Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1809/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4657/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X31 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə iddiaçıya satılması barədə əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Əsgər qızı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 1997-ci il tarixdə X14 almışdır. Tərəflər evin Əsgər Əliyev tərəfindən İddiaçı 9.000 ABŞ dollarına satılmasına razılaşmışlar. İddiaçı həmin əqdi icra etmiş və Əsgər Əliyevə evin dəyərini 9.000 ABŞ dollarını tam ödəmişdir. Əsgər Əliyev isə iddiaçını evinə qeydiyyata salmış, ona etibarnamə vermiş, evi və evin sənədlərini iddiaçıya təhvil vermiş, hərbi xidmətdə olan oğlunun və digər ailə üzvlərinin razılıq ərizələrindən sonra yaxın vaxtlarda notariat qaydasında alğı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişdir. X37 həmin razılıq ərizələrini almış, lakin alğı-satqı müqaviləsini notariatda bağlamaqdan yayınmışdır, iddiaçı dəfələrlə uzun illər tələb etməsinə baxmayaraq Əsgər Əliyev əqdi notariatda təsdiq etdirməkdən yayınmışdır. Tərəflər arasında əqdin bağlanmasını Əsgər Əliyevin özü və ailə üzvləri də təsdiq etmişlər. Bu barədə X31 21 may 1997-ci il tarixdə qəbz yazaraq təsdiq etmişdir ki, Aşıq Qurban 25 ünvanında yerləşən evini həmin ünvanda 15 may 1997- ci il tarixdən qeydiyyatda olan X2 ondan 9000 ABŞ dolları pul almışdır. Bundan başqa X19 oğlu hazırkı iş üzrə Cavabdeh1 21 may 1997-ci il tarixdə hərbi xidmətdə olarkən Bakı şəhəri 40 nömrəli Dövlət Notariat Kontoruna ərizə ünvanlayaraq qeyd etmişdir ki, atasına məxsus Aşıq Qurbani küçəsi 25 ünvanında yerləşən xüsusi evin satılmasına razıdır. Əsgər Əliyevin həyat yoldaşı X20 21 may 1997-ci il tarixdə Bakı şəhəri 40 nömrəli Dövlət Notariat Kontoruna ərizə ünvanlayaraq qeyd etmişdir ki, ərinə məxsus Aşıq Qurbani küçəsi 25 ünvanda yerləşən xüsusi evin satılmasına razıdır. Ev iddiaçıya təhvil verildiyindən evdə 1997-ci ildən iddiaçı yaşadığından elektrik enerjisi, təbii qaz sayğacları iddiaçının həyat yoldaşı X3 adına quraşdırılmış və abonent kimi Türkman Çopurov qeydə alınmışdır. Əsgər Əliyev vəfat etmiş, bundan sonra cavabdehlər 16 dekabr 2019-cu il tarixdə İddiaçı əri Türkman Çopurovdan 1.800 manat pul alaraq sənədləşməni icra edəcəkləri barədə öhdəlik götürərək qəbz yazmışlar. Qəbz cavabdehlər X15, Cavabdeh2, şahidlər X6, X16, X12 tərəfindən imzalanmışdır. Lakin cavabdehlər qeyd olunan qəbzi yazdıqdan və 1.800 manat pulu aldıqdan sonra evin sənədləşməsindən yayınmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)- 4657/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X31 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə İddiaçı satılması barədə əqdin bağlanmış hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 oğu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4657/2021 saylı iş üzrə 24.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə prosesinda qarşı tərəfin qanunsuz və əsassız iddiasına qarşı etiraz verilmiş və etirazda aşağıdakı mühüm məsələlər məhkəmənin diqqətinə çatdırılmışdır. Cavabdehlər düzgün seçilmiyib. Əsl cavabdeh mərhum olmalıdır. Cavabdeh1bu iş üzrə tərəf ola bilməz. Əliyeva İlhamənin isə iddiaçının iddia etdiyi əqd bağlanan zaman 15 yaşı olubdur. O hər hansı əqdi təsdiqləmək səlahiyyətində olmamışdır. Hazırki cavabdehlər vərəsəlik işi ilə bağlı müraciət etməmişdir, onlar ümumiyyətlə bu iş üzrə cavabdeh ola bilməzlər. İddiaçı iddia edir ki, mərhumun atası guya alqı-satqı müqaviləsinin bağlanmasına maneçilik törətmişdir. Bunu sübut edən hər hansı dəlil yoxdu. İddiaçı bununla bağlı 24 il ərzində hər hansı qaydada hüquq mühafizə orqanına müraciət edibmi? Əgər söhbət alqı-satqıdan gedirsə onda niyə müqaviləni bağlamaq üçün iddiaçı iddia etdiyi kimi notariusa gediblər amma müqavilə bağlanmıyıblar? Ümumiyyətlə həm sovet qanunvericiliyə həm də indiki qanunvericiliyə görə iddia müddəti ümumiyyətlə keçib. Bununla bağlı ərizə məhkəməyə təqdim edilib. Məhkəmə təqdim etdiyi etiraz və hallar barədə qətnamədə bir cümlə belə qeyd edilmir. Məhkəmə prosesində tərəflərindən iddia müddətinin tətbiq barədə ərizə verilmiş, həm qarşı tərəfin istinad etdiyi 1964-cü il sovet mülki məcəlləsinə həm də 2000-ci il yeni mülki məcəlləyə görə iddia müddəti keçmişdir. İddiaçının əsas sübutu hesab olunan sarı vərəqlərin-razılıq ərizələrinin guya notariusda 1997-cü ildə verildiyini israr etməsi və cavabdehin notariusun möhür və qeydlərinin olmadığını dedikdən sonra iddiaçının vəkili sonda tam əsassız, obsurd bir vəsatat vermişdir. Vəsatatə əsasən, o məhkəmədən xahiş etmişdir ki, notarusun əməkdaşları və ya rəhbəri prosesə dəvət olunsun və təsdiq etsinlər ki, bu ərizələr orda verilib. Cavabdeh bildirmiş ki, bu ərizələrin kitaba düşməsi haqqinda qeyd, möhür yoxdur. 1997-cü ildə baş tutmamış əməliyyatı kiminsə xatırlamağı absurddur və vəsatətin təmin olunmamasını xahiş etmişdir. Lakin hakim bu vəsatəti də təmin etmişdir. İş üzrə məhkəmə xəttşünaslıq ekspertizası keçirilmiş və qarşı tərəfin məhkəməyə təqdim etdiyi guya Cavabdeh1 notariusda imzaladığı “sarı” vərəqdəki imzalar ona məxsus olmadığı müəyyən olunmuşdur. İddiaçının cəlb etdiyi bütün şahidlər bir-birinə ziddiyətli və alqı satqı münasibətini təsdiqləməyən ifadələr vermiş, hamısı bir mənalı təsdiqləmişdir ki, pulu mərhuma iddiaçı İlhamə yox onun qaynatası Türkmən vermişdir. İşə baxmış məhkəmə iş üzrə iddiaçı tərəfindən iştirak etmiş şahid ifadələrini tam şəkildə araşdırmamış və onların verdiyi ifadələrin hazırki işlə bağlılığı şübhə doğurmuş olsa da, buna əhəmiyyət verməmişdir. Belə ki, iş üzrə iddiaçı tərəfdən ümumilikdə 3 nəfər şahid dindirilmişdir. X1 və X17 öz izahatlarında birinin poçt işçisi, digərinin isə avtomobil ustası olmalarını göstərmişlər. Ancaq onların hazırki mübahisə üzrə yaşayış evinin sadəcə iddiaçının deyil, onun həyat yoldaşının alması barədə qeyd etmişlər. Digər şahid Kifayət Əliyeva mərhum Əsgər Əliyev ilə qohum olmağını qeyd etmiş olsa da, bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bunla bağlı işə baxmış məhkəmə də heç bir tədbir görməmişdir. Bu isə onu bildirir ki, şahidlər tərəfindən verilmiş izahatların heç biri həqiqəti əks etdirməmiş və yalnız iddiaçının xeyrinə izahat verilməsi üçün məhkəmədə iştirak etmişlər. Bundan başqa, şahidlərdən ikisi yaşayış evinin iddiaçının əri tərəfindən, biri isə iddiaçının özü tərəfindən alınması barədə izahatlar vermişlər. Bu isə şahid ifadələrinin ümumilikdə özündə mübahisəli olduğu, bir-birinə zidd olması və həqiqəti əks etdirməməsini müəyyən edir. Həmçinin, məhkəmə prosesləri zamanı şahidlər tərəfindən verilmiş izahatların mətnələrinin tam şəkildə qətnamədə qeyd edilməməsi, eləcə də onlara verilmiş sualların cavablarının məhkəmə qətnaməsində açıqlığı ilə göstərilməməsi və s., bu kimi dəgər prosessual pozunturlar həmin halların tam şəkildə araşdırılmamasını özündə ehtiva edir. Məhkəmə tərəfindən araşdırılmayan hallardan biri də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdəki imzaların mərhum Əsgər Əliyev və Sayad Əliyeva trəfindən imzalanmasının ekspert tərəfindən necə müəyyənləşdirilməsinin Əliyeva trəfindən imzalanmasının ekspert tərəfindən necə müəyyənləşdirilməsinin dəqiqləşdirilməməsidir. Çünki bu şəxslər ölmüşlər və iddiaçı tərəfindən təqdim edilmiş ərizələrdə onların imzalarının hansı əsaslarla müəyyən olunması barədə ekspert rəyi olsa da, ancaq həmin şəxslərdən imza nümunələri almadan necə bu nəticəyə gəlinməsi məhkəmənin marağında olmamışdır. Bu şəxslər imza nümunələrini vermədən ekspert tərfindən rəyin verilməsi özü şübhəlidir. Qeyd edilən ərizələrin içərisində Cavabdeh1 də adından yazılmış ərizə olmuşduir ki, Rövşəndən müvafiq imza nümunələri alınarkən müyyən olunmuşdur ki, həmin ərizədə olan imza Rövşənə məxsus deyildir. Və hətta məhkəmə özü belə təsdiq etmişdir ki, həmin dövrdə Cavabdeh1 hərbi xidmətdə olmuşdur. Bu isə artıq mərhum Sayad və Əsgər Əliyevlər tərəfindən verilmiş ərizələrin onların həqiqətən özləri tərəfindən imzalanması halını şübhə altında qoymuşdur. Əgər təqdim edilmiş ərizələrdən üçündən birinin imzası saxtadırsa və Rövşən tərəfindən icra olunmamışdırsa, digər iki nəfər isə öldüyündən onların imzaları şübhəlidir. Bütün bu xüsusatlar, eklspertin məhkəməyə cəlb olunaraq dindirilməsi və bu hallara aydınlıq gətirilməsi məhkəmədə aydınlaşdırılmamışdır. Digər araşdırılmayan hallardan biri həm artıq qüvvədən düşmüş 1964-cü il tarixli AR-nın MM-nin müddəaları əsasında işin halları, həm də mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının mövcudluğudur. Hər iki bu hal ümumiyyətlə qətnamədən kənarda qalmış, mübahisəli yaşayış evinin kimə məxsusluğu, subyektiv hüquq və bu hüququn kimə aid olması məhkəmə araşdırmasından kənarda qalmışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən və müəyyən edilmiş hal mübahisəli yaşayış sahəsinin yazılı əqd əsasında alqı-satqısının baş tutması halı olmuşdur. Bu halı da məhkəmə öz qətnaməsində istinad etməli olduğu hüquq normaları kənarda qalmış, tətbiq edilməli olmayan normalara istinad etməklə qətnamə qəbul etmişdir. Ancaq məhkəmə qətnaməsində mərhum Əsgər Əliyev ilə iddiaçı arasında konkret hansısa alqı-satqı müqaviləsinin, yəni əqdin bağlanması sübuta yetirilməmişdir. Düzdür, qətnamədə dəfələrlə buna istinad edərək belə bir əqdin bağlandığı vurğulanmış olsa da, lakin bunu təsdiq edən konklret belə bir əqd olmamışdır. Çünki istinad edilmiş qanunvericilik normalarının hər birində əqdin yazılı şəkildə ilkin şərt olaraq qəbul edilir ki, sonradan da onun notariat qaydasında təsdiq olunması bütün dövrlərdə qüvvədə olan mülki qanunvericilik normalarının imperativ tələbi olmuşdur. Ancaq işə baxmış məhkəmə belə bir yazılı əqd olnmadan, iddiaçı tərəfindən hansısa ərizələr əsasında belə bir əqdin bağlanması qənaətinə gəlməsinə baxmayaraq, bunu sübut edə biləcək konkret hal olmamışdır. Bütün bu hallar işə baxmış məhkəmə tərəfindən sübuta yeritilmədən qətnamədə qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, Xətai rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qənamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehlərin mərhum atası ilə aralarında faktiki olaraq alğı-satqı müqaviləsinin bağlandığına istinad edərək qanunun müddəalarına uyğun olaraq müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir. Kollegiya ilk öncə alğı-satqı müqaviləsinin anlayışına toxunmağı zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğısatqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Daşınmaz əmlakın alğı-satqısına dair tərəflər arasında müqavilə yazılı şəkildə bağlanmalıdır və tərəflər öz iradələrini sərbəst surətdə həmin müqaviləni imzalamaqla ifadə edirlər. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəf cavabdehlərin mərhum atası ilə aralarında faktiki olaraq 1997-ci ildə daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlandığına istinad edərək qanunun müddəalarına uyğun olaraq müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir və mübahisələndirilən qətnamə ilə iddia təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində istinad etmişdir ki, artıq qüvvədən düşmüş 1964cü il tarixli AR-nın MM-nin müddəaları əsasında işin halları, həm də mübahisəli yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının mövcudluğu ümumiyyətlə qətnamədən kənarda qalmış, mübahisəli yaşayış evinin kimə məxsusluğu, subyektiv hüquq və bu hüququn kimə aid olması məhkəmə araşdırmasından kənarda qalmışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən və müəyyən edilmiş hal mübahisəli yaşayış sahəsinin yazılı əqd əsasında alqı-satqısının baş tutması halı olmuşdur. Apellyasiya şikayətini qeyd edilən dəlili ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhəri X10 İcrayyə Komitəsi tərəfindən verilmiş 30/227 saylı, 12 aprel 1990-cı il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X25 adına texniki pasport tərtib edilmiş və bunun əsasında X22 mülkiyyətə dair Azərbaycan SSR Bakı şəhəri X10 İcrayyə Komitəsi tərəfindən 30/767 saylı, 03 may 1990-cı il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş 21 may 1997-ci il tarixli ərizədən görünür ki, X9 Qurban küçəsi 25 ünvanında yerləşən evini həmin ünvanda 15 may 1997-ci il tarixdən qeydiyyatda olan X2 ondan 9.000 ABŞ dolları pul aldığını imza ilə təsdiq etmişdir. Məhkəmə tərəfindən ərizədə qeyd olunan X22 məxsusluğu iddia edilən imzanın yoxlanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi əsasında qeyd edilən ərizənin X31 tərəfindən imzalandığı müəyyən edilmişdir. Beləliklə, mübahisəli yaşayış evinin cavabdehlərin mərhum ataları X22 məxsusluğu, həmin evin cavabdehlərin mərhum ataları X31 tərəfindən iddiaçıya satılması ilə iddiaçının subyektiv hüququn olması məhkəmə araşdırması zamanı müəyyən olunaraq qiymət verilmişdir. Apellyasiya şikayətində artıq qüvvədən düşmüş 1964-cü il tarixli AR-nın MM-nin müddəalarına əsasən mübahisənin həll edilməsi ilə bağlı Kollegiya eyd edir ki, iddia ərizəsinə əsasən tərəflər arasında alğı-satqı ilə bağlı münasibətlər 1997-ci il tarixdə yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hazırkı mübahisəyə 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəlləni tətbiq etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad edilən dövrün qanunvericiliyinə əsasən daşınmaz əmlakla bağlı həyata keçirilən alğı-satqı müqavilələrinin notariat formasında bağlanması məcburi hesab edilirdi. Lakin Mülki Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda notarial formaya riayət edilmədən bağlanan əqddə məhkəmə tərəfindən bağlanmış hesab edilə bilərdi. Köhnə Mülki Məcəllənin 43-cü maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22.03.2006-cı il tarixli qərarında Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında sadə yazılı formada əqd bağlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 21 may 1997-ci il tarixli ərizədən görünür ki, X9 Qurban küçəsi 25 ünvanında yerləşən evini həmin ünvanda 15 may 1997-ci il tarixdən qeydiyyatda olan X2 ondan 9.000 ABŞ dolları pul aldığını imza ilə təsdiq etmişdir. Məhkəmə tərəfindən ərizədə qeyd olunan X22 məxsusluğu iddia edilən imzanın yoxlanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi əsasında qeyd edilən ərizənin X31 tərəfindən imzalandığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan 21 may 1997-ci il tarixli etibarnamədə “Əliyev” soyadı önündəki imza ilə X19 adından olan 21 may 1997-ci il tarixli ərizədə “21 may 1997” yazılarından yuxarıdakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan X8 adından olan 21 may 1997-ci il tarixli ərizədə “şəxsiyyətini müəyyən etdim” yazılarından aşağıdakı imza, 21 may 1997-ci il tarixli Cavabdeh1 adından olan ərizənin arxa hissəsində “şəxsiyyətini müəyyən etdim” yazılarından aşağıdakı imza ilə 21 may 1997-ci il tarixli etibarnamənin arxa hissəsində notarius qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli qəbzdəki yazılar (qəbzin aşağı hissəsində X6, X16 və X12 yazılarından başqa) və “Cavabdeh1” yazıları qarşısındakı imza, “etirazımız yoxdur” yazılarından aşağıdakı imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan 21 may 1997-ci il tarixli ərizədə “Əliyev R” soyadı önündəki imza, 16 dekabr 2019-cu il tarixli qəbzin aşağı hissəsində “X6, X16 və X12” yazıları Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Əsgər Əliyev tərəfindən İddiaçı verilmiş etibarnamədən görünür ki, 21 may 1997-ci il tarixli etibarnamə də yuxarıda istinad edilən ərizənin yazıldığı gün İddiaçı verilmişdir. Eyni zamanda işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı Əsgər Əliyevin razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvləri 1997-ci ildən bu günə qədər fasiləsiz olaraq istinad edilən mənzildə yaşayırlar. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində çıxış edən X5 öz izahatında bildirmişdir ki, o, poçt işçisidir. Mübahisəli evi İddiaçı əri almışdır. Əri ölkə ərazisində olmadığından etibarnamə İlhaməyə verilmiş və sənədləşmə onun adına aparılmışdır. Tərəflər arasında ev barədə danışıqlar aparıldığı günün ertəsi günü sənədləşmə həyata keçirilmişdir. İddiaçı tərəf beh olaraq qarşı tərəfə 500 ABŞ dolları pul verilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində çıxış edən X17 öz izahatında bildirmişdir ki, o, avtomobil ustasıdır. İddiaçının əri Türkman Çopurovu tanıyır. Onların dostluq münasibəti vardır. O, evin alınmasına şahid olmuşdur. Evin alınması 1997-ci ildə baş tutmuşdur. Həmin vaxt Əsgər Əliyevin evində bir qadın yaşamışdır. 500 dollar beh olaraq Əsgər müəllimin evində verilmişdir. Daha sonra 8.500 dollar isə Şəhla xanımın yanında-40 saylı Notariat Kontorunda təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində çıxış edən X13 öz izahatında bildirmişdir ki, Əsgər Əliyev onun baldızının yoldaşı, atasının əmisi oğludur. Onun özünə aid evi olmuş, Əsgər Əliyevin isə həmin vaxt pula ehtiyacı olmuşdur. Əsgər Əliyev ona təklif etmişdir ki, öz evini sataraq əldə etdiyi vəsaiti ona versin, əvəzində isə Əsgər Əliyevə məxsus evdə yaşasın. O, öz evini satıb Əsgər Əliyevə məxsus evdə yaşamağa başlamış, evin pulunu da ona vermişdir. Əsgər Əliyev daha sonra öz mübahisəli mənzilini sataraq onun pulunu geri qaytarmışdır. Evin satılmasından əldə edilən puldan Əsgər Əliyev ona olan borcunu ödəmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əsgər evi İddiaçı satıb. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlərin ifadəsindən irəli gələrək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliklər qüsürsuz qaydada icra edilmiş lakin evin sənədləşmə işləri qeyri-müəyyən səbəblərdən başa çatdırılmamışdır. Cavabdeh apellyasiya şikayətində onu da qeyd etmişdir ki, şahidlər tərəfindən verilmiş izahatların heç biri həqiqəti əks etdirməmiş və yalnız iddiaçının xeyrinə izahat verilməsi üçün məhkəmədə iştirak etmişlər. Bundan başqa, şahidlərdən ikisi yaşayış evinin iddiaçının əri tərəfindən, biri isə iddiaçının özü tərəfindən alınması barədə izahatlar vermişlər. Bu isə şahid ifadələrinin ümumilikdə özündə mübahisəli olduğu, bir-birinə zidd olması və həqiqəti əks etdirməməsini müəyyən edir. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı ilə onun əri arasında evin kimin tərəfindən alınması barədə hər hansı mübahisə olması müəyyən olunmamaqla bərabər, evin pulunu iddiaçı, yaxud iddiaçının əri ödəməsi evin iddiaçıya satılmasını istisna etmir. Məhkəmə Kollegiyası ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin:88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanması istinad olunan əqdin qanuna zidd olması halı müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin mühüm şərtlərindən olan əmlakın təhvil verilməsi və müqabilində pulun alınması halı işin mübahisəsiz hallarındandır. Evin mülkiyyətçisi olan Əsgər Əliyev evi İddiaçı təhvil verməklə öz iradə ifadəsini əks etdirmişdir. Yuxarıda istinad edilən ərizəyə əsasən də həmin mənzilin dəyəri olaraq 9.000 ABŞ dolları pulun alınmasını təsdiq etmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması həm də o haldan görünür ki, mərhum Əsgər Əliyev vəfat etdiyi günədək iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş, istinad edilən mənzildən iddiaçının və ailə üzvlərinin çıxmasını tələb etməmişdir. Tərəflər arasında mübahisə yalnızca iddiaçı tərəfin evi qanunauyğun olaraq rəsmiləşdirmək qərarına gəldikdən və cavabdehlərə müraciət etdikdən sonra yaranmışdır. İddiaçı tərəfin vəkilinin izahatlarına əsasən tərəflər arasında alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin baş tutmaması o səbəbdən olmuşdur ki, müqavilə bağlanan dövrdə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 hərbi xidmətdə olmuşdur və notarius evin satılmasına onun razılığı olmadan müqaviləni bağlamaqdan imtina etmişdir. Daha sonra iddiaçı tərəf dəfələrlə Əsgər Əliyevə müraciət etsə də, o müxtəlif səbəblərdən müqavilənin rəsmiləşdirilməsindən yayınmışdır. Bundan bir müddət sonra iddiaçının əri olan Türkman Çopurov ölkə xaricinə köçüb getdiyindən Əsgər Əliyevi müqavilənin bağlanmasına təkid edən də olmamışdır. İddiaçı qadın olaraq təkbaşına sənədləşmənin aparılmasında çətinlik çəkdiyi üçün belə ki, öhdəsində azyaşlı uşaqları var idi, ərinin gəlməyini gözləmişdir. Eyni zamanda əri ölkədə olmadığından iddiaçı öz adına olan etibarnamədən istifadə edə bilməmiş, evi nə onun adına nə də öz adına rəsmiləşdirə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin müqavilənin rəsmiləşdirilməsinin baş tutmamasının Cavabdeh1 hərbi xidmətdə olması ilə bağlı olması dəlilinə münasibətdə qeyd edir ki, həm iş üzrə keçirilmiş ekspertiza rəyindən, həm cavabdeh tərəfin vəkilinin verdiyi izahatlardan da görünür ki, Cavabdeh1 həmin dövrdə həqiqətən də hərbi xidmətdə olmuşdur. Cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt evin mülkiyyətçisi olan Əsgər Əliyev vəfat etdiyindən və hazırkı cavabdehlər onun övladları olduğundan rəsmi qaydada vərəsəlik işi açılmasa da onları cavabdeh qismində cəlb etməkdə haqlı olmuşdur. Belə ki, hazırkı dövrdə mübahisəli evin iddiaçının adına rəsmiləşdirilməsinə maneələr məhz cavabdehlər tərəfindən yaradılmışdır. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinə mərhum X14 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin ərizəçilər X23 və Cavabdeh1 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(010)-3668/2021 saylı qətnaməsini təqdim etmiş, həmin qərarın preyudisial olması əsası ilə hazırkı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qətnamənin preyudisiallığına qiymət verərək Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (AR MPM-nin 82.3-cü maddəsi) Maddədən də göründüyü kimi, preyudisiallıq yalnız həmin iş üzrə iştirak edən tərəfləri əhatə edir. Təhlil olunmuş iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində işə baxılarkən hər hansı qisimdə işdə iştiraka cəlb edilməmiş, işə xüsusi icraat qaydasında baxılmışdır. Beləliklə, həmin qətnamənin preyudisial olmasını məhkəmə kollegiyası bu iş üzrə qəbul etmir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin atası və anası sağlığında iddiaçının mübahisəli evdə yaşamasını mübahisələndirməmiş və müqavilə pozulmamışdır.Bu halda cavabdehlərin mərhum atasının müqavilə üzrə öhdəliyi, yəni mübahisəli evin iddiaçının adına sənədləşdirilməsi üçün zəruri hərəkətlərin edilməsi vərəsəsi olaraq cavabdehlərə keçmiş olur.Belə ki, Mülki Məcəllənin tələblərinə əsasən vərəsəyə yalnız miras aktivləri deyil miras passivləri də keçir. Mülki Məcəllənin 1151.1.-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Daha sonra Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü bildirilmişdir. Məhkəmə kollegiyası həmin ərizənin dəlillərini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, 2019-cu ilə kimi tərəflər arasında fərdi yaşayış evinin alğı-satqısı ilə bağlı mübahisə olmamış, cavabdehlər fərdi yaşayış evinin alğı-satqısına etiraz etməmişlər. Cavabdehlər 2019-cu ildə qəbz yazaraq mübahisəli evin iddiaçıya verilməsinə etirazlarının olmadığını bildirmişlər. Həmin vaxtdan sonra onlar evin sənədləşməsindən yayınmışlar. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin axımı məhz bu müddətdən başlamışdır. Belə olan halda isə iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Ona görə də iddia müddətinin tətbiq olunması barədə cavabdehin vəkili və etibarnamə üzrə nümayəndəsinin ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X31 tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə İddiaçı satılması barədə əqdin bağlanmış hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)- 4657/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1809/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1809/2022
11.04.2022 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver