Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-181/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmişapelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxx 2013-cü il tarixli 54 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə əlavəyə görə ******* manat əsas borc, 340200 manat faiz borcu, cəmi ******* manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh xx xxx 2013-cü il tarixli 54 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə əlavəyə görə ******* manat əsas borc, 412020 manat faiz borcu, cəmi ******* manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli 54 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 8 faiz olmaqla ******* manat kredit verilmiş və xx xxx 2016-cı il tarixli 54 saylı kredit müqaviləsinə əlavəyə uyğun olaraq kredit müqaviləsinin müddəti xx xxx 2019-cu il tarixədək uzadılmışdır. Dəfələrlə kreditin və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh müraciət edilmiş, lakin cavabdeh verdiyi vədlərə əməl etməyərək kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Cavabdeh qismən ödəniş etmişdir. Bunun nəticəsi olaraq cavabdehin kredit müqaviləsi üzrə ******* manat əsas borc, 412020 manat faiz borcu, cəmi ******* manat məbləğində borcu mövcüddur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2 (004)- 5638/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh ******* (iki milyon dörd yüz otuz min) manat əsas borc, 412020 (dörd yüz on iki min iyirmi) manat faiz borcu, cəmi ******* (iki milyon səkkiz yüz qırx iki min iyirmi) manat məbləğində pul, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin əsas borc və faiz borcu hissələrində ekspertiza keçirtməklə düzgün müəyyən edilməsi və əsassız hesablanmış borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən şişirdilmiş məbləğləri heç bir araşdırma aparmadan əsaslı hesab etmişdir. Bankdan götürülmüş kredit məbləğindən hazırki vaxta qədər ödənişlər edilsə də, etdiyi ödənişlərin hamısı gecikmələrə görə cərimələrə silinmişdir. Bankın tələb etdiyi məbləğ real məbləği özündə əks etdirmir. Buna görə də məhkəmə mühasibatlıq ekspertizası təyin olunmaqla real borcun məbləği müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Rüsyəm oğlu məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiyinə görə məhkəmə kollegiyası işə onuniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2 (004)- 5638/2018 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-ci il tarixli 53 saylı kredit müqaviləsinə əsasən iddiaçı illik 8 faiz dərəcəsi olmaqla 36 ay müddətinə Cavabdeh ******* manat məbləğində kredit vermişdir. Bu müqaviləyə əsasən verilmiş kreditin və hesablanmış faizlərin bu müqavilədə göstərilən müddətdə borclu tərəfindən qaytarılması təmin edilməlidir və həmin müqaviləyə əsasən borclu tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda Bank verilmiş kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə bank tərəfindən Cavabdeh ******* manat məbləğində pul verilmişdir. İş materiallarında olan LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxx 2013-ci il tarixli 53 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli əlavəyə əsasən illik 8 faiz dərəcəsi olmaqla 36 ay müddətinə xx xxx 2019-cu il tarixinədək kreditin müddəti uzadılmışdır. LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixə banka olan əsas borcu ******* manat, faiz borcu 412020 manat, cəmi borcu ******* manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apelyasiya icraatı zamanı təyin olunub keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixə əsas borcu 2428310,80 manat, faiz borcu 411733,59 manat təşkil edir. Cavabdeh apelyasiya şikayətində borcunun əksər hissəsini ödədiyini, borcun şişirdildiyini və ona əsassız cərimə borcu hesablandığını bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh bank tərəfindən cərimə hesablanmamışdır. Bununla belə kollegiya əsas və faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apelyatorun dəlillərini qismən əsaslı hesab edir, belə ki, müqavilə üzrə xx.xx.2018-ci il tarixə, yəni iddia tələbinin həcminin artırıldığı tarixə Cavabdeh əsas borcunun 2428310,80 manat, faiz borcunun 411733,59 manat təşkil etməsi apelyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2 (004)-5638/2018 saylı qətnaməsi əsas borc və faiz borcun məbləği hissəsində dəyişdirilməli, Cavabdeh banka olan əsas borc və faiz borcu azaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq Cavabdeh tutulmalı olan borcun məbləği əsas borca nisbətdə cüzi məbləğdə azaldığından, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehinözünə aid edilməli, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 145 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2 (004)- 5638/2018 saylı qətnaməsi əsas borc, faiz borcu və ümumi borc məbləği hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə əsas borc kimi 2428310,80 manat, faiz borcu kimi 411733,59 manat olmaqla, cəmi 2840044,39 manat məbləğində kredit borcu tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 15 manat pul cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 145 manat pul Cavabdehtutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-181/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-181/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver