Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1798/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh İsmayıl oğluna qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO Zaminbank” ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5997/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20868574 manat əsas borc və 324576 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21193150 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 502 manat məbləğində xərcin tutularaq Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylı mənzillərə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir .
2. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 180 ay müddətinə, illik 15% (on beş) faiz ödənilmək şərtilə 218000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 113/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylı mənzilləri İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzillərin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 208685.74 manat əsas borc və 3245.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMMin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931.50 manat məbləğində borcu mövcuddur.
3. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmətinə yönəldilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində ipoteka müqaviləsinə istinad etsə də, həmin müqaviləni məhkəməyə təqdim edə bilmir. Çünki, bankda ipoteka müqaviləsi yoxdur. Sadəcə sənədlərin məhv edilməsi ilə bağlı akt tərtib edir. Hesab edir ki, iddia tələbi maddi hüquq normaları, yəni, subutların təqdim edilməməsi səbəbindən əsassızdır. Lakin, buna baxmayaraq, qanunda nəzərdə tutulan hüquqlarından istifadə etməklə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Daşınar əmlaklarla bağlı iddia müddəti 6 ildir və müqavilə 2008- ci ildə bağlanmışdır. Onda iddiaçı iddia tələbi irəli sürməklə bağlı iddia müddətini ötürmüşdür.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5997/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.7, 309.1, 324.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 375.2,385.1, 441.1, 441.2, 460.3, 739.1, 739.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında arasında xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 218000 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş, yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 218000 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən də, qarşılıqlı icra öhdəsinə düşən Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir. Çünki, yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaiti almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, 208685.74 manat əsas borc və 3245.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MMin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 211931.50 manat məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 502 manat Cavabdeh tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Eyni zamanda , “tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı mənzilin və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd etməyi lazım bilir ki, xx.xx.2008-ci il tarixli, 033 saylı ipoteka müqaviləsi borclunun həmin tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin üsulu olaraq bağlanmış olduğundan, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəlik daşımadığı müəyyən edildiyindən, Cavabdeh ipoteka qoyan kimi xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsi üzrə hər hansı bir öhdəlik daşımır. Eyni zamanda, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamış, yəni ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halllar da tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi” barədə ərizəyə münasibətdə isə qeyd edilir ki, “iddia müddəti” iddia tələbi əsaslı olduğu halda tətbiq edilərək iddianın rədd edilməsi üçün əsasdır. Hazırkı iddia tələbi əsaslı olmadığından, iddia müddətinin tətbiqinə zərurət yoxdur.
5. İşin icraatı zamanı müəyyən edilmişdir: - xx.xx.2008-ci il tarixli, 033 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilədə İddiaçı ASC-nin borcalan Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərin alınması üçün 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 218000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, kreditor Borcalana alınan yaşayış sahəsinin dəyərinin 100% hissəsini ipoteka krediti hesabına alınan yaşayış sahəsinin dəyərinin ödənilməsi üçün 218000 manat məbləğində kredit verir;- ödəniş cədvəlinə əsasən, verilmiş kreditlərin aylıq ödənişləri 3051 manat olmaqla, xx.xx.2023-cü il tarixə kimi qaytarılması razılaşdırılmışdır;xx.xx.2008-ci il tarixli, 033/1 saylı ipoteka müqaviləsinə əsasən, həmin müqavilədə xx.xx.2008-ci il tarixdə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 033 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və Cavabdeh ayrılmış 218000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərin ipoteka qoyulması nəzərdə tutulmuşdur; - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 208685.74 manat əsas borc və 3245.76 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğ olmaqla, cəmi 211931.50 manat borcu vardır; - xx.xx.2023cü il tarixli bildirişdən və bildirişin göndərilməsini təsdiq edən qaiməyə əsasən, iddiaçı tərəfindən cavabdeh xx.xx.2008- ci il tarixli müqavilədən gələn öhdəliklərlə bağlı xəbərdar edilmişdir; - xx.xx.2008-ci il tarixli, 113/R saylı və 112/R saylı müqavilələrin surətinə əsasən, Cavabdeh Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 1-ci yaşayış binasının B blokunda 81 saylı mənzilin və 2-ci yaşayış binasının A blokunda 22 saylı mənzillərin hər birinin 109000 manata alınması üçün "xxxx" MTK ilə razılığa gəlmişlər; - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışa əsasən, kredit dosyeləri təhvil verilib, 2008-ci il tarixli kassa sənədlərinin vaxtı keçdiyinə görə, 16 dekabr 2015-ci il tarixli aktla sənədlər ləğv edilmişdir;- Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3620/2016 saylı, 22 iyul 2016-cı il tarixli qərarına əsasən, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir (iş səh.1-ci cild 7-11,15-20 ,21-23, 24, 27-28, 33-39, 43-44, 45). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(001)-5997/2023 saylı qətnaməsini ləğv edilməsini və bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 324; “İpoteka” haqqında Azərbaycan Respublikası Qanununun 1 və 34-cü; Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, cavabdehin kredit vəsait əldə etmək məqsədi ilə müqavilə bağlamaq niyyətində olduğu əsasını nəzərə almamışdır. "xxxx" MTK ilə Cavabdeh arasında ayrıayrılıqda 109000 manat məbləğdə Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylı mənzillərin Cavabdeh tərəfindən alınması məqsədilə 112/R nömrəli xx.xx.2008-ci il tarixli və 113/R nömrəli xx.xx.2008-ci il tarixli müqavilələr imzalanmışdır (112/R nömrəli xx.xx.2008-ci il tarixli və 113/R nömrəli xx.xx.2008ci il tarixli müqavilələr təqdim edilir). Həmin ayrı-ayrılıqda 109000 manat qiymətində mənzillərin alınması məqsədilə Cavabdeh İddiaçı ASC-yə yazılı ərizə ilə müraciət edərək ona 15 il müddətinə 218000 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir (Cavabdeh öz imzası ilə təsdiq etdiyi kredit verilməsi barədə yazılı ərizə və kredit sifarişi barədə məlumat vərəqi qoşmada təqdim olunur). Nəticə olaraq Lalə” MTK ilə Cavabdeh arasında 112/R nömrəli xx.xx.2008-ci il tarixli və 113/R nömrəli xx.xx.2008-ci il tarixli müqavilələr ilə eyni tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında 033 saylı kredit müqaviləsi və 033/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh tərəfindən 033 saylı kredit müqaviləsi və 033/1 saylı ipoteka müqavilələri, həmin müqavilə vasitəsilə əldə edilən vəsait hesabına mənzilin alınmasıməqsədi ilə bağlanmışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, xx.xx.2023cü il tarixdə cavabdeh tərəfindən Binəqədi Rayon Məhkəməsinə təqdim edilən iddia müddətinin tətbiqi barədə ərizə də özü etiraf ərizəsidir, şəxs öz borcunu etiraf edir və iddia mküddətinin tətbiqini məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən edilənlər özü-özlüyündə ziddiyyət təşkil edir. Hesab edirik ki, məhkəmə tərəfindən mötəbər sübutun olmaması səbəbindən iddia tələbimizin rədd edilməsi əsassızdır. Hazırda bank qeyd edilən ipoteka predmetinə tutmanın yönəldilməsi hüququna malikdir. Cavabdeh həyat yoldaşı QuliyevQönçəgül Abdulla qızıBakı şəhəri 13 saylı notariat kontoruna Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylımənzillərin ipoteka qoyulmasına etiraz etməməsi barədə ərizə vermiş və ərizə 13 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. Mənzilin ipotekaya yüklü edilməsi niyyəti ilə ərizə yazılmış və Cavabdeh ilə İddiaçı ASC arasında 033/1 saylı ipoteka müqaviləsi imzalanmışdır. Belə ki, tərəfimizdən ipoteka müqaviləsinin predmeti olan əmlakın İddiaçı ASC-nin xeyrinə yüklü edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. HəminQanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: a) əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; b) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi. Hesab edirik ki, ipoteka predmetinə tutma yönəltmə hüququmuz var və haqlı tələbimiz olan tutmanın Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1-ci yaşayış binasının B blokunda 13-cü mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 81 saylı və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının A blokunda 9-cu mərtəbəsində yerləşən 109 kv.m ümumi sahədən ibarət 2 otaqlı 22 saylımənzillərə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması, satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğininCavabdeh tutulması əsassız olaraq təmin edilməmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən həqiqi hallara əsaslanmamışdır. Məhkəmə şübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışa əsasən görə bilərik ki, xx.xx.2008-ci il tarixdə 218000 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 7.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.
8. "xxxx" QSC tərəfin verilmiş rəyin nəticə hissəsində qeyd edilmişdir ki, "xxxx" ASC-nin fəaliyyəti nəticəsində "xxxx" QSC təqdim edilmiş sənədlər və əlaqəli şəxslərdən alınmış izahatlar əsasında vətəndaş Cavabdeh ümumilikdə 829, 097, 26 manat məbləğində qalıq borc hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 5900 manat ( ədv daxil) manat müəyyən edilmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək, bankın mövcud sənədlər əsasında iddia qaldırdığını və iddialarının tam əsaslı olduğunu, cavabdehə mənzillərin alınması üçün müqavilədə göstərilən məbləğ verilsə də, cavabdeh tərəfindən öhdəliklərinin lazımi qaydada icra edilmədiyini, həmçinin cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinin özü-özlüyündə iddianın ertirafı kimi qiymətləndirilməli olduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsində yalnışlığa yol verərək iddia müddətinin tətbiqi barədə ərizə verdiklərini, hətta iddia müddəti keçmiş olsa belə, həmin ərizənin iddianın cavabdeh tərəfindən qəbulu kimi qiymətləndirilməsinin yolverilməz olduğunu, iddiaçı tərəfindən cavabdehə həmin pul məbləği “Lalə“ MTK-dan iki mənzilin alınması üçün verilməsi nəzərdə tutulsa da, hazırda həmin mənzillərin cavabdehin istifadəsində olmadığını, belə ki, bankın keçmiş rəhbəri ilə cavabdehin münasibətlərinin yaxşı olduğunu, həmçinin cavabdehin bir müddət bankda işlədiyini, o zaman bankın rəhbərinin cavabdehə “ sən ödənişləri et, mən sənə pulu ayıracam” deyə bildirdiyini, cavabdehin banka bir müddət ödənişlər etdiyini, lakin sonradan pul ayrılmadığından və özünün də maddi vəziyyəti ağır olduğundan ödənişləri də dayandırdığını, həmin mənzilləri ala bilmədiyini, evləri geri qaytardığını, bir müddət sonra da xaricə gedib yaşadığını, lakin iddiaçı tərəfin israrla həmin pulu MTK-dan mənzillərin alınması üçün cavabdehə verdiyini iddia etdiyini, lakin bu iddiasını sübut edəcək sənəd, o cümlədən kassa məxaric orderini təqdim etmədiyini , həmçinin hazırkı vaxtadək iddiaçının mənzillərin kimin mülkiyyətində olması ilə bağlı "xxxx" MTK ilə maraqlanmadığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 11.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən üçüncü şəxs "xxxx" MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 307.3. ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.7. ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməlidir. 309.1. daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır; 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.427.1 əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1 əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739. (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 14.İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən:10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. 10.6 İpoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.10.7 İpoteka müqaviləsində ipoteka predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka qoyana mənsub olduğu və bu hüququ qeydə alan dövlət orqanı göstərilməlidir.10.8 İpoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. 11.4. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir. 11.5. Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan (kreditor) olduqda, onlar ipotekanın dövlət qeydiyyatı orqanında birgə ipoteka saxlayanlar kimi qeydə alınırlar.11.6. Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.11.7. İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun.25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır:25.1.1. ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək;25.1.2. ipoteka qoyulmuş əşyanı vəsiyyət etmək;25.1.3. bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək;25.1.4. ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək.25.2. Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir.25.3. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır:25.3.1. ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək;25.3.2. ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək;25.3.3. ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək;25.3.4. ipoteka predmetinə tutma yönəldildikdə həmin əşyanı almaq istəyən şəxslərə ipoteka predmetinə yerində baxış keçirmək üçün şərait yaratmaq; 25.3.5. bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayandan əsas öhdəliyin həcmi barədə arayış alaraq notariusa təqdim etmək.26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır:26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq;26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək;26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək;26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək;26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq;26.1.6. ipoteka hüququnu girov qoymaq;26.1.7. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək26.2. İpoteka müqaviləsinin şərtlərinə uyğun olaraq ipoteka predmeti ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə ipoteka qoyanın müvafiq vəzifələri ona keçir.26.3. İpoteka saxlayan bu Qanunun 30.6-cı və 38.2-ci maddələrində nəzərdə tutulmuş hallarda notariusa təqdim etmək üçün ipoteka qoyana əsas öhdəliyin həcmi barədə arayış verir. 27.1. İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək, fiziki şəxs olan borclu isə həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərtilə sığorta etdirməlidir. 27.2. İpoteka qoyan ipoteka qoyulmuş əşyanın məhv olması və ya zədələnməsi təhlükəsi yarandıqda ipoteka saxlayanı dərhal xəbərdar etməlidir.27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.27.4. İpoteka qoyulmuş əşya ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın hesabına sığortalanmalıdır.
15. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.1.Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun.2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. 3. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.4. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. 16.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 36.3, 59, 59; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 385-390, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 460-467, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 17.Yuxarıda qeyd edilən hallar nəzərə alınaraq kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır. Belə ki, hazırkı mərhələdə iddiaçı bank tərəfindən cavabdehə mənzillərin alınması üçün kredit ayrıldığını, bank tərəfindən pulun tam həcmdə cavabdehə ödənildiyini, cavbadehin isə bank qarşısında olan öhdəliyini lazımi qaydada icra etmədiyini, cavabdeh isə həmin kreditin "xxxx" MTK-dan 2 mənzilin alınması üçün götürülməsinin nəzərdə tutulduğunu, həmin vəsaitin bank tərəfindən ümumiyyətlə cavabdehə verilmədiyini, iddiaçının keçmiş rəhbəri ilə aralarında olan şifahi razılaşmaya uyğun olaraq bir müddət kredit borcundan xırda-xırda ödənişlər edildiyini, lakin sonra ödənişi həyata keçirə bilmədiyindən mübahisəli mənzillərin satışa çıxarılması üçün müraciət etdiyini,evləri də "xxxx" MTK-ya geri qaytardığını, ümumiyyətlə, onun bank qarşısında hər hansı öhdəliyinin qalmadığını iddia edir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. Məhkəmənin pul vəsaitlərinin cavabdehə ümumiyyətlə verilməməsi ilə bağlı mövqeyi auditior rəyi, cavabdehin qismən etirafı və iş materialları ilə təkzib edilir. Ona görə pul tələbinin rədd edilməsi üçün əsaslar mövcud deyildir. Tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq, tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi sadə yazılı qaydada bağlanmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Digər tərəfdən isə həmin əmlakların hazırda kimin mülkiyyətində olması da məlum deyildir. Həmçinin cavabdeh pulu ödəyə bilmədiyindən mənzillərin MTK-ya geri qaytarıldığını və həmin mənzillərin yenindən satışa çıxarıldığını iddia etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Hər bir halda, həmin mənzilə dair cavabdehlə kooperativ arasında müqavilə bağlanmışdır. Sonradan həmin mənzilin cavabdehin razılığı ilə borc öhdəliyinin əvəzi olaraq Banka təhvil verilməsi birmənalı şəkildə rəsmiləşdirilməli, onunla bağlanmış müqavilə ləğv edilməli, bununla bağlı cavabdeh tərəfindən yazılı razılıq ərizəsi verilməli, mənzili əldə edən şəxs tərəfindən ona pul vəsaiti ödənilməli, həmin vəsait bankın müvafiq hesabına köçürülməli və iş materiallarında olan hesabda çıxarış məlumatlarında əks olunmalı idi. Nəticə etibarı ilə iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrasını təsdiq edən sənəd, habelə kredit müqaviləsindən irəli gələn öhdəliyə xitam verilməsini təsdiq edən rəsmən təsdiqlənmiş arayış verilməli idi. Lakin bu sənədlərin hər hansı birini cavabdeh təqdim edə bilmir. Qeyd edilənlər cavabdehin bu barədə dəlillərinin əsassız olduğunu təsdiq edir. Mənzillər başqa şəxsə satılmış olsa belə, bu cavabdehin bank qarşısında olan öhdəliklərdən azad edilməsi mənası daşımır. Hər bir halda iddiaçı ilə cavabdeh arasında kredit münasibətləri mövcud olmuş və cavabdeh müəyyən ödənişlər etmişdir. 18.Kollegiya hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20868574 manat əsas borc və 324576 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21193150 manat məbləğində kredit borcunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutmanın ipoteka predmetinə yönəldilməsi hissədə isə təmin edilməli deyildir. 19.Apellyasiya şikayəti qismən təmin edildiyinidən iş üzrə məhkəmə xərci və ekspertiza xərci iddiaçıya aid edilməldir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5997/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 20868574 manat əsas borc və 324576 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 21193150 (iki yüz on bir min doqquz yüz otuz bir manat, 50 qəpik) manat məbləğində kredit borcunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 5900 ( beş min doqquz yüz) manat məbləğində pul vəsaiti iddiaçı LPO "xxxx" ASC-dən tutularaq “Grow Audit and Consulting“ QSC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.