Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1845/2025 30.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «kredit borcu, zaminlik») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4412/2024 saylı, 10 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4360 NF saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Ləğv prosesində olan İddiaçı ASC-nin 11 iyul 2024-cü il tarixli, **********234 nömrəli arayışında göstərilib ki, Cavabdeh2 09 iyul 2024-cü il tarixinə 4475.45 manat əsas, 1659.32 manat faiz, 2823.87 manat cərimə borcu, 1734.14 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 10692.78 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 barəsində borcun ödənilməsi tələbi ilə bağlı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13201/2017 saylı, 14 avqust 2017-ci il tarixli məhkəmə əmri qəbul edilmişdir. Borclu Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13201/2017 saylı, 14 avqust 2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Borclu Cavabdeh1 ərizəsi təmin edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)13201/2017 saylı, 10 iyun 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13201/2017 saylı, 14 avqust 2017-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir.
5. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 Səməndər oğlundan və Cavabdeh1 4475.45 manat əsas, 1659.32 manat faiz, 2823.87 manat cərimə, 1734.14 manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu, cəmi 10692.78 manat kredit borcunun, ödənilmiş 122.08 manat dövlət rüsumu əvəzi və 12 manat notariat xərcin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir.
6. İddiada göstərilib ki, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4360 NF nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün 24 ay müddətinə, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4360 NF nömrəli kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, 4360 NF saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh2 bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4412/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 4360 NF saylı kredit müqaviləsi üzrə 4475.45 manat əsas, 1659.32 manat faiz borcu, 447 manat cərimə borcu olmaqla, cəmi 6581.77 (altı min beş yüz səksən bir manat yetmiş yeddi qəpik) manat, eyni zamanda 12 manat notariat xərcinin Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması; iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 122.08 manat dövlət rüsumunun 62%, yəni 75.70 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 38%, yəni 46.38 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 4360 NF saylı kredit müqaviləsinə əsasən 4475.45 manat əsas, 1659.32 manat faiz borcu olmaqla, cəmi 6134.77 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 4360 NF saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdeh tərəfin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun 10%-i miqdarında, yəni 447 manat məbləğində cərimə (dəbbə pulu) borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən iddia tələbi “cavabdehdən 1734.14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin tutulması” hissəsində ilkin olaraq əsaslandırılmadığından təmin edilməməlidir. İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan edildiyindən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti isə bitdiyindən, bununla da iddiaçı bank iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və həmin müqavilə ilə verilmiş kredit vəsaitini dövriyyəyə buraxa, yeni kredit müqavilə üzrə gəlir əldə edə bilmədiyindən, bir sözlə aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi özü-özlüyündə əsassızdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, o, heç bir zaman zaminlik müqaviləsi bağlamayıb və bu səbəbdən, onun kreditor qarşısında hər hansı bir borc öhdəliyi yoxdur, çünki Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəlik yalnız bir şəxsin başqa bir şəxsin xeyrinə müəyyən hərəkət etməsi ilə yaranır, bu isə onun heç bir halda zaminlik müqaviləsi bağlamadığı və ya hər hansı bir şəkildə borclunun öhdəliyini yerinə yetirmədiyi halda tətbiq oluna bilməz, yəni o, bu cür öhdəliyi qəbul etməyərək, yalnız öz razılığı və iradəsi ilə hərəkət etmədiyi üçün kreditorun tələbini yerinə yetirmək məsuliyyətinə cəlb oluna bilməz. Yuxarıda qeyd edildiyi kimi, əslində iddianın bu səpkidə təmin olunması cavabdehin qanunla qorunan və təmin olunan hüquqlarına müdaxilədir ki, qəbul edilmiş məhkəmə aktının qanunsuzluğundan xəbər verir. Cavabdeh məhkəməyə dəvət olunmur, ona hüquq və vəzifələri izah olunmur, digər prosessual qaydalara riayət olunmur. Belə bir qərar qəbul edilməsini Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Hüquq normaları da göstərir ki, məhkəmə yalnız iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin tərəfin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi nəticəsində işə baxıla bilər. İş materialları isə göstərir ki, cavabdeh olaraq o (və/və ya hər hansı nümayəndəsi) iclasın vaxtı və yeri haqqında ümumiyyətlə xəbərdar edilməmiş və onun (cavabdehin) iştirakı məhkəmə prosesində təmin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh2, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun elektron kabinet vasitəsilə təqdim edilmiş ərizəsində göstərilir ki, hazırki məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir və iştirakı olmadan işə baxılmasını, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Cavabdehlər isə iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən və Cavabdeh1 aid hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik Cavabdeh1 etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinin yoxlanılması və iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə xətşünaslıq ekspertiza təyin edilməsi qərarına gəldi. Çünki Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 4360 NF saylı zaminlik müqaviləsindəki imzanın ona aid olmadığını iddia edirdi. Yəni, həmin imzanın Cavabdeh1 məxsus olub-olmaması mübahisələndirilirdi.
21. Məhkəmə xətşünaslıq ekspertizasının 3-16-16/2-4/478/2024 saylı, 01 may 2025ci il tarixli ekspert rəyində qeyd edildi ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 adlarından olan xx.xx.2024-cü il tarixli "Zaminlik müqaviləsi"nin arxa tərəfində "Zamin" qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra edilmişdir.
22. Demək ki, Cavabdeh1 göstərdiyi dəlillər də onun iddiaçı ilə bağladığı zaminlik müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki cavabdeh qeyd olunan zaminlik müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də zamindən də qaytarmaq hüququ vardır.
23. İddiaçı bank zamin cavabdehə qarşı məhkəməyə müraciət etməzdən əvvəl bildiriş göndərərək borcun ödənilməsini təklif etmişdir(bax.i.v.17-18;20). Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, yəni rəsmi qeydə alındığı ünvana məhkəmə bildirişi göndərmiş, məhkəmə bildirişi “ünvan tam deyil” qeydi yazılmaqla geri qaytarılmışdır. Buna baxmayaraq, cavabdeh məhkəmə əmrinə etiraz edib, onun ərizəsinə əsasən məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bundan sonra da, cavabdehin həm rəsmi qeydə alındığı, həm də faktiki yaşadığı ünvanlara məhkəmə bildirişləri göndərilmiş, lakin məhkəmə bildirişləri “bu ünvanda yaşamır”, “köçüb” qeydləri yazılmaqla geri qaytarılmışdır. Bununla yanaşı, cavabdehə SMS bildiriş göndərilmiş və bu bildirişlər ona çatmış, ancaq məhkəmə iclasında iştirak etməyib. Hətta məhkəmənin sorğusuna əsasən Abşeron rayon Masazır kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli(bax.cild 1.i.v;113)bildirişində Cavabdeh1 barəsində Nümayəndəlikdə heç bir məlumat qeydə alınmadığından məhkəmə bildirişinin ona təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi cavabdeh üzrlü səbəblər olmadan məhkəmə iclaslarında iştirak etməmişdir. Bu cür vəziyyətdə məhkəmə iştirakını başqa hansı formada təmin etməli idi ki, Cavabdeh1 bundan “razı” qalsın. Əlbəttə ki, bu ritorik sual kimi səslənsə də, bu cür dəlillərdən istifadə edilərkən veriləcək uyğun suala da cavab verməyə hazır olmaq tələb olunurdu. Məhkəmənin cavabdehin maddi vəziyyətini və kredit ödəmək imkanlarını araşdırmaq kimi bir öhdəliyi də yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, hansı ki, bu şərait yaradılsa da, cavabdeh zamin ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir.
24. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4412/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı; ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutulmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4412/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hisədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 124 (yüz iyirmi dörd) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.