Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1762/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X6 Zavodunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər DN Technologies MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X1rşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5750/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X6 Zavodu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər DN Technologies MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X7 X3 27.12.2019-cu il tarixli, Nzaz12363 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5750/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, DN Technologies MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X7 X3 müştərək qaydada 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsi üzrə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 (otuz bir min dörd yüz səksən doqquz manat, qırx səkkiz qəpik) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən: Leyla Talıbova). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5750/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X6 Zavodu apellyasiya şikayəti verərək, qətnaməsinin Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X7 X5 aid hissədə ləğv edilməsi, iddianın Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli X7 X3 müştərək qaydada 27.12.2019-cu il tarixli Nzaz12363 saylı kredit müqaviləsi üzrə 28510.11 manat əsas borc, 2705.83 manat faiz borcu, 273.54 manat cərimə borcu olmaqla, cəmi 31489.48 (otuz bir min dörd yüz səksən doqquz manat, qırx səkkiz qəpik) və 30 (otuz) manat dövlət rüsumu tutularaq "Rabitəbank ASC-yə ödənilməsi hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X6 Zavodunun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbini tam yoxlayır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bununla bağlı Kollegiya aşağıdakları qeyd etməyi zəruri hesab edir. Belə ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə iddiaçı Bankdır, əsas borclu olan Cavabdeh1 MMC isə hüquqi şəxsdir. Eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Çünki, İddiaçı ASC tərəfindən DN Technologies MMC-yə verilmiş kredit sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Bank qarşısında olan bütün öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X6 Zavodu üzərinə öhdəlik götürmüşdür. Belə olan halda, tərəflər arasındakı münasibət xarakter etibarilə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və yakommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti vəhüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Beləliklə də, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə kredit müqaviləsinin tərəfləri hüquqi şəxslər olduöundan və mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, hazırkı işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda qeyd edilənlərə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarındakı göstərişlərinə əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş materialları məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyinin Milli Aerokosmik Agentliyi X6 Zavodu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5750/2021 saylı, 05.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1762/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1762/2022
18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver