Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1821/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Şahsuvar qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-1821/2023 Açar sözlər: (su axıdılma, maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı oğlunun, Cavabdehlər Cavabdeh1 Şahsuvar qızının, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(006)-2200/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayon, 3-cü mkr, R.Məmmədov Ak.M.Topçubaşov küçəsində yerləşən 17 saylı evin 34 saylı mənzilinə cavabdehlərin vərəsəlik qaydasında qəbul etdikləri Bakı şəhəri, Nəsimi rayon, 3-cü mkr, R.Məmmədov Ak.M.Topçubaşov küçəsində yerləşən 17 saylı evin, 37 saylı mənzilindən su axıdılması halı baş vermişdir. 2.İddiaçının yaşadığı mənzilinə su axıdılması nəticəsində mənzilin konstruktiv elementlər üzərində müxtəlif həcmdə qüsurlar yaranmışdır. Hazırda iddiaçı maddi ziyanın ödənilməsini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh X9 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., R.Məmmədov küçəsi, ev 17, mənzil 34 saylı mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 4000 manat və dövlət rüsumu kimi ödədiyi 60 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, ev 17, mənzil 34-ün mülkiyyətçisidir. Onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində mənzilini su basmışdır. Belə ki, su sızması nəticəsində mənzilin qonaq otağı, hamam otağına və mətbəxə su axmış, otaqların tavan hissəsi yararsız hala düşmüş və nəticədə 4000 manat məbləğində ziyan dəymişdir. Bu barədə iddiaçı xx.xx.2022-ci il tarixdə 33 saylı MKİS-ə ərizə ilə müraciət etmişdir. 33 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov və sahə nəzarətçisi R.Hümbətov mənzilə baxış keçirmiş, həqiqətən mənzilə 37 saylı mənzildən su sızması nəticəsində zərər dəyməsi faktını təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər. Cavabdeh sahibliyində olan mənzili nasaz vəziyyətdə üçüncü şəxslərə kirayəyə verib. 5.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişdir ki, iddiaçının mənzilinin zərər görməsinə səbəb olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, ev 17-də yerləşən 34 saylı mənzilin mülkiyyətçisi X12 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bu səbəblə onun vərəsələrinin müəyyən edilməsi üçün Bakı şəhəri 43 saylı Notariat Oifisinə sorğu verilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 2244 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda X5 ölümü ilə əlaqədar olaraq vərəsəlik işinin açıldığı və Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızının, Cavabdeh3 X5 vərəsələri olduğu, eləcə də onlara vərəsəlik şəhadətnaməsinin verildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iş üzrə cavabdehlər kimi X5 vərəsələri olan Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızının, Cavabdeh3 tanınması və iddiaçının mənzilinə dəymiş 3000 manat məbləğində zərərinin Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 6.İddiaçı məhkəməyə həmçinin ərizə verərək bildirmiş ki, əvvəlki dəqiqləşdirilmə ərizəsində texniki səhv olaraq 3000 manatın 4000 manat kimi oxunmasını bildirmişdir. 7.Məhkəmə baxışı zamanı iş üzrə cavabdeh X14 əsl cavabdehlər X5 vərəsələri olan Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızı və Cavabdeh3 ilə əvəz edilmişdir. 8.Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2002-ci ildən o, hazırki iş üzrə subasmadan ziyan çəkən mənzildə ailəsi ilə birlikdə yaşayır. Həmin mənzildə 37 saylı mənzildən bu günə qədər 10 dəfədən artıq su axıdılması baş vermişdir. 2002-ci ildə ilk dəfə 37 saylı mənzildən evinə su axıdılmışdır. Bununla bağlı olaraq o, həmin mənzildə yaşayan və onun mülkiyyətçisi olan X7 müraciət etmiş və suyun axıdılması nəticəsində ona dəymiş ziyan barədə məlumat vermiş, ancaq bunun bir nəticəsi olmadı. O, bununla bağlı MKİS-ə müraciət etmək istədikdə isə ona bunun heç bir nəticəsinin olmayacağı bildirilmişdir. Bundan sonra 2006-cı ildə təkrar suyu axıdılması baş vermişdir. Bu zaman da şikayətçi olmamış və görməzdən gəlmişdir. Ən son olaraq 2022-ci ildə sonuncu su basma hadisəsi baş vermişdir. Bu zaman ona məlum olmuşdur ki, X12 artıq həmin mənzildən köçmüş və evi oğlu tərəfindən başqa şəxslərə kirayəyə vermişdir. Bununla bağlı olaraq ilk olaraq onun oğluna və həmin evin kirayəyə verildiyi şəxslərə müraciət etmiş ona dəymiş ziyanın əvəzini ödəməyə tələb etsə də, onlar buna əhəmiyyət verməmiş və ona istədiyi yerə müraciət etməsini bildirmişlər. Daha sonra o, əlacsız qalıb həmin binanın yerləşdiyi ərazi üzrə 33 saylı MKİSə müraciət etmişdir. MKİS-in rəisi M.Əliyevə, mühəndis Ə.Rüstəmov və sahə nəzarətçisi R.Hümbətov mənzilə baxış keçirmiş və həqiqətən mənzilinə 37 saylı mənzildən suyun axıdılması nəticəsində zərər dəyməsi faktını təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur, ancaq bu da məsələnin həll olunması ilə nəticələnməmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 Şahsuvar qızı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, anası X12 10 ildən artıq bir müddətdir ki, su axıtdığı iddia edilən 37 saylı mənzildə yaşamamış və əvvəlcə onun, sonra isə qardaşının evində yaşamış və qardaşının evində və 2021-ci il 18 noyabr tarixdə vəfat etmişdir. Anası həmin evdən köçdükdən sonra hazırki iş üzrə digər cavabdeh olan bacıların və o, həmin evə getməmişlər. Həmin mənzilin açarları belə onlarda yox, qardaşında olmuşdur. Əlavə olaraq qeyd edir ki, anası həmin evdə yaşadığı vaxt, təxminən 10 il bundan öncə yaşlılıq səbəbindən suyu açıq unutmuş və nəticədə hazırki iş üzrə iddiaçıya ziyan dəymişdir. Bu fakt onlara məlum olmuşdur, ancaq sonradan su axıdılması halı barədə hər hansı məlumatları olmamışdır. Həmçinin 37 saylı mənzil bacıları və ona anası öldükdən sonra 2022-ci ilin may ayının 19-da vərəsəlik yolu ilə keçmişdir. Daha sonra isə iyul ayında başqa şəxslərə satılmışdır. Nəticə olaraq may ayının 19-dan əvvəl və mənzil satıldıqdan sonra baş verən hallar barədə onlar məsuliyyət daşımırlar. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 dekabr 2022-ci il tarixli, 2(006)-2200/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 vurulmuş maddi zərərə görə 3122 (üç min bir yüz iyirmi iki) manat məbləğində pulun və 51,22 (əlli bir manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 11.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 17 nömrəli evin, 34 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 12.İş materiallarında olan 33 saylı MKİS-nin rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov, sahə nəzarətçisi R.Hümbətov tərəfindən xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 3-cü mkr, R.Məmmədov küçəsi, 17 saylı evin 34 saylı mənzilində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən həmin mənzildə olmuşlar, 34 saylı baxış keçirən zaman məlum olmuşdur ki, 37 saylı mənzildən 34 saylı mənzilinə qonaq otağına, hamam otağına və mətbəxə su axıntısı baş vermişdir. 13.İş materiallarında olan Nəsimi rayon MKTB-nin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 1-ci mkr., A.Məhərrəmov küçəsində yerləşən 45 saylı evin, 15 saylı mənzilində xx.xx.1993-cü ildən hal-hazıra qədər daimi qeydiyyatdadır. 14.İş materiallarında olan ünvan 2 Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 Bakı şəhəri, 3-cü mkr., R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzilində qeydiyyatda yoxdur, yaşamır. 15.İş materiallarında olan X19, X10 və X13 tərəfindən notariat qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qonşuları X14 qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır. 16.İş materiallarında olan ünvan 2 Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın əsasən məhrum X12 Bakı şəhəri, 3-cü mkr., R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 37 saylı mənzilində ev sahibi olub, ölümü ilə əlaqədar olaraq xx.xx.2021-ci ildə qeydiyyatdan çıxıb. Mənzildə hal-hazırda qeydiyyatda heç kim yoxdur və heç kim yaşamır. 17.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1999-cu il tarixli alğı-satqı müqaviləsinin surətinə əsasən X15 Bakı şəhəri, M.Hacıyev (indiki R.Məmmədov) küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzilini X2. 18.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi-qızı Cavabdeh2, qızı Cavabdeh1 Şahsuvar qızı və qızı Cavabdeh3 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras – ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m. 2 otaqlı olan mənzildən ibarətdir. 19.İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Rəşid Məmmədov küçəsində yerləşən ümumi sahəsi 41,37 kv.m. olan 37 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 Şahsuvar qızının 1/3 hissəsi (xx.xx.2022-ci il tarixdən), Cavabdeh2 1/3 hissəsi və Cavabdeh3 1/3 hissəsi mülkiyyətindədir. 20.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 Şahsuvar qızı (1/3 hissəsi, 13.79 kv.m.), Cavabdeh2 (1/3 hissəsi, 13.79 kv.m.) və Cavabdeh3 (1/3 hissəsi, 13.79 kv.m.) Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 17 saylı evin, 37 saylı mənzilini X1. 21.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 17, 37 saylı mənzil X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 22.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikintitexniki ekspertizasının 10/4442 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi, ev 17, mənzil 37 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 05 yanvar 2022-ci il tarixli aktın göstəricilərini nəzərə alaraq 34 saylı mənzilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., R.Məmmədov küçəsi, ev 17, 37 saylı mənzildən suyun axıdılması müəyyən edilmişdir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi 37 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsində baş verə bilər. - 3-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən ev 17 mənzil 34-də susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqibi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3122,00 manat məbləğində olduğu müəyyən edilmişdir. 23.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayon, 3-cü mkr, R.Məmmədov Ak.M.Topçubaşov küçəsində yerləşən 17 saylı evin, 34 saylı mənzilinə cavabdehlərin mənzilindən (vərəslik üzrə keçmiş) su axıtması baş vermişdir. İddiaçının yaşadığı mənzilinə su axıdılması nəticəsində mənzilin konstruktiv elementlər üzərində müxtəlif həcmdə qüsurlar yaranmışdır. Hazırda iddiaçı maddi ziyanın ödənilməsini tələb edir. 24.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 37 saylı mənzili cavabdehlərin anaları X5 mülkiyyətində olmuş, sonuncu xx.xx.2021-ci ildə vəfat etmiş və xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil paylı mülkiyyət hüququ üzrə (hər birinə 1/3 hissəsi) cavabdehlərin adlarına qeydiyyatdan keçmişdir. 25.Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 17 saylı evin, 37 saylı mənzili X1. 26.Məhkəmə qeyd etmişdir ki, hazırkı su axıntısının baş verməsi tarixi 2021 dekabr-2022-ci il yanvar ayı aralığına təsadüf etdiyindən həmin zaman mənzlinin mülkiyyətçisi hazırki vərəsələrin anaları olmuşdur. Su axıntısı isə sırf həmin zaman (X5 mülkiyyətində olduğu an) baş vermişdir. Hazırki mülkiyyətçinin tamamilə başqa şəxs olması (X11) onun mənzilə vurulmuş zərərin ödənilməsində mülki məsuliyyətinin olması demək deyildir. Bu halda isə hər üç vərəsə miras qoyanın mülki qanunvericilikdə nəzərdə tutulmuş əmlaka dair mirasın həm aktiv hissəsinin, həmdə passiv hissəsini qəbul etdiyindən dəymiş ziyanın ödənilməsini də hazırki vərəsələr yəni cavabdehlər daşımalıdır. 27.Məhkəmə qeyd etmişdir ki, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının yaşadığı 34 saylı mənzilinə 37 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 3122 (üç min yüz iyirmi iki) manat pul vəsaiti tələb olunur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehlərin mülkiyyətində oan mənzilindən baş verməsi ərazi üzrə 33 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. 28.Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehlərin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd etmişdir ki, cavabdehlərdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 4000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 3122 manat məbləğində tutulmalıdır. 29.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehlərin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 3122 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. 30.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (51,22 manat) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. 31.Həmçinin məhkəmə hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 32.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 vurulmuş maddi zərərə görə 3122 (üç min bir yüz iyirmi iki) manat məbləğində pul və 51,22 (əlli bir manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 33.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1147.1, 1151.1, 1243.2, 21.1, 21.2, 1196., 1197.1 və 1115-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.3, 103.1, 119.1, 14.2, 77.1, 76.1, 76.2, 217.3, 217.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 34.Qətnamədən cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 35.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onlar mübahisəli iş üzrə cavabdeh olmalı deyil. Çünki, mübahisəin baş verdiyi vaxtda onların mübahisəli mənzilə heç bir aidiyyatı olmamışdır. İddiaçı heç vaxt cavabdehlərə qarşı mənzilinə zərər yetirilməsi barədə iradlar bildirməmişdir. Həmçinin iddiaçının mənzilinə vurulmuş zərərin həcmi barədə cavabdehlərin heç bir məlumatı olmamışdır. Mübahsəli işin məhkəmə araşdırılmasında, cavabdehlər yalnız sonuncu məhkəmə baxışında dəvət olunmuşlar və işin mahiyyətinin araşdırılmasını xahiş etsələr də məhkəmə onların xahişini nəzərə almamışdır. 34 saylı mənzilə suyun axıdılması yalnız , 37 saylı mənzildən axıdılması faktı aydınlaşdırılmamışdır. 2021-ci ilin 18 noyabr ayına kimi 37 saylı mənzilin sahibi və mülkiyyətçisi X12 olmuşdur. Həmin tarixdən mənzilə X14 nəzarət etmişdir. Həmin vaxtı mənzildən su axıdılması ilə əlaqədar heç bir fakt olmamışdır. Belə ki, 34 saylı mənzilə hansı vaxtda suyun axıdılması aydınlaşdılmamışdır. Məhkəmə yalnız o sənədə əsaslanmışdır ki , 33 saylı MKİS-nin rəisi, mühəndis və nəzarətçisinin xx.xx.2022-ci il tarixdə tərtib etdikləri Aktı əsas götürmüşdür. Lakin həmin Aktı tərtib edənlər suyun sızmasını müşahidə edilməsi üçün 37 saylı mənzilə baxış keçirməmişlər. Həmin vaxtı 37 saylı mənzildə yaşayışın olub olmamasını aydınlaşdırmamışlar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 36.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 37.Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verdilər. 38.Məhkəmə kollegiyasının iclasında iddaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 39.Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 40.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 41.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 42.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 43.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 44.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 45.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 46.Maddə 1306.1.Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 47.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 49.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdehlər qətnaməni qeyd olunan hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(006)-2200/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 54.Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması 37 saylı mənzildən olmuşdur. 55.İddiaçının mənzilinə su axıdılması işdə olan aktlar və ekspert rəyi ilə öz təsdiqini tapır. 56.Kollegiya qeyd edir ki, hazırkı su axıntısının baş verməsi tarixi 2021 dekabr-2022-ci il yanvar ayı aralığına təsadüf etdiyindən həmin zaman mənzlinin mülkiyyətçisi hazırki vərəsələrin anaları olmuşdur. Su axıntısı isə sırf həmin zaman X5 mülkiyyətində olduğu an) baş vermişdir. 57.İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin, 37 saylı mənzili cavabdehlərin anaları X5 mülkiyyətində olmuş, sonuncu xx.xx.2021-ci ildə vəfat etmiş və xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil paylı mülkiyyət hüququ üzrə (hər birinə 1/3 hissəsi) cavabdehlərin adlarına qeydiyyatdan keçmişdir. 58.Kollegiya hesab edir ki, hər üç vərəsə miras qoyanın mülki qanunvericilikdə nəzərdə tutulmuş əmlaka dair mirasın həm aktiv hissəsini, həmdə passiv hissəsini qəbul etdiyindən qeyd olunan qanunvericilik normalarına əsasən, məhkəməninin dəymiş ziyanının əvəzinin ödənilməsi üzrə öhdəliyin cavabdehlərin üzərinə düşməsi ilə bağlı gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. 59.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 60.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 61.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 62.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 63.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 64.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 65.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 66.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 3122 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 67.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(006)-2200/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1821/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1821/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver