Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-18/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı2 və "xxxx" MMC-yə qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-90/2019 saylı, 27 sentyabr 2019- cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları «Texnikabank” ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli 475 №-li Təminatlı Kredit Müqaviləsinə əsasən, borc verən illik 6 faizlə 60 ay müddətinə borc alana 700.000 manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. «Texnikabank” ASC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixli 475 №-li kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi ünvan 1i ünvanında yerləşən torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan istehsal təyinatlı əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, qeyd olunan əmlak kompleksi xx.xx.2009-cu il tarixli 475 №-li Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində «Texnikabank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və bu barədə xx.xx.2009-cu il tarixdə müvafiq qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu - cavabdehlər İddiaçı2 və "xxxx" MMC-yə qarşı « kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 260.000 manat əsas borc, 93409.31 manat faiz borcu, 163742.69 manat cərimə borcu, ümumilikdə 517151.99 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 ASC-yə verilməsi, tələbin İddiaçı2 məxsus ünvan 1ində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı1 ASC-yə olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsasları ondan ibarət olmuşdur ki, "xxxx" MMC 475 saylı Kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(009)- 90/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli 475 №-li Kredit Müqaviləsi üzrə yaranmış 260.000 manat əsas, 93.409,31 manat hesablanmış faiz borcu, 16.000 manat cərimə borcu olmaqla, cəmi 369.409.31 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsinin cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçı «Texnikabank” ASC-nin hesabına köçürülməsi, ödəmənin «Texnikabank” ASC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus ünvan 1ində yerləşən, torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin ilkin satış qiymətinin 800.000 manat müəyyən edilməsi, əmlak kompleksinin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı1 ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı2 verilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 75 manat hissəsinin iddiaçıdan, qalan 75 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi, «X10» MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat vəsaitin 150 manat hissəsinin iddiaçıdan, qalan 150 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutulub «X10» MMC-nin hesabına (“Nikoil İKB”; Kod 510277; Müxbir hesab AZ98NABZ********************; VÖEN **********; S.W.İ.F.T. BİK: NİCBAZ22; H/Hesab AZ69NİCB**********0001A40090) köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 319.1, 319.6, 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3, 465.2, 467, «İpoteka haqqında» Qanunun 10.4, 34.1.1, 39.2, 39.3-cü maddələrinə əsaslandıraraq göstərmişdir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 15153 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində xx.xx.2009-cu il tarixli 475 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixinə «Texnikabank” ASC-yə hesabdan çıxarış məlumatlarına əsasən əsas borcu 260.000 manat, faiz borcu 47475,93 manat, maliyyə arayışı məlumatlarına əsasən əsas borcu 260.000 manat, faiz borcu 93409,31 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini də nəzərə alaraq, iddianın ekspert rəyində göstərilən maliyyə arayışı məlumatlarına əsasən əsas borcun 260.000 manat, faiz borcunun 93409,31 manat məbləğdə təmin olunmasını məqsədəmüvafiq hesab etmişdir. Eyni zamanda məhkəmə iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 163.742,69 manat məbləğində dəbbə pulunun tutulması hissəsi qismən təmin edilməsini və həmin dəbbə pulunu azaldaraq 16.000 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma İddiaçı2 ilə bank arasında bağlanmış xx.xx.2009cu il tarixli ipoteka müqaviləsinə uyğun olaraq İddiaçı2 məxsus ipoteka predmeti olan ünvan 1ində yerləşən, torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan istehsal təyinatlı əmlak kompleksinə yönəldilməli, həmin əmlak kompleks hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdeh "xxxx" MMC-nin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti hazırkı bazar dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin («X10» MMC-nin) rəyi əsasında 800.000 manat məbləğində müəyyən edilmişdir.. Qətnamədən narazı qalan iddiaçı Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)- 90/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən ipoteka əmlakının ilkin satış qiymətinin 800000 manat müəyyən edilməsi hissəsində ləğv edilərək, iş üzrə əmlakın hazırkı real dəyərinin müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və həmin rəyə əsasən əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi haqqında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdehlər Bakı səhəri Səbail rayon Məhkəməsinin 2- (009)-90/2019 saylı mülki is üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin 93.409,31 manat hesablanmış faiz borcu hissəsində 1 dəfə azaltmaqla, 46.704, 65 manata və həmin əmlak kompleksinin ilkin satış qiymətinin 800.000 manat müəyyən edilməsi hissəsinin 1.490.000 (bir milyon dörd yüz doxsan min) manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən edilməsi məsələsini kifayət qədər araşdırmayaraq, ekspertiza rəyində qeyd olunan qiyməti ilkin satış qiyməti kimi götürərək qətnamə çıxarmışdır. Halbuki, 18 dekabr 2009-cu il tarixində İddiaçı1 ASC ilə ipotekaqoyan X4 və borcalan "xxxx" MMC arasında bağlanmış 19/2009 saylı Kredit Müqaviləsi bağlanarkən ipoteka ilə yüklü edilmiş əmlak 368000 AZN məbləğində qiymətləndirilmişdir. Qiymətləndirmə tamamilə əsassız, daşınmaz əmlakın qiymətləndirilməsi prinsiplərini kobud şəkildə pozaraq, şişirdilmiş qiymət təyin olunaraq keçirilmişdir. Belə ki, ekspert qiymətləndirmə aparılması sahəsində xüsusi biliyə malik olan şəxs kimi üzərinə düşən vəzifəni layiqincə verinə yetirməyərək, ipoteka predmetlərinin bazar dəyərini heç bir müqayisəli təhlil aparılmadan, həmin ərazidə olan digər torpaq sahələrinin və tikililərin qiymətləri nəzərə alınmadan, hansı meyar və hansı mənbələrə istinad olunması göstərilmədən yüksək qiymətləndirmişdir. Ekspertinin əmlakların dəyərinə dair verdiyi rəy tamamilə absurd və şişirdilmiş məbləğdir. İpoteka predmetlərinə bu cür şişirdilmiş qiymət verilməsi məhz məqsədli şəkildə həyata keçirilmiş və əmlak kompleksinin açıq hərracdan satışının qarşısının alınmasına yönəldilmiş, cavabdehlərin Məhkəmənin adından çıxarılmış qətnamənin icrasından boyun qaçırması üçün fürsət yaradılmışdır. Nəzərə almaq lazımdır ki, ipoteka predmeti olan torpaq Tovuz rayonunda yerləşir, bildirmək istərdik ki, bu ərazi sosial-iqtisadi baxımdan zəif inkişaf etdiyi üçün həmin əmlak kompleksinə bu cür şişirdilmiş yuxarı qiymət təyin olunması qeyri-obyektiv, açıq-aşkar qətnamənin icrasının qeyri-mümkün olmasına səbəb olan hərəkətdir. Xüsusilə nəzərə alınmalıdır ki, ipotekanın əsasını təşkil edən kredit borcunun cəmi məbləği 369409.31 manatdır, ipoteka predmetinin ilkin satış qiyməti isə 3 dəfə baha müəyyən edilmişdir. Bu cür qeyri-mütənasib qiymətləndirilmə heç bir məntiqə uyğun gəlmir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Lakin, məhkəmə qətnamədə əmlakların hərracda ilkin satış qiymətini müəyyən edərkən əmlakların likvid qiymətini deyil, bazar dəyərini nəzərə almışdır. Bu isə Qanuna zidd və qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması deməkdir.Daşınmaz əmlakın bazar mühitinin dəyişməsini, ipoteka predmetlərinin bugünkü real vəziyyətini və ölkədə baş verən iqtisadi dəyişikliklərin potensial müştərilərin maddi vəziyyətinə təsirini nəzərə alaraq, ipoteka predmetləri yenidən qiymətləndirilməli və obyektiv olaraq daha aşağı qiymət təyin edilməlidir. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə şikayət olunan hissədə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, birinci instansiya məhkəməsi tərəfindən hüquqi məsələlər düzgün qiymətləndiri məmiş, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış və tərəflərin təqdim etdiyi sübutlar tam və hərtərəfli araşdırılmamış, onların bəzilərinin nə üçün qəbul edilmədiyi qətnamədə öz ifadəsini tapmamışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, məhkəmə mübahisəsinin pridmeti- kredit müqaviləsi və kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilmədiyi üçün tərəflər arasında məhkəmə mübahisəsi yaranmışdır.Həmin kredit müqaviləsinə əsasən-verilmiş kredit cavabdehlərin sahibkarlıq fəaliyyətinin inkişafı üçün nəzərdə tutulmuş və kredit məbləği həmin istiqamətdə xərclənmişdir. İşin göstərilən bu halı mübahisəsiz qəbul edilir və iddiaçı tərəfindən mübahisələndirilmir. Hesab edirlər ki, götürülmüş 700 000 manat kreditdən ödənilməmiş 260 000 manat əsas borc məbləğinə görə 93 409, 31 manat faizin tələb edilməsi və qətnamə ilə həmin məbləğin təmin edilməsi hissəsi ədalətli olmamışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, əsas borc 260 00 manat təşkil etdiyi halda, həmin məbləğə demək olar ki, 40% miqdarında faiz borcu hesablanır. Odur ki, qeyd etmək lazımdır ki, həmin faiz məbləği 1 dəfə azaldıldığı halda, həmin məbləğ həm ağılabatan, həm də ədalətlilik prinspinə tam uyğun olardı. Qətnamə- ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış qiymətinin 800 000 manat müəyyən edilməsi-hissəsi ədalətli və obyektiv müəyyən edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, götürülən kredit məbləği təyinatı üzrə istifadə edilmişdir. Yəni, həmin vəsaitə müasir dövrə cavab verən, eləcə də avropa standartlarına uyğun olaraq soyuducu avdanlığı alınmış və həmin soyuducu avdanlığı əmlak kompleksinin ərazisində olan ümumi sahəsi 1815 kv.metrlik qeyri-yaşayış sahəsinə quraşdırılmışdır. Hal- hazırda da 1815 kv.metr olan soyuducu anbar sahəsi işlək vəziyyətdə olmaqla, nəticədə əmlak kompleksinin ümumilikdə dəyərinin artırılmasına köklü vəziyyətdə təsir etməsini sübut edir. Odur ki, tərəflərindən həmin əmlak kompleksinin xx.xx.2019-cu il tarixə ədalətli bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" müəssisəsinə müraciət edilmişdir. Həmin müəssisə tərəfindən «Daşınmaz əmlakın qiymətləndirilməsi barədə» xx.xx.2019-cu il tarixli Hesabatı ilə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən-ünvan 1ində, dövlət istifadəsində olan 4,43507 ha torpaq sahəsində yerləşən, İddiaçı2 məxsus istehsal təyinatlı əmlak kompleksi kimi müəssisənin xx.xx.2019-cu il tarixə bazar dəyəri- 1 490 000 ( bir milyon dörd yüz doxsan min) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və məhkəməyə məlumat verilmədiklərindən, işə cavabdehlərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, iddiaçı ipoteka əmlakının ilkin satış qiymətini mübahisələndirmiş, cavabdehlər isə ipoteka əmlakının ilkin satış qiymətini mübahisələndirməklə yanaşı müəyyən edilmiş faiz borcu ilə də razı olmamışlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iki hissədə, yəni 1. İpoteka əmlakının ilkin satış qiyməti hissəsində; 2. Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“İpoteka haqqında” Qanun:
39.3.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və faiz borcu hissəsində dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutmanın İddiaçı2 ilə bank arasında bağlanmış xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə uyğun olaraq İddiaçı2 məxsus ipoteka predmeti olan ünvan 1ində yerləşən, torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan istehsal təyinatlı əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleks hərraca çıxarılması, satışdan əldə olunacaq pul vəsaiti cavabdeh "xxxx" MMC-nin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Apellyasiya şikayətində işin bu halının mübahisəsiz olması qeyd edilir. Cavabdehlərin apellyasiya şikayətində qətnaməni faiz borcunun məbləği hissəsində mübahisələndirmələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci inistansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 15153 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində xx.xx.2009-cu il tarixli 475 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixinə «Texnikabank” ASC-yə hesabdan çıxarış məlumatlarına əsasən əsas borcu 260.000 manat, faiz borcu 47475,93 manat, maliyyə arayışı məlumatlarına əsasən əsas borcu 260.000 manat, faiz borcu 93409,31 manat müəyyən edilməsinə baxmayaraq məhkəmə faiz məbləğini maliyyə arayışı məlumatlarına əsasən xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) uyğun cavabdehdən tutulmasını qət etmişdir. Halbuki ekspertia rəyində xx.xx.2009-cu il tarixli 475 №-li kredit müqaviləsinin şərtləri nəzərə alınaraq kredit müqaviləsinin müddətinin sonuna olan faiz borcunun xx.xx.2014-cü il tarixinə «Texnikabank” ASC-yə hesabdan çıxarış məlumatlarına əsasən faiz borcu 47475,93 manat olması göstərilsə də, birinci instansiya məhkəməsi ekspert rəyinin bu hissəsinin deyil, məhz maliyyə arayışı məlumatlarına əsasən xx.xx.2014-cü il tarixinə faiz borcu 93409,31 manat tutulmalı olmasına dair qənaətini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin faiz borcunun məbləğinin düzgün hesablanmamasına dair apellyasiya şikayətinin dəlilliri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlməmişdir. Buna görə də qətnamə cavabdehlərdən tutulmalı olan faiz məbləği hissəsində dəyişdirilərək cavabdeh "xxxx" MMC-dən iddiaçı «Texnikabank” ASC-nin hesabına tutulmalı olan faiz borcu 47475,93 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəməyə təqdim edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının nəticələrindən görünür ki, mübahisəli ipoteka predmetinin dəyərində ziddiyyətlər mövcudur. İş materiallarına əlavə olunmuş rəylərdən görünür ki: Birinci instansiya məhkəməsinə mütəxəssis tərəfindən təqdim edilmiş “X10” MMC-nin 201/18 saylı xx.xx.2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1ində yerləşən əmlak kompeksinin orta bazar qiyməti 800.000 (səkkiz yüz min) manat manat təşkil edir. Cavabdehin apellyasiya şikayətinə əlavə olunmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli UNİ/N 04-093/19 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1ində, dövlət istifadəsində olan 4,43507 ha torpaq sahəsində yerləşən, İddiaçı2 məxsus istehsal təyinatlı əmlak kompleksi kimi müəssisəsinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 1.490.000 (bir milyon dörd yüz doxsan min) manat təşkil edir. Apellyasiya baxışı zamanı təqdim olunmuş mütəxəssis və ekspert rəyləri: "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ƏEM/İ 21-680/21 saylı ekspert rəyindən görünür ki, İddiaçı2 mülkiyyətində olan ünvan 1ində yerləşən, 4,43507 ha torpaq sahəsi dövlət istifadəsində, 3024,6 kv.m ümumi sahəsi olan əmlak kompleksinin xx.xx.2021-ci il tarixə bazar dəyəri 1.400.000 (bir milyon dörd yüz min) manat, likvid dəyəri 1.100.000 (bir milyon yüz min) manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 15 fevral 2022-ci il tarixli rəydən görünür ki, ünvan 1ində yerləşən, torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan əmlak kompleksinin 15 fevral 2022-ci il tarixə likvid dəyəri 1.190.000 manat təşkil edir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 10/8612 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 1ində yerləişən ümumi sahəsi 3024.6 kv.metr olan əmlak kompleksinin tərkib hissəsind “G" literli tikilinin mövcud olduğu və "Qeyri yaşayış binası “İstehsalat sexi” kimi göstərildiyi, lakin əmlak kompleksinə dair tərtib edilmiş xx.xx.2004-cü il tarixli texniki pasportun baş planında və təsnifat bölməsində “G” literli tikilinin əks olunmadığı, eyni zamanda "F” literli tikilinin Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarışda qeyd olunmadığı, lakin texniki pasportun baş planında və təsnifat bölməsində “F” literli tikilinin "Mazut anbarı binası” kimi əks olunduğu müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarışda qeyd olunan “G" literli tikili əmlak kompleksinə dair tərtib edilmiş xx.xx.2004-cü il tarixli texniki pasportun baş planında və təsnifat bölməsində əks olunmadığından, həmin tikilinin digər tikililərdən təcrid olunmuş vəziyyətdə yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı çıxarışda qeyd olunmayan, texniki pasportda isə əks olunan “F” literli tikilinin texniki pasportun baş planında İİ saylı anbar binasına bitişik vəziyyətdə yerləşdiyi göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarışda qeyd olunan “G" literli tikili əmlak kompleksinə dair tərtib edilmiş xx.xx.2004-cü il tarixli texniki pasportun baş planında və təsnifat bölməsində əks olunmadığından, həmin tikilinin ipoteka müqaviləsində və Çıxarışda öz əksini tapmış digər tikililərə aid olmadan müstəqil fəaliyyət göstərə bilib-bilməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı çıxarışda qeyd olunmayan, texniki pasportda İsə əks olunan “F” literli tikilinin digər tikililərə aid olmadan müstəqil fəaliyyət göstərə bilib-bilməməsi həmin tikilinin təyinatından asılı olaraq müəyyən edilə bilər. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı Çıxarışda qeyd olunan "G” literli tikili əmlak kompleksinə dair tərtib edilmiş xx.xx.2004-cü il tarİxİİ texniki pasportun baş planında və təsnifat bölməsində əks olunmadığından, həmin tikilinin funksional fəaliyyətinə tənəsübsüz zərər vurmadan ayrılmasının və ya sökülərək digər ərazidə quraşdırılmasının mümkün olub-olmamasına dair tədqiqat aparılmamışdır. Lakin Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı çıxarışda qeyd olunmayan, texniki pasportda isə əks olunan "F” literli tikilinin funksional fəaliyyətinə tənəsübsüz zərər vurmadan ayrılmasının və ya sökülərək digər ərazidə quraşdırılmasının mümkün olub-olmaması, bu sahədə ixtisaslaşdırılmış qurumlar tərəfindən müvafiq qaydada layihə sənədləri hazırlandıqdan, tikililərin tikintİ-texnİki göstəriciləri öyrənildikdən və bundan irəli gələn bütün zəruri, o cümlədən təhlükəsizlik tədbirləri yerinə yetirildikdən sonra müəyyən oluna bilər. Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1ində, cavabdeh X1 istifadəsində olan və dövlət mülkiyyətinə aid 4,43507 kv.metr torpaq sahəsində yerləşən, vahid əmlak kompleksinin bazar qiymətlərinə uyğun olaraq likvid dəyəri 1.771.954 manat məbləğində müəyyən edilir. Qeyd olunur ki, tədqiq olunan qeyri-yaşayış sahəsi vahid bir əmlak kompleksi kimi layihələndirildiyindən və kompleksin tərkibindəki tikililər bir-biri ilə əlaqəli olduğundan, kompleksdə yerləşən hər bir sahənin likvid dəyərinin ayrı-ayrılıqda müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası işin araşdırılmalı halları ilə soyuducu anbar və kustar üsulu ilə hazırlanmış istixana qiymətlərinin şişirdilməsi barədə ekspertiza rəyinə dair iddiaçı tərəfin izahatlarına qiymət verərək qeyd edir ki, işin faktiki hallarına əsasən sözügedən tikililər ipoteka predmetinə daxil olmamaqla, mübahisəli ərazidə həqiqətən də bir-birinə əlaqəli şəkildə inşa edilmiş formadadır. Bu işin mübahisəsiz halıdır. Ekspert rəyindən də görünür ki, tədqiq olunan qeyri-yaşayış sahəsi vahid bir əmlak kompleksi kimi layihələndirildiyindən və kompleksin tərkibində tikililər bir-biri ilə əlaqəli olduğundan, kompleksdə yerləşən hər bir sahənin likvid dəyərinin ayrı-ayrılıqda müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, soyuducu anbar və kustar üsulu ilə hazırlanmış istixana ipoteka predmeti olmasa da, ekspertin rəyində və tərəfin izahatında göstərildiyi kimi, həmin tikililər kompleksin tərkibində olan digər tikililərlə əlaqəli olaraq vahid bir əmlak kompleksi olduğundan, ekspert bu əmlakları vahid əmlak kimi qiymətləndirməkdə haqlı olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, məhz həmin tikililərin yəni, soyuducu anbar və kustar üsulu ilə hazırlanmış istixana təcrid olunmuş şəkildə mövcud olmadığından onları nəzərə almadan qiymətləndirilməsinə dair mübahisəli sahədə olan vahid kompleks üzrə əlavə təkrar ekspertiza keçirilməsi barədə tərəfin verdiyi vəsatət də təmin olunmamalıdır. Məhkəmə kollegiyası iş üzrə verilmiş rəylərdə likvid müxtəlif olmasını nəzərə alaraq hesab edir ki, həmin məbləğlər toplanaraq rəylərin sayına (800.000+1.490.000+1.100.000+1.190.000+1.771.954=6.351.954), yəni 5-ə bölünərək likvid qiymət (1.270.390,8 manat) müəyyən olunması məqsədəmüvafiq və məqbuldur. Kollegiya bu qənaətə məhz təqdim edilmiş rəylərdəki məbləğlərin fərqli və ziddiyətli olmasını, həmçinin ekspertiza tərəfindən likvid dəyəri 1.771.954,0 manat məbləğində müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəfin apellyasiya şikayətində həmin məbləğin 1.490.000 manat müəyyən edilməsini xahiş etməsini nəzərə almışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin 1.270.390,80 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və «Texnikabank” ASC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli ipoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus ünvan 1ində yerləşən, torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan əmlak kompleksinin ilkin satış qiyməti 1.270.390.80 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq: "xxxx" MMC tərəfindən təqdim edilmiş hesab fakturasına əsasən 400 manat məbləğində pulun 200 manatı iddiaçıdan, 200 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin hesab fakturasına əsasən 100 manat məbləğində pulun 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2019 saylı, 27 sentyabr 2019cu il tarixli qətnaməsi - faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilsin. «Texnikabank” ASC ilə "xxxx" MMC arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli 475 №-li Kredit Müqaviləsi üzrə yaranmış 47.475,93 manat hesablanmış faiz borcu, cavabdeh "xxxx" MMC-dən tutulub iddiaçı «Texnikabank” ASC-nin hesabına köçürülsün. «Texnikabank” ASC (ipoteka saxlayan) ilə İddiaçı2 (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli ipoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus ünvan 1ində yerləşən, torpaq sahəsi 4,43507 ha, ümumi sahəsi 3024,6 kv.m olan əmlak kompleksinin ilkin satış qiyməti 1.270.390,80 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 400 manat məbləğində pulun 200 manatı iddiaçıdan, 200 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin, 100 (yüz) manat məbləğində pulun 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə