Məhkəmə qərarları › İş №2(103)-1831/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1831/2024

06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1831/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, X9 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadəninkatibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)-3152/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X4 X5 xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat nəticəsində ölməsinə görə cavabdeh X7 ödənilmiş 40000 manat, lobarotoriya və müayinə xərcləri daxil ümumilikdə 50.000 manat pulun; X4 dəfninə xərclənmiş (3,7,40 günləri və məzar daşı) ümumilkidə 20.000 manat pulun; yetkinlik yaşına çatmamış övladarının 18 yaşı tamam olanadək, Fatimə üçün 12000 manat, Fidan üçün 24000 manat və Coşqun üçün 36.000 manat olmaqla, cəmi 72.000 manat pulun; X4 qoca və xəstə olan anası X6 görə hər ay 1000 manat hesablanmaqla 5000 manat pulun; X4 hər ay ailənin dolanışığı üçün qazandığı 2000 manatın 11 il müddətinə hesablanmaqla 264000 manat maddi zərərə görə kompensasiya məbləği olmaqla, ümumilikdə 341.000 manat puluncavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İ ̇ ninisəraḋ Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 və "xxxx" ASC-dən müştərək qaydada 341.000 manat pulun tutularaq İddiaçı verilməsini; cavabdeh X3 səhv (yalnış) cərrahi əməliyyatı nəticəsində sağlamlığına vurulmuş 100000 manat maddi ziyanın tutularaq ona ödənilməsi; cavabdeh "xxxx" ASC-dən 59000 manat sağlamlığına vurulmuş maddi ziyanın və həyat sığorta haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(004)-3152/2023 saylı qətnaməsi iddia tələbləri təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən sorğu daxil olaraq, 2(004)-3152/2023 saylı mülki iş üzrə məhkəmə qətnaməsindənmübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən apellyasiya şikayəti verildiyini, yaranmış zərurətlə əlaqədar qeyd edilən mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı mülki işin birinci instasniya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8mülki işin birinci instasniya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 mülki işin birinci instasniya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. İş üzrə digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri YasamalRayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 02 fevral2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Hospitalına və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər X7 və "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 02 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar