Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1773/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazilriyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə,İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3650/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı X1 iddia (dəqiqləşmə) ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin, dəbbə pulu ilə birlikdə ödənilmiş 205.50 azn cərimə məbləğinin, 2500 manat məbləğində mənəvi zərərin əvəzinin, 800 manat məbləğində çəkilmiş hüquqi xidmətə görə xərcin, ümumilikdə 8335.50 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş , tələb onunla əsaslandırılmışdır ki, 03 yanvar 2024-cü il tarixdə dostu X7 onunla birlikdə a nöqtəsindən b nöqtəsinə gedərkən mülkiyyətçisi olduğu “X13 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq idarə edərkən DYP əməkdaşı tərəfindən saxlanılmış və nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblərin pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən 21 gün sonra, yəni 23 yanvar 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, avtonəqliyyat vasitəsi 2016-cı il buraxılışlı olmuşdur və zavod tərəfindən istehsal olunan, zavod şərtlərinin tələblərinə tam şəkildə tabe olan hərhansısa kəsilmə, əlavə qaynaq və sair işlər görülmədən 2018-ci ilin detallarına yığılmışdır. Zavod detallarına uyğun olması və digər faktlar rəsmi rəsmi servisdən verilən arayışlarla təsdiq edilib. İnzibati xəta haqqında protokoldan və qərardan narazı olduğumuz üçün məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN- nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməldə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə araşdırılma aparlarkən müəyyən edilmişdir ki, avtonəqliyyat vasitəsi 2016-cı il buraxılışlı olmaqla zavod tərəfindən istehsal olunan, zavod şərtlərinin tələblərinə tam şəkildə cavab verən, hər hansısa kəsilmə, əlavə qaynaq və sair işlər görülmədən 2018-ci ilin detallarına uyğun olaraq yığılmışdır. Avtonəqliyyat vasitəsinin zavod detallarına uyğun olması və digər faktlar rəsmi servisdən verilən arayışlarla təsdiq edilir. Belə ki, "Great Motors” MMC tərəfindən verilən arayışdan görünür ki, avtomobilin 7 adda avadanlığı dəyişdirilmiş və həmin avadınlıqlar heç bir kəsmə və doğrama işi aparılmadan, yekunda isə yoxlanış aparılaraq dəyişdirilmiş və təhvil verilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən "Land Rover-Autolux Azerbaijan” mMc tərəfindən verilən arayışdan da görünür ki, işiq cihazları yoxlanılıb və zavod standartlarına uyğundur. İş materiallarında olan "Avtolüks Azərbaycan” MMC tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, "Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə servis xidməti göstərilməsi üçün qəbul edilmiş, orada elektron diaqnostikadan keçirilmiş və faraları tənzimlənmişdir, verilən texniki rəyə əsasən ön faraların işığı yayma bucaqları tam standartlara uyğundur, heç bir nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan "Great Motors” MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı məxsus "Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "Great Motors” MMC-nin servisinə daxil olmuş, avtomobildə hər hansı kəsmə və doğrama işi aparılmadan müştərinin təqdim etdiyi aşağıdakı ehtiyat hissələri avtomobilin eyniadlı hissələrilə əvəzlənmişdir: 1) Ön kapot, 2) On radiator barmaqlığı, 3) Ön fənərlər, 4) Ön bamper, 5) Ön i uman əleyhinə işıqlar, 6) Arxa banper, 7) Arxa işıqlar. Avtomobil müştəriyə təhvil verilərkən 5n fara, dönmə və qabarit işıqları yoxlanılaraq təhvil verilmişdir. İş materiallarında olan "Great Motors” MmC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təmir aktından müəyyən edilir ki, Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il turixdə sevisə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. jQäbaq və arxa hissəsinin sökülüb-yığılması xidməti göstərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, "Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işin hallarına əsasən müəyyən etmişdir ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında qərar qəbul edilərkən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Qeyd əlunan xətanın tərkib əlamətinin yaranması üçün normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş "Great Motors” MmC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, qeyd olunan nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan müddət ərzində ön kapot, ön radiator barmaqlığı, ön fənərlər, ön bamper, ön duman əleyhinə işıqlar, arxa banper, arxa işıqlarda dəyişikliklər edilmişdir. Həmin arayışa əsasən qeyd olunan dəyişikliklər tam standartlara uyğundur. Nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş N° 3(004)- 734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 şikayətinin qismən təmin olunması, X4 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X11 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilməsi, Qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Həmin qərardan sonra nə apellyasiya şikayəti verilmiş nə də başqa addımlar atılmamışdır. Qeyd edilməsi zəruridir ki, fevral ayından bu günədək DYP idarəsinə müraciətlərim nəticəsində qətnamənin icra edilməsi üçün aidiyyatı üzrə göndərildiyi bildirilmiş və başqa da heçnə bildirilməmişdir. Hazırda hesab edir ki, avtonəqliyyat vasitəsinin 21 gün müddətində cərimə duracağında saxlanıldığı üçün mənə dəymiş zərərin əvəzi qaytarılmalıdır. Belə ki, 21 gün ərzində o avtomobilsiz qalmış və öz şəxsi və digər ehtiyyaclarını qarşılamaq məqsədilə icarə avtomobil götürmüşdür. 21 gün avtomobilsiz qalmış və bu 21 gün ərzində də avtomobilinin parametrlərinə uyğun olan bir avtomobili icarəyə götürərək gündəlik 230 manat olmaqla ümumilikdə 2530 manat icarə haqqı ödəmişdir. Qoşmaya əlavə edilmiş AY300 Rent a Car tərəfindən verilmiş avtomobilin icarə müqaviləsindən və mədaxil qəbzdən də göründüyü kimi qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır. Qoşmaya əlavə edilmiş məhkəmə qərarının surətindən də göründüyü kimi tərtib edilmiş protokol ləğv edilmişdir. Qoşmaya əlavə edilmiş DYP və digər yuxarı səlahiyyətli orqanlar tərəfindən göndərilən cavab məktublarından da göründüyü kimi tərəflərindən cərimə məbləği tam şəkildə ödənilmişdir. Cərimə məbləği faizlər hesablanıldığına görə artıq sürücülük hüququ məhdudlaşdırılırdı buna görə də məcbur qalıb cəriməni ödəmişlər. Hazırda hesab edir ki, avtomobilsiz qaldığı müddətlər ərzində icarə avtomobil xərcinin əvəzi, ödənilmiş cərimə məbləğinin əvəzi və vurulmuş mənəvi zərərin əvəzi kompensasiya olaraq ona ödənilməlidir. Qeyd edilməsi zəruridir ki, səlahiyyətli orqanlara şikayətlərin yazılması, hüquqi xidmətə görə müqavilənin bağlanılması və digər xərclərə görə də tərəfindən 800 manat məbləğində xərclər çəkilmişdir ki, bu da cavabdehdən tutulub ona ödənilməlidir. Əlavə olaraq qeyd edilməsi zəruridir ki, xx.xx.2024-cü il tarixində o idarəyə dəvət edilmiş və şərlənərək guya polisin qanuni tələblərinə məhəl qoymamış və nəticədə buna görə də o j\m inzibati cərimələnərək 1 gün də polis bölməsində saxlanılmışdır. Bütün bunlar da vurulmuş zərərin əhatə dairəsinə aid edilməlidir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3650/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4, 14.1, 14.2, 14.2.6, 21.1, 21.2, 1096, 1097.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4; M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 N°-li 03 noyabr 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hazırkı iddia tələbi 4 hissədən ibarətdir: vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin, dəbbə pulu ilə birlikdə ödənilmiş 205,50 azn cərimə məbləğinin, 2500 manat məbləğində mənəvi zərərin əvəzinin, 800 manat məbləğində çəkilmiş hüquqi xidmətə görə xərcin ona ödənilməsindən ibarətdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin "iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, "nə kimi halların müəyyən edilməməsi”, "tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərəfindən "Rent a car”-a sorğu göndərilərək 2016-cı il buraxılışlı "X13 Rover” markalı avtomobilin günlük və aylıq icarə məbləğləri barədə məhkəməyə ətraflı məlumat verməklərini, həmçinin AR DİN Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X12 Şöbəsinə sorğu göndərilərək yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilmiş inzibati xəta haqqında iş barədə məhkəməyə ətraflı məlumat verməkləri xahiş edilmiş, lakin həmin yerlərdən hər hansı məlumat təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. İddia tələbinin "dəbbə pulu ilə birlikdə ödənilmiş 205.50 azn cərimə məbləğinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İl-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İş materiallarından göründüyü kimi iddiaçının ödənilmiş 205.50 azn cərimə məbləğinin cavabdeh tərəfindən ona ödənilməsi barədə tələb irəli sürdüyü cərimə X7 tərəfindən ödənilmişdir.Göründüyü kimi iddiaçı X2 iddia qaldıraraq X7 tərəfindən ödənilmiş 205.50 manat cərimənin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.Qanunvericiliyin göstərilən tələblərindən də göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı borcun silinməsini tələb etmək hüququna malik deyildir.Beləliklə, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi qeyd edilən hissədə əsassızdır və rədd edilməlidir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərər ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən iddiaçı X2 tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş N°3(004)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5l0 və 535.1-ci maddələrində nzərədə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 150 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş N 3(004)- 734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 şikayətinin qismən təmin olunması, Hüseynzadə Emil Aslan oğlunun barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X11 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilməsi, Qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır; - Həmin qərardan görünür ki: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X11 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü E.A.Hüseynzadə 03 yanvar 2024-cü il tarixdə, saat 15:06-da idarə etdiyi "X13 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2- ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. "Avtolüks Azərbaycan” MMC tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, "Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə servis xidməti göstərilməsi üçün qəbul edilmiş, orada elektron diaqnostikadan keçirilmiş və faraları tənzimlənmişdir, verilən texniki rəyə əsasən ön faraların işığı yayma bucaqları tam standartlara uyğundur, heç bir nasazlıq aşkar edilməmişdir."Great Motors” MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı məxsus "Land Rover” markalı 77- MF-946 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "Great Motors” MMC-nin servisinə daxil olmuş, avtomobildə hər hansı kəsmə və doğrama işi aparılmadan müştərinin təqdim etdiyi aşağıdakı ehtiyat hissələri avtomobilin eyniadlı hissələri ilə əvəzlənmişdir: 1) Ön kapot, 2) On radiator barmaqlığı, 3) Ön fənərlər, 4) Ön bamper, 5) Ön duman əleyhinə işıqlar, 6) Arxa banper, 7) Arxa işıqlar. Avtomobil müştəriyə təhvil verilərkən ön fara, dönmə və qabarit işıqları yoxlanılaraq təhvil verilmişdir. "Great Motors” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təmir aktından müəyyən edilir ki, "Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə sevisə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Qabaq və arxa hissəsinin sökülüb-yığılması xidməti göstərilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, "Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. AY300 Rent a Car tərəfindən verilmiş avtomobilin icarə müqaviləsindən və mədaxil qəbzdən də görünür ki, X2 avtomobili icarəyə götürərək gündəlik 230 manat olmaqla ümumilikdə 2530 manat icarə haqqı ödəmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-3650/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın tam şəkildə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1101; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, “iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi qeyd edilən hissədə əsassızdır və rədd edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur.”Məhkəmə qətnaməsinin 6-cı səhifəsinin 3-cü abzasında vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabıyla 230 manat olmaqla çəkilmiş xərci təsdiq edən hər hansısa mötəbər sübut məhkəməyə təqdim edilmədiyi qeyd edilsə də halbuki iddia ərizəsi verilərkən qoşmaya əlavə edilmiş AY300 Rent a Car tərəfindən verilən avtomobilin icarə müqaviləsindən və mədaxil qəbzdən də göründüyü kimi qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır.İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövk qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə servis xidməti göstərilməsi üçün qəbul edilmiş, orada elektron diaqnostikadan keçirilmiş və faraları tənzimlənmişdir, verilən texniki rəyə əsasən ön faraların işığı yayma bucaqları tam standartlara uyğundur, heç bir nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı məxsus “Lan Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin servisinə daxil olmuş, avtomobildə hə hansı kəsmə və doğrama işi aparılmadan müştərinin təqdim etdiyi aşağıdakı ehtiyat hissələri avtomobilin eyniadlı hissələri ilə əvəzlənmişdir: 1) Ön kapot, 2) On radiator barmaqlığı, 3) Ön fənərlər, 4) Ön bamper, 5) Ön duman əleyhinə işıqlar, 6) Arxa banper, 7) Arxa işıqlar. Avtomobil müştəriyə təhvil verilərkən ön fara, dönmə və qabarit işıqları yoxlanılaraq təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təmir aktında] müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə servisə qəbul edilmiş, xx.xx.2023-cü i tarixdə təhvil verilmişdir. Qabaq və arxa hissəsinin sökülüb-yığılması xidməti göstərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işin hallarına əsasən müəyyən etmişdir ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında qərar qəbul edilərkən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Qeyd olunan xətanın tərkib əlamətinin yaranması üçün normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, qeyd olunan nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan müddət ərzində ön kapot, ön radiator barmaqlığı, ön fənərlər, ön bamper, ön duman əleyhinə işıqlar, arxa banper, arxa işıqlarda dəyişikliklər edilmişdir. Həmin arayışa əsasən qeyd olunan dəyişikliklər tam standartlara uyğundur.Nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 şikayətinin qismən təmin olunması, X4 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-ni DYP Ş-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X11 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibal tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-n göndərilməsi, Qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır . Əlavə olaraq qeyd edilməsi zəruridir ki, xx.xx.2024-cü il tarixində o idarəyə dəvət edilmiş və şərlənərək guya polisin qanuni tələblərinə məhəl qoymamış və nəticədə buna görə də o həm inzibati cərimələnərək 1 gün də polis bölməsində saxlanılmışdır. Həmçinin bu günədək keçirilən məhkəmə instansiyaları, yaranan çəkişmələr, əsəb-stress və digər laktorlar ona avtomobilsiz qaldığı müddət ərzində maddi zərərlə yanaşı vurulan mənəvi zərər və sair laktorlar vurulmuş mənəvi zərərin göstəricisidir. Təəssüf ki, məhkəmə tərəfindən nə maddi zərər, nə də mənəvi zərər düzgün qiymətləndirilərək nəzərə alınmamışdır. Bütün bunlar da vurulmuş zərərin əhatə dairəsinə aid edilməlidir. Məhkəmə qətnaməsində avtomobilin icarə xidmətini həyata keçirən şirkətə sorğu verildiyi, lakin sorğuya cavab verilmədiyi qeyd edilsə də naməlum səbəblərdən məhkəmə tərəfindən müvafiq ekspertiza və ya mütəxəssis rəyinin alınmasının mümkünlüyü nəzərə alınmamış, təqdim etdiyim sübutların mötəbər olmaması ilə kifayətlənmişlər. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə -avtotexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, qərardadda qoyulmuş suallar yol-nəqliyyat hadisələri ekspertlərinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qoyulmuş sualların cavablandırlması mümkün olmamışdır.
7. Bakı Apellyasiya Məhkəməsi tərəfindən AR DİN Bakı şəhəri Yasamal Rayon Polis X10 Polis şöbəsinə və "xxxx" MMC-yə müvafiq sorğular ünvanlanmış və sorğulara cavab alınması mümkün olmamışdır.
8. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən məhkəmə kolegiyası hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakter daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. zidd olaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə ki, cavabdeh tərərindən apellyasiya şikayətidə istinadən etdiyi hallarla bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı hər hansı mötəbər sübut təqdim edilməmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir.
13. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur.
14. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
15. Beləliklə, əlavə araşdırılan hallar belə iddianın sübuta yetirilməsi yönündə müsbət nəticə vermədiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Diqqətə çatdırılmalıdır ki, sübutların təqdim (təmin) edilməsi iddianın verilməsindən öncə olan ayrıca prosedurdur ki, iddiaçı prosessual qanunvericiyin bu imkanlarından tam istifadə etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bununla belə məhkəmə kollegiyası ədalət mühakiməsinin ümumi və üstün konstitusion prinsiplərinə müvafiq sübutların müəyyən edilməsi yönündə məlum sorğular (ekspertiza təyin) etsə də, müsbət nəticə müəyyən edilməmişdir. Belə ki, ilk olaraq əsas istinad edilən inzibati xəta haqqında qərarın qüvvəsi müəyyən edilməmiş və digər istinadlar da dayanıqlı sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarından isə görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 şikayətinin qismən təmin olunması, X4 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-ni DYP Ş-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X11 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibal tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-n göndərilmiş, sonuncu tərəfindən hansı qərarın qəbul edildiyi məlum olmamışdır.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3650/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.