Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1831/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC-e Cavabdeh onun xeyrinə 4026,80 ABŞ dolları əsas borc, 3645,63 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə, cəmi 7711,91 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddianın təmin edilməsi qət edilmişdir. Cavbadeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, “xxxx” KB ASCyə artıq ödədiyi 3000 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixində “xxxx” KB dan 8000 manat nəğd pul krediti almış, lakin, sənədlərdə Bank krediti dollarla 10800 dollarla (dollar məzənnəsi isə 0,78 manat idi) rəsmiləşdirilmişdir. Həmin vaxt 108xx xxxxxx 8424 manat edirdi, buradan 400 manat komisiya haqqı kimi çıxarılsada sənətləşmədə qeyd edilməmişdir. Hazırda “xxxx” KB-dan 1015,01 dollardan artıq pul ödəmişdir, bu da 18700 manatdan artıq pul edir. Beləliklə “xxxx” KB ona 5000 min manat pul qaytarmalıdır. Bankdan kredit götürdüyü dövrdə ticarətlə məşğul olmuş, lakin sonradan ödəmə qabiliyyəti zəifləmiş, bunun nəticəsində, bank qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəlikləri yaranmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 114nkFİL8/15 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 24 faiz ödəmək şərtilə borcalana 10800 ABŞ dolları məbləğində kredit vermişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və hissə-hissə, aylıq 311 ABŞ dolları olmaqla, xx.xx.2020-ci il tarixə qədər borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixdə bağlanmış sazişə əsasən qeyd olunan kredit müqaviləsi üzrə aylıq 193 ABŞ dolları ödənişlərin qalıq 9045,89 ABŞ dolları əsas borcun odənilməsinə yönəldilməsi, 3595,50 ABŞ dolları faiz borcunun müddətin qurtardığı vaxt alınması razılaşdırılmış, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. Cavabdeh öhdəliyin icrasını gecikdirərək, borcunu qrafik üzrə qaytarmamışdır. 22.07. 2019-cu il tarixli bildirşə əsasən 4026,28 USD əsas, 3611,99 USD faiz, 337.49 USD cərimə, cəmi 7975,76 USD borc yaranmış, 3 iş günü müddətinə ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, 4026,28 USD əsas, 3645,63 USD faiz, 40 USD cərimə, cəmi 7711,91 USD borc yaranmışdır. Qeyd olunanlar iddia ərizəsi, xx.xx.2015-ci il tarixli 114nkFİL8/15 saylı kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli sazişə, xx.xx.2019-cu il tarixli bildirşə, xx.xx.2020-ci il tarixli maliyyə arayışına və işdə olan digər sənədlərlə təsdiqlənir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə qətnamədə göstərilən borc məbləğlərinin tutulması qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Cavabdeh, apelyasiya şikayətində banka 1015,01 dollardan artıq pul ödəyini qeyd etsə də, bununla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnaməsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Həmçinin işə əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ilə “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4620/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1831/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1831/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver