Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1879/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar "xxxx" QSC-nin rəsmi saytı vasitəsilə 30 sentyabr 2022-ci ildə (uçuşdan 3 ay əvvəl) "xxxx" QSC ilə aviadaşıma müqaviləsi bağlayaraq, 01 yanvar 2023-cü il tarixdə "xxxx" QSC-nin Buta Airways Aviaşirkətinin Ər-Riyad Bakı marşurutu üzrə J2 9203 nömrəli reysinə iki aviabilet əldə etmişdir.
2. Dekabr ayının 31-dən yanvar ayının 15-dək olan dövrdə, sərnişin sayının olmadığı və iqtisadi baxımdan məqsədəuyğun olmadığını nəzərə alaraq 2022-ci il noyabrın 16-da Bakı Ər Riyad marşurutu üzrə bəzi reyslərə, o cümlədən iddiaçıların aldığı reysə aviabiletlərin satışının dayandırılması və reyslərin ləğv edilməsi barədə qərar qəbul olunub.
3. İddiaçılar Bakıya qayıtmaq üçün aviabiletlərə görə 722.49 ABŞ dolları və baqaja görə 69.63 ABŞ dolları ödəniş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"ASC-dən reysin ləğvi ilə əlaqədar dəymiş zərərin yəni aviabiletlərə görə 722.49 ABŞ dolları və baqaja görə 69.63 ABŞ dolları, cəmi 792.12 ABŞ dolları və ödənilmiş 34 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində o və həyat yoldaşı X1 Ərəbistanından Ümrə ziyarətindən Azərbaycana dönmək üçün hava limanında olarkən saat 15:35-ə olan ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv olunduğu məlum olmuşdur. Daşıyıcı AZAL ilə əlaqə saxlamaq istəsələr də bu mümkün olmamış və onlara heç bir yardım göstərilməmişdir. Nəticədə onlar uzun müddət hava limanında qalmış və ləğv olunmuş reysin yerinə öz vəsaitləri hesabına iki nəfərə görə əlavə 804 ABŞ dollar ödəməklə FlyNas avişirkətindən aviabiletlər əldə etmək məcburiyyətində qalmışlar. Qeyd etmişdir ki, onlar aviabiletləri iki ay əvvəl AVİASALES vasitəsi ilə əldə etmiş və həmin avia biletlərlə də Səudiyyə Ərəbistana getmişlərdir. Geri dönərkən AZAL QSC-nin tərkibində fəaliyyət göstərən BUTA Aviaşirkəti ilə gəlməli olsalar da ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv edildiyi məlum olmuşdur. Lakin, aviaşirkətdən bu barədə onlara hər hansı rəsmi və ya şifahi məlumat daxil olmamışdır. Cavabdeh onlara ən azı aviabiletlərin pulunu geri qaytarmalı olsa da, sonradan heç bir ödəniş edilməyəcəyini rəsmi məktubla bildirmişdir. Beləliklə, sözü gedən hadisə nəticəsində onlara maddi və mənəvi zərər dəymişdir. Beynəlxalq aviadaşıma qaydalarına müvafiq olaraq, avia bilet daşıyıcı ilə sərnişin arasındakı müqavilə hesab olmuş və reys ləğv olunduğu halda müqavilə tərəfinə dəymiş zərər tam olaraq ödənilməli və ya ona hər aviabiletə görə 600 AVRO kompensasiya verilməlidir. Bu barədə AZAL və BUTA aviaşirkətinə e-mail vasitəsi ilə əlaqə saxlanılmış, heç bir cavab daxil olmamışdır. Bundan sonra dəfələrlə rəsmi müraciət olunsa da, müraciətlərinə cavab verilməmişdir. xx.xx.2023- cü il tarixli müraciətinə cavabdeh AZAL QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna müsbət cavab verilməmişdir. Göründüyü kimi, cavabdehin kompensasiyanın ödənilməsindən imtinasını özünü müdafiə xarakteri daşımaqla absurd, əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, reysin ləğv olunması barədə hansısa saytda yerləşdirmişdir. Halbuki bu, sərnişinlərin lazımı qaydada məlumatlandırılması anlamına gəlmir. Cavabdeh həmçinin reysin ləğvini deyil, reysin təxirə salınması və ya vaxtının dəyişdirilməsinə istinad etməklə yanlışlığa yol vermişdir. Cavabehin imtinasından aydın olur ki, o, hətta aviabiletə görə ödənilmiş pulu belə qaytarmaqdan imtina edir. Qeyd etmişdir ki, beynəlxalq sərnişin aviadaşınmaları cavabdehin də üzvü olduğu İCAO (X6 Organization) və İATA (X2 Agency) qaydalarına əsasən həyata keçirilir. Həmin qaydalara əsasən reysin ləğvi zamanı sərnişinə dəymiş zərəri tam ödənilməli və ya adam başına aviabiletin qiymətindən aslı olmayaraq, 600 AVRO kompensasiya ödənilməlidir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı2 tələbinə dair hissədə baxılmamış saxlanmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh "xxxx" QSCyə qarşı zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, KİWİ.com saytından əldə etdikləri billetlərlə xx.xx.2023-cü il tarixində iddiaçı və həyat yoldaşı X5 ziyarətindən Azərbaycana dönmək üçün hava limanında olarkən Ər-Riad-Bakı reysinin ləğv olunduğu məlum olmuşdur. Sonradan FlyNas aviaşirkətindən aviabiletlər əldə etmək məcburiyyətində qalmışlar və nəticədə 792.12 ABŞ dolları ödəniş etmişlər. İddiaçının elektron poçt ünvanına cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə ƏrRiad-Bakı reysinin ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı həmin elektron poçt ünvanının ona məxsus olmadığını bildirsədə, KİWİ.com saytında biletlər sifariş edilərkən saytın qaydalarına uyğun, sifarişçinin məlumatı kimi, İddiaçı1 əlaqə məlumatı olaraq (Elektron ünvan 1) ünvanı və +994 ********* mobil nömrəsi qeyd edilmişdir. İddiaçının tələbində göstərilən hal ləngimə deyil, ləğvetmə olduğundan, bu münasibətlərin tənzimlənməsi Konvensiyasının tətbiq dairəsindən kənardadır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" QSC iddia tələbinin əsasını təşkil edən reysin ləğv edilməsinə görə dəymiş zərərlə bağlı məsuliyyət daşımır. Belə ki, reysin ləğv edilməsi barədə sərnişinə öncədən xəbərdarlıq məktubu göndərmiş, biletlərin alındığı yerdə qaytarılması təklif edilmişdir. İş materiallarından görünür ki, “Buta Airways” aviaşirkətindən vasitəçi yolu ilə bilet əldə edilərkən öz əlaqə məlumatları kimi qeyd etdiyi elektron poçt ünvanına reysin ləğvi barədə İddiaçı1 xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. İddiaçı isə həmin elektron poçt ünvanın ona aid olmadığını, onun tərəfindən, onun üçün və ya onun tapşırığı ilə qeyd edilmədiyini sübut etmək üçün hər hansı bir məlumat və material təqdim edə bilməmişdir. Məhkəmə iclası zamanı iddiaçı KİWİ.com tətbiqində “Elektron ünvan 2” adına yaradılmış elektron ünvanı nümayiş etdirmiş, həmin ünvana da reysin son günə gədər güvvədə olmasını bildirən məlumatların ona gəldiyini göstərmişdir. Lakin, bu ünvanın bilet əldə edərkən nə səbəbdən qeyd olunmadığı sualı cavablandırılmamışdır. Cavabdeh "xxxx" QSC öz tərəfindən ona sərnişinlərə məxsus olmasını qeydiyyatla təsdiq edən elektron poçt ünvanına müvafiq qaydada məlumat verməsi ilə öhdəliyinə düşən hərəkətləri yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh ehtiyyatlılıq göstərərək sərnişinin mobil nömrəsinə də məlumat göndərə bilərdi. Belə ehtiyyatlılığın göstərilməməsi səbəbini cavabdeh ləğv olunmuş reys barəsində digər sərnişinlərin də elekrton poçt vasitəsi ilə məlumat verildiyini və problemlərin yaranmadığı ilə izah etməyə çalışdı. Lakin qeyd olunanlar, iddiaçını bilet əldə edərkən şəxsi məlumatlarının doğru əks olunduğunu və ya ümumiyyətlə qeyd olunmadığını yoxlamaq vəzifəsindən azad etmir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 Flynas aviaşirkəti vasitəsi ilə yanaşı o cümlədən əvvəl əldə etdiyi biletlərin (KİWİ.com saytı vasitəsi ilə) dəyərini tələb etmək hüququ da var. Cavabdeh qurum tərəfindən ödənilmiş biletlərin dəyərinin qaytarılması barədə ona təklif göndərilsə də, iddiaçı bu təklifə qarşılıq vermədən məhkəməyə müraciət etmişdir. İddiaçı1 Ər-Riad- Bakı reysinin ləğvi ilə əlaqədar ona vurulmuş maddi ziyanla bağlı məhkəmə müdafiəsi hüququna malik olsa belə, maddi ziyanın əvəzini iddiada qeyd edilən kontekstdə tələb etməkdə haqlı olmamışdır buna görə iddia təmin edilə bilməz.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 sentyabr 2014cü il tarixli, 1022-İVQ nömrəli qanunla təsdiqlənmiş 1999-cu il tarixli «Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiyaya, Mülki Məcəlləsinin 385.1, 386.1, 842.1, 842.2, 847.1, 847.2-ci maddələri, “Buta Airways” sərnişin aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları”na, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 80, 81, 216-220 və 360cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(001)-5203/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehin onları reysin ləği ilə bağlı qabaqcadan məlumatlandığını qeyd etsə də bu barədə məhkəmədə hər hansı sübut olmamış, cavabdehin sərnişinə qabaqcadan məlumat vermək vəzifəsi daşıdığını və həmin vəzifənin cavabdeh tərəfindən kobud pozulduğunu, nəticədə onlara maddi zərər dəydiyinə düzgün qiymət verməmişdir. Məhkəmə cavabdehin agentliyin təqdim etdiyi naməlum elektron ünvana məktub göndərməsi ilə kifayətlənmiş, cavabdehin həmin məktubun sərnişinə çatdırılması barədə təsdiq sənədinin və ya hər hansı sübutunun olmamasına isə məhəl qoymamış və nəticədə iş üzrə yalnış nəticəyə gəlmişdir. Bununla məhkəmə cavabdehi maddi məsuliyyətdən qanunsuz azad etmişdir. Halbuki, cavadbeh agentliyə deyil müqavilə tərəfi olan sərnişinə reysin ləğvi ilə bağlı qabaqcadan məlumat vermək vəzifəsi daşıyır və cavabdeh ona məlumat verməsini məhkəmədə sübut edə bilməmişdir. Məhkəmə qanunsuz və əsassız olaraq, digər İddiaçı2 iddiasını məhkəmənin sonuncu baxış iclasında baxılmamış saxlamaqla işə qarşı nə qədər qərəzli olduğunu bir daha göstərmişdir. Belə ki, işdəki sənədlərdən aydın görünür ki, məhkəmə ən azı on dəfə baş tutmuş məhkəmə digər İddiaçı2 məhkəmə iclasslarının onun işitirakı olmadan keçirilməsini mümkün hesab etmiş, proses iştirakçıları da buna heç bir etiraz etməmiş, məhkəmə onun iddiasının iki dəfə təkrar gəlmədiyi halda baxılmamış saxlamamış onun prosessual şəxs kimi vəsatətlərinə və etirazlarına baxmış, təmin edərək qərardadlar çıxarmışdır. Onu elektron sistemə məhkəmənin məhkəmə baxışı zamanı daxil etməklə onun hüquqlarını məhdudlaşdırmış sonda isə iddia tələbi birgə verilsə də onun iddiasını baxılmamış saxlamış əslində isə məqsədi iddia tələbini ümumiyyətlə rədd etmək olmuşdur. İşdəki sübutlardan aydın görünür ki, cavabdeh reysin ləğv ilə bağlı onlara iddiaçılara deyil vasitəçi agentliyin bronda göstərdiyi emailə məlumat verdiyini bildirmişdir. Halbuki, cavabdeh agentliyin deyil sərnişinin qarşısında məsuliyyət daşıyır və cavabdehin agentliklə hər hansı müqaviləsinin olmadığına baxmayaraq, nəyə görə agentliyə email göndərməsini də məhkəmə araşdırmamışdır. Bununla məhkəmə cavabdehin ona məlumat verməsinin nə ilə təsdiq olunduğunu, həmçinin əgər məlumat verilmişdisə nəyə görə tərəflərindən aivabilətlərin məhz 07 yanvar 2023-cü il tarixində X10-Rəyad aeroportunda alınmasına da düzgün qiymət verməmişdir. Mülki qanunvericiyin tələbninə əsasən cavabdeh daşıyıcı sərnişinə vurduğu maddi zərərə görə məsuliyyət daşıyır. Daşıyıcı məlumatı səhv gördərməklə mülki deliktə yol vermiş, nəticədə maddi zərər dəymişdir. Məhkəmə bunlara da məhəl qoymamışdır. Məhkəməyə tədqim olunmuş KİWİ.com–dam onun e-mailinə (Elektron ünvan 3) daxil olan məktublardan da aydın görünür ki, xx.xx.2022-ci il tarixində agent şirkət KİWİ.com bizə Bakı–Riyad reysinin 10 dəqiqə gecikəcəyi barədə məlumat göndərmişdir. Həmçinin xx.xx.2023-cü ildə təkrarən KİWİ.com geri dönüş Ciddə-Bakı reysinə hazırlaşmaq barədə məlumat göndərmişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh nəinki onlara, həmçinin də KİWİ.com-a da reysin ləğvi barədə məlumat verməmişdir. Nəticədə onlara 792.12 ABŞ dolları maddi zərər dəymişdir. Həmin məbləğ cavabdehin elektron sistemə xx.xx.2023-cü il tarxli ödəniş tapşırığında öz təsdiqini tapmişdır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlar 722.49 ABŞ dolları aviabiletlərə görə 69.63ABŞ dolları baqaja görə ödəniş edilmişdir. Məhkəmə Elektron ünvan 1 e mailin kimə məxsus olması barədə verdiyi vəsatəti təmin edərək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə sorğu vermiş, daxil olan cavaba əsasən cavabdehin məlumatı göndərdiyini iddia etdiyi Elektron ünvan 1 elektron ünvanın kimə məxsus olması və siar barədə sorğu versə də həmin zəruri məlumatları əldə etmədən iş üzrə qanunsuz əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə cavabdehin onun mobil nömrəsinə SMS göndərmək imkanının da olduğu halda ona SMS göndərmədiyinə də qiymət verməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, cavabdeh əvvəlcədən məlumat verdiyini bildirsə də bununla bağlı sübut təqdim edilməmişdir. Mail yazışmalarına məhkəmə əhəmiyyət verməyib. Orada sərnişinin adı da qeyd edilməyib. Orada Bakı-Riyad reysi qeyd edilsə də, amma onların reysi əksinə olub. Maddi və prosessual normalar məhkəmə tərəfindən pozulub.Hakimə etiraz da verilsə də, baxımamış saxlanılmışdır. Sonuncu məhkəmə iclasında digər iddiaçının məhkəmə iclasında iştirak etməməsi səbəbindən iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi məhkəmə tətəfindən yol verilmiş pozuntudur. Cavabdeh tərəfindən təqdim edilmiş mail yazışmalarından görünür ki, Bakı-Riyad reysidir. Onların mobil nömrəsinə sms də göndərilə bilərdi. Bu da edilməmişdir. Məbləğ ümumi 792 dollardır. 804 dollar baqajla birlikdə təşkil edir. Onlar hava limanında qaldığı üçün həmin gün bilet aldılar.
14. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçılara 2 ay əvvəldən reysin ləğv olunduğu bildirilmişdir. Kifayət qədər vaxt var idi ki, dəqiqləşdirsinlər. Mail yazışmalarında qeyd edilən istifadəçi adı iddiaçılara məxsusdur, bunu iddiaçılar özləri məlumatlarında qeyd ediblər. Mailin konkret kimə məxsus olduğunu bilmir. Şirkət ola bilər ancaq mailə məlumat göndərib. Reysin ləğv olunması barədə məlumat kütləvi şəkildə yerləşdirilib.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
22. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 15:35-ə olan ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv olunması barədə cavabdeh tərəfindən ona məlumat verilməməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, cavabdeh "xxxx" QSC öz tərəfindən ona sərnişinlərə məxsus olmasını qeydiyyatla təsdiq edən elektron poçt ünvanına müvafiq qaydada məlumat verməsi ilə öhdəliyinə düşən hərəkətləri yerinə yetrimişdir. Buna baxmayaraq, cavabdeh ehtiyyatlılıq göstərərək sərnişinin mobil nömrəsinə də məlumat göndərə bilərdi. Belə ehtiyyatlılığın göstərilməməsi səbəbini cavabdeh ləğv olunmuş reys barəsində digər sərnişinlərin də elekrton poçt vasitəsi ilə məlumat verildiyini və problemlərin yaranmadığı ilə izah etməyə çalışdı. Lakin qeyd olunanlar, iddiaçını bilet əldə edərkən şəxsi məlumatlarının doğru əks olunduğunu və ya ümumiyyətlə qeyd olunmadığını yoxlamaq vəzifəsindən azad etmir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, "xxxx" QSC-nin “Sərnişinlərin, baqajın və yüklərin daşınması” qaydalarının 17.1-ci bəndində qeyd edilir ki, Biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında Sərnişini məlumatlandırmalıdır. Aviaşirkət Sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər.
25. Qaydaların 17.2-ci bəndində qeyd edilir ki, Aviaşirkət Sərnişinin və baqajın daşınmasını ləngitməmək üçün bütün zəruri tədbirləri görməlidir. Fors-major şəraitində (o cümlədən hava məkanında yaranan fövqəladə vəziyyət, tətillər, qiyamlar, ictimai iğtişaşlar, embarqo, müharibələr, düşməncəsinə hərəkətlər, sakitliyin pozulması, beynəlxalq münasibətlərin tənzimlənməməsi, texniki problemlər və ya uçuşun təhlükəsiz yerinə yetirilməsini qeyrimümkün edən digər çətinliklər) Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar etmədən reysi gecikdirmək və ya ləğv etmək, əvvəl təsdiq olunmuş təxsisi ləğv etmək hüququna malikdir.
26. Hazırki halda isə dekabr ayının 31-dən yanvar ayının 15-dək olan dövrdə, sərnişin sayının olmadığı və iqtisadi baxımdan məqsədəuyğun olmadığını nəzərə alaraq 2022-ci il noyabrın 16-da Bakı Ər Riyad marşurutu üzrə bəzi reyslərə, o cümlədən iddiaçıların aldığı reysə aviabiletlərin satışının dayandırılması və reyslərin ləğv edilməsi barədə qərar qəbul olunmuşdur.
27. Cavabdeh iddia tələbinə etirazının dəlili olaraq qeyd etmişdir ki, KİWİ.com saytında biletlər sifariş edilərkən saytın qaydalarına uyğun, sifarişçinin məlumatı kimi, İddiaçı1 əlaqə məlumatı olaraq (Elektron ünvan 1) ünvanı və +994 ********* mobil nömrəsi qeyd edilmiş və reysin ləğvi ilə bağlı mailto:abn.e.rs.te.war.tslade@gmail.comElektron ünvan 1 email ünvanına məlumat göndərilmişdir.
28. Qaydaların 5.1.3-cü maddəsində qeyd edilir ki, Sərnişin Biletində hökmən Sərnişinin adı, soyadı (tam şəkildə), Sərnişinin şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, biletin verildiyi yer və tarix, yola düşmə və təyinat yeri, nəzərdə tutulmuş dayanacaqlar, aviabiletin dəyəri, aviaşirkətin adı və ünvanı göstərilməli, bu və ya digər beynəlxalq qanunvericilik və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət haqqında qaydaların bu daşımaya şamil edildiyi qeyd olunmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh reysin ləğvi ilə bağlı mailto:abn.e.rs.te.war.tslade@gmail.comElektron ünvan 1 email ünvanına məlumat göndərildiyini qeyd etsə də, email ünvanının iddiaçıya məxsus olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçıya məxsus +994 ********* mobil nömrəsinə məlumat göndərilməsi barədə mötəbər sübutlar təqdim edilməmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi hallarıməhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
31. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digərtərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
32. Belə olan halda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və cavabdehdən iddiaçının xeyrinə həm özü və həm də yoldaşına dəymiş ziyanın əvəzi olaraq tələb edilən 792.12 ABŞ dolları məbləğinin ½ hissəsi tutulmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı2 münasibətdə baxılmamış saxlanılmışdır.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 396,06 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə) və ödənilmiş 34 manat dövlət rüsumu cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı1 xeyrinə tutulmalıdır.
34. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3687/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. 396,06 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə) və ödənilmiş 34 manat dövlət rüsumu cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı1 xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev