Məhkəmə qərarları › İş №2(103)-1854/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1854/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1854/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə 500.000 manat əsas, 160.111,08 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 70.833,33 manat faiz, cəmi 730.944,41 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı ASC-dən xx.xx.2012-ci il tarixli, 120/12 saylı kredit müqaviləsi ilə ayrılmış 5.000.000 manat pulun, xx.xx.2012-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi ilə ayrılmış 5.000.000 manat əsas borcun və həmin məbləğin faiz borcunun İddiaçı ASC-yə ödənilmiş hesab edilməsi, ondan qəbul edilmiş 11.890.000 manat əsas və fazi borcunun əmanətlərin sığortalanması fondu tərəfindən Azərbaycan Respublikaı Mərkəzi Bankına ödənilməsi və ona məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Tarverdiyev küçəsi, 41 ünvanında 0,01753 ha torpaq sahəsində yerləşən 430 kv.metr fərdi yaşayış evinin, Bakı şəhəri, Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 4 ünvanında 0.02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m. fərdi yaşayış evinin, “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr yaşayış sahəsi B.Çobanzadə küçəsi, 32E ünvanında olan 1.645 ha torpaq sahəsində yerləşən 4.594.3 kv.m. əmlak kompleksinin Azərbaycan Respublikası Mərkəzi Bankının yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən xx.xx.2012-ci il tarixli, 120/12 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, müddət sonuna hesablanmış 399.999,97 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 390.590 manat faiz, 782.775,73 manat cərimə, cəmi 6.573.365,57 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-729/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən cavabdeh “xxxx” MMC-nin “mülki işlərin bir icraata birləşdirilməsi barədə” vəsatəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə e-2-2(82)-729/2019 saylı və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) kredit borcunun ödənilmiş hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı 2(001)-2927/2019 nömrəli mülki iş bir icraata birləşdirilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan verilmiş şikayət qeyd edilən məhkəmənin e-2-2(82)-729/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-770/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-729/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-168/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “kredit borcunun ödənilmiş hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi” tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılmışdır Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-168/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməsi, ekspert tədqiqatının ümumi dəyərini təşkil edən 361,52 (üç yüz altmış bir manat, əlli iki qəpik) manatın iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC tərəfindən cavabdeh xx.xx.2015- ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat məbləğində vəsiat verilmişdir. Bundan başqa digər borclu “xxxx” MMC-yə xx.xx.2012-ci il tarixli, 120/12 saylı kredit müqaviləsinə əsasən 35 ay müddətinə, illik faiz dərəcəsi 8% ödənilmək şərtilə 5.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. LPO İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əlavəyə əsasən müqavilənin müddəti xx xxxxxxx 2017-ci il tarixinədək uzadılmışdır. Qeyd olunan kredit müqavilələri üzrə cavabdehlər tərəfindən banka aşağıdakı sayda ödənişlər aparılmışdır. Cavabdeh1 kredit borcu üzrə banka cəmi 3 dəfə ödəniş edilmişdir: xx.xx.2014-ci il tarixdə - 400.000 AZN (faiz borcuna silinib) xx.xx.2016-cı il tarixdə - 968.666,55 AZN (faiz borcuna silinib) xx.xx.2016-cı il tarixdə -4.500.000 AZN (əsas borca silinib) Cəmi ödəniş: 5.868.666,55 AZN Bütün bu ödənişlər cavabdehin LPO İddiaçı ASC-də olan cari hesabında öz əksini tapmışdır. Hal hazırda Cavabdeh1 banka 500.000 manat əsas borc, 160.111,08 manat faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 70.833,33 manat faiz, cəmi 730.944,41 manat məbləğində borcu mövcuddur. Bundan başqa cavabdeh tərəfindən qarşılıqlı iddiasında qeyd etdiyi digər kredit üzrə (“xxxx” MMC verilən) “xxxx” MMC-yə verilən kredit üzrə borcalan tərəfindən cəmi 2 dəfə ödəniş aparılmış və bunlar öz əksini “xxxx” MMC-nin LPO İddiaçı ASC-yə olan cari hesabının çıxarışında öz əksini tapmışdır. İlk ödəniş - xx.xx.2014-ci il tarixdə - 400.000 AZN (faiz borcuna silinib). Son ödəniş xx.xx.2016-cı il tarixdə - 1.000.000 AZN (carı hesabda olan 36.148,22 AZN pul ilə birlikdə, cəmi 1.036.148,22 manat məbləğində vəsait faiz borcuna silinmişdir.) Bu ödənişlərdən başqa nə Cavabdeh1, nə digər borclu “xxxx” MMC-nin hesabına yuxarıda qeyd olunan kreditlər üzrə digər ödənişlər daxil olmamışdır. Cavabdeh tərəfindən təqdim olunan 2.040.000 manat, 1.800.000 manat və 1.500.000 manat məbləğində olan qəbzlər üzrə Cavabdeh1 hesabına heç bir vaxt bu məbləğlərdə vəsaitlər daxil olmamışdır və bunlar hamısı cari hesabın çıxarışında öz əksini tapmamışdır. Bundan başqa, heç vaxt Cavabdeh1 hesabından qeyd olunan vəsaitlər digər borclu “xxxx”xxxx“xxxx”xxxx“xxxx” MMCnin hesabına köçürülməsi barədə ödəniş tapşırığı və ya digər sənəd təqdim etməmişdir. Məhkəmə prosesində qeyd etdikləri kimi, hesab edirlər ki, 2.040.000 manat, 1.800.000 manat və 1.500.000 manat məbləğində olan qəbzlər üzrə vəsaitlər heç bir vaxt bankın kassasına daxil olmamışdır, həmin qəbzlər saxtadır və onların hansı vəziyyətdə, kimin tərəfindən və nə məqsədlə verilməsi Binəqədi Rayon Məhkəməsində olan proseslər zamanı araşdırılmalıdır. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərə fikir versə görünür ki, vəsaitlərin banka ödəyən kimi Cavabdeh1 qeyd olunmuşdur. Həmin qəbzlərin ümumiyyətlə digər borclu “xxxx” MMC-yə heç bir aiddiyyəti yoxdur. Belə ki, cavabdehlər və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzlərə nəzər etsə görünür ki, Cavabdeh1 və digər cavabdeh “xxxx” MMC-nin bankda olan carı hesabları rekvizitləri fərqlidir: “xxxx” MMC-nin bankda olan carı hesabları rekvizitləri: **********080000 Cavabdeh1 bankda olan carı hesabları rekvizitləri: **********7600000. Görünüdüyü kimi, cavabdehlərin cari hesab rekvizitləri fərqlənir və bu səbəbdən cavabdeh tərəfindən təqdim edilən və güya Cavabdeh1 mədaxil edilən qəbzlər heç bir halda digər cavabdeh “xxxx” MMC-nin hesabına mədaxil edilə bilməzdi. Məhkəməyə cavabdehlər tərəfindən artıq ödədiyini bildirdiyi məbləğlərin Cavabdeh1 bankda olan carı hesabdan digər cavabdehin hesabına köçürülməsi barədə heç bir ödəniş tarpşırığı təqdim edilməmişdir (mövcud olmadığı üçün). Bu faktlar onu göstərir ki, qarşılıqlı iddia üzrə iddiaçi Cavabdeh1 tərəfindən təqdim edilən qəbzlər ümumiyyətlə digər borclu “xxxx” MMC-yə heç bir aiddiyyəti yoxdur və bank həmin qəbzlər qeyd olunan vəsaitləri qəbul etməmişdir. Qeyd olunanları nəzərə alaraq yenə də hesab edir ki, cavabdehlər tərəfindən təqdim edilən qəbzlər saxtadı və məhkəmə tərəfindən onların hansı vəziyyətdə, kimin tərəfindən və nə məqsədlə verilməsi araşdırılmalıdır. Ümumiyyətlə hesab edirlər ki, işin tam araşdırlması üçün və gələcəkdə yeni və ədalətli qərarın çıxarılması məqsədi ilə iş üzrə mühasibatlıq ekspertizası keçirilməlidir. Bundan başqa, cavabdehə 5.000.000 manat məbləğində kredit verilmişdir və onların qəbul etdiyi ödənişləri və cavabdeh tərəfindən verilən qəbzləri hesablasa, məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi 11.280.666,55 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, bankdan alınan 5.000.000 manat məbləğində kredit üzrə cavabdeh iddiası üzrə 11.280.666,55 manat məbləğində vəsaitin ödənilməsi iddia olunur. Məlumdur ki, 5.000.000 manat məbləğində olan kredit üzrə 11.280.666,55 manat məbləğində vəsaitin ödənilməsi ağlabatan deyil. Həmin vəsaitlər həqiqətən hesaba mədaxil edilmişdirsə, Cavabdeh1 qeyd olunan vəsaitləri digər cavabdehin banka olan borcuna silinmə barədə tapşırıq verərdi. Belə tapşırıq olmadığı üçün müştərinin israrla qeyd etdiyi məbləğlər ən azı cavabdehin bankda olan borcuna silinməli idi. Qalan məbləğlər isə cari hesabda qalmalı idi. Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Ləğvetmə proseduru başlayan zaman ləğvedici tərəfindən ilk olaraq bankın kredirtorların siyahı tərtib etmişdir və təsdiq edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir və həmin reyestr məhkəmə tərəfindən təsdiq etmişdir. Qeyd olunan reyestrdə Cavabdeh1 tələbi cari hesabında vəsait olmadığı üçün qeyd olunmamışdır. Bundan başqa, cavabdehin Əmanətlərin Sığortalanması Fondu tərəfindən Mərkəzi Banka ödənilməsinə hissəsi və cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Tarverdiyev küçəsi 41 ünvanında 0.01753 ha torpaq sahəsində yerləşən 430 kv.m. fərdi yaşayış evi, Bakı şəhəri, Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 4 ünvanında, 0.02044 ha torpaq sahəsində yerləşən 437,3 kv.m fərdi yaşayış evi, “xxxx” MMC-yə mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanında olan 1,645 ha torpaq sahəsində yerləşən 4.594,3 kv.m. olan əmlak kompleksini Mərkəzi Bankın ipoteka yüklüyündən azad edilməsi barədə qarşılıqlı iddiaya diqqət yetirərək qeyd etmək istəyir ki, cavabdeh banka qeyd etdiyi vəsaitləri ödədiyi halda niyə ona məxsus əmlakların Mərkəzi Bank qarşısında olan yüklülüydən azad edilməsini tələb etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu bildirdi ki, ekspertiza keçirilib, ekspert rəyi ilə razı deyillər. Digər məsələ vəsaitlərin silinməsi ilə bağlıdır. Apellyasiya şikayətində də bu barədə qeyd etmişlər. Hesab nömrələri və təyinatlar fərqlidir. Faktiki olaraq məhkəmə borcu rədd edib. İki dəlilləri var. Birincisi qəbzi, yəni ümumiyyətlə ödəniş edilməni qəbul etmirlər, lakin fərz etsələr ki, ödənilib, axı təyinatları fərqlidir. X4 sədri hazırda həbsdədir. Ödəniş qəbzinə möhür vurulmuş ola bilər, lakin pul ödənilməyə bilər. Pul ödənilmədiyi halda möhür niyə vurulduğunu deyə bilməz. Borc alanlar ayrı-ayrı şəxslərdir. Ödəniş edilsəydi, borc bağlanar, hətta Cavabdeh1 balansında artıq məbləğ olardı. “xxxx” MMC-nin öz hesabı olub və vaxtilə onun hesabına ödənişlər edilib. Deməli belə bir hesab olduğunu biliblər. Həmçinin bu qədər ödəniş edilibsə əmlakı niyə Mərkəzi Bankdan tələb etmir. Məhkəmə iclasında iştirak etmiş, cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyətin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, Cavabdeh1 hər iki müqaviləni özü bağlayıb və pulu da özü götürüb. Pulların hamısını da banka ödəyib. İşə baxılmasının vaxtı və yeri haqqında cavabdeh Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə baxışına gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən və təqdim edilmiş sübutlardan görünür ki, İddiaçıxxxx“X10” MMC arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən “X10” MMC-yə mal-materialların alınması məqsədi ilə illik 8% dərəcəsi ilə faiz ödəmək şərti ilə xx.xx.2015-ci il tarixədək 5.000.000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləni “X10” MMC-nin adından Cavabdeh1 imzalamış və müqavilə üzrə müəyyən edilmiş 5.000.000 manat məbləğində kredit bir neçə ay ərzində hissə-hissə onun tərəfindən məxaric edilmişdir. Tərəflər arasında bağlanmış (müqaviləni “X10” MMC-nin adından cəmiyyətin direktoru X2 imzalamışdır) xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən digər şərtlər qüvvədə qalmaqla, xx.xx.2012-ci il tarixli müqavilə üzrə verilmiş 5.000.000 manat məbləğində kreditin ödəniş müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçıxxxxCavabdeh1 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 mal-materialların alınması məqsədi ilə illik 8% dərəcəsi ilə faiz ödəmək şərti ilə 5.000.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə Cavabdeh1 tərəfindən imzalanmış və müqavilə üzrə müəyyən edilmiş 5.000.000 manat məbləğində kredit xx.xx.2012-ci il tarixdə onun tərəfindən məxaric edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Hazırda da iddiaçı ötən dövr ərzində hər iki müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilmədiyini, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi iki dəfə, yəni xx.xx.2014-cü il tarixdə 400.000 manat və xx.xx.2016-cı il tarixdə 1.000.000 manat məbləğində ödənişin edildiyini, nəticədə həmin müqavilə üzrə “X10” MMC-nin 5.000.000 manat məbləğində əsas, kredit müddətinin sonuna 399.999,97 manat məbləğində faiz, kredit müddətinin sonundan xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablamaqla 390.590 manat məbləğində faiz, 782.775,73 manat məbləğində cərimə, ümumilikdə 6.573.365,57 manat məbləğində borcun yarandığını, xx.xx.2012-ci il tarixli müqavilə üzrə cəmi üç dəfə, yəni xx.xx.2014-cü il tarixdə 400.000 manat, xx.xx.2016-cı il tarixdə 986.666,65 manat və xx.xx.2016-cı il tarixdə 4.500.000 manat məbləğində ödənişin edildiyini, nəticədə həmin müqavilə üzrə Cavabdeh1 500.000 manat məbləğində əsas, kredit müddətinin sonuna 160.111,08 manat məbləğində faiz, kredit müddətinin sonundan xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablamaqla 70.833,33 manat məbləğində faiz, ümumilikdə 730.944,41 manat məbləğində borcun yarandığını iddia edir və bu məbləğlərin ödənilməsini tələb edir. Cavabdehlər iddianı qəbul etmir, hər iki müqavilə üzrə öhdəliyin Cavabdeh1 tərəfindən tam icra edildiyini, hazırda hər hansı məbləğdə borcun qalmadığını, əksinə Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə 1.000.000 manata yaxın vəsaitin artıq ödənildiyini və Bankın ona borcunun olduğunu bildirir. Eyni zamanda, Cavabdeh1 öhdəliklərin icrası qaydasında xx.xx.2016-cı il tarixdə 2.040.000 manat və 1.250.000 manat, xx.xx.2016-cı il tarixdə 1.800.000 manat, xx.xx.2016-cı il tarixdə 1.500.000 manat məbləğində pul ödədiyini bildirir və bu halı təsdiq edən İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmiş kassa mədaxil qəbzləri təqdim edir. İddiaçı bu qəbzləri qəbul etmir, onların İddiaçı ASC-yə məxsus olmadığını, onun möhürü ilə təsdiq edilmədiyini və bankın səlahiyyətli nümayəndələri tərəfindən imzalanmadığını qeyd edir. Həmin qəbzlərdə göstərilən məbləğlərin heç vaxt Bankın kassasına mədaxil edilmədiyini, qəbzlərin saxta olduğunu vurğulayır. Bununla bağlı mülki iş üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 16514 nömrəli ekspert rəyində **********7600000 AZN nömrəli hesaba köçürmək üçün xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 2.040.000 manat məbləğli, xx xxxxxx 2014-cü il tarixli, 3028/KD nömrəli 400.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 1.250.000 manat məbləğli, xx xxxx 2016-cı il tarixli, 1.500.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 1.800.000 manat məbləğli, **********2080000 AZN nömrəli hesaba köçürmək üçün 1294/KD nömrəli, xx xxxxxx 2014-cü i tarixli, 400.000 manat məbləğli qəbzlərdə olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, **********7600000 AZN nömrəli hesaba köçürmək üçün xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 2.040.000 manat məbləğli, xx xxxxxx 2014-cü il tarixli, 3028/KD nömrəli 400.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli, 1.250.000 manat məbləğli, xx xxxx 2016-cı il tarixli, 1.500.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli, 1.800.000 manat məbləğli, **********2080000 AZN nömrəli hesaba köçürmək üçün 1294/KD nömrəli, xx xxxxxx 2014-cü il tarixli, 400.000 manat məbləğli qəbzlərdə olan möhür əkslərinin öz aralarında və ekspertizaya təqdim edilmiş “xxxx” ASC-nın eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etdiyi göstərilmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 16515 nömrəli ekspert rəyinə əsasən **********7600000 AZN nömrəli hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 2.040.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən 0 nömrəli, xx xxxxxx 2016-cı il tarixli, **********7600000 AZN nömrəli hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 1.250.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən 0 nömrəli, xx xxxxxx 2016-cı il tarixli, **********7600000 AZN nömrəli hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 1.800.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən 0 nömrəli, xx xxxxxx 2016-cı il tarixli, **********7600000 nömrəli hesaba köçürmək üçün Cavabdeh1 tərəfindən 1.500.000 manat məbləğində pulun ödənilməsini təsdiq edən 0 nömrəli, xx xxxx 2016-cı il tarixli qəbzlərdə göstərilmiş bu məbləğlərin (2.040.000 manat, 1.250.000 manat, 1.800.000 manat və 1.500.000 manat) İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə ödəniş qismində mədaxil edilmədiyi müəyyən edilmiş, “**********2080000” saylı hesab üzrə aparılmş əməliyyatları özündə əks etdirən hesabdan çıxarış məlumatları tədqiq edilən zaman (i.v 95-96) yuxarıda qeyd olunan ödənişlərin (4 ödənişin) bu hesaba mədaxil edilmədiyi müəyyən edilmiş, Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə banka olan borcu 5.780.000 manat məbləğində, o cümlədən: əsas borc üzrə 5.000.000,0 manat, faiz borcu üzrə 780.000 manat məbləğində müəyyən edilmiş, Cavabdeh1 tərəfindən banka ümumilikdə xx.xx.2015-cı il tarixdən xx.xx.2016-ci il tarixədək 5.486.668,65 manat məbləğində ödəniş aparılmış, aparılmış ödənişin 986.666,65 manatı faiz borcu üzrə, 4.500.000 manatı isə əsas borc üzrə silinmiş, Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə son ödənişin aparıldığı tarixə xx.xx.2016-cı il tarixə banka olan borcu 574.444,5 manat məbləğində, o cümlədən: əsas borc üzrə 500.000 manat, faiz borcu üzrə 74.444,5 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, bu rəydə göstərilmişdir ki, ekspert qarşısında qoyulmuş suallarda qeyd olunan xx.xx.2016-cı il tarixdə 2.040.000 manat, 29.01,2016-cı il tarixdə 1.250.000 manat, xx.xx.2016-cı il tarixdə 1.800.000 manat və 06.2016-cı il tarixdə 1.500.000 manat (ümumilikdə 6.590.000,0 manat) məbləğində ödənişin və hesabdan çıxarışda öz əksini tapmış xx.xx.2014-cü il tarixdə 400.000 manat, 17,06,2016-cı il tarixdə 986.666,7 manat və 4.500.000 manat, (cəmi 5,886.666,7 manat) ümumilikdə 12.476.666,7 manat məbləğində ödənişin aparıldığı müəyyən edilmiş, aparılmış ödənişin 1.258.872,0 manatı faiz borcu üzrə, 5.000.000, manatı isə əsas borc üzrə silinmiş, Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə banka olan borcu 5.780.000 manat məbləğində, o cümlədən: əsas borc üzrə 5.000.000 manat, faiz borcu üzrə 780.000 manat məbləğində müəyyən edilmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək aparılmış ödəişlər nəzərə alındıqda Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli, 155/12 saylı kredit müqaviləsi üzrə banka borcunun qalmadığı, 6.217.794,54 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edilmişdi. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, həm xx.xx.2012-ci il, həm də xx.xx.2012-ci il tarixli müqavilə üzrə kredit məbləği illik 8% dərəcəsi ilə faiz hesablamaq şərti ilə müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixədək ayrılmışdır. Hər iki müqavilənin 2.5-ci bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin “Borc alan” tərəfindən hər ay müqaviləyə müvafiq olaraq həyata keçirilməsi müəyyən edilmişdir. Belə olan halda, müqavilələrin bu bəndinə uyğun olaraq kredit müddətinin sonunadək ayrılmış kredit məbləğindən hər ay qaytarılmalı olan əsas və ödənilməli olan faiz borcu hesablanmalı və aylar üzrə ödənilməli olan əsas və faiz borcu məbləğlərini özündə əks etdirən ödəniş cədvəli tərtib edilməlidir. Məlum olduğu kimi, əsas borc üzrə aparılmış hər ödənişdən sonra əsas borc məbləği azalır, faiz borcu da mövcud olan əsas borca uyğun hesablanır. Bu da öz növbəsində xüsusi qaydada hesablama aparılmaqla (xüsusi biliyə malik olan və xüsusi proqram təminatından istifadə edilməklə) ödəniş cədvəlinin tərtib edilməsini bir mənalı şəkildə zəruri edir. Lakin aparılmış araşdırma zamanı qeyd edilən müqavilələr üzrə ödəniş cədvəllərinin tərtib edilmədiyi müəyyən edilmişdir (xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğinin hissə-hissə, təxminən 5 aya verilməsi isə belə bir cədvəlin tərtib edilməsini ümumiyyətlə qeyri-mümkün edir. Ödənişlərin aparılmasının mövcud vəziyyəti və kredit müddəti çərçivəsində borcun tələb edilməməsi də ödəniş cədvəlinin ümumiyyətlə tərtib edilməməsinə dəlalət edir). Borclu isə belə bir cədvəlin tərtib edilməsi öhdəliyini daşımır. Bu baxımdan hər iki müqavilənin 2.5-ci bəndi qeyri-müəyyənlik yaradır və Mülk Məcəllənin tələbləri baxımından bu şərtin vaxtı ilə müqavilələrə daxil edilməsini təklif etmiş iddiaçının ziyanına təfsir edilməlidir. Bununla belə, yaranmış vəziyyət, o cümlədən tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətləri belə qənaətə gəlməyə imkan verir ki, hər iki müqavilə üzrə cavabdehlər tərəfindən ayrı-ayrılıqda bir ilin sonunda (sonuncu il isə kredit müddətinin bitdiyi tarixdə) yaranmış faiz borcunun ödənilməsi və kredit müddətinin bitdiyi tarixdə əsas kredit borcunun qaytarılması müqavilələrin şərtlərinin pozulması kimi qiymətləndirilə bilməz. Cavabdehlər bu qaydada ödəniş aparmaqda tam haqlıdırlar. Müqavilələrin 2.8-ci bəndinin məzmunu da (xx.xx.2012-ci il tarixli müqavilənin 2.8-ci bəndinə əsasən “Borc alan” tərəfindən bu müqavilənin 1.1-ci bəndində göstərilən “11” dekabr 2015-ci il tarixinədək kreditin və ona “Borc verən” tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda “Borc alan” “Borc verən”ə vaxtı ötmüş borc məbləği üçün illik 16 faiz məbləğində cərimə ödəyir. xx.xx.2012-ci il tarixli müqavilənin 2.8-ci bəndinə əsasən “Borc alan” tərəfindən bu müqavilənin 1.1-ci bəndində göstərilən “27” sentyabr 2015-ci il tarixinədək kreditin və ona “Borc verən” tərəfindən hesablanmış faizlərin məbləğinin tam ödənilməsi pozulduqda “Borc alan” “Borc verən”ə vaxtı ötmüş borc məbləği üçün illik 40 faiz məbləğində cərimə ödəyir.) ödənişlərin məhz qeyd edilən qaydada aparılmalı olmasını özündə ehtiva edir. Belə ki, həmin bəndlərdən də belə qənaətə gəlmək olur ki, vaxtı ötmüş borc yalnız müvafiq olaraq xx.xx.2015-ci il tarixdən və xx.xx.2015-ci il (uzadılma nəzərə alındıqda xx.xx.2017ci il) tarixdən sonra yarana bilər. Başqa sözlə, kredit müqavilələrinin qüvədə olduğu bütün müddət ərzində cavabdehlər ödənişlərin edilməsi müddətlərində və məbləğlərində sərbəstdilər. Bununla belə, məhkəmə sadə riyazi hesablamanı əsas götürüb və faizdən faizin ödənilməsinin yolverilməzliyini nəzərə alıb, hesab edir ki, həm xx.xx.2012-ci il, həm də xx.xx.2012-ci il tarixli müqavilə üzrə ayrı-ayrılıqda hər bir ilin sonu (5.000.000 x 8 / 100 = 400.000) 400.000 manat məbləğində faiz borcu və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdə 5.000.000 manat məbləğində əsas borc ödənilməli idi (məhkəmə belə qənaətə gələrkən ödəniş vəziyyətini də nəzərə alır). İddiaçı tərəfindən hər müqavilə üzrə tələb edilən borc məbləğinə hüquqi qiymət verilməsindən əvvəl cavabdehlər tərəfindən təqdim edilən, lakin iddiaçı tərəfindən saxta sənəd kimi qəbul edilən ödəniş qəbzlərinin həqiqiliyinə hüquqi qiymət verilməsini zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair işlər) İddiaçı həm xx.xx.2012-ci il, həm də xx.xx.2012-ci il tarixli müqavilə üzrə ayrı-ayrılıqda tələb etdiyi borc məbləğinin aparılmış ödənişlər nəzərə alınmaqla hesablandığını iddia edir və bu hesablamalarında ödənişləri əks etdirən kassa mədaxil qəbzlərinə, habelə pulun mədaxil edildiyi hesablardan çıxarış məlumatlarına əsaslanır. Cavabdehlər bu məbləğdə ödənişlərin edilməsini təsdiq edir, eyni zamanda, hər iki müqavilədən irəli gələn öhdəliyin icrası qaydasında, həmçinin xx.xx.2016-cı il tarixdə 2.040.000 manat və 1.250.000 manat, xx.xx.2016-cı il tarixdə 1.800.000 manat və xx.xx.2016-cı il tarixdə 1.500.000 manat məbləğində ödəniş edildiyini bildirirlər və bu halı təsdiq edən kassa mədaxil qəbzlərini təqdim edirlər. İddiaçı bu qəbzlərin həqiqi olduğunu, lakin ödənişləri qəbul edən şəxslərin məsuliyyətsizliyi və səhlənkarlığı səbəbindən hesaba mədaxil edilmədiyini və bunun üçün İddiaçı ASC-nin ödənişləri qəbul edən filialının rəhbərinin, habelə əməkdaşlarının məsuliyyət daşımalı olduğunu bildirmir. İddiaçı ümumiyyətlə cavabdehlərin təqdim etdikləri həmin kassa mədaxil qəbzlərinin İddiaçı ASC-yə məxsus olmadığını, onun möhürü ilə təsdiq edilmədiyini və bankın səlahiyyətli nümüyəndələri tərəfindən imzalanmadığını, bu qəbzlərin saxta olduğunu vurğulayır (iddiaçının mövqeyinə görə qəbzlər bank tərəfindən verilsə idi, orada olan məbləğlər hesaba mədaxil edilərdi). Mülki iş üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019- cu il tarixli, 16514 nömrəli ekspert rəyində **********7600000 AZN nömrəli hesaba köçürmək üçün xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 2.040.000 manat məbləği, xx xxxxxx 2014-cü il tarixli, 3028/KD nömrəli 400.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 1.250.000 manat məbləğli, xx xxxx 2016-cı il tarixli, 1.500.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli 1.800.000 manat məbləğli, **********2080000 AZN nömrəli hesaba köçürmək üçün 1294/KD nömrəli, xx xxxxxx 2014-cü i tarixli, 400.000 manat məbləğli qəbzlərdə olan möhür əkslərinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, **********7600000 AZN nömrəli hesaba köçürmək üçün xx xxxxxx 2016-cıil tarixli, 0 nömrəli 2.040.000 manat məbləğli, xx xxxxxx 2014-cü il tarixli, 3028/KD nömrəli 400.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli, 1.250.000 manat məbləğli, xx xxxx 2016-cı il tarixli, 1.500.000 manat məbləğli, xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli, 1.800.000 manat məbləğli, **********2080000 AZN nömrəli hesaba köçürmək üçün 1294/KD nömrəli, xx xxxxxx 2014-cü il tarixli, 400.000 manat məbləğli qəbzlərdə olan möhür əkslərinin öz aralarında və ekspertizaya təqdim edilmiş İddiaçı ASC-nın eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil etdiyi göstərilmişdir. Beləliklə, iddiaçı qeyd edilən qəbzlərin İddiaçı ASC-yə hər hansı aidiyyətinin olmadığını bildirsə də, hüquqi nəticə etibarı ilə bu halı sübuta yetirə bilmir. Həmin qəbzlərin üzərində olan möhürün və İddiaçı ASC-nin təqdim etdiyi (özünün həqiqi hesab etdiyi) qəbz və digər nümunələr üzərində olan möhürün sərbəst əks nümunəsinin eynilik təşkil etdiyi aparılmış ekspert tədqiqatı ilə sübuta yetir. Ekspert rəyi ilə də razılaşmamaq üçün hər hansı əsas mövcud deyil. Digər tərəfdən möhür adi diyircəkli qələm və ya karandaş kimi ümumi istifadə üçün nəzərdə tutulmuş və ya ortalıqda olan əşya deyil. Onun istifadəsinin məhdud və xüsusi qaydası mövcuddur. Belə ki, Mərkəzi Bankın xx xxxxx 2002-ci il tarixli “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 3.5-ci bəndinə əsasən nağd pul və digər qiymətlilərin qorunması üçün məsul olan və qiymətlilərlə işləyən şəxslər müvafiq möhürlər, plomblar və adlı ştamplar ilə təchiz olunmalıdırlar. Qaydaların 3.6-cı bəndinə əsasən kredit təşkilatlarında olan möhürlər, nağd pul və digər qiymətlilər saxlanılan anbarların açarları, plomblar, klişelər, ştamplar kitabda qeydiyyata alınmalıdır. Qaydaların 3.8-ci bəndinə əsasən isə möhürlər, açarlar, plombirlər, klişelər və adlı ştamplar kitabda imza etdirməklə işçilərə verilir və geri alınır. Qaydaların 3.10-cu bəndinə əsasən iş yerini müvəqqəti tərk edərkən kassirlərin nağd pulu və digər qiymətliləri, açarları, möhürləri, plomirləri, klişeləri, ştampları açıqda, seyfləri və metal şkafları isə açıq şəkildə qoyması qəti qadağandır. Göstərilənlər öz növbəsində möhürün cavabdehlər tərəfindən sərbəst şəkildə və müxtəlif vaxtlarda əldə edilməsini və öz mülahizələrinə əsasən istifadə olunmasını qeyri mümkün edir. Cavabdehlərin şəxsi istifadəsində belə bir möhürün olmasını təsdiq edən hər hansı sübut da mövcud deyil. Bundan başqa, araşdırma zamanı qeyd edilən müqavilələr üzrə cavabdehlər tərəfindən verilmiş nağd pulların mədaxilinin məhz Mərkəzi Bankın xx xxxxx 2002-ci il tarixli “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.2-ci bəndinə uyğun, yəni “nağd pulun mədaxili üçün elan”a (əlavə 4) nümunəsi əsasında həyata keçirildiyi müəyyən edilmişdir. Cavabdehlərə təqdim edilmiş kassa mədaxil qəbzləri Bankın onlardan pulu qəbul etdiyinə dair vermiş olduğu sənəddir və həmin qəbzlərdə vacib olan cavabdehlərin deyil, bankın müvafiq işçilərinin imzasının olmasıdır. Çünki qeyd edilən mədaxil qəbzlərinin cavabdehlərə təqdim edilmiş hissəsi onlarda qalır və bu baxımdan cavabdehlərin üçün önəmli olan həmin qəbzlərdə iddiaçının məsul şəxsinin imzasının olmasıdır. Ən əsası odur ki, cavabdehlərə təqdim edilmiş qəbzlərdə, ödənilmiş vəsaitlərin təyinatı, tarixi, Bankın adı göstərilib və həmin qəbzlərdə Bankın səlahiyyətli şəxslərinin imzası var. Bu imzaların mövcudluğu Bankın qeyd edilən müqavilələr üzrə cavabdehlərdən pul vəsaitinin qəbul etdiyini sübut edir. Belə ki, Bankın möhürü artıq qeyd edildiyi kimi, Bankın hər hansı işçisinə deyil, nağd pulla işləyən və onların qorunmasına məsul olan işçilərinə verilir və bu verilmə ciddi riayət olunan qayda əsasında həyata keçirilir. Bununla belə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16514 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib və rəy üzrə məhkəmə ekspertinin gəldiyi nəticəni əsas götürüb belə qənaətə gəlir ki, İddiaçı ASC-də olan **********7600000 AZN nömrəli hesaba 2.040.000 manat məbləğində pulun mədaxil edilməsini təsdiq edən xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli, 1.250.000 manat məbləğində pulun mədaxil edilməsini təsdiq edən xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli,1.500.000 manat məbləğində pulun mədaxil edilməsini təsdiq edən xx xxxx 2016-cı il tarixli və 1.800.000 manat məbləğində pulun mədaxil edilməsini təsdiq edən xx xxxxxx 2016-cı il tarixli, 0 nömrəli kassa mədaxil qəbzləri İddiaçı ASC-yə aiddir və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir. “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 borcun tutulması” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin tam icra edilmədiyini, cəmi 3 dəfə, yəni xx.xx.2014-cü il tarixdə 400.000 manat, xx.xx.2016-cı il tarixdə 986.666,65 manat və xx.xx.2016-cı il tarixdə 4.500.000 manat məbləğində ödənişin edildiyini bildirir və nəticədə həmin müqavilə üzrə Cavabdeh1 500.000 manat məbləğində əsas, kredit müddətinin sonuna 160.111,08 manat məbləğində faiz, kredit müddətinin sonundan xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablamaqla 70.833,33 manat məbləğində faiz, ümumilikdə 730.944,41 manat məbləğində borcun yarandığını iddia edir və bu məbləğlərin ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, öhdəliyin tam icra edildiyini, hazırda hər hansı məbləğdə borcun qalmadığını, əksinə Bankın ona borcun olduğunu bildirir. Eyni zamanda, Cavabdeh1 öhdəliklərin icrası qaydasında xx.xx.2016cı il tarixdə 2.040.000 manat və 1.250.000 manat, xx.xx.2016-cı il tarixdə 1.800.000 manat, xx.xx.2016-cı il tarixdə 1.500.000 manat məbləğində pul ödədiyini bildirir və bu halı təsdiq edən İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmiş kassa mədaxil qəbzləri təqdim edir. Məhkəmə artıq digər hallarla yanaşı, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16514 nömrəli ekspert rəyini də mötəbər sübut kimi qiymətləndirib və rəy üzrə məhkəmə ekspertinin gəldiyi nəticəni əsas götürüb bu qəbzlərin həqiqi olması qənaətinə gəlmişdir. Lakin bu qəbzlərdə göstərilən məbləğlər hesaba mədaxil edilməmiş və iddiaçı, həmçinin, bu hala istinad edib, bu məbləğdə ödənişlərin edilməsini qəbul etmir. Məhkəmə ekspert bu qəbzlərdə (2.040.000 manat, 1.250.000 manat, 1.800.000 manat və 1.500.000 manat, cəmi 6.590.000,0 manat), habelə iddiaçının təqdim etdiyi qəbzlərdə (400.000 manat, 986.666,7 manat və 4.500.000 manat, cəmi 5,886.666,70 manat) göstərilən məbləğləri nəzərə almaqla apardığı hesablama ilə ümumilikdə 12.476.666,70 manat məbləğində ödənişin aparıldığını, aparılmış ödənişin 1.258.872 manatı hissəsinin faiz borcu üzrə, 5.000.000, manat hissəsinin isə əsas borc üzrə silindiyini, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə banka 5.780.000 manat məbləğində, o cümlədən 5.000.000 manat əsas, 780.000 manat faiz borcunun yarandığını, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə banka borcunun qalmadığını, 6.217.794,54 manat məbləğində artıq ödənişin aparıldığını müəyyən etmiş və bu barədə rəy vermişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, iddiaçının qəbul etmədiyi 4 ədəd qəbzdə göstərilən məbləğlərin hesaba mədaxil edilib-edilməməsinin, habelə bu qəbzlərə mühasib qismində imza edən şəxsin və digər imzanın bu imzaları etməyə səlahiyyətlərinin olub olmamasının yoxlanılması cavabdehlərin vəzifəsi deyil. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 1999-cu il tarixli “Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydaları”nın 1-ci maddəsinə əsasən bank işinin və siyasətinin ümumi strateji istiqamətlərinin, o cümlədən daxili nəzarət sisteminin yaradılması və həyata keçirilməsi, habelə bank əməliyyatlarının düzgün və səmərəli aparılması üçün bankın Müşahidə Şurası və İdarə Heyəti məsuliyyət daşıyır. Bankın Maliyyə-Təftiş komissiyası isə bankın qanunlara, normativ aktlara, habelə bankın özünün siyasətinə və qaydalarına əməl edilməsini təhlil etmək məqsədilə, onun əməliyyatlarının müntəzəm auditinin keçirilməsi üçün məsuliyyət daşıyır. Digər tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 10.19-cu bəndinə əsasən mədaxil kassa əməliyyatları üzrə sənədlər dövriyyəsi elə təşkil edilməlidir ki, müştərilərə qəbzlərin verilməsi və vəsaitin onların hesablarına daxil edilməsi, yalnız faktiki olaraq nağd pul kassaya daxil olduqdan sonra həyata keçirilsin. Qaydaların 10.20-ci bəndinə əsasən əməliyyatçı tərəfindən qəbul olunmuş və ya tərtib edilmiş mədaxil kassa sənədi onun tərəfindən imzalanaraq, kassa jurnalına daxil edilir və kassaya verilir. Bank daxili hesablara daxil etmək üçün bank işçilərindən pulun qəbulu zamanı mədaxil kassa orderi iki nüsxədə yazılır, bunlardan biri qəbzi əvəzedir. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxx 2002-ci il tarixli “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 1.3-cü bəndinə əsasən kredit təşkilatlarının baş mühasibi və ya uçot işlərinə məsul olan şəxs kassa əməliyyatlarının mühasibat balansında (uçotunda) düzgün əks olunmasına məsuliyyət daşıyır. Həmin Qaydaların 13.4-13.5-ci bəndlərinə əsasən Kassa əməliyyatlarına dair bütün sənədlər hər əməliyyat gününün sonunda yığılmalı, dövriyyələr ilə üzləşdirilməli və «günün sənədləri» adlı qovluqda hər gün üçün ayrıca tikilməlidir. Kassa əməliyyatlarına dair «günün sənədləri»nə baş mühasib və xəzinə müdiri imza etməlidir. Həmin Qaydaların 13.7-ci bəndinə əsasən hər bir kredit təşkilatında nağd pul və digər qiymətlilərin uçotunun doğruluğunu təsdiq etmək məqsədi ilə rübdə bir dəfədən az olmayaraq uçot məlumatları qiymətlilərin faktiki qalığları ilə üzləşdirilməlidir. Göründüyü kimi, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə əsasən iddiaçı qeyd edilən 4 ədəd qəbzdə göstərilən məbləğlərin kassaya mədaxil edilməməsini bildirsə də, bu qəbzlərin mövcudluğu artıq onların üzərində göstərilən məbləğlərin kassaya daxi olmasını və məhz bu kassa əməliyyatının nəticəsi olaraq həmin qəbzlərin verilməsini özündə ehtiva edir. Həmin məbləğlərin hesaba mədaxil edilib-edilməməsinin, həmin qəbzləri imzalayan şəxslərin buna səlahiyyətli olub-olmamasının və digər bu kimi məsələlərin yoxlanılması, bu sahədə nəzarətin həyata keçirilməsi bilavasitə Bankın vəzifələrinə aid edilmişdir və Bank həmin işləri görmək üçün təyin etmiş şəxslər tərəfindən həyata keçirilməlidir. Qeyd edilən 4 ədəd kassa mədaxil qəbzində göstərilən məbləğlər (2.040.000 manat, 1.250.000 manat, 1.800.000 manat və 1.500.000 manat, cəmi 6.590.000,0 manat) öhdəliyin icrası qaydasında İddiaçı ASC-yə ödənilmiş, lakin İddiaçı ASC-nin təqsiri üzündən hesaba mədaxil edilməmişdir. Bu səbəbdən nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16514 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib və rəy üzrə məhkəmə ekspertinin gəldiyi nəticəni əsas götürüb, o cümlədən iddiaçının qəbul etmədiyi 2.040.000 manat, 1.250.000 manat, 1.800.000 manat, 1.500.000 manat, cəmi 6.590.000,0 manat məbləğində pulu da öhdəliyin icrası qaydasında aparılmış ödəniş kimi nəzərə alıb, belə qənaətə gəlir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlik, ümumilikdə 6.258.872 manat məbləğində pul ödənilməklə, tam icra edilmişdir. Halbuki, bu müqavilə üzrə ümumilikdə 6.180.000 manat məbləğində pul ödənilməli idi (məhkəmə eksperti tərəfindən kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə 5.780.000 manat borcun yarandığı göstərilmiş, kredit müddəti çərçivəsində isə yalnız 400.000 manat məbləğində ödəniş edilmişdir ki, bu məbləğlərin də cəmi məhz 6.180.000 manat təşkil edir.). Belə bir fərq öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı olmuşdur. Lakin müddət pozuntusu uzun müddətli olmamışdır. Belə ki, kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2015-ci il tarixdə bitməsinə baxmayaraq, bu tarixdən 1 ay 18 gün sonra, yəni xx.xx.2016-cı il tarixdə ümumilikdə 3.290.000 manat (2.040.000 manat və 1.250.000 manat) məbləğində ödəniş edilmişdir. Bu məbləğ də xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə mövcud olan borcun tam ödənilməsi üçün yetərlidir. Bu tarixdən sonra illik 5% dərəcəsi ilə faizin hesablanmasına da hər hansı əsas yoxdur. Başqa sözlə, öhdəlik yol verilmiş gecikmə nəticəsində hesablanmış məbləğlər də qarşılanmaqla tam icra edilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 borc tələb etməkdə haqlı olmamışdır. Həmin müqavilə üzrə hər hansı məbləğdə ödənilməmiş borc qalmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə əsassızdır və rədd edllməlidir. “xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” MMC-dən borcun tutulması” tələbi ilə bağlı qeyd edir ki, iddiaçı həmin müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin tam icra edilmədiyini, cəmi 2 dəfə, yəni xx.xx.2014-cü il tarixdə 400.000 manat və xx.xx.2016-cı il tarixdə 1.000.000 manat məbləğində ödənişin edildiyini, nəticədə həmin müqavilə üzrə “X10” MMC-nin 5.000.000 manat məbləğində əsas, kredit müddətinin sonuna 399.999,97 manat məbləğində faiz, kredit müddətinin sonundan xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablamaqla 390.590 manat məbləğində faiz, 782.775,73 manat məbləğində cərimə, ümumilikdə 6.573.365,57 manat məbləğində borcun yarandığını iddia edir və bu məbləğlərin ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, bu müqavilə üzrə də öhdəliyin Cavabdeh1 tərəfindən tam icra edildiyini, hazırda hər hansı məbləğdə borcun qalmadığını, əksinə Bankın Cavabdeh1 borcunun olduğunu bildirir. Mötəbər sübut kimi qiymətləndirmiş Azərbaycan Respublikas Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16514 nömrəli ekspert rəyinə əsasən xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 6.217.794,54 manat məbləğində artıq ödənişin aparıldığı müəyyən edilmişdir. Halbuki, aydın məsələdir ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə belə bir böyük məbləğ fərqi ilə artıq ödənişin alınması qeyri-mümkündür. Bu anlaşılmazlıq artıq müəyyən edildiyi kimi, birincisi, 6.590.000 manat məbləğində ödənişin nəzərə alınmaması və bunun nəticəsi olaraq hesaba mədaxil edilməməsi, ikincisi bu ödənişləri əks etdirən kassa mədaxil qəbzlərinin üzərində xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə aid hesab nömrəsinin göstərilməsi və “ödəyən” qismində bu müqavilə üzrə krediti qəbul edən şəxs (Cavabdeh1) barədə məlumatların qeyd edilməsi ilə bağlı olmuşdur (bütün ödənişlər nəzərə alındığı təqdirdə mövcud olan borcun ödənilməsi üçün kifayət edən məbləğ tam ödənildikdən sonra Bank tərəfindən borcluya bu barədə məlumat və müvafiq sənəd verilməli, ən azı artıq məbləğ onun hesabında qalıq kimi qalmalı idi). Digər tərəfdən məbləğ etibarı ilə Cavabdeh1 belə bir məbləğlə bağlı diqqətsizliyə və nəticədə hesab səhvinə yol verməsi ağlabatan deyil. Bununla bağlı, məhkəmə vurğulayır ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsini cavabdeh “xxxx” MMC-nin adından məhz digər Cavabdeh1 imzalamış və həmin müqavilə üzrə müəyyən edilmiş 5.000.000 manat pulu da bir neçə ay ərzində, hissə-hissə məhz Cavabdeh1 məxaric etmişdir. Bu müqavilə üzrə iddiaçının qəbul etdiyi 400.000 manat və 1.000.000 manat məbləğində ödənişi də “xxxx” MMC-nin adından məhz Cavabdeh1 həyata keçirmişdir (ödəniş qəbzlərinin üzərində ödəyən şəxs kimi onun adı qeyd edilmişdir). Başqa sözlə, hər iki müqaviləni imzalayan, habelə hər iki müqavilə üzrə həm kredit məbləğini məxaric edən, həm də kredit borcunu ödəyən məhz Cavabdeh1 olmuşdur. Burdan belə qənaətə gəlmək olur ki, xx.xx.2012-ci il tarixli müqavilə üzrə Cavabdeh1 tərəfindən artıq ödəniş kimi göstərilmiş məbləğ həqiqətdə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası qaydasında ödənilmiş məbləğdir. Cavabdeh1 məhz hər iki müqavilə üzrə mövcud olan borc məbləğini hesaba alıb bu ödənişləri etmişdir. Hər bir halda, Cavabdeh1 həmin dövrdə İddiaçı ASC qarşısında hər hansı digər üçüncü müqavilə üzrə öhdəliyinin olması müəyyən edilməmişdir və bu məbləğin, xx.xx.2012-ci il tarixli müqavilə üzrə öhdəliyin icrası təyinatlı olması istisna olmaqla, hər hansı başqa məqsədlər üçün ödənilməsi qənaətinə gəlmək üçün heç bir hüquqi və ya məntiqi əsas yoxdur. Bu səbəbdən məhkəmə qeyd edilən ekspert rəyi üzrə artıq ödəniş kimi göstərilmiş 6.217.794,54 manat məbləğində pulun məhz xx.xx.2012-ci il tarixli müqavilə üzrə öhdəliyin icrası qaydasında ödənilmiş pul kimi qiymətləndirir və hesab edir ki, bu məbləğ xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği müəyyən edilərkən nəzərə alınmalıdır. xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdeh “xxxx” MMC-dən tələb edilən əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, ekspert rəylərini rəhbər tutub, qeyd edir ki, iddiaçı həmin müqavilə üzrə cavabdehin 5.000.000 manat əsas və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə 399.999,97 manat, cəmi 5.399.999,97 manat məbləğində borcunun yarandığını iddia edir. Halbuki, bu müqavilə üzrə ümumilikdə ödənilmiş 1.400.000 manat puldan başqa, ödənilmiş, lakin nəzərə alınmamış 6.217.794,54 manat məbləğində pul da mövcuddur ki, bu məbləğ də məhz bu müqavilə üzrə öhdəliyin icrası qaydasında ödənilmiş məbləğ kimi nəzərə alınmalı və tələb edilən 5.399.999,97 manat məbləğində borcdan silinməlidir. Bu da öz növbəsində iddiaçının iddia tələbini bu hissədə də əsassız edir və rədd edilməsini şərtləndirir. Hüquqi nəticə etibarı ilə hazırda “xxxx” MMC-nin ləğv prosesində olan İddiaçı ASC-yə deyil, ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 borcu yaranmış olur (məhkəmənin bu qənaəti bütün ödənişlərin Cavabdeh1 tərəfindən həyata keçirilməsi ilə bağlıdır). Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı bu tələb üzrə ümumiyyətlə faiz və cərimə borcu və ya əldən çıxmış fayda qismində illik 5% dərəcəsi ilə faiz borcu hesablamaqda və tələb etməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən xx.xx.2012-ci il tarixli müqavilə üzrə kreditin ödəniş müddəti bütün digər şərtlər qüvvədə qalmaqla xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçı tərəfindən nəzərə alınmayan və nəticədə artıq ödəniş kimi göstərilmiş 6.217.794,54 manat məbləğində pulun sonuncu, yəni 1.500.000 manat hissəsi xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Bu səbəbdən məhkəmə bu müqavilə üzrə sonuncu ödəniş, eyni zamanda öhdəliyin tam icrası tarixi kimi məhz xx.xx.2016-cı il tarixi əsas götürür (tarix etibarı ilə Cavabdeh1 tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixə aparılmış, lakin bu məbləğ xx.xx.2012-ci il tarixli müqavilə üzrə mövcud olan borcun silinməsinə yönəlmişdir) və bununla bağlı vurğulayır ki, borcun ödənilməsi üzrə öhdəlik kredit müqaviləsinin qüvvədə olduğu müddətdə icra edilmişdir. İddiaçı isə həmin müqavilənin 2.8-ci bəndinin tələbləri baxımından cərimə borcunu yalnız kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra və yalnız vaxtı ötmüş borc məbləğinə hesablaya bilər (tərəflər arasında xx.xx.2017ci il tarixdə kredit müqaviləsinə 1 saylı əlavəy əsasən kredit müddətinin xx.xx.2017-ci il tarixədək uzadılması, bu tarixə uyğun olaraq müqavilənin 2.8-ci bəndinə də dəyişikliyin edilməsini zəruri etmişdir. Belə bir dəyişikliyin edilməməsinə baxmayaraq, məhkəmə xx.xx.2015-ci il tarixli 1 saylı əlavənin mahiyyətini nəzərə alıb, hesab edir ki, müqavilənin 2.8-ci bəndinin tələblərinə uyğun olaraq cərimə məbləği məhz xx.xx.2017-ci il tarixdən sonra hesablana bilər). Əldən çıxmış fayda qismində illik 5 faiz dərəcəsi ilə faiz borcu da eyniliklə yalnız xx.xx.2017-ci il tarixdən sonra və yalnız mövcud olan əsas borc məbləğinə hesablana bilər xx.xx.2012-ci il tarixli müqavilə üzrə xx.xx.2017-ci il tarixinə vaxtı ötmüş əsas borc məbləği qaldığı təqdirdə belə, iddiaçı əldən çıxmış fayda qismində illik 5 faiz dərəcəsi ilə faiz borcu hesablaya və tələb edə bilməz. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarına əsasən İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Hüquqi nəticə etibarı ilə xx.xx.2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirir. Belə ki, ləğv prosesində olan Bank artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama yalnız xx.xx.2017-ci il tarixinədək aparıla bilər. Lakin həmin vaxt kredit müqaviləsinin müddəti bitməmişdir. İiddiaçı faiz borcunu kredit müqaviləsi üzrə kredit müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixədək hesablamaqda haqlı olmamışdır. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2016-cı il tarixdə tam icra edilmişdir. Bu müqavilənin xx.xx.2012-ci il tarixdə bağlanması, öhdəliyin xx.xx.2016-cı il tarixdə icra edilməsi, müqavilə üzrə kredit məbləğinin 5.000.000 manat, illik faiz dərəcəsinin isə 8 faiz olması, ötən dövr ərzində bu müqavilə üzrə ümumilikdə ödənilmiş 1.400.000 manat pulun faiz borcundan silinməsi, habelə ödəniş qaydası ilə bağlı məhkəmənin qənaəti nəzərə alındıqda, bu müqavilə üzrə xx.xx.2012-ci il tarixdən – xx.xx.2016-cı il tarixədək, yəni 3 il 7 ay 12 gün üçün ümumi faiz borcu (3 il üçün 5.000.000 x 8 / 100 = 400.000 x 3 il = 1.200.000 manat + 7 ay üçün 400.000 /12 x 7 = 233.333,3 manat + 12 gün üçün 400.000 / 12 ay / 30 gün x 12 gün = 13.333 manat, cəmi 1.446.666,3 manat) 1.446.666,3 manat təşkil edir. Bu məbləğ az bir fərqlə iddiaçının ödəniş kimi qəbul etdiyi və faiz borcuna yönəltdiyi 1.400.000 manat məbləğindən çoxdur (46.666,3 manat). Başqa sözlə, öhdəliyin icrası vaxtına yarana biləcək faiz borcu ən çoxu 46.666,3 manat təşkil etmiş olar (reallıqda faiz borcu 1.400.000 manatı ümumiyyətlə keçməyə bilər. Belə ki, ödənişlər 2016-cı ilin yanvar, fevral və iyun aylarında olmuşdur. Bu ödənişlər nəzərə alındığı təqdirdə hər ödənişdən sonra əsas borc məbləği azalmış olur və buna uyğun olaraq az faiz borcu hesablanır) və iddiaçının faiz borcu üzrə 399.999,97 manat tələb edilməsi üçün ümumiyyətlə hər hansı əsas yoxdur. Bununla belə, bu müqavilə üzrə cavabdeh “xxxx” MMC tərəfindən 5.000.000 manat məbləğində əsas və 46.666,3 manat faiz borcu (təxmini hesablama) ödənilməli olduğu halda digər Cavabdeh1 tərəfindən bu müqavilə üzrə 6.217.794,54 manat məbləğində pul ödənilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hazırda İddiaçı ASC-nin Cavabdeh1 1.000.000 manatdan artıq borcu yaranmışdır. İddiaçı ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış kredit müqavilələri, habelə İddiaçı ASC, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Cavabdeh1, habelə “xxxx” MMC arasında bağlanmış sonrakı ipoteka müqavilələri ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı Cavabdeh1 və ya “xxxx” MMC-yə kredit verə bilməz. Kredit məbləği İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankından alınaraq, Cavabdeh1 və “xxxx” MMC-yə ayrıla bilər. Cavabdeh1 və ya “xxxx” MMC-nin mülkiyyətində olan əmlakların təminat qismində çıxış edən İddiaçı ASC ilə Azərbaycan Respublikası Mərkəzi Bankı arasında bağlanmış kredit müqavilələri üzrə ayrılmış kredit məbləğinin və xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə ayrılmış kredit məbləğinin məbləğ baxımından eynilik təşkil etməsi belə qənaətə gəlməyə imkan verir ki, iki müqavilə üzrə ümumilikdə 10.000.000 manat məbləğində kredit İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankından məhz Cavabdeh1 və “xxxx” MMC-yə kredit verilməsi üçün götürülmüş və bu səbəbdən xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Məhz bu kreditin əldə edilməsinə nail olmaq üçün Cavabdeh1 və “xxxx” MMC öz mülkiyyətində olan əmlakları İddiaçı ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında yaranmış 10.000.000 manat öhdəliyi üçün ipoteka ilə yüklü etmişdir. Hər bir halda, Cavabdeh1 və “xxxx” MMC-nin maddi maraq (kredit götürülməsi anlamında) olmadığı və İddiaçı ASC ilə kredit münasibətlərindən başqa hər hansı bir işgüzar və ya digər müqavilə münasibətləri (gəlir əldə etmək anlamında) müəyyən edilmədiyi bir halda, 13.800.000 manat məbləğində dəyəri olan əmlakını İddiaçı ASC-nin öhdəliyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında yüklü etməsi ağlabatan deyil və hər hansı məntiqə sığmır. Belə olan halda, təbii ki, xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə aparılmış ödənişlər İddiaçı ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında yaranmış kredit öhdəliyinin icrasına yönəlməli idi və mövcud vəziyyətdə qeyd edilən kredit müqavilələri üzrə İddiaçı ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında icra edilməmiş öhdəliyi qalmamalı idi. Bu da öz növbəsində həmin öhdəliyin təminatı olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 və “xxxx” MMC-yə məxsus olan əmlakın yüklülükdən azad edilməsi üçün əsas olmalı idi. Lakin həmin əmlakların təminat qismində çıxış etdiyi kredit müqavilələri üzrə İddiaçı ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına 10.000.000 manatdan artıq borcu olduğundan hazırda bu mümkün deyil. Bununla belə, xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərini tam icra etməsinə baxmayaraq, həmin pulun İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməməsi səbəbindən Cavabdeh1 və “xxxx” MMC hələ öz əmlakından da məhrum edilə bilər (İddiaçı ASCnin icra olunmamış öhdəliklərinin təminatı olaraq açıq hərracdan realizə yolu ilə). Nəticə etibarı ilə Cavabdeh1 və “xxxx” MMC müvafiq olaraq xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərini tam icra etmişdilər. Lakin buna baxmayaraq, onlardan İddiaçı ASC tərəfindən ümumilikdə (730.944,41 + 6.573.365,57=7.304.309,98) 7.304.309,98 manat məbləğində pul tələb edilir, 13.800.000 manat ümumi dəyəri olan əmlakları isə İddiaçı ASC-nin icra olunmamış öhdəliklərinin təminatı olaraq əllərindən çıxmaq üzrədir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğvi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı Cavabdeh1 kredit borcu üzrə banka 3 dəfə, cəmi 5.868.666,55 AZN ödədiyini, hazırda banka cəmi 730.944,41 manat borcunun qaldığını, “xxxx” MMC-nin isə ilk ödəniş - xx.xx.2014-ci il tarixdə - 400.000 AZN (faiz borcuna silinib); son ödəniş xx.xx.2016-cı il tarixdə - 1.000.000 AZN (carı hesabda olan 36.148,22 AZN pul ilə birlikdə, cəmi 1.036.148,22 manat məbləğində vəsait faiz borcuna silinmişdir)ödədiyini, bu ödənişlərdən başqa cavabdehlərin hesabına kreditlər üzrə digər ödənişlər daxil olmadığını göstərsə də, bu dəlil qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Çünki, iddiaçı qəbul etməsə də Cavabdeh1 öhdəliklərin icrası qaydasında xx.xx.2016-cı il tarixdə 2.040.000 manat və 1.250.000 manat, xx.xx.2016-cı il tarixdə 1.800.000 manat, xx.xx.2016-cı il tarixdə 1.500.000 manat, cəmi 6.590.000,0 manat, habelə iddiaçının etiraf etdiyi qəbzlərdə (400.000 manat, 986.666,7 manat və 4.500.000 manat, cəmi 5,886.666,70 manat) göstərilən məbləğləri nəzərə alınmaqla ümumilikdə 12.476.666,70 manat ödəniş etmişdir. Bu hal, eləcə də 6.217.794,54 manat artıq ödənişin aparıldığı iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq və sənədlərin texniki ekspertizalarının rəyləri ilə də təsdiq olunmuşdur. İkincisi, iddiaçı İsfəndiyar Axundovun hesabına heç bir vaxt bu məbləğlərdə vəsaitlər daxil olmadığını və cari hesabın çıxarışında öz əksini tapmadığını, heç vaxt Cavabdeh1 hesabından qeyd olunan vəsaitlər digər borclu “xxxx”xxxx“xxxx” MMC-nin krediti üzrə silinmədiyini, həmin vəsaitlərin “xxxx” MMC-nin hesabına köçürülməsi barədə ödəniş tapşırığı və ya digər sənəd təqdim etmədiyini göstərsə də bu dəlillər də açıq-aşkar əsassızdır və iddianın əsaslılığına dəlalət etmir. Çünki, göstərilən hərəkətlər bankın səlahiyyətli şəxslərinin bilavasitə yerinə yetirməli olduqları işlərdir. Bu məsələlərin cavabdehlərə heç bir dəxli yoxdur. Yetər ki, bank tərəfindən cavabdehə ödənişlərin edildiyinə dair bankın möhürü ilə təsdiq edilmş, bankın mədaxil qəbzi verilsin. Bundan sonra bank səlahiyyətliləri həmin vəsaiti təyinatı üzrə cavabdehlərin hesabına daxil edib kredit borclarına silməli idi. Bu vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyəti cavabdehlər deyil, bank əməkdaşları daşımalıdır. İddiaçının həmin qəbzlərin saxta olmasını nəyə əsasən bəyan etməsi də aydın deyil. Çünki, qeyd olunan qəbzlərin bankın möhürü ilə təsdiq edilməsi iş üzrə keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. İddiaçı tərəf bu rəyi mübahisələndirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərdə vəsaitlərin banka ödəyən kimi Cavabdeh1 qeyd olunması da qanunla qadağan edilməmişdir. Çünki, “xxxx” MMC-nin adından krediti qəbul edən şəxs də Cavabdeh1 olmuşdur. Cavabdehlərin bankda olan carı hesabları, rekvizitlərin fərqli olması da ödənilən vəsaitin “xxxx”xxxx“xxxx” MMC-yə heç bir aidiyyəti olmaması da əsassız dəlillərdir. Əks halda iddiaçı bank tərəfindən həmin qəbzlərdə göstərilən məbləğlərin “xxxx” MMC-yə aidiyyəti yox idisə bu məbləğlərin banka niyə ödənildiyinə və bankın nəyə görə ödəniş qəbzi verməsinə də aydınlıq gətirməlidir. Üçüncüsü, iş üzrə yeni mühasibatlıq ekspertizası keçirilməsinin zərurəti və əsası göstərilməlidir. İddiaçı şikayətində bunu bir cümlə ilə ifadə etmişdir. Apellyasiya baxışı zamanı nümayəndəsi də xüsusi bilik tələb olunan hansı yeni sualları izah etməyə ehtiyac yarandığını göstərməmişdir. Həm şikayətin məzmunundan, həm də iddiaçının nümayəndəsinin izahatından bəlli olur ki, iddiaçı yalnız ödəniş qəbzlərində olan məbləğlərin banka daxil olmadığını və bununla da cavabdehlərin hesabına daxil edilib silinmədiyini mübahisələndirir. Əlbətdə ki, bu da məhkəmə mühasibatlıq ekspertizasının predmeti ilə deyil, daha çox sənədlərin texniki ekspertizasının keçirilməsi ilə bağlı məsələdir ki, qeyd olunduğu kimi iddiaçı iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının rəyini mübahisələndirməmişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsində alınmış ekspert rəylərinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, bu rəylərin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Dördüncüsü, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəinin xx xxxxxx 2021-ci il tarixli, ********* nömrəli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayon məhkəməsi tərəfindən iddiaçı Ləğv prosesində olan “İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə baxılarkən Ləğv prosesində olan İddiaçı ASC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması üçün iş üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli 2(011)-168/2020 nömrəli xüsusi qərardad hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin xüsusi qərardad Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarına əlavə edilərək araşdırılmışdır. İddiaçı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş X7 faktiki olaraq Cavabdeh1 məxsus olmaqla direktoru X2 olan “xxxx” MMC-nin adına xx.xx.2012-ci il tarixli 120/12 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat məbləğində pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyd edilən əməl nəticəsində Cavabdeh1 maddi ziyan dəydiyindən xx.xx.2020-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdə verilmiş 5.000.000 manat kreditin istifadə müddətində 4.500.000 manat əsas, 1.386.666,65 manat hesablanmış faizlər ödənildiyindən bu halda sonuncuya qarşı hər hansı bir cinayətin törədilməsi faktı öz təsdiqini tapmamışdır. Cavabdeh1 zərərçəkmiş şəxs qismində iştirak etdiyi X3 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə baxılması üçün xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, cinayət mühakimə icraatı üzrə aparılan istintaqla da İddiaçı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş X7 faktiki olaraq Cavabdeh1 məxsus olmaqla direktoru X2 olan “xxxx” MMC-nin adına xx.xx.2012-ci il tarixli 120/12 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat məbləğində pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və qeyd edilən əməl nəticəsində Cavabdeh1 maddi ziyan dəydiyi sübuta yetirildiyindən sonuncu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu fakt bir daha onu təsdiq edir ki, cavabdeh “xxxx” MMC-nin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə aldığı yaxud almalı olduğu və ya qaytarılmış kredit məbləği məhz bankın vəzifəli şəxsləri tərəfindən istifadə olunmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-168/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar