Məhkəmə qərarları › İş №2(103)-1791/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1791/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1791/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(007)-128/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(007)- 128/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş materiallardan müəyyən edilir ki, materiallar mülki işin özü deyildir. Həmin materiallar yalnız Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(007)-128/2011 saylı qətnaməsi, məktublar, ərizə, hazırda verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər və icra işindən edilmiş çıxarışların surətindən ibarətdir. Kollegiya qeyd edir ki, mülki iş materialları mövcud olmadan, yalnız göndərilmiş materiallar əsasında apellyasiya şikayətinə baxılması mümkün deyildir. Yuxarıda sadalananları nəzərə alaraq kollegiya qeyd edir ki, 2(007)-128/2011 saylı mülki iş “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Mülki Prosessual Məcəlləyə Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə icraatının bərpası haqqında ərizə ilə məhkəmə icraatı bərpa edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(007)-128/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli 2(007)- 128/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar