Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-179/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının LPO İddiaçı ASC-nin nümayəndəsi X7, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-48/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçının LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən: 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas borcun, müddət sonuna hesablanan 517,21 manat faiz borcun, 4.735,01 manat cərimə borcun, 1.307,15 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 11.271,24 manat, borcun; 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat, əsas borcun, müddət sonuna hesablanan 363,82 manat faiz borcun, 2.335,46 manat cərimə borcun, 1.054,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 7.462,70 manat borcun; 11.01.2013-cü il tarixli 02-13 saylı kredit müqaviləsi üzrə 7.230,89 manat əsas borcun, müddət sonuna hesablan 663,22 manat faiz borcun, 7.125,01 manat cərimə borcu, 1.839,00 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 16 855,12 manat borcun; 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas borcun, müddət sonuna hesablan 114,15 manat faiz borcun, 5.366,11 manat cərimə borcu, 1.207,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 11.290,34 manat borcun; 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas borcun, müddət sonuna hesablan 54,72 manat faiz borcun, 3.303,00 manat cərimə borcu, 759,20 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 7.019,49 manat borcun; 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas borcun, müddət sonuna hesablan 340,72 manat faiz borcun, 3.972,14 manat cərimə borcu, 1.092,96 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 9.274,69 manat borcun; 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas borcun, 942,36 manat cərimə borcu, 226,92 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 2.044,12 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; 02.07.2012-ci il tarixli 190-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 11,40 qram çəkili; 06.07.2012-ci il tarixli 195-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 3,84 qram çəkili, 583/585 əyarlı 7.83 qram çəkili, 583/585 əyarlı 4,80 qram çəkili, 583/585 əyarlı 3,73 qram çəkili, 583/585 əyarlı 3,58 qram çəkili, 583/585 əyarlı 6,45 qram çəkili, 583/585 əyarlı 4,83 qram çəkili, 583/585 əyarlı 4,27 qram çəkili, 583/585 əyarlı 14,29 qram çəkili, 583/585 əyarlı 3,02 qram çəkili, 583/585 əyarlı 2,34 qram çəkili, 583/585 əyarlı 1,79 qram çəkili, 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 10,04 qram çəkili; 11.01.2013-cü il tarixli 02-13/Q saylı müqavilə üzrə 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 2,92 qram çəkili, qiymətsiz metal/+qızıl təbəqə 30,16 qram çəkili, 583/585 əyarlı 4,33 qram çəkili, 583/585 əyarlı 1,63 qram çəkili, 583/585 əyarlı 0,59 qram çəkili, 583/585 əyarlı 2,26 qram çəkili, 583/585 əyarlı 9,11 qram çəkili,12.11.2012-cü il tarixli 265-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,56 qram çəkili, 583/585 əyarlı 1,19 qram çəkili, 583/585 əyarlı 6,69 qram çəkili, 583/585 əyarlı 2,47 qram çəkili, 583/585 əyarlı 1,58 qram çəkili, 23.11.2012-ci il tarixli 270-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,91 qram çəkili, 583/585 əyarlı 5,04 qram çəkili, 583/585 əyarlı 12,88 qram çəkili, 583/585 əyarlı 10,22 qram çəkili, 583/585 əyarlı 7,04 qram çəkili, 19.07.2012-ci il tarixli 210-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,25 qram çəkili, 583/585 əyarlı 13,02 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına tutmanın yönəldilərək açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “girov qoyulmuş qızıl-zinət əşyalarının tələbinə dair” qarşılıqlı iddia ərizəsi verərək 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 19.07.2012-cü il tarixli, 210- 12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 11.01.2013-ci il tarixli, 02-13/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.11.2012-ci il tarixli, 269-12/Q saylı girov müqavilələri üzrə girov qoyulmuş 541 qr 750 əyar və 4324,79 qr 583-585 əyar qızıl-zinət əşyalarının və ya onların dəyərinin hesablanaraq cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-48/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsi ilkin iddia qismən təmin edilərək, Cavabdeh 11.01.2013-cü il tarixli 02- 13/Q saylı kredit müqaviləsi üzrə 7.230,89 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 663,22 manat faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış 1.839,00 manat faiz borcu, 725,01 manat cərimə olmaqla cəmi 10455,12 (on min dörd yüz əlli beş manat on iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 2,92 qram çəkili, qiymətsiz metal/+qızıl təbəqə 30,16 qram çəkili, 583/585 əyarlı 4,33 qram çəkili, 583/585 əyarlı 1,63 qram çəkili, 583/585 əyarlı 0,59 qram çəkili, 583/585 əyarlı 2,26 qram çəkili, 583/585 əyarlı 9,11 qram çəkili qızıl əşyalarına yönəldilərək həmin əşyaların açıq hərracda satılması və iddia tələbinin satışdan əldə olunmuş vəsait hesabına ödənilməsi qərara alınmış, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, rayon məhkəməsi 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 19.07.2012-ci il tarixli 210-12/Q saylı, 12.11.2012-ci il tarixli 265-12/Q saylı, 06.07.2012-ci tarixli 2195-12/Q saylı, 23.11.2012-ci il tarixli 270-12/Q saylı, 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətini ötürmüş hesab etmişdir. Halbuki məhkəməyə təqdim olunmuş və mülki iş materiallarına əlavə edlmiş cari hesab çıxarışdan da görünür ki, cavabdeh tərəfindən yuxarıda sadalanan kredit müqavilələri üzrə müxtəlif vaxtlarda ödənişlər edilmiş və iddia müddəti ötürülməmişdir. Belə ki, 02.07.2012-ci il tarixli, 190-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə, 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.05.2015-ci ildə, 12.11.2012-ci il tarixli 265-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə, 06.07.2012-ci tarixli 2195-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə, 23.11.2012-ci il tarixli 270- 12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə, 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 27.04.2015-ci ildə olmuşdur. Hesab edir ki, rayon məhkəməsi MM-nin 380.1-ci maddəsini pozmuşdur. Bu səbəbdən, qətnamənin ilkin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam şəkildə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, bank tərəfindən mühasibatlıq sənədləri təqdim edilmədiyinə görə iş üzrə mühasibatıq ekspertizası keçirilməsi mümkün olmayıb, əgər keçirilsəydi borcun tam ödənildiyi müəyyən edilərdi. Eyni zamanda, bank tərəfindən istinad edilən müqvilələrdə qızılların girova qoyulması barədə sənədlərdə onun imzası yoxdur. Orada olan imza da ona məxsus deyil. Bu səbəbdən, qətnamənin ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Əzimov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili E.Mustafayev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərardadının surətindən görünür ki, İddiaçı ASC-nin məcburi ləğv edilməsi qərara alınmış, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh arasında bağlanmış: 02.07.2012-ci il tarixli 190-12/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 02.01.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 13400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 750 əyar, çəkisi 131.6 qr və 583-585 əyar, çəkisi 556.90 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. 06.07.2012-ci il tarixli 195-12/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 06.01.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 15600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 750 əyar, çəkisi 149.1 qr və 583 əyar, çəkisi 683.50 qr olan qızılzinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 19.05.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 13000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 583-585 əyar, çəkisi 77.50 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. 12.11.2012-ci il tarixli 265-12/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 12.05.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 12250 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 750 əyar, çəkisi 46.9 qr və 583 əyar, çəkisi 591 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. 23.11.2012-ci il tarixli 270-12/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 23.05.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 13000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 750 əyar, çəkisi 32.40 qr və 583 əyar, çəkisi 635.70 qr olan qızılzinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 19.01.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 22000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 750 əyar, çəkisi 68.30 qr və 583-585 əyar, çəkisi 1074.80 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. 11.01.2013-cü il tarixli 02-13/Q saylı kredit və girov müqavilələrinin surətlərindən görünür ki, borc alana 18 ay müddətinə, 11.07.2014-cü il tarixinədək illik faiz dərəcəsi 25% olmaqla 17000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus 750 əyar, çəkisi 113.5 qr və 583-585 əyar, çəkisi 738.39 qr olan qızıl-zinət əşyaları ləğv prosesində olan İddiaçı ASC-yə girov qoyulmuş və bankın saxlancına verilmişdir. Məhkəmənin 09.08.2017-ci il tarixl, 20.04.2018-ci il tarixli və 25.04.2019-cu il tarixli qərardadları ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit və girov müqavilələrində imzaların Cavabdeh tərəfindən icra edilməsinin müəyyən edilməsi, girov əşyalarının dəyərinin müəyyən edilməsi, cavabdehin borcunun məbləğinin və onun tərəfindən edilmiş son ödəniş tarixlərinin müəyyən edilməsi, məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq, məhkəmə-mühasibatlıqekspertizaları, materialların məhkəmə ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: 12.10.2017-ci il tarixli, 24143 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə, Ekspertizaya təqdim edilmiş, 2(011)^6506/2017 nömrəli mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2012-ci il tarixli 190- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (39 ədəd imza), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.07.2012-ci il tarixli 195- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (45 ədəd imza), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli 02- 13/G saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (39 ədəd), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 269- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (15 ədəd), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2012-ci il tarixli 265- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (31 ədəd imza), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.11,2012-ci il tarixli 270- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan Cavabdeh” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı" qrafasındakı imzalar (52 ədəd), İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.07.2012-ci il tarixli 210- 12/Q saylı girov müqaviləsində “Borcalan və girov qoyan E.Ə,Hüseynov” qrafasındakı imza, həmin müqaviləyə 1 saylı əlavədə “Müştəri təhvil aldı" qrafasındakı imzalar (42 ədəd) imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. 06.03.2019-cu il tarixli, 13295 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə görə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuş, iş materialında olan sənədlərdə İddiaçı ASC tərəfindən kassa məxaric orderləri, ödəniş qəbzləri (elanlar), faizlərin və cərimələrin hesablanmasını göstərən hesabdan çıxarış (gedişat) göndərilməmişdir. İş materiallarına yalnız cari hesabdan çıxarış əlavə edilmişdir. Tərəflər arasında kredit müqavilələri 2012-ci il tarixdən bağlansa da təqdim edilmiş cari hesabdan çıxarışlar 05.01.2013-cü ildən başlayır. 05.01.2013-cü il tarixdən əvvəlki dövrün cari hesabdan çıxarışları və bütün kredit dövrünün digər sənədləri təqdim edilməyib. Lakin Banklar tərəfindən kreditlərin verilməsinin prosedur qaydalarının tələblərinə uyğun olaraq kreditlərin verilməsinin, faiz və cərimələrin hesablanmasının, müştərilər tərəfindən aparılmış ödənişlərin kredit müqavilələri üzrə yaranmış borcların ödənilməsinin, silinməsinin real vəziyyəti yalnız cari, ssuda, faiz və cərimə hesablarından çıxarışlarda əks etdirilir. Bank tərəfindən vəsatətin təmin olunması məqsədilə hazırkı ekspertizaya təqdim olunmuş sənədlərdə isə (çıxarışlarda) Cavabdeh kredit müqaviləsinə əsasən kreditlərin verilməsi, ödənişlər aparılarkən kassa və cari hesabına mədaxil olunan məbləğlər, faizlərin və cərimələrin hesablanması öz əksini tapmamışdır (05.01.2013-cü il tarixdən əvvəlki dövrə (müqavilələrin tarixindən)). Ödəniş qəbzləri olmadığından və hesabdan çıxarışda təyinatlar tam göstərilmədiyindən ödənişlərin hansı kreditə aid edildiyi bilinmir (05.01.2013-cü il tarixdən sonraki dövrlərə (müqavilələrin tarixindən)). Buna görədə faizlərin və cərimələrin bank tərəfindən düzgün silinməsi, faizlərin, cərimələrin hesablanmasını müəyyən eləmək mümkün deyildir. Yaranmış gecikmələrə hesablanmış faizlər barədə və ya hesaba köçürülməsini özündə əks etdirən məlumatların, ödəniş sənədlərinin, cari hesabından çıxarışların tam şəkildə təqdim edilmədiyindən, cavabdehin “Zaminbank" ASC-ə olan real borcunun məbləğlərini müəyyən etmək mümkün olmamışdır. 26.07.2019-cu il tarixli, 16089 saylıməhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə,1. Ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2012-ci il tarixli 190-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafalarındakı imzalar (cəmi 15 ədəd; həmin aktın 1-ci, 4-8-ci, 12-ci, 16-cı, 19cu, 21-26-cı, 29-cu, 32-ci, 34-35-ci və 39-cu sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.07.2012-ci il tarixli 195- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 32 ədəd imza, 11-ci, 13-cü, 20-ci. 28-31-ci, 37-38-ci, 41-ci, 42-ci, 45-ci sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli 02- 13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 33 ədəd imza, 22-ci, 25-ci, 27-ci, 35-ci və 39-cu səralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 269- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 11 ədəd imza, 3-cü, 8-ci, 10-11-ci sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2012-ci il tarixli 265- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 25 ədəd imza, 5-ci, 13-14-cü, 19-cu 26-cı sıralarındakı imzalardan başqa) və həmin 1 saylı əlavədə “CavabdehƏ” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh tarixli 270-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 31 ədəd imza, 6-cı, 14-cü, 17-ci, 22-ci, 23cü, 26-cı 28-ci, 38-ci, 46-cı, 49-51-ci sıralardakı imzalardan başqa və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.07.2012-ci il tarixli 210- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) “Müştəri təhvil aldı” qrafasındakı imzalar (cəmi 22 ədəd imza, 1-ci, 5-ci, 10-11 -ci, 14-15-ci, 17-ci, 19-cu, 22-23-cü, 25-ci, 29-cu, 30-cu, 34- 35-ci, 38-ci və 40-cı sıralardakı imzalardan başqa) - Cavabdeh tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02.07.2012-ci il tarixli 190-12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 4-8ci, 12-ci, 16-cı, 19-cu, 21-26-cı, 29-cu, 32-ci, 34-35-ci və 39-cu sıralarda “Müştəri təhvil aldı” qrafalarındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.07.2012-ci il tarixli 195- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 11 -ci, 13-cü, 20-ci, 28-31-ci, 37-38-ci, 41- ci, 42-ci, 45-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.01.2013-cü il tarixli 02- 13/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 22-ci, 25-ci, 27-ci, 35-ci və 39-cu sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 269- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 3-cü, 8-ci, 10-11-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2012-ci il tarixli 265- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 5-ci, 13-14-cü, 19-cu 26-cı sıralardakı “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 23.11.2012-ci il tarixli 270- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 6-cı, 10-cu, 14-cü, 17-ci, 22-ci, 23-cü, 26- cı, 28-ci, 38-ci, 46-cı, 49-51-ci sıralarda “Müştəri təhvil aldı” qrafasındakı imzalar; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.07.2012-ci il tarixli 210- 12/Q saylı girov müqaviləsinə 1 saylı əlavədə (aktda) 1-ci, 5-ci, 10-11-ci, 14-15-ci, 17-ci, 19-cu, 22-23-cü, 25-ci, 29-cu, 30-cu, 34-35-ci, 38-ci və 40-cı sıralardakı imzalar və həmin 1 saylı əlavədə “Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxşlər tərəfindən icra olunmuşdur. Mülki iş materiallarına əlavə olunmuş 18.01.2012-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh həmin etibarnamə ilə onu İddiaçı ASC-də təmsil etməyi, adına olan daşınmaz əmlak istisna olmaqla bütün daşınar əmlakları ipoteka (girov) qoymağı, üzərindən sərəncam verməyi, sənədlər toplamağı, təvhil verməyi, imza etməyi, o cümlədən, adına olan hesablardan istifadə etməyi, hesab açmağı, hesabı bağlamağı, pul almağı və qoymağı, üzərində sərəncam verməyi, bank əməliyyatı aparmağı, buna dair adından imza etməyi və bu tapşırıqların yerinə yetirməsilə əlaqədar olan bütün hərəkətləri etməyi X3 etibar etmişdir. Mülki iş materiallarına əlavə olunmuş 26.02.2013-cü tarixli və 07.10.2015-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamələrin surətindən görünür ki, Cavabdeh oxşar səlahiyyətləri X9, X8, X4, X10, X5 və X6 da etibar etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4830 saylı, 16.02.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, -02.07.2012-ci il tarixli, 190-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 122,00 manat, -06.07.2012-ci tarixli 2195-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 136,00 manat, -19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 27.04.2015-ci ildə 37,66 manat, -12.11.2012-ci il tarixli 265-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə 106,44 manat, -23.11.2012-ci il tarixli 270-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 94,08 manat, -19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə 183,00 manat olmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən qətnaməni mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından iddiaçının şikayəti təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin apellyaiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı rayon məhkməsinin qətnaməsini 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 19.07.2012-ci il tarixli 210-12/Q saylı, 12.11.2012-ci il tarixli 265-12/Q saylı, 06.07.2012-ci tarixli 2195-12/Q saylı, 23.11.2012-ci il tarixli 270- 12/Q saylı, 19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqavilələri üzrə iddia müddətinin ötürülməsi əsası ilə həmin müqavilələrə münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmiş və bildirmişdir ki, həmin kredit müqavilələri üzrə cavabdeh tərəfindən edilmiş sonuncu ödəniş tarixlərinə əsasən iddia müddəti ötürülməmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qərardadı ilə iş üzrə üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında tərəflər arasında bağlanmış 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 19.11.2012-ci il tarixli, 269-12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqavilələri üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi tarixlərdə ödənişlər həyata keçirilib-keçirilmədiyi, həmin müqavilələr üzrə sonuncu ödənişin hansı tarixdə həyata keçirilməsi sualları qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4830 saylı, 16.02.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, -02.07.2012-ci il tarixli, 190-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 122,00 manat, -06.07.2012-ci tarixli 2195-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 136,00 manat, -19.11.2012-ci il tarixli 269-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 27.04.2015-ci ildə 37,66 manat, -12.11.2012-ci il tarixli 265-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə 106,44 manat, -23.11.2012-ci il tarixli 270-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 03.04.2015-ci ildə 94,08 manat, -19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 25.02.2015-ci ildə 183,00 manat olmuşdur. Bununla da 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 19.11.2012-ci il tarixli, 269-12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqavilələri üzrə sonuncu ödəniş tarixləri tarixlərinə görə iddia müddəti ötürülməmiş, rayon məhkəməsi həmin müavilələrə münasibətdə iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Belə ki, qeyd edilən müqavilələr üzrə sonuncu ödəniş 2015-ci ildə olmuş, iddiaçının hazırkı iddia ərizəsi isə məhkəməyə 02.06.2017-ci il tarixdə daxil olmuşdur (i/v 24). Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.) Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (maddə 380.2.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 298.1 və 298.2-ci maddələrinin tələblərinə görə isə girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Beləliklə, müəyyən edilir ki, iddia tələbi 02.07.2012-ci il tarixli, 190-12/Q saylı, 06.07.2012-ci il tarixli, 195-12/Q saylı, 19.11.2012-ci il tarixli, 269-12/Q saylı, 12.11.2012-ci il tarixli, 265-12/Q saylı, 23.11.2012-ci il tarixli, 270-12/Q saylı və 19.07.2012-ci il tarixli 210-12/Q saylı kredit müqavilələri üzrə də əsaslıdır. Bununla belə, qeyd edilən müqavilələr üzrə Məhkəmə Kollegiyası aşağıdakıları bildirir. İddiaçı 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat, əsas borcun, müddət sonuna hesablanan 363,82 manat faiz borcun, 2.335,46 manat cərimə borcun, 1.054,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 7.462,70 manat borcun tutulmasını; 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas borcun, müddət sonuna hesablan 340,72 manat faiz borcun, 3.972,14 manat cərimə borcu, 1.092,96 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 9.274,69 manat borcun; 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas borcun, 942,36 manat cərimə borcu, 226,92 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 2.044,12 manat borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas borcun, müddət sonuna hesablan 54,72 manat faiz borcun, 3.303,00 manat cərimə borcu, 759,20 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 7.019,49 manat borcun; 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas borcun, müddət sonuna hesablan 114,15 manat faiz borcun, 5.366,11 manat cərimə borcu, 1.207,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 11.290,34 manat borcun; 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas borcun, müddət sonuna hesablanan 517,21 manat faiz borcun, 4.735,01 manat cərimə borcun, 1.307,15 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcun, cəmi 11.271,24 manat, borcun; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya qeyd edir ki, qeyd edilən müqavilələr üzrə cərimə borcu dünyada baş verən məlum hadislər, iqtisadi böhran və sair kimi hallar nəzərə alınaraq azaldılmaldır. Belə ki, 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 371 manat, 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 387 manat, 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 87 manat, 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 290 manat, 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 460 manat, 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə cərimə borcu 471 manat müəyyən edilməlidir. Beləliklə, iddiaçının apellyasiya şikayəti qismən təmin təmin edilməli, iddia tələbi qeyd edilən müqavilələrə münasibətdə qismən təmin edilməli, 02.07.2012-ci il tarixli 190- 12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat əsas borc, müddət sonuna hesablanan 363,82 manat faiz borcu, 371 manat cərimə borcu, 1.054,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 5498,24 manat, 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas borc, müddət sonuna hesablan 340,72 manat faiz borcu, 387 manat cərimə borcu, 1.092,96 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 5689,55 manat, 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas borc, 87 manat cərimə borcu, 226,92 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 1188,76 manat, 12.11.2012-ci il tarixli 265- 12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas borc, müddət sonuna hesablanmış 54,72 manat faiz borcu, 290 manat cərimə borcu, 759,20 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 4006,49 manat, 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas borc, müddət sonuna hesablanan 114,15 manat faiz borcu, 460 manat cərimə borcu, 1.207,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 6384,15 manat, 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas borcun, müddət sonuna hesablanan 517,21 manat faiz borcun, 471 manat cərimə borcu, 1.307,15 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 7007,23 manat, ümumilikdə 29.774,42 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iddiaçı tələbin girov predmetinə yönəldilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 298.1 və 298.2-ci maddələrinin tələblərinə görə isə girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Kollegiya hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, 02.07.2012-ci il tarixli 190-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 11,40 qram çəkili; 06.07.2012-ci il tarixli 195-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 3,84 qram çəkili, 583/585 əyarlı 7.83 qram çəkili, 583/585 əyarlı 4,80 qram çəkili, 583/585 əyarlı 3,73 qram çəkili, 583/585 əyarlı 3,58 qram çəkili, 583/585 əyarlı 6,45 qram çəkili, 583/585 əyarlı 4,83 qram çəkili, 583/585 əyarlı 4,27 qram çəkili, 583/585 əyarlı 14,29 qram çəkili, 583/585 əyarlı 3,02 qram çəkili, 583/585 əyarlı 2,34 qram çəkili, 583/585 əyarlı 1,79 qram çəkili, 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 10,04 qram çəkili, 12.11.2012-cü il tarixli 265-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,56 qram çəkili, 583/585 əyarlı 1,19 qram çəkili, 583/585 əyarlı 6,69 qram çəkili, 583/585 əyarlı 2,47 qram çəkili, 583/585 əyarlı 1,58 qram çəkili, 23.11.2012-ci il tarixli 270-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,91 qram çəkili, 583/585 əyarlı 5,04 qram çəkili, 583/585 əyarlı 12,88 qram çəkili, 583/585 əyarlı 10,22 qram çəkili, 583/585 əyarlı 7,04 qram çəkili, 19.07.2012-ci il tarixli 210-12/Q saylı müqavilə üzrə 583/585 əyarlı 4,25 qram çəkili, 583/585 əyarlı 13,02 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına tutma yönəldilərək açıq hərracda satılmalı, əldə olunacaq vəsait hesabına yuxarıda qeyd olunan 29.774,42 manat pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Kollegiyası, cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, ilkin iddia tələbinin əsaslı olması və qismən təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməli, 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat əsas borc, müddət sonuna hesablanan 363,82 manat faiz borcu, 371 manat cərimə borcu, 1.054,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 5498,24 manat, 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas borc, müddət sonuna hesablan 340,72 manat faiz borcu, 387 manat cərimə borcu, 1.092,96 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 5689,55 manat, 19.11.2012-ci il tarixli 269- 12 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas borc, 87 manat cərimə borcu, 226,92 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 1188,76 manat, 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas borc, müddət sonuna hesablanmış 54,72 manat faiz borcu, 290 manat cərimə borcu, 759,20 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 4006,49 manat, 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas borc, müddət sonuna hesablanan 114,15 manat faiz borcu, 460 manat cərimə borcu, 1.207,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 6384,15 manat, 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas borcun, müddət sonuna hesablanan 517,21 manat faiz borcun, 471 manat cərimə borcu, 1.307,15 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 7007,23 manat, ümumilikdə 29.774,42 manat məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma 583/585 əyarlı 11,40 qram çəkili; 583/585 əyarlı 3,84 qram çəkili, 583/585 əyarlı 7.83 qram çəkili, 583/585 əyarlı 4,80 qram çəkili, 583/585 əyarlı 3,73 qram çəkili, 583/585 əyarlı 3,58 qram çəkili, 583/585 əyarlı 6,45 qram çəkili, 583/585 əyarlı 4,83 qram çəkili, 583/585 əyarlı 4,27 qram çəkili, 583/585 əyarlı 14,29 qram çəkili, 583/585 əyarlı 3,02 qram çəkili, 583/585 əyarlı 2,34 qram çəkili, 583/585 əyarlı 1,79 qram çəkili, 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 10,04 qram çəkili, 583/585 əyarlı 4,56 qram çəkili, 583/585 əyarlı 1,19 qram çəkili, 583/585 əyarlı 6,69 qram çəkili, 583/585 əyarlı 2,47 qram çəkili, 583/585 əyarlı 1,58 qram çəkili, 583/585 əyarlı 4,91 qram çəkili, 583/585 əyarlı 5,04 qram çəkili, 583/585 əyarlı 12,88 qram çəkili, 583/585 əyarlı 10,22 qram çəkili, 583/585 əyarlı 7,04 qram çəkili, 583/585 əyarlı 4,25 qram çəkili, 583/585 əyarlı 13,02 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı, əldə olunacaq vəsait hesabına yuxarıda qeyd olunan 29.774,42 manat pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçının LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-48/2019 saylı, 27 avqust 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh 02.07.2012-ci il tarixli 190-12 saylı kredit müqaviləsi üzrə 3.708,86 manat əsas borc, müddət sonuna hesablanan 363,82 manat faiz borcu, 371 manat cərimə borcu, 1.054,56 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 5498,24 manat, 06.07.2012-ci il tarixli 195-12 saylı kredit müqaviləsi üzrə 3.868,87 manat əsas borc, müddət sonuna hesablan 340,72 manat faiz borcu, 387 manat cərimə borcu, 1.092,96 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 5689,55 manat, 19.11.2012-ci il tarixli 269-12 saylı kredit müqaviləsi üzrə 874,84 manat əsas borc, 87 manat cərimə borcu, 226,92 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 1188,76 manat, 12.11.2012-ci il tarixli 265-12 saylı kredit müqaviləsi üzrə 2.902,57 manat əsas borc, müddət sonuna hesablanmış 54,72 manat faiz borcu, 290 manat cərimə borcu, 759,20 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 4006,49 manat, 23.11.2012-cü il tarixli 270-12 saylı kredit müqaviləsi üzrə 4.602,40 manat əsas borc, müddət sonuna hesablanan 114,15 manat faiz borcu, 460 manat cərimə borcu, 1.207,60 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla cəmi 6384,15 manat, 19.07.2012-ci il tarixli 210-12 saylı kredit müqaviləsi üzrə 4.711,87 manat əsas borcun, müddət sonuna hesablanan 517,21 manat faiz borcun, 471 manat cərimə borcu, 1.307,15 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 7007,23 manat, ümumilikdə 29.774,42 (iyirmi doqquz min yeddi yüz yetmiş dörd manat, qırx iki qəpik) manat məbləğ alınaraq iddiaçı LPO İddiaçı ASC-yə verilsin. Tutma 583/585 əyarlı 11,40 qram çəkili; 583/585 əyarlı 3,84 qram çəkili, 583/585 əyarlı 7.83 qram çəkili, 583/585 əyarlı 4,80 qram çəkili, 583/585 əyarlı 3,73 qram çəkili, 583/585 əyarlı 3,58 qram çəkili, 583/585 əyarlı 6,45 qram çəkili, 583/585 əyarlı 4,83 qram çəkili, 583/585 əyarlı 4,27 qram çəkili, 583/585 əyarlı 14,29 qram çəkili, 583/585 əyarlı 3,02 qram çəkili, 583/585 əyarlı 2,34 qram çəkili, 583/585 əyarlı 1,79 qram çəkili, 583/585 əyarlı 1,77 qram çəkili, 583/585 əyarlı 10,04 qram çəkili, 583/585 əyarlı 4,56 qram çəkili, 583/585 əyarlı 1,19 qram çəkili, 583/585 əyarlı 6,69 qram çəkili, 583/585 əyarlı 2,47 qram çəkili, 583/585 əyarlı 1,58 qram çəkili, 583/585 əyarlı 4,91 qram çəkili, 583/585 əyarlı 5,04 qram çəkili, 583/585 əyarlı 12,88 qram çəkili, 583/585 əyarlı 10,22 qram çəkili, 583/585 əyarlı 7,04 qram çəkili, 583/585 əyarlı 4,25 qram çəkili, 583/585 əyarlı 13,02 qram çəkili girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın, əldə olunacaq vəsait hesabına 29.774,42 (iyirmi doqquz min yeddi yüz yetmiş dörd manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev