Məhkəmə qərarları › İş №2(103)-1856/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1856/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1856/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(001)-6621/2022 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 may 2015-ci il tarixli, RK/22677/51/23 saylı müqaviləyə əsasən 6344,84 manat əsas, 208,24 manat faiz, cəmi 6553,08 manat borcun və 86 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6621/2022 saylı qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6621/2022 saylı qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehX4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 6621/2022 saylıqərardadından İddiaçı ASC tərəfindən verilmişşikayət məhkəmənin 16 yanvar 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayətiş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2016-cı il tarixli əmr icraatı və hazırkı iddia icraatının tərəfləri və əsası eyni deyildir. Əvvəlki işdə cavabdeh Rauf Məmmədov idisə, hazırda Məmmədov Ayxandır. Əvvəlki tələbin əsası kredit müqaviləsi idisə, vərəsəyə qarşı hazırkı tələbin əsası müqavilə ilə yanaşı, həm də vərəsəlik hüququ haqqında Mülki Məcəllənin normalarıdır. Digər tərəfdən xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə icra icraatına xx.xx.2017-ci il tarixdə Binəqədi Rayon İcra şöbəsi tərəfindən borclunun ölməsi əsası ilə xitam verilmişdir. Yəni hazırda həmin məhkəmə əmri üzrə heç bir icraat aparılmır və Bankın həmin əmrə əsaslanaraq borcu tələb etmək imkanı yoxdur. MPM-in 233-cü maddəsinə əsasən hazırkı işə xitam verilməsi qanunsuzdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-cü il tarixli, 2(001)-6621/2022 saylı qərardadı ləğv edilməli, mülki iş materialları işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-15023/2016 saylı məhkəmə əmrinə əsasən borclular X2 və Cavabdeh2 13 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 7030,29 manat məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Hazırda İddiaçı ASC həmin kredit müqaviləsi üzrə borclu X3 qanun üzrə vərəsəsi olan Cavabdeh1 6344.84 manat əsas, 208.24 manat faiz, cəmi 6553.08 manat borcun və 86 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsini tələb edir. Göründüyü kimi iddiaçı eyni tələblə, eyni predmet barəsində, eyni şəxsə qarşı təkrarən məhkəməyə müraciət etmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Şöbəsinin 01 may 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Qərarı ilə borcu X5 aid hissədə Binəqədi Rayon Məhkəməsinin 2(001)-15023/16 saylı, 19 oktyabr 2016-cı il tarixli məhkəmə əmri üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli məhkəmə əmri üzrə icra icraatına xitam verildiyindən məhkəmənin həmin əmrə istinad edərək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə işin icraatına xitam verilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Kollegiya hesab edir ki, prosessual hüquq normasının tələblərinə düzgün riayət edilmədiyindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(001)-6621/2022 saylı qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(001)-6621/2022 saylı qərardadı edilsin. İşə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar