Məhkəmə qərarları › İş №2(103)-1792/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1792/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1792/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı pulvc tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1047/2024 nömrəli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 1991-ci il tarixdə SSRİ X2 rayonun Xudat şəhər Əmanət Kassasında qoyduğu 40.000 rubl əmanətinə görə 2.500 manat birdəfəlik verilməli olan kompensasiya pulunun SSRİ Əmanət Bankının qanuni varisi Cavabdeh ASC-dən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1047/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4290/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllədə nəzərdə tutulan formada tərtib edilmədiyindən və elektron kabinet vasitəsilə verilmədiyindən qeyri-mümkün hesab edilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1047/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

5. 25.12.2024-cü il tarixdə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatət verilmişdir.

6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 1047/2024 nömrəli qərardadı ilə sözügedən qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. Cavabdeh ASC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddiaçı vəkili tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə məhkəməyə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuş və birinci instansiya məhkəməsi tərəfindən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4290/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir. Belə ki, İddiaçı apellyasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Odur ki, İddiaçı apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmədən, yəni Mülki Prosessual Məcəllədə nəzərdə tutulan formada (MPM-ə apellyasiya şikayətinin forması barədə 2 nömrəli əlavə edilmişdir) eləcə də apellyasiya şikayəti elektron sənəd formasında tərtib edilmədiyindən və elektron kabinet vasitəsilə verilmədiyindən qaytarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4290/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə iştirak edən tərəflərə, hazırki halda həm iddiaçıya, həm də cavabdehə təqdim edilmişdir. Yəni, iddiaçı artıq onun tərəfindən verilən apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun formada, məzmunda və qaydada verilmədiyini bilirdi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət gözlənildikdən sonra kassasiya şikayəti verilmədiyi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1047/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qərardadının qəbul edilməsindən təxminən 6 aya yaxın, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsindən təxminən 5 aya yaxın, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən isə 8 aydan çox müddətin keçməsindən sonra xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verilmişdir. Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4290/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsindən təxminən 6 aya yaxın, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1047/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsindən təxminən 5 aya yaxın, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən isə 8 aydan çox müddətin keçməsindən sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinin verilməsi zamanı prosessual müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən mötəbər sübut təqdim edilməmiş və birinci instansiya məhkəməsinin hazırki mübahisələndirilən qərardadında öz əksini tapmış əsaslandırmasından da belə bir sübutun olması müəyyən edilmir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən sözügedən qərardad qəbul edilərkən keçən müddət ərzində iddiaçının hərəkətsiz qalması nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməməlidir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1047/2024 nömrəli qərardadı ləğv edilməli və iddiaçının apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir.

14. Belə ki, işdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(103)-4290/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd olunan xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, iddiaçıya apellyasiya şikayətinin elektron sənəd formasında tərtib edilməsi və elektron kabinet vasitəsilə verilməsi izah olunmuşdur.

15. Daha sonra iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1047/2024 nömrəli qərardadı poçt vasitəsilə İddiaçı iş materiallarında olan ünvanına göndərilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən xəbərnaməyə imza edilməklə rəsmi qaydada əldə edilmilşdir.

16. Həmin qərardadda iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Hazırki şikayət isə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmalı olan kabinet vasitəsilə verilməli olduğu halda poçt vasitəsilə təqdim edilmiş, həmçinin şikayətin Mülki Prosessual Məcəlləyə əlavədə qeyd edilən forma tələblərinə riayət edilməmiş, qeyd edilməli ayrıca qrafalar formasında uyğun normativ əsaslandırması ilə birlikdə tərtib edilməmişdir.

17. Lakin apellyasiya şikayəti yenidən tərtib olunaraq növbəti dəfə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

18. İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizəsini isə məhkəmələrin “Elektron Məhkəmə” informasiya sisteminə keçməsi ilə əlaqədar məlumatının olmaması ilə əsaslandırsa da, iddiaçı artıq xx.xx.2024-cü il tarixdən apellyasiya şikayətinin elektron sənəd formasında tərtib edilməli və elektron kabinet vasitəsilə verilməli olması barədə məlumatlı olmuş, 4 aydan çox müddət keçdikdən sonra elektron qaydada apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir.

19. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üçün əsaslar mövcud deyil.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1047/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar