Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1857/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmmməd oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1897/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 58 saylı icarə müqaviləsinə əsasən Cavabdeh İddiaçı “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür.
2. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-66 saylı “X3nə” əsasən AZƏRMAŞ” MMC “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD130750 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA044773, ağ rəngli avtomobil İddiaçı lizinqə verilmişdir.
3. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-66 saylı “X3nə” ödəniş cədvəlinə əsasən iddiaçı hər ay 383,99 manat ödəməyi öz öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AL-66 saylı “X3nə” 1 saylı əlavəyə əsasən əmlakın ümumi dəyəri 13800,0 manat təşkil edib.
5. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur.
6. İş materiallarında olan 050455 saylı nəqliyyat vasitəsinin zədələnməsi haqqında arayışdan görünür ki, RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsindən zədə almışdır.
7. İş materiallarında olan RS Avtoservis tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktın sürətindən görünür ki, RAVON NEXİA R3 MİNİK” markalı, 90- PN-370 dövlət qeydiyyat nişanlı avtomobilə 5658,0 manat məbləğində zərər vurulmuşdur.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/2209 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5067,0 manat müəyyən edilir. “Rəyə əlavə olunan bildirişə əsasən ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir.”
9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/5950/2023 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2021- ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5067,0 manat müəyyən edilir.
10. İş materiallarında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Qüsur aktı” olmadığından tədqiqat aparmaq mümkün olmadı. Məhkəmə-əmtəşünaslıq səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmadı. “Rəyə əlavə olunan bildirişə əsasən ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir.”
11. İş materiallarında olan ĞLM seriyalı, 484444 nömrəli, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, “RS Servis”-ə ehtiyat hissələrinə görə 3923 manat, zəhmət haqqına görə 1735 manat, cəmi 5658 manat ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 30 dekabr 2017-ci il tarixli AL-66 saylı “X3” əsasında lizinqə verilmiş “RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD130750 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA044773, ağ rəngli avtomobil etibamamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev prospektində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur və 23 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-cmaddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 5658 (beş min altı yüz əlli səkkiz) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 5658 (beş min altı yüz əlli səkkiz) manat zərər dəymişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi 23 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdehə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Lakin cavabdeh yuxarxla qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 5658,0 manat borcun, 40,0 manat cərimə, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5876,0 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. Daha sonra İddiaçı Məmmməd oğlunun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini dəqiqləşdirərək, Cavabdeh 5067,0 manat borcun, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5245,0 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(003)- 750/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 9/2209 saylı rəyə əsasən RAVON NEXİA R3 MİNİK” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5067,0 manat təşkil etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-750/2022 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
16. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-750/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və həmin işi təzələnərək mahiyyəti üzrə baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2(003)-1897/2023 saylı qərardadı ilə Ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-750/2022 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1897/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Emin Məmmədli) ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 5067,0 manat borcun, 78,0 manat məbləğində dövlət rüsumu, 100,0 manat məbləğində xidmət haqqı, ümumilikdə 5245,0 manat tutularaq İddiaçı Məmmməd oğluna ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7, 103.1, 107, 115.0.5, 119.2, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilə cavabdeh tərəfindən həqiqətən ziyan vurulması inkar edilmir. Lakin avtomobilə vurulmuş ziyanın məbləği həddən artıq şişirdilmişdir. Hər iki ekspertiza səthi aparılmışdır. Prosessual qaydalara riayət edilmədən RS Avtoservis tərəfindən verilən qüsur aktı ilə nöqtə, vergülünə eynilik təşkil edir. Belə ki, avtomobil özü ekspertizaya təqdim edilməmiş, ümumiyyətlə avtomobil üçün tərtib edilmiş qüsur aktına nəzər yetirdikdə göstərilən ehtiyat hissələrinin hamısının yeniləri ilə əvəz olunması göstərilmişdir. Lakin həqiqətən də bu göstərilən hissələrin avtomobildə dəyişilib-dəyişilmədiyini təsdiqləyən hər hansı bir mötəbər sübut yoxdur. Bundan əlavə təmir bərpa işlərinə çəkilən zəhmət haqqı da real qiymətləri əks etdirmir. Belə ki ideal vəziyyətdə olan eyni markalı avtomobilin bazar qiyməti 10.000 AZN təşkiledir. Bütün bunları nəzərə aldıqda qeyd edilən avtomobil tamamilə yararsız halda olmalı idi. Lakin baş vermiş qəza yuxarıda sadalanmış ehtiyat hissələrinə ziyan verəcək qədər ağır olmamışdır. Cavabdeh qeyd edilən edilən məbləğin həqiqətən ödənilib-ödənilmədiyi barədə məsələ qaldırdıqdan sonra qarşı tərəf məhkəməyə pulun ödənilməsi barədə xx.xx.2021-ci il tarixli , ĞLM seriyalı 484444 nömrəli Mədaxil qəbzinin kötüyünü təqdim etmişdir. Halbuki, bu sübut növü birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi . Bu sübut təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Bundan əlavə məhkəməyə həmin qəbzin doğruluğunun şübhə altında olduğunu bildirilsə də, bu məsələ məhkəmə tərəfindən araşdırılmadı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23. Maddə 14.2.6. mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
24. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2 zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, cavabdehin nümayəndəsi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1897/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Kollegiya ilk növbədə qeyd edir ki, hadisənin baş verməsi və cavabdeh tərəfindən iddiaçının avtomobilinə maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən hal avtomobilə dəymiş ziyanın məbləği ilə bağlıdır.
42. Kollegiya qeyd edir ki, iş üzrə təyin edilmiş hər iki məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərindən aydın olur ki, 2017-ci il buraxılışlı, RAVON NEXİA R3 MİNİK” markalı, 90- PN-370 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 5067,0 manat müəyyən olunmuşdur.
43. Kollegiya bildirir ki, ekspert rəyi digər sübutlarla birlikdə qiymətləndirilməklə, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən hesablamanın əsasını təşkil etmişdir. Belə ki bu qənaətə gələrkən məhkəmə nəzərə almışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddia tələbi təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 5067 manat vurulmuş maddi ziyanın əvəzi hesab olunmaqla, ümumilikdə 5245 manat məbləğində pul tutulmuşdur.
44. Kollegiya apellyasiya şikayətinin dəlili olan ekspertiza nəticəsinin düzgün olmamasına münasibətdə bildirir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/2209 saylı, xx.xx.2022-ci il tarixli və 3-16-16/2-9/5950/2023 saylı, xx.xx.2023-cü il tarixli rəylərin obyektivliyinə şübhə yaradacaq hallar mövcud deyildir və təkzib edəcək sübut təqdim edilməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri, hüquqi xidmət müqaviləsinə görə xidmət haqqı cavabdehdən tutulmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1897/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.