Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1818/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Teymur Həsən oğlu Həsənovun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4810/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 470 (dörd yüz yetmiş) manat məbləğində əsas, 47 (qırx yeddi) manat məbləğində cərimə, cəmi 517 (beş yüz on yeddi) manat məbləğində pulun, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP markalı Notebook, Microsoft Windows 10 Pro aksesuar, Mİ markalı Power Bank üçün 470 manat ödənilməmiş hissə, 47 manat cərimə, ümumilikdə 517 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, cəmi 547 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh HP markalı Notebook, Microsoft Windows 10 Pro aksesuar, Mİ markalı Power Bank almış və nəticədə onun 517 manat məbləğində borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 1.145 manat (12 ay x 95 manat + 5 manat ilkin ödəniş) olan HP markalı Notebook, Microsoft Windows 10 Pro aksesuar, Mİ markalı Power Bank üçün ümumilikdə 517manat olmaqla, ondan 470 manat ödənilməmiş hissə, 47 manat cərimə borcu yaranmışdır (yaranmış cərimə borcu 85 manat olmasına baxmayaraq, edilmiş güzəşt nəticəsində 47 manat saxlanılmışdır). Cavabdehin cəmi ödədiyi məbləğ 675 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən gecikmələr aşkarlanırsa, borclu müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda gösərilən qaydada təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən, eləcə də, kobud prosessual pozuntulara yol verməklə işə onun iştirakı olmadan baxmışdır, məhkəmə qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədən qəbul olunmuşdur. O,həqiqətən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıdan HP markalı Notebook almışdır, lakin qarantin müddətində həmin notebook yararsız olduğundan iddiaçı şirkətə müraciət etmiş, mütəxəssis baxışından sonra məlum olmuşdur ki, HP markalı notebook yararsızdır və iddiaçı müqaviləni bir tərəfli ləğv edərək notebooku geri qaytarmışdır. Bundan sonra iddiaçı ona borc barədə heç vaxt müraciət etməmiş və ondan borc tələb etməmişdir.İşə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq, onu məhkəmə prosesinə cəlb etməmiş, rəsmi olaraq məhkəməyə çağırılmamış bu səbəbdən məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh Mİ markalı Power Bank üçün 72 (yetmiş iki) manat məbləğində pulun, habelə iddianın təmin olunmuş hissəsinə uyğun 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2.-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alğısatqısına dair müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən qətnamə qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçının səlahiyətli nümayəndəsi izahatında cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən HP markalı Notebook, Microsoft Windows 10 Pro aksesuar, Mİ markalı Power Bank aldığını, lakin qarantin müddətində həmin notebook yararsız olduğundan iddiaçı şirkətə müraciət etmiş, mütəxəssis baxışından sonra məlum olmuşdur ki, HP markalı notebook yararsızdır və cavabdeh notebooku geri qaytarmışdır, lakin M1 markalı Power Bank isə dəyərini ödəməməklə cavabdehdə saxlanıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında, iş materialları ilə və iddiaçının səlahiyətli nümayəndəsinin verdiyi izahatı ilə müəyyən olundu ki, HP markalı Notebook və ona yazılmış Microsoft Windows 10 Pro aksesuar yararsız olduğundan qarantiya müddətində qaytarılaraq iddiaçı tərəfindən qəbul edilmişdir, lakin 72 manat dəyərində olan M1 markalı Power Bankın pulunu ödəməməklə qaytarılmamışdır. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən nisyə götürülmüş HP markalı Notebook və ona yazılmış Microsoft Windows 10 Pro aksesuar yararsız olduğundan və qarantiya müddətində qarşılıqlı razılaşma əsasında iddiaçıya qaytarıldığından həmin hissədə iddia tələbi təmin olunmamalıdır. M1 markalı Power Bank cavabdehdə qaldığından və onun dəyəri ödənilmədiyindən, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4810/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 72 (yetmiş iki) manat məbləğində pul, habelə 5 (beş) manat məbləğində dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1818/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1818/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver