı ilə onun arasında belə müqavilə olmadığını və iddiaçı tərəfindən ona xidmət göstərilmədiyini bildirir, iddiaçı isə müqavilənin olduğunu təsdiq edən sübut təqdim edə bilmir. Tərəflərin arasında yazılı formada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə (iş v. 58) xidmət göstərilməsi barədə deyil, tələbin güzəşti barədədir. İddia isə xidmət göstərilməsi barədə müqaviləyə əsaslanıb. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1760/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1760/2021
12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver