Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1785/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mövlayev İzzət Əvəz oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1925/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı BOKT ASC Cavabdeh-yə qarşı üçüncü şəxslər Mövlayev İzzət Əvəz oğlu, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 30488,50 manat və 17045.53 ABŞ dolları məbləğində vurulmuş zərərin əvəzinin tutularaq İddiaçı BOKT ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia ərizəsi dəqiqləşdirilmişdir) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1925/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1665/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh Mövlayev İzzət Əvəz oğlundan ümumilikdə üç kredit müqaviləsi üzrə 34798,51 manat və 17045,53 ABŞ dollarının iddiaçının xeyrinə tutulması və tələbin Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 22A nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası məqsədilə əmlak İcra və Probasiya Şöbəsi tərəfindən hərraca çıxarılmaq istənilsə də, sözügedən mənzilin artıq sökülmüş olduğu aşkar edilmişdir. Sorğu nəticəsində məlum olmuşdur ki, İ.Mövlayevin mülkiyyətində olan mənzil sökülmüş və həmin ünvanda inşa edilən evdə ona yeni mənzil verilməsi barədə müqavilə imzalanmışdır. İddiaçı qeyd edir ki, girov predmeti olan əmlakın sökülməsi barədə nə girov qoyan, nə də söküntü işlərini həyata keçirən təşkilat onlara məlumat vermiş, Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və iddiaçıya maddi zərər dəymişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Mahmudov apelyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun ifadə verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.Mövlayev apelyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Məhkəmə kollegiyasıtərəflərin izahatlarını dinlətib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-1665/2017 saylı qətnaməsindən göründüyü kimi, apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-155/2017 saylı qətnaməsi ilə tutulmalı əsas borc, faiz və dəbbə pulu, eləcə də hüquqi yardıma görə ödənilən məbləğ hissəsində dəyişdirilmiş, cavabdeh Mövlayev İzzət Əvəz oğlundan İddiaçı BOKT ASC-nin (“İddiaçıbank” ASC hüquqi varisi) xeyrinə 2014-cü il 19 sentyabr tarixli kredit müqaviləsi üzrə 25 041 manat əsas, 4946.55 manat hesablanmış faiz borcu, 500 manat dəbbə pulunun, cəmi 30 488.50 manatın, 2014cü il 18 noyabr tarixli kredit müqaviləsinə əsasən 2755.62 manat əsas, 354.39 manat hesablanmış faiz borcu, 200 manat dəbbə pulunun, cəmi 4310.01 manatın, 2015-ci ilin fevral tarixli kredit müqaviləsinə əsasən isə 11 441.67 ABŞ dolları əsas, 5303 ABŞ dolları hesablanmış faiz borcu, 300 ABŞ dolları dəbbə pulunun, cəmi, 17045.53 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə, hüquqi yardıma görə 100 manatın tutulması, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-155/2017 saylı qətnaməsi cavabdeh Mövlayev İzzət Əvəz oğlundan İddiaçı BOKT ASC-nin (“İddiaçıbank” ASC-nin hüquqi varisinin xeyrinə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində 22a №-li evin Mövlayev İzzət Əvəz oğlu və Mövlayeva Məqfurə Qoşnəli qızının ümumi birgə mülkiyyətindəki 42.4 kv.m ümumi, 31.1 kv.m yaşayış, 11.3 yardımçı sahədən ibarət 2 otaqlı 11 №-li mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 48000 səkkiz min) manat məbləğində müəyyən edilməsi, girov qoyulmuş ev əşyaları - 1 qonaq otağı dəsti, yataq otağı dəsti, 1 mətbəx mebeli dəsti, 1 ədəd soyuducu, 1 ədəd televizor, 1 ədəd paltaryuyan m və 1 ədəd kondisionerin açıq hərracda satılaraq tələb edilən borcun bir qisminin ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlərin apelyasiya şikayəti verilməsi üçün ödədikləri 15 manat dövlət rüsumununun İddiaçı BOKT ASC-dən alınıb onlara verilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı BOKT ASC-dən tutulması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ**********00000" SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməsi qərara alınmışdır. Hüquqi əsaslandırma: Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Mövlayev İzzət Əvəz oğlu ilə İddiaçı BOKT ASC arasında kredit müqaviləsi bağlanılmışdır. Borc öhdəliklərinin vaxtıvaxtında lazımınca icra edilməməsinə görə İddiaçı BOKT ASC tərəfindən məhkəmədə kredit tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldırılmış və nəticədə yekun olaraq Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-1665/2017 saylı qətnaməsi ilə cavabdehdən kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Mövlayev İzzət Əvəz oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 22 a nömrəli evin 11 nömrəli mənzili Cavabdeh sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sözügedən maddənin dizpozitiv şərtlərindən məlum olur ki, əmlaka vurulmuş ziyanın əvəzini tələb etmək hüququ zərərçəkənin – hazırkı halda isə Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 22A nömrəli evin 11 nömrəli mənzilin rəsmi mülkiyyətçisi olan Mövlayev İzzət Əvəz oğluna mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Beləliklə, kollegiya qeyd edir ki, hazırkı iş üzrə İddiaçı BOKT ASC-nin mübahisəli əmlakın qanunsuz sökülməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair subyektiv hüququ olmamışdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı BOKT ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1925/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onların apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1785/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1785/2020
12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver