Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1821/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh qəyyumu Qanuni nümayəndə iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 3169/2016 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı qız arasında bağlanmış və 10 aprel 2009-cu il tarixində Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 337 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixindən başlayaraq hər ay 117 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, İddiaçı hamiləlik dövrü və uşağın doğulduğu gündən 3 il ərzində Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-8554/2017 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh 25 iyul 2017-ci il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X2 üçün təyin edilmiş 117 manat və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün təyin edilmiş 70 manat aliment məbləğinin hər uşaq üçün hər ay ayrı-ayrılıqda 235 manat, ümumilikdə isə 470 manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3169/2016 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 onun himayəsində saxlanılmış və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə X6 dünyaya gəlmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-8554/2017 nömrəli qətnaməsi ilə X6 onun himayəsində saxlanılmış və Cavabdeh xx.xx.2017-ci il tarixindən başlanaraq X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamələrdə qeyd olunmuş aliment məbləği uşağların heç bir tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, uşaqların bütün qayğılarını, ehtiyacını tamamilə o çəkir. Hazırda uşaqları tək saxlamağın necə çətin olduğu hər kəsə məlumdur. Həmçinin, artıq uşaqlar böyüdükcə onların tələbatlarının da böyüməsi və indiki bazar qiymətləri ilə həmin ildə olan bazar qiymətləri qətiyyən eynilik təşkil etmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3169/2016 nömrəli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-8554/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi,ödənilməmiş 51.20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi və alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Hazırkı şəraitdə birgə nikahdan anadan olmuş Quliyev Muradın ayda 117 manat və Quliyeva Dənizin ayda 70 manat alimentlə artan tələbatlarını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyrimümkündür. Alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacağına görə alimentin miqdarının dəyişdirilməsinə zərurət vardır. Belə olan halda uşaqlarının saxlanması üçün elə bir aliment məbləği təyin edilməlidir ki, həmin məbləğ uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəraitinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımı şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2- ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Lakin məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin minumumun bütünlüklə aliment ödəməli olan valideyndən tutulması mütləq deyildir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”. Buna görə də məhkəmə hesab edir ki, alimentin miqdarı hər uşağa münasibətdə 130 manat, ümumilikdə 260 manat miqdarında müəyyən edilməklə dəyişdirilməlidir. Məhkəmə iclasında cavabdehi təmsil edən Qanuni nümayəndə cavabdehin İ qrup əlil olması, hazırda pensiya almaması ilə əlaqədar izahatına münasibətdə məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən hər iki valideyn yaşından, maddi vəziyyətindən asılı olmayaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Həmçinin icra haqqında qanunvericiliyə əsasən müəyyən edilir ki, qanunverici alimentlərin tutulması ilə bağlı icra sənədinin icrasını təmin etmək üçün borclunun əmək haqqı və ona bərabər sayılan digər gəlirlərdən (o cümlədən pensiyadan) 70 faizdən çox olmayan miqdarda tutqu aparılmasının mümkünlüyünü müəyyən edilmişdir (İcra haq Qanun 65.3; 65.4m). Bu isə onu göstərir ki qanunverici aliment ödəyən pensiyaçıları uşaqları saxlamaq öhdəliyindən azad etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Ailə Məcəlləsinin 76.1.1, 112.1-ci maddələrinə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə, Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-4379/2024 saylı maddi və prosessual hüquq normalarının pozulması səbəbindən qismən ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 2273 saylı Arayışına əsasən xx.xx.1976-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsi, ev 9 “A” ünvanda qeydiyyatda olan Cavabdeh “Ağır dərəcəli əqli gerilik, ifadəli psixopata bənzər davranışı ilə kənar şəxsləri qulluğuna ehtiyacı olan” diaqnozlu xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 1516 saylı Arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuş Cavabdeh oğlunda “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” aşkar olunur. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-331/2024 saylı qətnaməsinə əsasən xx.xx.1976-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuş Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Sabunçu RİSH Başçısının xx.xx.2024-cü il tarixli, 161 № li Sərəncamı ilə Quliyev Rövşən Şəmsi oğlu xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh üzərində qəyyum təyin edilmişdir. xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh oğluna xx.xx.2017-ci ildən, ümumi xəstəlik səbəbindən müddətsiz İ dərəcəli əlillik müəyyən edilmişdir. İ dərəcəli əlilliyə görə 330 manat pensiya təyin olunmuş və alimentə görə hər ay pensiya kartından 200 manat tutulmalar olmuşdur. xx.xx.2022-ci ildən müddətsiz İ dərəcəli əlilliyi ləğv olunmuş və əlillik pensiyasının müddətini artırmaq üçün inzibati orqana müraciət edilmişdir. 3 ilə yaxındır ki, əlillik pensiyasını ala bilmir. Bu müddət ərzində yaxın qohumlarının maddi köməkliyi ilə müəyyən qədər aliment borcunu və özünün tələbatını (dərman preparatları və s.) ödəyə bilmişdir. Suraxanı Rayon Məhkəməsi uşaqların üstün mənafelərini nəzərə almış, lakin cavabdehin maddi durumunu, başqa gəlirlərinin olub-olmamasını tam araşdırmadan xx.xx.2024-cü ildə 2(010)-4379/2024 saylı qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh qəyyumu Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, qardaşı əlilliyi ilə bağlı pensiya alır. Cavabdehin aliment borcu da var. 260 manat aliment ödəsə ona 80-90 manat qalacaq. Dərmanlarına və müalicəsinə çatmayacaq. Qardaşına o baxır. Qazanıb bu alimenti də ödəyə bilməz. 4000-5000 manat aliment borcu var. Mülkiyyətində heç bir əmlakı yoxdur. Qardaşının əmək qabiliyyəti də yoxdur. İddiaçı da işləyir, o da kömək edə bilər. Cavabdeh özünü idarə edə bilmir. Uşaqlar olan ərəfələrdə də xəstə idi. Amma vəziyyəti indi daha pisləşib. Qardaşı hirslənəndə özünü idarə edə bilmir, buna görə də iddiaçı ilə boşanıbdır. Aliment borcu da, tutulan aliment də çoxdur. Qalan pul dərmanına kifayət etmir. Uşaq yaşlarından xəstəliyinə görə pensiya alır.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğində aid hissədə cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
20. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
22. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3169/2016 nömrəli qətnaməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-8554/2017 nömrəli ilə iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir.
23. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən “..Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
25. Kollegiya cavabdehin rəsmi iş yerinin olmamasını, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması, bununla əlaqədar xərclərini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən 120 manat məbləğində alimentin tutulması ədalətlidir.
26. İddiaçı tərəfindən iddia ərizəsi 2024-cü ildə verildiyi üçün 2024-cü il üzrə minimum aylıq əmək haqqı məbləğinin 345 manat olması müəyyən edilir. Ali Məhkəmənin Plenum qərarındakı mövqeyə əsasən 120 / 345 = 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
28. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları xx.xx.2024- cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 51.20 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4379/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları xx.xx.2024- cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 51.20 (əlli bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov