Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1842/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-294/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus əşyaların yoxa çıxması nəticəsində dəymiş maddi zərərin əvəzinin, yəni 6.420 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən 2018-ci ilədək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsində yerləşən anasına məxsus olan 92 saylı evin bir otağında daimi yaşayıb. Anası vəfat etdikdən sonra qardaşı X10 qanunsuz olaraq anasına məxsus 92 saylı evi öz adına rəsmiləşdirərək xx.xx.2016-cı il tarixdə Cavabdeh 100.000 manata satmışdır. O, məcburiyyət qarşısında qalaraq otağı tərk etdiyi zaman həmin otaqda ona məxsus əşyalar qalmışdır. Cavabdeh evdə söküntü işləri apardığına görə həmin evdəki ona məxsus olan əşyaları götürmək qərarına gəldikdə əşyalarının cavabdeh tərəfindən tullandığını öyrənmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, o, həmin əşyaları guya sahə müvvəkkilinin göstərişi ilə bir yerə yığaraq, 3 gün ərzində götürülmədiyindən zibil yeşiyinə atdığını bildirmişdir. Bundan sonra o, sahə müvəkkili ilə görüşmüş, sonuncu ona belə bir göstəriş verilmədiyini və onun buna dair səlahiyyətinin olmamasını bildirmişdir. Cavabdeh iddiaçıya məxsus əşyaları yoxa çıxartmaqla, iddiaçı ziyana düşmüş, həmin əşyalardan faydalana bilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o nəinki evsiz-əşyasız qalmış, hətta güclü mənəvi stress keçirtmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı məhkəməyə vəsatət təqdim edərək, dəyəri 100 manat olan bir ədəd kolonka, dəyəri 120 manat olan bir ədəd su qızdırıcı soba(5-minutka), dəyəri 80 manat olan hamam vannası, dəyəri 400 manat olan su çəni, dəyəri 300 manat olan dəmir və s əşyalar, dəyəri 200 manat olan bir ədəd 5 litrlik odun samovarını iddia ərizəsinə əlavə etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, iddia tələbində göstərilmiş 6420 manat məbləğində olan əşyalardan başqa, evdə ona məxsus dəyəri 200 manat olan su qızdırıcı, dəyəri 160 manat olan “Super” markalı televizor, dəyəri 150 manat olan soyuducu, dəyəri 800 manat olan 10 tonluq su çəni, dəyəri 850 manat olan dəmir darvaza, dəyəri 350 manat olan dəmir qapı, dəyəri 400 manat olan iki ədəd çarpayı və dəyəri 300 manat olan 3 dəst yorğan və döşək dəstini əlavə edərək, cavabdehdən 9630 manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-294/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, dəymiş maddi zərərin əvəzi olaraq 9.630 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddianın isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasları barədə məlumatı olmadığından iştirak edə bilməmişdir. Həmçinin İddiaçı Cavabdeh hər hansı müqvilə və ya digər əsasla, müvafiq sənəd və ya akt əsasında siyahıya alınmaqla əmlak verməmiş və Cavabdeh İddiaçı hər hansı müqavilə və ya digər əsasla, müvafiq sənəd və ya akt əsasında siyahıya alınmaqla əmlak qəbul etməmiş və buna görə məsul deyildir. Eyni zamanda ümumiyyətlə, hər hansı əmlakın saxlanması ilə bağlı onlar arasında hər hansı söhbət və ya razılaşma olmamışdır. Sadəcə olaraq İddiaçı Cavabdeh qarsı hüquqdan sui-istifadə etməklə qərəzli münasibət göstərir. Belə ki, bütün məhkəmə çəkişmələrini haqsız olduğu üçün uduzduğundan, İddiaçı hətta Konstitusiya məhkəməsinə də müraciət etmiş və Konstitusiya məhkəməsində də onun şikayəti təmin olmamışdır. İş üzrə ekpertiza təyin olunsa da, ekspert materialları geri qaytardıqdan sonra İddiaçı Məhkəməyə mənbəyi, aidiyyəti, məxsusluğu məlum olmayan bir neçə şəkil təqdim edərək yenidən ekspertiza keçirilməsi haqqında vəsatət vermişdir. Müəmmalı şəkillər əsasında 2019-cu ildə, yəni alqı-satqı müqviləsindən 3 ildən artıq vaxt keçdikdən sonra müəmmalı şəkillərin təqdim olunması onu göstərir ki, ya təqdim olunan şəkillər başqa şəxsə məxsusdur, ya da əşyalar İddiaçı özündədir və onların şəkillərini olduğu yerdə çəkmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnmənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun yalnız iddia tələbinin təmin edilən hissəsində qətnaməni mübahisələndirdiyi aydın olur. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd olunan kontekstdə izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində istifadədə olan 0.02214 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 7 otaqlı, 116.9 kv.m yaşayış, 37.7 kv.m köməkçi sahədən ibarət 92 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3252 nömrəli vərəqində qeydiyyat alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsi, 92 ünvanda yerləşən 116.9 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi X11 tərəfindən Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, X15, X5, X9 və X16 akt tərtib edərək, tanışları İddiaçı anası X3 evində (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi, ev 92) yaşadığı zaman İddiaçı məxsus – ümumi dəyəri 4000 manat olan iki ədəd xalça, dəyəri 300 manat olan bir ədəd dəridən tikilmiş plaş, dəyəri 100 manat olan bir ədəd dəridən tikilmiş kurtka, dəyəri 10 manat olan yataq dəsti (yorğan, balış və s.), dəyəri 150 manat olan altı ədəd sviter, dəyəri 80 manat olan kostyum, dəyəri 100 manat olan billur (xrustal) qablar, dəyəri 75 manat olan mətbəx əşyaları, ümumi dəyəri 150 manat olan geyim əşyaları (ayaqqabılar, köynəklər və şalvarlar), dəyəri 300 manat olan kovrolit və palaz, dəyəri 350 manat olan dini kitablar, dəyəri 60 manat olan mürəbbələr, dəyəri 150 manat olan “ceyran” adlanan qaz sobası, dəyəri 350 manat olan divan (italiya istehsalı) və dəyəri 75 manat olan qış ayaqqabıların olduğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş QR131 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində X1 məxsus ev əşyalarının analoji bazar dəyəri 10.790 manat müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu, iddia etdiyi kimi göstərilən əşyaların iddiaçıya aid olduğunu və cavabdeh tərəfindən atıldığını sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya xüsusilə qeyd edir ki, birinci isntansiya məhkəməsi iş üzrə verilmiş “xxxx” MMC tərəfindən verilmiş QR131 nömrəli qiymətləndirmə rəyini əsas götürərək iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, həmin rəy mövcud olmayan əşyalar barəsində yalnız fotoşəkilllərə əsasən verilmişdir. Bununla belə iş materiallarında olan fotoşəkillərdəki əşyaların həqiqətən iddiaçıya aid olduğu və əvvəllər sözügedən mənzildə yerləşdirildiyi sübut edilməmişdir. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-294/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni dəymiş maddi zərərin əvəzi olaraq 9.630 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia tələbi təmin olunmasın. İddia verilməsi üçün ödənilmiş və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1842/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1842/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver