Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-18/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC "xxxx" KB-nın (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏTNAMƏSİ Açar sözlər: (“kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı QSC "xxxx" KBnın (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2(004)- 260/2020 nömrəli qətnaməsindən iddiaçı QSC "xxxx" KB və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı QSC "xxxx" KB-in (ləğv prosesindədir) “Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 1xx/xx/65743/14 saylı kredit müqaviləsi üzrə 25202,56 manat məbləğində əsas borc, 4065,36 manat məbləğində faiz borcu, 9868,70 manat cərimə üzrə borc, 1634,50 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun və 60 manat ipotekaların qeydə alınması üçün ödənilmiş, cəmi 90 manat pulun Ləğv preosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 46800 manat məbləğində müəyyən edilməklə tutmanın Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 23,2 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsinə və açıq hərrcadan satılmasına, ipoteka predmetinin ilkin satış qiymətinin 25750 manat məbləğində müəyyən edilməklə tutmanın Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 12,8 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsinə və açıq hərracda satılması, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka predmetlərinin boşaldılması”na dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-260/2020 nömrəli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1 25202,56 manat əsas borc, 2415,36 manat faiz borcu və 1000 manat cərimə borcu, 1634,50 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə cəmi 30252,42 manat və 30 manat dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində pulun tutularaq, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, iddia tələbinin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 23,20 kv.m qeyri yaşayış sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12,80 kv.m qeyri yaşayış sahəsinə yönəldilərək, açıq hərracda satılması, ünvan 1 ünvanında yerləşən 23,2 kv.m qeyri yaşayış sahəsinin ilkin satış qiymətinin 50300 manat, ünvan 1 ünvanında yerləşən 12,80 kv.m qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 28000 manat müəyyən edilməklə, onların satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən 23,2 kv.m qeyri yaşayış sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 və ünvan 1 ünvanında yerləşən 12,80 kv.m qeyri yaşayış sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh2 verilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, ipoteka predmeti olan daşınmaz əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaları, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında 14 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/65743/14 saylı müqavilə bağlanmış və Kredit Müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz, 48 ay müddətinə ilə 48.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, 12.8 kv.m qeyri-yaşayış sahəsini 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14-02 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh1 ünvan 1 ünvanında yerləşen, 23.2 kv.m qeyri-yaşayış sahəsini 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14-01 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişlər. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun Banka 25202.56 manat məbləğində əsas borc, 4065.36 manat məbləğində faiz borcu, 9868.70 manat cərimə üzrə borc, 1634.50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 40771.12 manat məbləğində borcu qalmışdır. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 425, 462, 467, 739; “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1, 34.1.1, 34.1.2, 39.3.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İddiaçı ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə illik 20 faiz olmaqla 48000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 30848 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka xx.xx.2018-ci il tarixə 25702,56 manat əsas borc, 4065,36 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, iş materiallarında 14 aprel 2014-cü il tarixli, 1xx/xx/65743/14 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Bundan əlavə iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 2.150,00 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 500,00 manatı əsas borca, 1.650,00 manatı isə faiz borcuna silinmişdir. Lakin banka olan borc məbləği 13 aprel 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) hesablandığından 2.150,00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış faiz borcu və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin ******* ABŞ dolları əsas borcu hissəsində hesab edir ki, əsas borc ekspert rəyi ilə təsdiq edildiyindən həmin hissədə, faiz borcu ekspert rəyi üzrə ödənişlər nəzərə alınmaqla 241536 ABŞ dolları hissəsində, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanmış 163450 ABŞ dolları faiz hissəsində əsaslı olduğu üçün təmin edilməli. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 9868.70 ABŞ dolları məbləğində deyil, 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, cavabdeh X5 25202,56 ABŞ dolları əsas borc, 241536 ABŞ dolları faiz borcu, 163450 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 1000 manat cərimə borcu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" QSC-yə ödənilməlidir . Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14-01 saylı və 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14- 02 saylı ipoteka müqavilələri ilə təmin olunmuşdur. 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14-01 saylıİpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 23,2 kv.m qeyri-yaşayış sahəsi, 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14-02 saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 12,8 kv.m qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. ipoteka predmetinin ilkin satış qiyməti də məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. xx.xx.2020-ci il tarixli, LP-101/20 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 23,2 kv.m qeyri-yaşayış sahəsinin real satış qiyməti 50300 manat, ünvan 1 ünvanında yerləşən 12,8 kv.m qeyri-yaşayış sahəsinin real satış qiyməti 28000 manat təşkil edir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 60 manat dövlət rüsumu olmaqla, cəmi 90 manat xərcin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza xərci də Cavabdeh1 tutulmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli, 30848 saylı ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. xx.xx.2020-ci il tarixli, LP-101/20 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də Cavabdeh1 alınaraq dövlət büdcəsinə, 300 manat məbləğində pul vəsaiti də Cavabdeh1 alınaraq Legal Prime MMC-yə ödənilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: İddiaçı ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 14 aprel 2014-cü il tarixli 1xx/xx/65743/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə illik 20 faiz olmaqla 48000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, - Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 30848 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka xx.xx.2018-ci il tarixə 25702,56 manat əsas borc, 4065,36 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, iş materiallarında 14 aprel 2014-cü il tarixli, 1xx/xx/65743/14 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. xx.xx.2020-ci il tarixli, LP-101/20 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 23,2 kv.m qeyri-yaşayış sahəsinin real satış qiyməti 50300 manat, ünvan 1 ünvanında yerləşən 12,8 kv.m qeyri-yaşayış sahəsinin real satış qiyməti 28000 manattəşkil edir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı LPO "xxxx" Kommersiya Bankı” QSC apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(004)-260/2020 saylı qətnaməsinin faiz və cərimə borcu, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, mübahisələndirilən hissələrdə Bankın iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 158.1.1, 158.4, 269.1, 269.5, 357, 385, 372.1, 384.0.2, 439.3, 445.7, 462.3 ; İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1; 59.4; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə istinadən şikayətdə qeyd edilmişdir ki, bankın iddia tələbində əsaslı olaraq tələb etdiyi faiz və cərimə məbləği ilə məhkəmə tərəfindən cavabdehlərdən tutulan faiz və cərimə məbləği arasında kəskin azaldılmış fərq vardır. Bundan başqa qətnamədə ünvan 1 ünvanında yerləşən, 23.2 kv.m qeyri-yaşayış sahəsinin ipoteka predmetinin ilkin satış qiyməti 46800 fərqlə şişirdilərək 50300 manat məbləğində göstərilmiş, ünvan 1 ünvanında yerləşən, 12.8 kv.m qeyri-yaşayış sahəsinin ipoteka predmetinin ilkin satış qiyməti 25750 manat fərqlə şişirdilərək 28000 manat məbləğində göstərilmişdir. Kredit müqaviləsinə əsasən borc alan cavabdeh bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditora müqavilədə müəyyən edilmiş faiz miqdarında cərimə və dəymiş zərəri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsinə dair məhkəmə tərəfindən qərardad qəbul edilmiş,”Legal Prime” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş LP-101/20 saylı qiymətləndirmə hesabatlarında göstərilmişdir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, 23.2 kv.m qeyri- yaşayış sahəsinin real satış qiyməti 50300 manat, ünvan 1 ünvanında yerləşən, 12.8 kv.m qeyri-yaşayış sahəsinin real satış qiyməti 28000 manat təşkil edir. Məhkəmə 14 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc məbləğinin düzgün hesablanıb-hesablanmadığının müəyyən edilməsi üçün qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 30848 saylı ekspert rəyində tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/65743/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək banka olan əsas borcu 25702.56 manat, faiz borcu 4065.36 manat, göstərilmişdir. Bankın nümayəndəsi qeyd edilən əmlakın qiymətinin ilkin satış qiymətli ilə bağlı verilmiş rəylə,həmçinin də keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticəsi ilə razı olmadığını bildirsə də, əmlakın qiymətləndirilməsi və borc məbləği ilə bağlı əlavə ekspertiza təyin olunmamışdır. Bank tərəfindən borclunun əsas,faiz və cərimə borclarının dəqiq hesablanmasına dair maliyyə arayışı, həmçinin də ödəniş və gecikmələrin göstərildiyi hesabdan çıxarış məhkəməyə təqdim edilmiş, ekspertizanın əsassız və natamam rəyi nəticəsində cavabdehdən tutulan borc məbləği iddia tələbindəki məbləğə münasibətdə kəskin azaldılmışdır.
5. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-260/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 449, 467.4;Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9, 138.2; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinadən qeyd edilmişdir ki, qətnamədə ödənilməli olan cərimə borcunun da miqdarı həddən artıq şişirdilmiş məbləğdə göstərilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli 30848 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 14 aprel 2014-cü il tarixli, 1xx/xx/65743/14 saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspert tərəfindən kredit müqaviləsi üzrə cərimə borcu hesablanmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin ödəməli olduğu faizlər olduqca şişirdilmiş məbləğdə göstərilmişdir. Həmçinin həmin məbləğin üzərinə cərimə borcu da əlavə edilməklə borclunun ödəməli olduğu məbləğ daha da artırılmışdır. Həmçinin, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən və bank tərəfindən iddia tələbi irəli sürülərkən borcluya faizlərin hansı qaydada hesablandığı, həmin faiz məbləğinin hansı əsasla həmin miqdarda göstərildiyi də qeyd edilməmiş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2284/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə ipoteka predmeti olan əşyanın yenidən qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirilmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 07 dekabr 2021-ci il tarixdə tərtib edilmiş hesabatına əsasən, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 23.2 kv.m olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real satış qiyməti 46.400 manat, Cavabdeh2 məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 46 ünvanında yerləşən ümumi sahəsi 12.8 kv.m olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində real satış qiyməti 25.600 manat müəyyən edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3073/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi qərara alınmış və qiymətləndirilmə aktı məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Əmlakın qiymətləndirilməsinin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən ekspertiza xərcinin ödənilməməsi səbəbindən ekspertizanın keçirilməsindən imtina edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-47/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə -mühasibatlıq ekspertizası üzrə verdiyi xx.xx.2024-cüs il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair 14 aprel 2014-cü il tarixli, 1xx/xx/65743/14 Nq-İİ kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 QSC "xxxx" KB-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 34.179,35 AZN:əsas borc üzrə25.677,31 AZN, faiz borcu üzrə 8.502,04AZN. xx.xx.2019-cu il tarixə (maliyyə arayışında göstərilən tarixə) 33.643,76 AZN: əsas borc üzrə 25.177,31AZN, faiz borcu üzrə 6.852,04AZN, faiz borcu (illik 5%-lə)1.614,41 AZN.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumata əsasən 2(103)-47/2024 Nq-İİ mülki iş üzrə tərəfinizdən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır:Məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyektinə xx.xx.2025-ci il tarixdə baxış keçirilməsinin təşkil edilməsi barədə məhkəməyə xx.xx.2024-cü il tarixdə 9/10372 N°-li vəsatət göndərilmiş xx.xx.2025-ci il tarixdə Mərkəzə məktub daxil olmuş, tədqiqat obeykti təqdim edilmədiyindən vəsatət təmin edilməmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razı olduqlarını, hazırkı mərhələdə əsas narazı olduqları məqamın əmlakın ilkin satış qiyməti ilə bağlı olduğunu qeyd etmiş və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizanın keçirilməsini istədiyini, belə ki müqavilə bağlandıqdan sonrakı dövr ərzində bazarda baş vermiş qiymət artımı ilə əlaqədar olaraq əmlakın qiymətinin kifayət qədər artdığını qeyd etmiş, bu səbəbdən də iş üzrə yenidən məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
12. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər.311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər.319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər.742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər.742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır.742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda;742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda.743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir.744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir:744.2.1. borcverənin adı və ünvanı;744.2.2. borcalanın adı və ünvanı;744.2.3. kreditin məbləği və valyutası;744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri;744.2.5. kreditin təyinatı;744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi);744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.745.1. Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş müddətdə təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun.745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.745.3. Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir.745.4. Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
15. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
16. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76, 77, 80- 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, ipoteka müqaviləsi üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən (baxılan) hissədə apellyasiya şikayətinin qismən əsaslı dəlilləri öz təsdiqini tapır.
18. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, hər iki tərəf həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclaslarında ipoteka predmetinin satış qiymətindən narazı olduqlarını bildirmiş, iddiaçı isə qət edilən borcun məbləğində mübahisələndirmişdir. Bununla bağlı məhkəmə tərəfindən məhkəmə muhasibatlıq və əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. Mühasibtlıq ekspertizası üzrə eyni mövqe təkrarlanmış, habelə şikayətin dəlillərinə müvafiq aydınlıq gətirilmədən qətnamədə əks edilmiş əsaslandırmanı təkzib edən istinadlar təqdim edilməmişdir. Eyni zamanda, tədqiqat obyekti təqdim edilmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Belə olduğu təqdirdə kollegiya birinci instansiya məhkəməsinin əsaslandırmasını təkzib edən və apellyasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir.
19. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxslərə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 ( əlli) manat pul vəsaiti iddiaçı QSC "xxxx" KB və Cavabdeh1 aid edilməlidir.
20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC "xxxx" KB və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-260/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50( əlli) manat iddiaçı QSC "xxxx" KB və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.