Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1805/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əsassız varlanma, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28.08.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanmış materialda cinayət işinin başlanılması rədd edilmişdir.
2. Cavabdeh tərəfindən Abşeron rayon Polis İdarəsində verilmiş izahatında qeyd olunur ki, 2019-cu ildə Emil adlı şəxs mebel sexi açmaq üçün təxminən 60000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. O da Emilə bildirmişdir ki, pul vəsaitini tapmaq üçün kimisə bu işə şərik etməlidir. Emil onunla razılaşdıqdan sonra Bununla bağlı olaraq Mehdi ilə danışmış, lakin Mehdi ona 30000 ABŞ dolları pul vəsaiti olduğunu bildirmişdir. Mehdi ilə razılşaraq həmin pulu Mehdidən alıb Emilə vermişdir.
3. X5 tərəfindən xx.xx.2022-ci il tarixdə əlyazma şəklində verilmiş izahatda qeyd etmişdir ki, O, Məmmədov Fuada və Cavabdeh mebel alış-verişindən 26000 manat miqdarında borcu qalmışdır. Həmin borcu üç ay müddətində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bu məbləğdən başqa həmin insanlara heç bir pul borcu yoxdur, həmin insanların isə heç bir pul tələbləri olmadığını imzası ilə təsdiq etmişdir. Şərikli olduqları müddətdə bir yerdə istehsal etdikləri malları, hansı ki, Cavabdeh və Məmmədov Fuaddadır, həmin malları satmağa köməklik edəcəyini öhdəsinə götürmüşdür. Həmin malları Fuaddan təhvil götürdükdən sonra, həmin malların pulunu bir il müddətində verəcəyinə söz vermişdir.
4. 28.12.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərar mübahisələndirilmişdir.
5. Cavabdeh tərəfindən Nərimanov rayon Polis İdarəsində verilmiş izahatında qeyd olunur ki, İddiaçı ilə nə onun, nə də həyat yoldaşı X4 arasında heç bir biznes münasibətləri olmamış və ondan hər hansı məbləğdə pul almamışdır. Bildiyinə görə İddiaçı Emilin mebel sexinə 20000 manat pul vəsaiti qoymuşdur. Hazırda isə həmin sex işləmir.
6. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Cavabdeh və X2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin bağşlanması rədd edilmişdir. Qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilmiş və İddiaçı yaranmış mübahisənin həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət hüququ izah olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələblərinin artırılması barədə ərizə təqdim edərək Cavabdeh 29.400 ABŞ dolları, 100.000 manat pul vəsaitinin, 390 manat dövlət rüsumunun, 110 manat vəkilə ödənilmiş xərcin tutularaq ona (verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və onun əri ilə uzun zamandır ki, tanışdır və onlara sonsuz güvəni olmuşdur. Onların əvvəllər də aralarında şərikli pul qazanmaq barədə münasibətləri olduğundan və qazanc əldə edəcəklərini bildirdiyindən onun mebel ticarətini genişləndirmək üçün 30.000 ABŞ dolları məbləğində pul istəmişdir. Onun bildirdiyinə görə həmin ticarətdən ay ərzində 20-30 min manat pul qazanacaq, həmin pulun da 20 faizini ona verməli idi. O, (iddiaçı) isə ona inanaraq bu dəfə də ümumilikdə 30.000 ABŞ dollarını ona vermişdir. Bir müddət aralarında narazılıq olmamış, əksinə bir-birinə qarşı hörmət və güvəni olmuşdur. Bir-iki ay keçdikdən sonra Cavabdeh qazanc istədikdə, o həmin pulun əri Fuad Məmmədovla birlikdə 10000 dollarını kriptovalyutasına sərmayə kimi qoyduğunu və 20.000 dollarını isə mebel ticarətinə yatırtdığını bildirmiş və bir az gözləməyini xahiş etmişdir. Daha sonra Almaz ona zəng edərək qazanc verə bilməməsinin səbəbini şəriki Emilin onu aldatması nəticəsində baş verdiyini və Emildən Abşeron RPİ-nə şikayət etdiyini bildirmişdir. Həmin şikayət zamanı onun da şahid kimi izahat verməyini xahiş etmişdir. O da onun bu xahişini yerinə yetirmişdir. Həmin araşdırma zamanı Almaz ondan aldığı pulu inkar etməsə də, sonradan yenə onun pulunu vermədiyindən etdiyi şikayətdə əri ilə birlikdə hər şeyi inkar edərək ondan pul almadığını bildirmişdir. Cavabdeh ondan aldığı puldan cəmi 1.000 manat kartına atmışdır. O, istifadəsində olan mobil nömrəsinin WhatsApp şəbəkəsi vasitəsi ilə pulu ondan götürməsini yazmış, səslər atmışdır. Lakin cavabdeh həmin pulları aldıqdan sonra ona hər hansı qazanc verməmiş və aldığı pulu geri qaytarmamışdır. Cavabdehin əməllərindən Nərimanov Rayon Polis İdarəsinə şikayət etsə də, cavabdeh aralarında olan razılıqları inkar etdiyindən və onunla yazılı razılığı olmadığından, onu aldadaraq qazanc vermək niyyəti ilə pulu ondan aldığını inkar etdiyindən barəsində cinayət işi açılmamış, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh onun pulu ilə qazanc əldə etsə də, əsassız olaraq ona düşən qazancı verməmişdir. Belə olan təqdirdə isə onun pulunu əsassız saxlaması nəticəsində qazancı əldən çıxmışdır.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfin polis idarəsində verdiyi izahatları təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 30.000 ABŞ dolları pul vəsaitini cavabdehə verdiyini qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdehin polis idarəsində pul vəsaitinin ondan alınması ilə bağlı olaraq verdiyi həmin izahatlar arasında ziddiyyətlər vardır. Tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlansa belə, həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
11. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.
12. Bundan əlavə cavabdeh tərəf iddia müddətinin keçməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının özünün iddia etdiyi kimi, tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması anı 2019cu ilə təsadüf edir. Konstitutsiya Məhkəməsinin mövqeyinə görə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385, 386, 389, 739, 740, 337 və 354-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflərin şərikli pul qazanmaq barədə münasibətləri olmuş və cavabdeh qazanc əldə edəcəklərini bildirərək onun mebel ticarətini genişləndirmək üçün 30.000 ABŞ dolları məbləğində pul istəmişdir. Cavabdehin bildirməsinə görə həmin ticarətdən ay ərzində 20-30 min manat pul qazanmalı, həmin pulun da 20 faizini ona verməli idi. O isə cavabdehə inanaraq bu dəfə də ümumilikdə 30.000 ABŞ dollarını ona vermişdir. Göstərilən хüsusat cavabdеh (оnun nümayəndəsi) tərəfindən inkar еdilməmişdir. Bеlə ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mövcud münasibətlərin 2019-cu il tarixdən əvvəl baş verməsini bildirmişdir. Göründüyü kimi, tərəflər arasında mövcud münasibətlərin оlması cavabdеh (оnun nümayəndəsi) tərəfindən inkar еdilməmiş, əksinə həmin fakt təsdiq еdilmiş, lakin iddia müddətinin ötürülməsinə əsaslanaraq iddianın rədd еdilməsi хahiş оlunmuşdur. Cavabdеhin (nümayəndəsinin) tərəflər arasında mövcud münasibətlərin 2019-cu il tarixdən əvvəl baş verdiyini nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasına dair dəlilləri əsassızdır. Оna görə ki, şərh оlunduğu kimi, cavabdеh 8 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə ərizə ilə müraciət еdərək, Еmil adlı şəхsin оndan еtibarnamə alaraq əmlakını ələ kеçirdiyi üçün оnun cinayət məsuliyyətinə cəlb оlunmasını хahiş еtmişdir. Həmin ərizə əsasında aparılan araşdırma zamanı cavabdeh vеrdiyi yazılı izahatında göstərmişdir ki, «tanışım Mеhdi adlı şəхsə dеdim ki, Еmil adlı şəхsə mеbеl sехi açmışam. Pulun varsa sən də bizimlə şərik оl. Mеhdi mənə dеdi ki, nə qədər pul lazımdır, mən də dеdim ki, təхminən 50.000-60.000 manat pul lazımdır. Mеhdi mənə dеdi ki, mənim 30.000 (оtuz min) ABŞ dоlları pulum var. Həmin vaхtı 30.000 (оtuz min) ABŞ dоlları 45.000 manat еdirdi. Mеhdi ilə razılaşıb həmin pulu alıb Еmilə vеrdim». Göründüyü kimi, cavabdеh 8 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə ərizə ilə müraciət еtdiyi zaman məndən 30.000 (оtuz min) ABŞ dоlları almasını inkar еtməmiş və həmin məbləği qaytarmaq niyyətində оlmamasını bildirməmiş, əksinə həmin faktı təsdiq еdərək pulu qaytarmaq niyyətində оlmasını bildirmiş, lakin Еmil adlı şəхsin оnu aldadaraq pulunu aldığına görə pulunu qaytarmaq imkanının оlmamasını bildirmişdir. Hazırda cavabdеh ondan aldığı 30.000 ABŞ dоllarından (kartına göndərdiyi 1.000 manat çıхıldıqdan sоnra) 29.400 ABŞ dоllarını qaytarmamaqla onun hеsabına əsassız varlınmışdır. Göründüyü kimi, cavabdеhin ondan aldığı 30.000 ABŞ dоllarından qaytarılmamış qalan 29.400 ABŞ dоllarını qaytarmaması sоnradan aradan qalхmış əsasa söykənir. Bеlə ki, cavabdehin şikayət ərizəsinin məzmunundan, оnların aralarında оlan dəfələrlə üzbəüz danışıqlarından və tеlеfоn danışıqlarından göründüyü kimi, cavabdeh ondan aldığı pulu qaytarmamasını Еmilə vеrdiyi pulu Еmil tərəfindən qaytarılmaması ilə əlaqədardır. Bu hal isə cavabdеhi ondan aldığı pulu qaytarmaq vəzifəsindən azad еtmir. Cavabdеh 8 avqust 2022-ci il tariхdə Abşеrоn rayоn Pоlis İdarəsinə vеrdiyi ərizəsi əsasında aparalınan araşdırma zamanı vеrdiyi yazılı izahatında, ondan 30.000 ABŞ dоlları almasını еtiraf еtdiyindən, lakin Еmil adlı şəхsin оnu aldadaraq pulunu aldığını və buna görə ondan aldığı pulu qaytarmaq imkanı оlmadığını, lakin ondan aldığı pulu qaytarmaq niyyətində оlduğunu bildirdiyindən, o, cavabdеhin оnun şərik оlması adı ilə оndan 30.000 ABŞ dоlları məbləğində pulu alaraq əsassız varlanması faktını sübut еtmək vəzifəsindən azaddır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sexə cəmi bir dəfə getmişdir, cavabdehlə şəriki arasında narazılıq yaranmışdı. Ona dedilər ki, sən də gəl. O da sexə getdi, bir dəfə ora getdi. Başqa da onların sexinin işi ilə maraqlanmamışdır. Cavabdeh ona dedi ki, ona pul ver, o da pulu verdi. O, qarşı tərəfdən ancaq verdiyi pulu istəyir. Onlardan xeyir istəmir. O, əvvəldə cavabdehə pul vermişdir. Cavabdeh özü ona qazanc verəcəyini demişdir. O, cavabdehin işi ilə maraqlanmamışdır. Belə çıxır ki, o, cavabdehə borc vermişdi. O, cavabdehdən artıq pul istəmirə, verdiyi pulunu istəyir. Mübahisələndirdiyi məbləğ 29.400 ABŞ dоllarıdır.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş CD disklərdəki səs yazılardan da göründüyü kimi iddiaçı demir ki, onlar iş gördülər və batırdılar. Cavabdeh özü deyir ki, pulu batırdı. Pulun qaytarılması nəzərdə tutulmuşdu. Pulun qaytarılmasının müddəti nəzərdə tutulmamışdı. 8 sentyabr tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Dekabr tarixində iddiaçı qərarı almış və məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iki tələbdən ibarət (29.400 ABŞ dolları, 100.000 manat) iddia tam şəkildə rədd edilmişdir. Lakin iddiaçı verdiyi apellyasiya şikayətində əsasən 29.400 ABŞ dolları məbləğində olan pulun ödənilməsi barədə tələbin təmin edilməməsindən narazı qaldığını bildirir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin 29.400 ABŞ dolları məbləğinə aid hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
24.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
25.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 27.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 28.324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 29.354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 30.372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yayerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 31.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarlabağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 32.375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 33.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 35.1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 36.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 37.1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
38.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
39. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 40.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 41.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 43.Belə ki, İddiaçı əvvəlcə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət edərək, iş üzrə Cavabdeh onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu mənimsədiyini, ona qarşı dələduzluq cinayətini törətdiyini bildirmişdir. Müvafiq qurum tərəfindən aparılmış araşdırmanın yekununda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 44.Hazırda İddiaçı istintaq orqanına müraciəti ilə əlaqədar əldə etdiyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi X3 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara, cavabdehin X5 barəsində Abşeron rayon Polis İdarəsinə müraciəti zamanı verdiyi izahata, eləcə də Cavabdeh ilə aralarındakı danışığı əks etdirən səs yazısına, “Whatsapp” yazışmalarına istinadla cavabdehin ondan alıb qaytarmadığını iddia etdiyi 29.400 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 45.Cavabdeh isə iddianı qəbul etməmiş, iddiaçıdan heç vaxt pul almadığını, Abşeron rayon Polis İdarəsinə müraciəti zamanı iddiaçının ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 30.000 ABŞ dolları məbləğində pulun verilməsi barədə qəsdən yalan ifadə verdiyinə istinad etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edilmiş, mübahisəyə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi xahiş edilmişdir.
46. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır. Cavabdeh tərəf iddia müddətinin keçməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçının özünün iddia etdiyi kimi, tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması anı 2019-cu ilə təsadüf etdiyindən, Konstitutsiya Məhkəməsinin mövqeyinə görə iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanı xitam olmuşdur.
47. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri).
49. Cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləği 3000 manatdan çox olduğuna görə, onunla yazılı müqavilənin olması tələb edilir. Lakin bu cür müqavilənin olduğu müəyyən edilməyib. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmadığından, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.
50. Əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
51. Baxılan işdə də cavabdehin əldə etdiyi əmlakı iddiaçının hesabına qazandığını sübut etmək yükünu bu halları iddia edən tərəfin üzərinə düşür. Belə ki, iddiaçı istinad etdiyi halı sübut etdiyi təqdirdə, cavabdehin mübahisə predmeti olan pulun qaytarılmış olduğunu sübut etmək vəzifəsi yaranır. İşdə olan sübutlara əsasən (§44) də 30.000 ABŞ dolları məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir.
52. Məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya tam qaytarılmasını təsdiq edə biləcək sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya tam şəkildə qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə də cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır.
53. Bununla belə məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi əsası ilə iddianın rədd edilməli olması barədə gəldiyi qənaət ilə razılaşaraq, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
54. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında izah etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
55. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
56. Göründüyü kimi əsassız varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz bu halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin geri qaytarılması barədə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir.
57. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır.
58. Hazırkı halda da, cavabdehin istinad etdiyi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi əhəmiyyətlidir. Belə ki, mübahisələndirilən qətnamədə iddia müddətinin axımının tələb olunan vəsaitin cavabdehə verildiyi, yəni əqdin icrasına başlanıldığı tarixdən (2019-cu ilin oktyabr ayından) hesablanmalı olması göstərilmişdir.
59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsinin mümkünlüyü, müddətin axımının başlanğıcı kimi müəyyən etdiyi tarixi, habelə məhkəməyə müraciət edərkən iddiaçının iddia müddətini ötürdüyü barədə qənaəti ilə razılaşaraq hesab edir ki, hazırkı iddia üzrə qanuni və əsaslı qətnamənin qəbulu üçün zəruri olan bütün hallar məhkəmə tərəfindən müəyyən edilərək düzgün nəticəyə gəlinmişdir.
60. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarları).
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
63. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
65. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-690/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev