Məhkəmə qərarları › İş №2(103)-1795/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1795/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1795/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: müqavilə üzrə borcun tutulması, müqavilənin etibarsız hesab edilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-3162/2022 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 120.000 ABŞ dolları məbləğində pulu faizsiz şəkildə borc verir, Cavabdeh isə həmin məbləğin xx.xx.2019-cu il tarixədək qaytarmasını öhdəsinə götürür.

2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən xx.xx.2018-ci il tarixli müqavilə üzrə borc verilmiş 120.000 ABŞ dolları məbləğində pulun bügünədək qaytarılmadığı Cavabdeh nəzərinə çatdırılmış və həmin borcun 2 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir.

3. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərinə əsasən həmin tarixlərdə 200 manat, 200 manat, 200 manat və 300 manat olmaqla, cəmi 900 manat məbləğində pul vəsaiti milliön elektron ödəmə sistemi vasitəsi ilə İddiaçı ******************** saylı hesabına köçürülmüşdür.

4. İddiaçı 2021-ci ilin dekabr ayında etdiyi şikayətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən (nəticələrinə dair “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixdə qərarı qəbul edilmiş, lakin sonradan həmin qərar ləğv edilmişdir) aparılmış araşdırma zamanı: - X7 verdiyi izahatında bildirmişdir ki, Cavabdeh təxminən 20 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, o, əvvəllər pərdə satışı ilə məşğul olmuş, pərdə satışı mağazası olmuşdur. Azər özü də daimi ticarətlə məşğul olmuşdur. Onların normal münasibətləri olmuş, hər zaman bir-birinə maddi dəstək olub köməklik etmişlər. 2017-ci ildən artıq işləri pis getməyə başlamış və o, pərdə satışı mağazasını bağlamaq qərarına gəlmişdir. Mağazada olan malları ucuz qiymətə sataraq 40.000 ABŞ dolları pul əldə etmişdir. Azərin onda pul olması barədə məlumatı olmuşdur. Azər görüşlərin birində ona bildirmişdir ki, Türkiyədə ABŞ dolllarının alışı-satqısı ilə məşğul olan “Hacı” dostları vardır. Bu işdə yaxşı pul qazana bilərlər. Azərdən işin nə olduğunu soruşmuş və o, bildirmişdir ki, burdan Türkiyəyə ABŞ dolları göndərəcək, orada tanışları pulu valyuta dəyişmə məntəqələrində dövriyyəyə buraxacaq və bundan gəlir əldə edəcəklər. Həmçinin, göndərdikləri pulu istədikdə bir ay qabaqcadan demək şərti ilə geri götürə biləcəklər. O, Azərdən bu işi görən zaman nə qədər gəlir əldə edə biləcəklərini soruşmuş, Azər nə qədər çox pul qoyulsa bir o, qədər qazanc əldə edə bilərlər cavabını vermişdir. Azər ona bu işi görəcəkləri təqdirdə ayda ümumilikdə 5.000 manat qazanc əldə edə biləcəklərini söyləmişdir. Azər danışığı ilə onu özünə inandırmışdır. Lakin o, bu işə girmək istəmədiyini bildirmişdir. Bundan sonra Azər hər gün mütəmadi olaraq ona zəng vurur, həmçinin yaşadığı evə gələrək bu işə girəcəkləri təqdirdə yaxşı qazanc əldə edəcəklərini bildirirmişdir. Azərin təklifi ilə razılaşaraq 2017-ci ilin may ayında yaşadığı ünvan 1 ünvanında yerləşən 117 mənzildə Azərə bu məqsədlə 40.000 ABŞ dolları vermişdir. Bundan bir ay keçmiş Azər ona 3.000 manat, 2-ci ay 2500, 3-cü ay 1500 və 4-cü ay isə 2000 manat pul vermişdir. Azər hər dəfə ona bildirmişdir ki, bu pul sənin bu işdə qazancındır. 2017-ci ilin oktyabr ayında Azər ona demişdir ki, əgər əlavə olaraq 40.000 ABŞ dolları da olsa qazancları ikiqat artacaqdır. Azərə ilk pulu verdikdən sonra hər ay ona qazanc verdiyi ona məlumat vermişdir. Vaqif ona inandığı üçün bu işə girmək qərarına gəlmişdir. Belə ki, 2017-ci ilin oktyabr ayının sonlarında Vaqiflə Yasamal rayonunda yaşadığı evin yaxınlığında görüşmüş və Vaqif ona 40.000 ABŞ dolları vermişdir. Vaqifdən pulu götürdükdən sonra Azərin işlətdiyi ünvan 2 ünvanında yerləşən “Venessa” adı ilə fəaliyyət göstərən mağazasının qarşısına gəlmiş və orada həmin 40.000 ABŞ dolları ona vermişdir. Azər pulu sayaraq ondan qəbul etmişdir. Təxminən 15-20 gün sonra, yəni 2017-ci ilin noyabr ayının ortalarında Azər ona demişdir ki, Türkiyədə işlərin yaxşı getməsi üçün əlavə olaraq 50.000 ABŞ dolları da lazımdır. Azərə demişdir ki, pul tapa bilsə ona xəbər edəcəkdir. Həmin vaxt rəfiqəsi Lətifə Cəfərovadan 10.000 ABŞ dolları götürmüşdür. Həmin ərəfədə Bakı şəhəri, Sabunçu rayonu, X6 vəfat etmiş ərinin evini oğlu Kamil satmışdır. O, evin pulundan 20.000 ABŞ dolları götürmüşdür. Bundan başqa bu iş barəsində bacısı qızı Şəhlaya məlumat vermiş, o da bu işə qoşulmağa razılıq verərək, 10.000 ABŞ dolları pul vermişdir. Həmin məbləği yığıb ümumilikdə 40.000 ABŞ dolları pulu 2017-ci ilin noyabr ayında işlətdiyi geyim mağazasının qarşısında Azərə vermişdir. Lakin bundan Azər ona heç bir məbləğdə pul verməmişdir. 2018-ci ilin mart ayında Azər ona demişdir ki, Türkiyədə dollar alışı-satışı olan tanışları tutulmuş və buna görə işlərdə problem yaranmışdır. Bundan sonra o, təkidlə Azərdən pulları tələb etmişdir. Azər isə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2018-cı ilin aprel ayında Azər ona demişdir ki, əgər ona inanmırsa notariat kontorunda 120.000 ABŞ dolları ilə əlaqədar aralarında borc kredit müqaviləsi imzalasınlar. Onlar bu məqsədlə Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrosunun yaxınlığına yerləşən notariat kontoruna getmiş və orada 120.000 ABŞ dolları ilə əlaqədar kredit müqaviləsi imzalamışlar. Lakin Azər bu müqavilədə göstərilən müddətdə də, onun pullarını qaytarmamışdır. 2018-ci ilin iyun ayında Azər ona demişdir ki, pulların geri qaytarılması üçün ona 30.000 manat pul versin və o, da həmin pula qadın geyimləri alverinə qoyaraq satıb verdiyi pul ilə yanaşı digər pulları da qaytaracaqdır. Azərə pulunun olmadığını bildirmişdir. Bu zaman Azər ona qızılları varsa, onları lombarda qoyaraq pul götürüb, həmin pulu dövriyyəyə buraxaraq onun pulunu ödəyəcəkdir. Həmçinin, Azər ona lombarda qoyduğu qızılların pulunu 2 aya ödəyəcəyini və qızılları qaytaracağnı bildimişdir. O, çıxılmaz vəziyyətdə olduğu üçün bir daha Azərə inanmış və 2018-ci ilin iyun ayının ortalarında işlədiyi mağazanın qarşısında 50.000 manat dəyərində özünə məxsus qızıl-zinət əşyalarını vermişdir. Lakin Azər yenə sözünün üstündə durmayaraq, bir daha onu aldatmışdır. 2019-cu ilin avqust ayında Azər ondan 6.000 ABŞ doları istəyərək, Türkiyədən qadın geyim əşyaları alaraq Bakı şəhərində satıb əldə etdiyi qazancla qızılları Lombarddan çıxaracaqdır. O, yenə çarəsiz qalıb Azərin təklifi ilə razılaşmış və Azərə 2019-cu ilin avqust ayının ortalarında 2 dəfəyə ümumilikdə 6.000 ABŞ dolları pul vermişdir. Lakin Azər bir daha onu aldararaq pulları qaytarmamışdır. - Cavabdeh isə öz izahatında bildirmişdir ki, İddiaçı 2000-ci ildən tanıyır. Belə ki, Zərinə ilə əvvəllər yaşadığı Keşlə qəsəbəsində qonşu olmuş münasibətləri yaxşı olmuşdur. Zərinə ilə münasibətləri yaxşı olduğundan 2005-ci ildə o, Zərinədən onun üçün borca pul tapmasını xahiş etmişdir. Zərinə ona aylıq 10 faiz olmaqla faizə pul verəcəyini bildirmişdir. Həmin vaxtdan başlayaraq, Zərinədən faizə pul götürüb və faizi ilə birlikdə qaytarmağa başlamışdır. 2017-ci ildə yenidən Zərinədən faizə pul istəmiş, o, pulunun olmadığını bildirərək özündə olan qızılları verməyə razılıq vermiş, əvəzində, qızılın müqabilindən faiz istəmişdir. Zərinənin təklifi ilə razılaşmışdır. Zərinə ona 1 ədəd qızıl boyunbağı, 6 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa vermişdir. Zərinə bu qızılların Bakıxanov qəsəbəsində yerləşən “Nata” adı ilə tanınan qadının işlətdiyi Lombarda girov qoyaraq, 6.000 manat pul götürmüşdür. Bundan sonra həm Zərinəyə, həm də lombarda aylıq faizləri ödəməyə başlamışdır. Belə ki, o, qadın geyim mağazası işlətdiyindən lombardan götürdüyü pulları biznes fəaliyyətinə yatırmışdır. Lakin 2018-ci ildə artıq müflis olduğundan, həm Zərinənin, həm də “Lombard”ın faizlərini ödəyə bilməmişdir. Bundan sonra Zərinədən onun üçün 60.000 ABŞ dolları faizə pul tapmağını xahiş etmişdir. Zərinə ona bildirmişdir ki, əgər ona pul tapmağını istəyirsə notariusda aralarında borc müqaviləsi bağlasınlar. Ondan sonra pul tapa bilər. Zərinəni uzun müddət tanıdığı üçün və ona etibar etdiyindən bununla bağlı heç bir problemin olmadığını bildirmişdir. Zərinə ona müqavilənin hansı məbləğlə bağlanmasını soruşmuş, o, isə müqavilədə göstərilən məbləğin heç bir əhəmiyyət kəsb etmədiyini bildirmişdir. Zərinə ona müqavilədə pulun məbləğini 120.000 ABŞ dolları göstərməyi təklif etmiş, o, da razılıq vermişdir. Bakı şəhərində bir necə notarusa gedib 120.000 ABŞ dolları ilə əlaqədar borc müqaviləsi bağlamaq istəsələr də, bütün notaruslar nağd pul köçürməsi olmasa müqavilənin bağlanmasının mümkün olmadığını bildirmişlər. Bundan sonra onlar Zərinənin tanışının vasitəsilə “Gənclik” metrosu stansiyası yaxınlığında yerləşən notarusa getmiş, orada Zərinə ilə aralarında 120.000 ABŞ dolları pulun verilməsi barədə kredit müqaviləsi bağlamışlar. Bunun müqabilində o, Zərinə vasitəsilə orada işləyən şəxsə 700 manat pul vermişdir. Lakin kredit müqaviləsindən sonra Zərinə ona heç bir məbləğdə pul verməmişdir. Bundan sonra Zərinədən 2020-ci ilin yay aylarında yenidən faizə 6.000 ABŞ dolları pul istəmiş, Zərinə ona 2 dəfəyə olmaqla 6.000 ABŞ dolları pul vermişdir. Zərinədən faizə götürdüyü 6000 ABŞ dolları pulun 10 ay, ayda 1.000 manat olmaqla, sonrakı aylarda isə müəyyən miqdarda faizini qaytarmışdır. Lakin sonradan maddi vəziyyəti ilə əlaqədar əsas məbləği qaytara bilməmişdir. Zərinəyə faiz pulları bəzi hallarda əlbəəl, bəzi hallarda isə göndərdiyi özünə məxsus kart hesabına köçürmüşdür. Zərinəyə pulları köçürdükdən sonra ona pulun köçürülməsi ilə bağlı qəbzi şəkilini çəkib atmışdır. Həmin qəbzlərin bəzilərinin və Zərinəyə məxsus bank kartının şəkilləri onda vardır. İddiaçı ilə Türkiyə Respublikasında dollar alışı və satışı ilə məşğul olub pul qazanmaq barədə hər hansı bir danışığı olmamış və bu adla Zərinədən hər hansı bir məbləğdə pul almamışdır. İddiaçı uzun müddət faizə pul götürmüş, həmin pulu faizi ilə birlikdə Zərinəyə qaytarmışdır. Onlar birlikdə hər hansı bir iş görmək barədə razılığa gəlməmişdir.

5. Məhkəmə iclasında dinlənilmiş bir ədəd səs yazısı olan CD diskə əsasən İddiaçı ilə Cavabdeh arasında qızı ziynət əşyalarını lombarta qoyulması və onun pullunun ödənilməsi ilə bağlı mübahisə edilir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixində notarial qaydada təsdiq edilmiş "kredit (borc) müqaviləsi” üzrə yaranmış 120.000 ABŞ dolları məbləğində pulun və 495 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə 3M-385 nömrə ilə qeyd edilmiş) kredit (borc) müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 120.000 ABŞ dolları məbləğində pulu xx.xx.2019-cu il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq ondan borc almışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi bu günədək yerinə yetirməmişdir. Bununla bağlı pretenziya qaydasına riayət edilərək, cavabdehə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Həmin bildirişdə 2 gün müddətində 120.000 ABŞ dolları məbləğində pulun tam şəkildə ödənilməsi tələb edilmişdir. Lakin bügünədək cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliyini icra etməkdən yayınmışdır.

8. Cavabdeh Əhmədov X5 Zərinə Əli qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışıdr ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi öz-özlüyndə etibarsızdır. Həmin kredit müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. Müqavilə çox tərəfli əqddir və burada hər bir tərəf üzərinə müqavilə ilə müəyyən edilmiş öhdəlik götürür. Borc müqaviləsi üzrə kreditorun vəzifəsi borc müqaviləsi üzrə müəyyən edilmiş pul məbləğini borcalana vermək, borcalanın vəzifəsi isə həmin alınmış pul məbləğini müqavilə şərtlərinə uyğun olaraq geri qaytarmaqdır. Eyni zamanda, borcalanın hüququ müqavilə predmeti olan pul məbləğinin ona verilməsini tələb etmək, borcverənin isə həmin pulu vaxtında geri qaytarılmasını tələb etmək hüququ var. Göründüyü kimi, borc (kredit) müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri qarşılıqlı olaraq müəyyən edilmişdir. Bu o deməkdir ki, kreditor vermədiyi pulu borcludan tələb edə bilməz. Onunla İddiaçı arasında xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlanan zaman, İddiaçı həmin vaxt onun həddən artıq ağır maddi durumda olmağından istifadə etmiş, yalandan pul vərəcəyini vəd edərək, onu aldatmışdır. Lakin sonradan heç bir pul verə bilməmiş və ona qarşı da bu müqavilə üzrə hər hansı pul tələbi irəli sürməmişdir. Hər ikisi bugünə kimi bu müqavilə yoxmuş kimi davranmışdırlar.

10. İlk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. Həmin müqavilə bağlanan zaman Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması barədə” Təlimatın 48.1-ci və 160-1-ci bəndlərinin tələbləri, habelə AR Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbləri (kreditorun pul məbləğini borcalana verməməsi) kobud formada pozulmuşdur. xx.xx.2018-ci il tarixli borc müqaviləsi Mülki Məcəllənin 339.1-ci maddəsinin təsir dairəsinə düşdüyü üçün etibarsızdır. xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə öhdəliklərin icrası üçün Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müəyyən edilmiş 3 illik iddia müddəti keçmişdir. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq, məhkəmədən İddiaçı ona qarşı iddia tələbini təmin edilməməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə də təqdim edərək, bildirmişdir ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə göstərilən borc məbləğinin onun tərəfindən 1 il müddətində, yəni xx.xx.2019-cu il tarixədək qaytarmalı olduğu halda (əslində həmin məbləğ onun tərəfindən qaytarılmışdır), iddiaçının iddia etdiyi kimi həmin müddətdə qaytarmamışdır. Bununla belə, iddiaçı xx.xx.2019-cu il tarixdə hüququnun pozulduğunu bilmişdir. Buna baxmayaraq, hazırki iddiasını məhkəməyə xx.xx.2022-ci il tarixdə vermişdir ki, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini 17 gün buraxmışdır. Belə ki, həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. bu səbəbdən hesab edir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və həmin iddianın təmin edilməsindən imtina edilməlidir. İddaçı iddia müddətinin bərpası edilməsi üçün də heç bir üzürlü səbəb mövcud deyildir. Belə ki, hazırki iddianın xx.xx.2022-ci il tarixədək qaldırmağa mane ola biləcək nə ağır xəstəlik, nə koməksiz vəziyyət, nə də ki, savadsızlıq kimi hallar iddiaçıda olmamışdır. İddia müddəti ərzində İddiaçı heç bir ağır xəstəlik keçirməmiş, köməksiz olmamış, orta təhsilli olmaqla savadlı olmuşdur. Əgər o, savadsız olsaydı, müqavilənin nə demək olduğunu bilməz, ona növbəti dəfə pul tapmaq üçün 120.000 ABŞ dollarını guya borca verməsi barədə müqavilə bağlamağı təklif etməz, müqavilənin notariat kontorunda bağlandığını bilməz və onu notariat kontoruna aparmazdı. Bir məsələyə də məhkəmənin diqqətini yönəltmək istəyir ki, iddiaçıdan pul alıb qaytarmamağı və s. barədə onun Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə xx.xx.2021-ci il tarixində şikayət ərizəsi yazması da hesab edir ki, iddia müddətinin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçıya həmin şikayət ərizəsini məhz 2019-cu ilin aprel ayının 10-dan sonra yazmağa heç nə mane olmamış və mane ola bilməzdi, hər bir halda iddiaçının hazırkı iddiasını vaxtında məhkəmədə qaldırmağa və polis orqanına şikayət etməyə mane ola biləcək heç bir sübut mülki iş materiallarında yoxdur və ola da bilməz. Əgər bu cür sübut sonradan məhkəmə araşdırmasının gedişində təqdim edilərsə, hesab edir ki, bu saxta yolla əldə edilmiş sübut olacaqdır və təqdim edilərsə belə bir sübutun əldə edilməsinin qanuniliyi məhkəmə tərəfindən araşdırıla bilər. Mübahisə tərəfi olaraq iddia müddətinin tətbiqi barədə hazırkı ərizəni əsas götürərək, İddiaçı ona qarşı pul tələbi barədə icraatındakı iddia tələbinin həllinə iddia müddətini tətbiq etməklə iddia müddəti keçdiyinə görə onun iddiasından imtina edilməsi barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

12. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia müddətinin tətbiqi barədə ərizə və iddia ərizəsinə etiraza qarşı yazılı mülahizələr təqdim edərək, bildirmişdir ki, qarşı tərəfin istinad etdiyi üç illik iddia müddəti buraxılmamışdır. Belə ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir (təsdiqi qoşmada əlavə olunur). Cavabdeh daha sonra qeyd edir ki, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək qaytarmalı olduğu məbləğ əslində onun tərəfindən qaytarılmışdır. Lakin, bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia müddəti ötürülməmiş olsa belə, cavabdeh vurğulayır ki, xx.xx.2022-ci il tarixədək iddianın qaldırılmasına mane ola biləcək ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq kimi halların heç biri iddiaçıda olmamışdır. Əslində isə iddianın hazırki vaxtadək qaldırılmamasının əsasları, cavabdehin dəfələrlə müxtəlif vədlər verərək iddiaçını inandıraraq zaman qazanmasını, hətta bununla da qalmayaraq əvvəlki almış olduğu borclarını qaytara bilməsi üçün iddiaçıdan yeni borclar alaraq “vəziyyəti düzəldib hamısını qaytaracağına” inandırmasını (qeyd olunanları whatsapp yazışmaları, səs yazıları və digər sübutlar təsdiq edir), cavabdehin bildirdiyi onun da alacağının olması hansı ki, həmin insanların barəsində hüquq mühafizə orqanlarına müraciət etməsi halını, qeyd olunan müddət ərzində bu prosesdən qaynaqlanan hallarla bağlı olaraq iddiaçının səhhətində yaranan müxtəlif problemlərin olmasını, o cümlədən ürək əməliyyatının keçirilməsini (xəstəlik tarixçəsi və digər tibbi sənədlər əlavə olunur) göstərmək olar. Bununla belə iddiaçı artıq aldadıldığına inandıqdan sonra cavabdehin də qeyd etdiyi kimi, xx.xx.2021-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmçinin cavabdeh qeyd edir ki, “iddiaçı orta təhsillidir ancaq savadsız deyildir” bu yanaşma özlüyündə absurd səslənir. Orta təhsilli insan necə savadlı ola bilər?! Cavabdeh savadla bağlı məsələlərə toxunarkən onu da qeyd etmişdir ki, “iddiaçı savadsız olsaydı müqavilənin nə demək olduğunu bilməz, mənə növbəti dəfə pul tapmaq üçün 120.000 ABŞ dollarını guya mənə borca verməsi barədə müqavilə bağlamağı təklif etməz, müqavilənin notariat konturunda bağlandığını bilməz, məni notariat kontoruna aparmazdı”. Burdan da görünür ki, cavabdeh dəfələrlə iddiaçının etibarından sui istifadə edərək, müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə vəsaiti iddiaçıdan almışdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh ondan borc almırdısa niyə görə onunla birlikdə notariat konturuna gedirdi, niyə görə 120.000 ABŞ dolları borc alması ilə bağlı müqavilə imzalayırdı?! İddia ərizəsinə dair etirazda qeyd olunur ki, xx.xx.2018-ci il tarixli borc müqaviləsi üzrə ona heç bir pul verilməmişdir. Lakin şəxs tam fəaliyyət qabiliyyətli olmaqla yanaşı öz imzası ilə də notariat kontorunda pulu aldığını təsdiq edir, bununla belə məhkəməyə təqdim etdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəsində də “əslində həmin məbləğin onun tərəfindən qaytarıldığını iddia edir”. Əgər ona pul verilməmişdirsə nəyi geri qaytardığını iddia edirdi?! Daha sonra etirazda istinad olunan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 48.1-ci bəndi daşınmaz əmlak münasibətləri ilə bağlıdır. Həmçinin qeyd olunan müddəalar özündə xx.xx.2018-ci il tarixdən sonraki dövrdə olan əlavə və dəyişiklikləri ehtiva edir. Ona görə də həmin müddəaların sadalanmasına ehtiyac qalmır. Bununla yanaşı notarial təsdiq olunmuş müqavilənin üzərində də qeyd olunmuşdur ki, “Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir.” O cümlədən iddia olunur ki, Mülki Məcəllənin 739-cu maddəsinin tələbləri (kreditorun pul məbləğini borcalana verməməsi) kobud formada pozulmuşdur. Bu öhdəliyin icrasından boyun qaçırma kimi qiymətləndirilməlidir, çünki borcun alınmasını təsdiq edən kifayət qədər sübutlar vardır. Sonra etirazda iddia olunmuşdur ki, müqavilə Mülki Məcəllənin 339.1. maddəsinin təsir dairəsinə düşdüyü üçün etibarsızdır, lakin həmin maddənin konkret hansı hissəsinə münasibətdə müqavilənin etibarsızlığı bildirilməmişdir. Həmin maddədə isə qeyd olunur ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu isə daha öncə qeyd olunan fikirlə ziddiyyət təşkil edir. Həmçinin iddia edilən bu hal mövcud olsaydı belə, cavabdeh bununla bağlı məsələni bu günə qədər mübahisələndirməmişdir.

13. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X10 qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmiş və bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi iddia tələbinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə qarşılıqlı iddia tələbi irəli sürülərək, onların arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Beləliklə də, cavabdeh müqaviləni etibarsız hesab edirdisə, qanunvericiliklə qeyd olunan müddət daxilində müqaviləni mübahisələndirməli idi. Lakin cavabdeh məhz iddiaçının məhkəməyə müraciətindən sonra bir təsir vasitəsi kimi qarşılıqlı iddia qaldırmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq qarşılıqlı iddiaya münasibətdə iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 3162/2022 saylı qətnaməsi ilə ilk iddia tələbinin qismən təmin edilməsi, ilk iddia üzrə Cavabdeh 117.705 ABŞ dolları pul vəsaitinin (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 450 manat ödənilmiş dövlət rüsumunun tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. (hakim X8)

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddia ərizəsi əsasız olduğundan təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 337.1-ci, 339.1-ci, 339.3-cü, 340-cı maddələrinin tələblərindən görünür ki, mülki dövriyənin sabitliyinin qorunması məqsədi ilə hər iki tərəfin iradə ifadəsini irəli sürərək bağlamış olduğu əqdin etibarsız olmasının qanunvericiliklə müəyyən olunmuş konkret əsasları mövcuddur. Hazır ki, iddia tələbində əqdin etibarsız olmasına əsas olan hallar məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, habelə qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin onun çətin vəziyyətə düşməsi nəticəsində bu haldan istifadə etməsi səbəbindən bağlanmış olduğunu irəli sürsə də məhkəmə iclası zamanı göstərilmiş hallar sübuta yetirilməmişdir. Belə olan halda iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə müqavilənin etibrasızlığına dair əsaslar mövcud olmadığından qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin təqdim etmiş olduğu iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi üçün zərurət aradan qalxmışdır. İlk iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdeh qeyd edilən kredit müqaviləsinin bağlanması zamanı ona hər hansı bir pul məbləğinin verilmədiyini israrla təkid edərək, buna dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında İddiaçı izahatını sübut qismində məhkəmənin nəzərinə çatdırsa da, cavabdeh nə üçün kredit müqaviləsi bağlanan zaman alınan borcun məbləğinin 120.000 ABŞ dolları kimi yazılmış olduğunu məhkəmə iclasında əsalandıra bilmədiyindən cavabdehin məhkəmə iclasında vermiş olduğu izahatını yalnız öhdəliyin icrasından yayınma kimi qəbul etmişdir. Bundan başqa cavabdeh iddiaçıya məxsus hesaba 4 dəfə ayrı-ayrı vaxtlarda ümumilikdə 900 manat məbləğində, habelə cinayət işinin araşdırılması zamanı 3000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödədiyini onunla iddiaçı arasında mövcud olan başqa bir öhdəlik münasibətlərinə uyğun aparmış olduğunu bildirsə də, bu halı təsdiq edə bilmədiyindən məhkəmə hesab etmişdir ki, 3.900 manat məbləğində olan ödəniş hazırki dövrün məzənnəsi ilə ABŞ dollarına hesablanmaqla ümumi məbləğdən çıxılmalı, yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir (3900 : 1.70 = 2.295, 120.000-2295 =117.705). Bundan başqa mülki işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin son icra edilməli olduğu gün xx.xx.2019-cu il tarix olduğu halda, ilkin iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, mülki işin materiallarına əlavə edilmiş qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə Komtec LTC MMC vasitəsi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus olan hesab 300 manat məbləğində ödəniş həyata keçirilərək, iddia müddətinin axımı kəsilmiş olduğundan iddia müddətinin tətbiqinə dair ərizə təmin edilə bilməz. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 117.705 ABŞ dolları pul vəsaiti (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq ilk iddia üzrə İddiaçı ödənilməlidir. ilk iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşliqli iddia üzrə iddiaçı Cavabdeh qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə tələbi təmin edilməməldir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 339.1-ci, 339.3-cü, 340-cı, 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü, 445-ci, 448.1-ci, 739.1-ci, 740.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 107-ci, 119.1-ci, 217.3-cü, 217.4-cü, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə bağlanan zaman onun həddən artıq ağır maddi durumda olmağından istifadə etmiş, yalandan pul vərəcəyini vəd edərək onu aldatmışdır. O, məhkəməyə etirazının və qarşılıqlı iddia tələbinin əsası olaraq istinad etdiyi Nərimanov RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarını təqdim etmişdir. Qeyd etdiklərinə əsasən demək olar ki, iddiaçı öz ətrafındakı insanlardan guya Azərə vermək adı ilə 120.000 bəlkə də daha çox vəsait almış, həmin pulları özü mənimsəyərək, hazırda cavabdehdən tələb etməklə əsassız varlanmış olur. Bundan əlavə məhkəmə ilkin iddia tələbini təmin edən zaman, onun tərəfindən iddiaçıya ödənilmiş 3.000, 2.500, 1.500 və 2.000 manat pul vəsaitlərini də nəzərə almamış, beləliklə, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, onun 2004-cü ildən 2017-ci ilə qədər İddiaçı ilə iş birliyi olmuşdur. Bu dövr ərzində o, dəfələrlə ondan pul götürüb qazancı ilə birlikdə qaytarmışdır. Mübahisəli müqavilə bağlanana qədər onun İddiaçı 30.000 manat məbləğində əvvəlki haqq-hesabdan qalan borcu və əlavə olaraq lombarda qızıl saxlanca qoymaq müqabilində götürülən 6.000 manat məbləğində borcu vardı. 2020-ci ildə o, yenidən İddiaçı 6.000 ABŞ dolları pul götürmüş, onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edən zaman həmin pul vəsaitinin 3.000 ABŞ dolları hissəsini qaytarmışdır. Hazırda mübahisə predmeti olan müqavilənin bağlanmasını İddiaçı təklif etmişdir. 2018-ci ildə ondan pul istəyəndə əvvəlki borclarını ödəmədiyini bildirərək demişdir ki, o, da hansısa şəxslərdə pul götürüb verəcək və buna görə də notarial qaydada müqavilə bağlasınlar ki, həmin adamlara bu müqaviləni göstərməklə pul götürə bilsin. O, da etiraz etməmiş və onun tapdığı notarius ofisində mübahisəli müqaviləni bağlamışlar. Müqavilə bağlanan gün 120.000 ABŞ dolları məbləğində borc ona verilməmişdir. Bu müqavilə əvvəlki borcları rəsmiləşdirmək məqsədi ilə bağlanılan müqavilə olmuşdur. Eyni zamanda verilən suallara cavab olaraq bildirmişdir ki, onun İddiaçı 3.600 manat məbləğində əvvəlki haqq-hesabdan qalan borcu, 2020-ci ildə götürdüyü borca görə isə qalan borcu 3.000 ABŞ dolları məbləğindədir.

21. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və tələblərinin hüquqi əsası ilə bağlı əlavə olaraq bildirmişdir ki, mübahisələndirdikləri borc müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Bu səbəbdən qeyd edilən müqavilə məhz bu əsasla etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında müəyyən edilmişdir ki, yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi, nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə dair maneələr yaradır. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Belə ki, iddiaçının verdiyi ifadələr və etirafı göstərir ki, tərəflər arasında kredit münasibətləri mövcud olmamış, iş birliyi (əməkdaşlıq) olmuş və gələcəkdə daha çox yatırım etmək məqsədi ilə görüntü üçün bağlanmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

22. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqılı iddia üzrə cavabdeh İddiaçı ilk iddianın məzmununa və Bakı şəhəri Nərimnaov rayon Polis idarəsində onun şikayəti əsasında aparılmış araşdırma zamanı verdiyi izahata uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə üzrə o, Cavabdeh hər hansı məbləğdə pul verməmişdir. Həmin tarixə onun qeyd edilən məbləğdə borcu artıq yaranmışdır. Sadəcə olaraq yaranmış borc məbləğinin bir hissəsi onun tərəfindən başqa şəxslərdən alınaraq, Cavabdeh verildiyindən, müqaviləni həmin şəxslərə göstərmək, yəni onlara Cavabdeh ilə aralarında borc münasibətlərinin olmasını sübut etmək üçün bağlamışdır. Müqavilədə göstərilən borc məbləği real olaraq verilmiş borc məbləğidir. Həqiqətdə isə Cavabdeh ona daha artıq məbləğdə borcu var. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, mübahisə predmetini təşkil edən müqavilə tərəflər arasında yaranmış borc münasibətlərini tənzimləyən tam hüquqi əhəmiyyətli müqavilədir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qaldırılarkən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, eyni zamanda, yaranmış borc məbləğini düzgün hesablamamışdır. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalıdır.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və mülki işin materiallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsinin bağlanmasına və həmin müqavilədə İddiaçı tərəfindən Cavabdeh 120.000 ABŞ dolları məbləğində pulun xx.xx.2019-cu il tarixədək borc verildiyinin göstərilməsinə baxmayaraq, onların hər biri ayrı-ayrılıqda həmin tarixdə müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pulun verilmədiyini bildirirlər.

34. İddiaçı müqavilədə göstərilən məbləği 2017-ci ilin may, oktyabr və noyabr aylarında hər dəfə 40.000 ABŞ dolları olmaqla, 3 dəfəyə Cavabdeh qaytarmaq şərti ilə borc verdiyini, həmin məbləğin bir hissəsinin başqa şəxslərdən alınaraq, Cavabdeh verildiyindən, müqaviləni bu şəxslərə göstərmək, yəni onlara Cavabdeh ilə aralarında borc münasibətlərinin olmasını sübut etmək üçün bağladığını bildirir. Həmin məbləğin bu günədək qaytarılmadığını qeyd edir.

35. Cavabdeh bu müqavilənin onun həddən artıq ağır maddi durumda olmağından istifadə edilməklə, yalandan pul veriləcəyi vədi altında, həqiqətdə isə əvvəlki borcları rəsmiləşdirmək məqsədi ilə bağlandığını, lakin ona hər hansı məbləğdə pul verilmədiyini bildirir, əslində müqavilədə göstərilən həmin məbləğin onun tərəfindən qaytarıldığını (iddia müddətinin tətbiqi barədə ərizə, i.v. səhifə 40), İddiaçı 3.600 manat məbləğində əvvəlki haqq-hesabdan borcunun, 2020-ci ildə götürdüyü borcdan isə 3.000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir.

36. Bununla belə, məhkəmə kollegiyası tərəflərin mövqeyini nəzərə alıb, belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh hər hansı məbləğdə pul verilməmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2018-ci il tarixdə tərəflər öz aralarında artıq yaranmış borc məbləğinə aydınlıq gətirmişlər və bunun nəticəsi olaraq, borcun 120.000 ABŞ dolları məbləğində olmasını müəyyən etməklə (razılaşdırmaqla), bu məbləğin (Cavabdeh tərəfindən etiraf edilməsi yolu ilə) mövcudluğunu aralarında bağlanmış müqavilə ilə rəsmiləşdirmişlər. Həmin müqavilənin bağlanması ilə tərəflər, xüsusilə də İddiaçı üçüncü şəxslərdə (onun borc aldığı digər şəxslərdə) buna dair fikir formalaşdırmaq məqsədini də güdmüşdülər. Başqa sözlə, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmaqla tərəflər arasında yaranmış borc münasibətlərini pərdələyən və üçüncü şəxslərdə buna dair fikir formalaşdıran müqavilə kimi qiymətləndirilməlidir. Bu da hüquqi nəticə etibarı ilə bu müqavilənin yalan əqd olmaqla əhəmiyyətsiz olmasını təsdiq edir və onun etibarsız hesab edilməsini şərtləndirir, eyni zamanda, kəsici müddətin tətbiq edilməsini istisna edir.

37. xx.xx.2018-ci il tarixdə tərəflər arasında əslində borcun etirafı müqaviləsinin bağlandığı müəyyən edildiyindən mübahisəyə məhz bu əqdə aid olan qaydalar tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Bu baxımdan Cavabdeh həmin müqavilənin onun həddən artıq ağır maddi durumda olmağından istifadə edilməklə, yalandan pul veriləcəyi vədi altında bağlanması barədə dəlilləri də əsassızdır.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. İddiaçı Cavabdeh 120.000 ABŞ dolları məbləğində borcun verildiyini, lakin həmin məbləğin bugünədək qaytarılmadığını bildirsə də, Cavabdeh onun İddiaçı cəmi 3.600 manat və 3.000 ABŞ dolları məbləğində borcunun olduğunu qeyd edir. Lakin iddia müddətinin tətbiqi barədə ərizədə Cavabdeh əslində 120.000 ABŞ dolları məbləğində borcun onun tərəfindən qaytarıldığını bildirməklə faktiki olaraq ona bu məbləğdə borcun verildiyini etiraf etmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bu məbləğin verilməsi faktını sübut etmə vəzifəsindən azad etmişdir. Buna baxmayaraq, Cavabdeh bu borcun tam qaytarıldığını sübut edə bilməmişdir. Məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən isə onun tərəfindən 2021-ci ilin avqust ayında 4 dəfəyə ümumilikdə (200 manat, 200 manat, 200 manat və 300 manat) 900 manat məbləğində pulun ödənilməsi öz təsdiqini tapır.

40. Məhkəmə kollegiyası İddiaçı tərəfindən pulun ABŞ dollarının alışı və satışının həyata keçirilməsi və bunun nəticəsində gəlir əldə edilməsi məqsədi ilə verilməsinin, eyni zamanda Cavabdeh bu məbləğin müəyyən faiz dərəcəsi ödəmək şərti ilə verilməsinin öz təsdiqini tapmadığını, kredit müqaviləsində də faizlərin ödənilməsi ilə bağlı hər hansı şərtin təsbit edilmədiyini nəzərə alıb hesab edir ki, Cavabdeh tərəfindən qazanc kimi verilməsi göstərilən 3.000 manat, 2.500 manat, 1.500 manat və 2.000 manat, cəmi 9.000 manat məbləğində pul da (İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda olan izahatı) 120.000 ABŞ dolları məbləğində borcdan ödənilən pul kimi qiymətləndirilməlidir.

41. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, borcun olmaması və qaytarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əhmədov X5 Zərinə Əli qızına 120.000 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmiş və bu məbləğin xx.xx.2019-cu il tarixədək qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü bu öhdəliyi müəyyən edilmiş müddətdə lazımi qaydada icra etməmiş, ötən dövr ərzində borclu olduğu məbləğdən cəmi (200 + 200 + 200 + 300 + 3.000 + 2.500 + 1.500 + 2.000) 9.900 manat hissəsini qaytarmış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və hazırda qalıq qalmış (9.900 manat / 1.70 manat = 5.823,53 ABŞ dolları, 120.000 ABŞ dolları – 5.823,53 = 114.176,47 ABŞ dolları) 114.176,47 ABŞ dolları məbləğində borcunu iddiaçıya ödəməlidir.

42. Məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərin xx.xx.2019-cu il tarixədək icra olunmalı olmasını, 2022-ci ilin 09 və 10 aprel tarixlərinin müvafiq olaraq həftənin şənbə və bazar günlərinə (qeyri iş günləri) təsadüf etməsini, hazırki iddianın isə xx.xx.2022-ci il tarixdə, yəni növbəti iş günündə qaldırıldığını nəzərə alıb, vurğulayır ki, 3 illik iddia müddəti ötürülməmişdir. Bu səbəbdən İddiaçı iddiasına iddia müddəti tətbiq edilə bilməz.

43. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin 114.176,47 ABŞ dolları (114.176,47 x 1.7 = 194.100 manat) olmasını nəzərə alıb, belə qənaətə gəlir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan məbləğdə, yəni (100.000 manat = 390 manat + 94.100 x 0,1 faiz = 94,10 = 484,10) 484,10 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qalan 10,90 manat hissəsi İddiaçı aid edilməlidir.

44. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk və qarşılıqlı iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh 114.176,47 ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 484,10 manat hissəsinin əvəzi tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 3162/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk və qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi etibarsız hesab edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 114.176,47 (bir yüz on dörd min bir yüz yetmiş altı ABŞ dolları, qırx yeddi sent) ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 484,10 (dörd yüz səksən dörd manat, on qəpik) manat hissəsinin əvəzi tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar