Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1767/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun qaytarılması tələbi barədə” iddiasına dair iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən ondan alınmış, lakin qaytarılmamış 2.000.000 manat məbləğində borcun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və iddia ərizəsinə predmet aidiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Mübahisələrin məhkəmə aidiyyəti” adlı 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin “Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti” adlı 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyada MPM-nin “Mübahisələrin inzibatiiqtisadi məhkəmələrinə aidiyyəti” adlı 26-cı maddəsinə görə, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir (maddə 26.1.). İş materiallarından göründüyü kimi, iddiaçı, xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxx” əsasən özünün direktoru olduğu cavabdeh MMC-yə verdiyi 2.000.000 manat məbləğində pulun qaytarılmasını tələb edir. Məhkəmə bildirir ki, iddiaçi həmin “xxxxxxxxxxxxxxxxxx” fiziki şəxs kimi qeyd olunsa da, o fərdi sahibkardır (VÖEN **********). Qeyd edilən “xxxxxxxxxxxxxxxxxx” verilmiş borcun təyinatı qeyd olunmasa da, borcun məbləği, habelə MMC-nin kommersiya hüquqi şəxs olması nəzərə alınaraq müəyyən edilir ki, borc MMC-nin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar verilmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə bildirir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında baxıla bilməzdi; bu iddia ərizəsinə predmet aidiyyəti üzrə müvafiq inzibati-iqtisadi məhkəmədə iqtisadi mühakimə icraatı çərçivəsində baxılmalı idi. Lakin qeyd edilən bu hal Rayon Məhkəməsinin diqqətindən yayınmışdır. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli, iş isə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin hazırda qüvvədə olan 26-cı maddəsinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddiaçının apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi xahiş olunduğundan, şikayət qismən təmin edilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 261 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun qaytarılması tələbi barədə” iddiası predmet aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1767/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1767/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver