Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1858/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2239/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İB Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4196,40 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4226,40 manat pulun məcburi qaydada İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı” İstehsalat Birliyi xx.xx.2017-ci il tarixli, 09/15798 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00440 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1502AZ**********56 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X5nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 907,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 584,80 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 926,40 manat, xx.xx.2018-ci tarixli ******* saylı akt əsasında 153,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 202,40 manat, xx.xx.2018-ci il tarixli, ******* ssylı akt əsasında 288 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115, 20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115, 20 manat, xx.xx.2018-ci il tarixli 017786 saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarili ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.60 manat xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli, 02125390 saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi 4196,40 manat İddiaçınə ziyan dəymişdir.(aktlarişəəlavəedilir) İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş satlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4196,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir).Cavabdehə Birliyin işçiləri tərəfindən 4196,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2239/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsiylə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2239/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 09/15798 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilənin surətindən görünür ki, İddiaçı İB (paylayıcı) müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh (istehlakçı) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli abonentin saldosunda (abonentin kodu **********00440) dəymiş ziyan hesablanaraq, 2017-ci il üçün 7460 m3, 2018-ci il üçün 11884 m3, 2019-cu il üçün isə 5004 m3 qaz sərfinin olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli GPG 15016856 Smart Sayğaclı abonentin çıxarış vərəqəsindən görünür ki, Cavabdeh oğlunun qazdan istifadə ilə bağlı 3523,2 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan0112081 nömrəli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı Cavabdeh Qaradağ rayonu, Qobustan qəsəbəsi 2-ci massivdə sayğacsız (qeydiyyatsız) istifadə edildiyi qeyd olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2018-ci il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə “X5”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 1008 m3 təbii qazın sərfi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə “X5”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 1008 m3 təbii qazın sərfi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə “X5”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 1008 m3 təbii qazın sərfi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan xx xxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə “X5”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və 324 m3 təbii qazın sərfi hesablanmışdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, istehlakçı X6 rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı binada qaz xəttinə sayğacdan kənar istifadə aşkar olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24522 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı yaşayış evinə baxış zamanı İddiaçı İB-nə məxsus payıayıcı qaz xəttindən yaşayış evinə doğru çəkilərək istifadə olunan sayğacdan kənar hər hansı qoşulma aşkar edilməmişdir. Paylayıcı qaz xəttinə birləşdirilməklə evin Cavabdeh yaşadığı hissəsinə doğru çəkilərək istidadəsiz saxlanılmış xətt vasitəsilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilib-edilməməsi. etdiyi halda hanl müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən həll edilə bilər. Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massiv 44 saylı yaşayış evinə İddiaçı” İB-nə məxsus qaz xəttinin sayğaca qədər olan hissəsindən hər hansı kənar qoşulma halı aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin X5nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3cü, həmin Qərarla təsdiq olunmuş «X5»nın (bundan sonra – Qaydalar) 2.1, 4.2, 6 və 6.5ci bəndlərini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Yaranmış vəziyyətdə cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı cavabdehə məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2239/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2239/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1858/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1858/2020
05.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver