Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1826/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X9 oğlunun iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair kiçik mübahisələr barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7345/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: "xxxx" KB ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli istehlak krediti müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X4 35 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı qeyd olunan kredit müqaviləsinə əsasən yaranmış borcun cavabdehdən tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 949,43 manat məbləğində əsas, 205,18 manat faiz və 140,71 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 1295,32 manat və 32,96 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 29% ödəmək şərtilə 1000 manat məbləğində kredit xətti verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixinə 949,43 manat məbləğində əsas, 205,18 manat faiz və 140,71 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 1295,32 manat borcu yaranmışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7345/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda cavabdeh kimi Cavabdeh göstərsə də, tərəflər arasındakı bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə X5 arasında bağlanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi ilə bağlı Cavabdeh iddia qaldırılması əsassızdır. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 16.88 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1826/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, işə yazılı icraat qaydasında xx.xx.2025-ci il tarixdə baxılması qərara alınmışdır. Bununla belə araşdırılmalı hallar olduğundan, şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılmasını məqsədəuyğun hesab edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin içində adı keçən hər 2 şəxs Cavabdeh və Raziyə Qasımova eyni şəxsdir. Belə ki, cavabdehin soyadı 2021-ci ildə kredit müqaviləsini imzalayarkən soyadı Qasımova olmuş, sonradan 2023-cü ildə isə ailə vəziyyəti ilə əlaqədar soyadını dəyişdirərək Əliyeva olmuşdur (şəxsiyyət vəsiqəsinin məlumatları şikayətə əlavə edilir). Başqa sözlə, hər iki soyadlı şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu xxxxxxx-dır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Bundan başqa tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqavilənin bağlanması ilə əqd üzrə subyektlərin vəzifə və hüquqları artıq yaranmış olur. Belə olan halda göstərilən xidmətlərin qarşılığında cavabdehin kredit müqaviləsi üzrə borcunun ödənilməsi kimi vəzifəsi yaranmışdır. Lakin məhkəmə həmin öhdəlik üzrə kredit borcunun tutulması ilə bağlı iddia tələbini təmin etməmək barədə gəldiyi nəticə düzgün deyildir. Halbuki, iş materiallarında yalnız bir cavabdehdən (və ya borcludan) bəhs edilir, iddiaçı tərəfindən iddia ərizəsində heç bir səhv edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (köhnə redaksiyada). 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (köhnə redaksiyada). 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borj verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (köhnə redaksiyada).
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (köhnə redaksiyada).
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüququ münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə hesab etmişdir ki, iddiaçı hazırda cavabdeh kimi Cavabdeh göstərsə də, tərəflər arasındakı bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə X5 arasında bağlanmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi ilə bağlı Cavabdeh iddia qaldırılması əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, şikayətə əlavə edilmiş Raziyə Qasımovaya aid xx.xx.2016-cı ildə Asan 4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixə kimi etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsi məlumatlarında onun əvvəlki vəsiqəsinin seriya AZE № 16735685 və FİN kodunun (xxxxxxx) olması, doğulduğu tarix xx.xx.2000-ci il, cinsi qadın, ailə vəziyyətinin subay, qan qrupunun İİ(B)Rh+, gözlərinin qəhvəyi, boyunun 167 olması göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Asan 6 tərəfindən verilmiş xx.xx.2033-cü il tarixə kimi etibarlılıq müddəti olan Cavabdeh adına olan şəxsiyyət vəsiqəsində ailə vəziyyəti hissəsi istisna olmaqla (evli qeyd edilmişdir) digər bütün məlumatlar əvvəlki şəxsiyyət vəsiqəsi məlumatları ilə tam eynilik təşkil edir. İş materiallarından həmçinin görünür ki, cavabdehin soyadı 2021-ci ildə kredit müqaviləsini imzalayarkən Qasımova olmuş, müqavilə imzalayarkən xx.xx.2016-cı ildə Asan 4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixə kimi etibarlılıq müddəti olan şəxsiyyət vəsiqəsi təqdim edilmiş, sonradan 2023-cü ildə isə soyadını dəyişdirərək Əliyeva olmuş və FİN kodu (xxxxxxx) eyni olan AA ******* olan yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materallarında olan Cavabdeh və Raziyə Qasımovaya aid şəxsiyyət vəsiqəsi məlumatlarında FİN kodunun (xxxxxxx) eyni olması Cavabdeh və X2 eyni şəxs olmasına dəlalət edir. Göründüyü kimi, iş materiallarında yalnız bir cavabdehdən (və ya borcludan) bəhs edilmişdir. Birinci instansiya məhkəməsi isə vəsiqə məlumatlarının xüsusən də vəsiqədəki FİN kod məlumatlarının eyni şəxsə aid olmasını araşdırmadan əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, Cavabdeh "xxxx" KB ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunu iddiaçı "xxxx" KB ASC-yə ödəməlidir. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan borcun məbləğinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinə əsasən Cavabdeh Banka 949,43 manat məbləğində əsas, 205,18 manat faiz və 140,71 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 1295,32 manat məbləğində borcu mövcuddur. Qeyd olunan borc 03 oktyabr 2024-cü il tarixə qədər hesablanmışdır. Halbuki qeyd olunan tarixdə müqavilə üzrə müddəti başa çatmış və faiz borcunun hesablanması müqavilə müddətinin sonuna uyğun müəyyən edilməsi mümkün ola bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan borc müqaviləsi müddətin sonuna, yəni 02 iyun 2024-cü il tarixə qədər hesablanması iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilməlidir. Belə ki, sözügedən arayışdan görünür ki, Cavabdeh Banka 949,43 manat məbləğində əsas, 111,7 manat faiz və 14,13 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 1075,26 manat məbləğində borcu mövcuddur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və borcun məbləğinə münasibətdə arqumentlərini irəli sürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilən və işin faktiki hallarına uyğun olan sübutların mötəbərliyini qəbul edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bununla da apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə cavabdehdən tutulmalı əsas borc, sonuncu təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilən məbləğdə müəyyən edilməklə ondan 949,43 manat məbləğində əsas, 111,70 manat faiz və 14,13 manat cərimə borcu olmaqla, ümumilikdə 1075,26 manat tutularaq "xxxx" KB ASC-yə ödənilməli, qalan hissədə isə iddia tələbi rədd edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.96 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7345/2024 saylı, 06 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 949,43 (doqquz yüz qırx doqquz manat, qırx üç qəpik) manat, faiz borcu üzrə isə 111,7 manat, cərimə borcu 14,13 manat olmaqla cəmi 1075,26 manat Cavabdeh iddiaçı LPO "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.96 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə