Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1820/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 300.000 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 9750 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 15.000 manat məbləğində əldən çıxmış faydanın, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 164.250 manat cərimənin, 10.000 manat mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 499.041 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən yəni İddiaçı borc alana yəni Cavabdeh 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir, borc alan həmin məbləği müqavilə təsdiq olunduğu vaxtdan xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilədə göstərilən məbləğdə borc pul borc alanın arzusu ilə xx.xx.2015-ci il tarixədək qaytarıla bilərdi. Kredit müqaviləsi hər iki tərəfin imzası ilə təsdiqlənmiş, 300.000 manat borc pul notariat kontorunda notarius Cavabdeh təhvil verilmişdir. Kredit müqaviləsinin qeyd hissəsində göstərilir ki, borc olaraq alınmışdır və qaytarılarkən tərəflər bir-birinə qəbz verə bilər. İddia ərizəsinə əlavə olunan kredit müqaviləsindən də göründüyü kimi borc məbləğ xx.xx.2015-ci il tarixdən başlayaraq qaytarılmalı idi. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə iddiaçıdan aldığı borc pulu bu günə kimi qaytarmamışdır, göründüyü kimi, cavabdeh iddiaçını aldatmış, onun əmlakını mənimsəmişdir. İddiaçı hazırda cavabdehin qanunsuz sahibliyində olan əmlakını, yəni 300.000 manat pulunu tələb edir, cavabdehdən pulunu dəfələrlə tələb etmiş, cavabdeh pulu ödəməkdən yayınmış, pulu verəcəyini bildirsə də bu günə qədər verməmişdir. İddiaçının cavabdehdən borc pulu almaq cəhdləri baş tutmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, hesab edir ki, 300000 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kredit müqaviləsinin 1-ci bəndində göstərilir ki, “borc alan” götürdüyü krediti müqavilədə göstərilən müddətdə qaytarmazsa, hər bir günə görə “borc verən”ə 0,15% miqdarında ödəyir. Göründüyü kimi müqaviləyə əsasən cavabdeh iddiaçıya xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci ilədək 300.000 x 0,15% = 450 (1 günə), cəmisi 450 x 365=164 250 hesablanmış cərimə də ödənilməlidir. Ona görə də, onlara vaxtında işlədiyi üçün müqavilə ilə nəzərdə tutulmuş 164.250 manat cərimə də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Əgər iddiaçı həmin məbləği keçən ərzində banka depozit hesabına qoysaydı xeyli miqdarda gəlir əldə edə bilərdi. İddia ərizəsinə əlavə olunmuş mərkəzi bankın rəsmi internet səhifəsinin çıxarışdan müəyyən ki, bank uçot dərəcəsi xx.xx.2014-cü il tarixində 3.5 %, xx.xx.2015-ci il tarixində isə 3 faiz olmuşdur. 2014-2015-ci illərə görə orta faiz dərəcəsi 3.25 % olmuşdur. Ona görə borc ödənilmədiyi üçün cavabdehdən hesablanmış illik 3,25 faiz bank uçot dərəcəsi kimi 9750 manat pul da tutularaq iddiaçıya ödənilməlidir. Hesab edir ki, 300.000 manat pul üçün illik yəni 15 000 manat (300 000 x 5%) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə cavabdeh iddiaçının pulunu qaytarmamaqla və onu aldatmaqla iddiaçının əsəb sarsıntısı, mənəvi iztirab keçirməsinə səbəb olmuşdur ki, iddiaçıya 10.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Belə ki, 300.000 pul böyük məbləğdə puldur və həmin pulun iddiaçıya vaxtında qaytarılmaması iddiaçını çətin vəziyyətə salmışdır. Belə ki, iddiaçı həmin pula bəzi təsərrüfat və sair xərclərini ödəmək istəmiş, lakin cavabdehin həmin pulu qaytarmaması nəticəsində bu mümkün olmamışdır. İddiaçı cavabdehə verdiyi borc pulu ala bilmədiyi üçün iddiaçı əsəb sarsıntısı keçirmiş, səhhəti pisləşmişdir. Odur ki, iddiaçı məcburiyyət qarşısında qalaraq başqa şəxslərdən borc almışdır. Göründüyü kimi, cavabdeh iddiaçını həm maddi, həm də mənəvi cəhətdən pis vəziyyətdə qoymuşdur. Ona görə də cavabdeh tərəfindən iddiaçıya vurulmuş həmin 10.000 manat mənəvi zərər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 300.000 manat məbləğində əsas borcun, həmin müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 301.500 manat məbləğində pulu, hesablanmış 21.420 manat məbləğində bank uçot dərəcəsinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 30.000 manat məbləğində əldən çıxmış faydanın, 10.000 manat məbləğində mənəvi ziyanın, 30 manat dövlət rüsumunun, 11 manat məhkəmənin xərcinin, cəmi 662.961 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 300.000 manat məbləğində əsas borc, bank uçot dərəcəsi kimi hesablanmış 21420 manat pul, müqavilə üzrə borc vaxtında ödənilmədiyinə görə hesablanmış 3000 manat cərimə, 30 manat dövlət rüsumu, 11 manat məhkəmə xərci, cəmi 324.461 manat pul İddiaçı xeyrinə tulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsinin xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən borc məbləğinin bir hissəsinin, yəni 100.000 manat məbləğində pulun Əbdürəhmanov Məhəmməd vasitəsi ilə iddiaçıya çatdırılması işin əhəmiyyətli hallarından biri olsa da, məhkəmə tərəfindən sözügedən şəxs Əbdürəhmanov Məhəmməd bu və ya digər formada işə cəlb edilməmiş, məhkəmə tərəfindən onun ifadəsi dinlənilməmişdir. Buna görə də, hesab edir ki, iş üzrə əhəmiyyətli olan halları təstiq etmək üçün adıçəkilən şəxsin Əbdürəhmanov Məhəmmədin şahid kimi dindirilməsinə zərurət vardır. Bundan başqa iddiaçının iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlar bir-birinə ziddir. İddiaçı tərəfindən faiz borcu və cərimənin məbləği düzgün hesablanmamışdır. Hesablanmış 3.000 manat məbləğində cərimə pulu qanunsuz və qeyri-mütənasib təyin edilmişdir. Bu səbəbdən də həmin cərimə borcunun tamam silinməsi müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətinə əlavə ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı qarşısındakı pul öhdəliyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin verilməsi ilə yerinə yetirilmişdir və iddiaçı bunu qəbul etmişdir. Bu səbəbdən Cavabdeh iddiaçı qarşısında hər-hansı borcundan söhbət gedə bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbi Cavabdeh xx.xx.2014-tarixli kredit müqaviləsi üzrə yaranmış 300.000 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa iddia tələbi kredit müqaviləsi üzrə illik 5%-in tutulması hissəsində əsaslıdır və təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə bank uçot dərəcəsinə olaraq 21420 manat faiz borcu tutulmalıdır. Həmçinin 301.500 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından, onun məbləği azaldılmalı və 3000 manata endirilməlidir. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ilə Baharov X2 Emin Vaqif oğluna xx.xx.2015-ci il müddətinədək 300.000 manat borc vermişdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxx” MMC-nin çoxmərtəbəli yaşayış binasında qeyri-yaşayış sahəsinin satışı haqqında xx.xx.2007-ci il tarixli müqavilə ilə ümumi sahəsi 166,50 kv.m olan qeyri-yaşayış sahəsi Fehruzə Ömərovaya satılmışdır. Fehruzə Ömərovanın “xxxxxxxxx” MMC-yə ünvanladığı ərizədən görünür ki, F.Ömərova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin Cavabdeh İddiaçı olan 300.000 manat borcunun əvəzində İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1536/2019 saylı qərardadı ilə X1 “xxxxxxxxx” MTK-ya qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə tərəflər arasında bağlanmış barışıq müqaviləsinin təstiqlənməsi ilə xitam verilmişdir. Həmin barışı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilmiş 3 girişli yaşayış sahəsinin 1-ci girişinin 1-ci mərtəbəsində yerləşən 167 kv.m sahəsi olan qeyriyaşayış sahəsi İddiaçı mülkiyyətində saxlanılmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya olan borcu “xxxxx” MTK tərəfindən iddiaçıya verilmiş Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 3138-3141-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, birinci mərtəbəsində yerləşən 167 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsi ilə əvəzləşdirildiyindən cavabdehin iddiaçı qarşısında hər-hansı öhdəliyi qalmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman səhv nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddia tələbini qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə tam ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsiləğv edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-8566/2016 nömrəli qətnaməsiləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-1820/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1820/2020
07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver