Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-188/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-390/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-390/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "İddiaçı" İKB ASC-nin xeyrinə 33676,49 ABŞ dolları əsas borc, 23031,36 ABŞ dolları faiz borcu və 380 ABŞ dolları cərimə borcu, xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 239.7 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 57327,55 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən, 2 otaqlı, 59.5 kv.m ümumi, 35.1 kv.m yaşayış, 24.4 kv.m yardımçı sahədən ibarət 136 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin açıq hərracda ilkin satış qiyməti 105000 (yüz beş min) manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsait cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh3 qaytarılması, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh3 və X1 mənzili tərk etməsi, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi, qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq, VÖEN **********, h\h X4 filialı, Kod:20093, müxbir hesabı:AZ37NABZ013501**********1944, Bankın VÖEN: **********, SWİFT Bik: AİİBAZ2X “X5” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk növbədə, işə cavabdehlərin iştirakı olmadan baxılmışdır.Eyni zamanda iş üzrə aparılmış mühasibatlıq ekspertizası da düzgün keçirilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən, 2 otaqlı, 59.5 kv.m ümumi, 35.1 kv.m yaşayış, 24.4 kv.m yardımçı sahədən ibarət 136 nömrəli evin 26 nömrəli mənzilin dəyərinə dair keçirilmiş ekspertizaya dair qiymətləndirmə rəyi də düzgün verilməmişdir. Belə ki, həmin mənzilin dəyəri 120 000-125 000 manat təşkil edir. İşə əlavə olunmuş sənədlərdən və ödəniş qəbzlərindən məlum olur ki, X1 “İddiaçı" X2 ASC-yə olan əsas borcunun bir qismini tam ödəmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk növbədə, işə cavabdehlərin iştirakı olmadan baxılmışdır. Eyni zamanda Cavabdeh2 işdə cavabdeh kimi cəlb olunması əsassızdır. Belə ki, onun bu kreditin götürülməsindən və sözü gedən mənzildən ümumiyyətlə xəbəri olmamışdır. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 32308 №-li rəyi ilə, Cavabdeh1 banka xx.xx.2018-ci il tarixədək (müqavilə müddəti bitən tarixə) 56707,85 ABŞ dolları, o cümlədən əsas borcu üzrə 33676,49 ABŞ dolları, faiz borcu üzrə 23031,36 ABŞ dolları olduğu müəyyən edilmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30707 saylı rəyində isə qeyd edilmişdir ki, xx xxxxxx 2015-ci il tarixli, 6-Z1G1-1 -0-919-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən; xx.xx.2018-ci il tarixə 56714,98 ABŞ dolları; əsas borc üzrə 33.676,49 ABŞ dolları, faiz borcu üzrə 24.224,07 ABŞ dolları müəyyən edilmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/1613 saylı rəyində isə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 6-Z1G1-1- 0-919-15 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit müqaviləsinin bitdiyi günə, yəni xx.xx.2018-ci il tarixə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə - 33.753,29 ABŞ dolları; faiz borcu üzrə — 23.209,35 ABŞ dolları: tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 6-Z1G1-1- 0-919-15 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla kredit bankın müqavilə müddətindən sonra illik 5%-lə, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə Cavabdeh1 banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə — 33.753,29 ABŞ dolları; faiz borcu üzrə 23.448,43 ABŞ dolları müəyyən edilmişdir. X5 MMC-nin H/59-GHM №-li rəyi ilə Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən, 2 otaqlı, 59.5 kv.m ümumi, 35.1 kv.m yaşayış, 24.4 kv.m yardımçı sahədən ibarət 136 nömrəli evin 26 nömrəli mənzilin real bazar qiyməti 105 000 manat müəyyən edilir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 13/079 nömrəli rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən, 2 otaqlı, 59.5 kv.m ümumi, 35.1 kv.m yaşayış, 24.4 kv.m yardımçı sahədən ibarət 136 nömrəli evin 26 nömrəli mənzilin bazar dəyərinin 120000(yüz iyirmi min) manat olduğu müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli 13/1130 nömrəli rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X7 prospektində yerləşən, 2 otaqlı, 59.5 kv.m ümumi, 35.1 kv.m yaşayış, 24.4 kv.m yardımçı sahədən ibarət 136 nömrəli evin 26 nömrəli mənzilin likvit dəyərinin 104400(yüz dörd min, dörd yüz) manat olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Əvvəla, cavabdehlərin məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar edilməməsi ilə bağlı apelyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh1 vəkili X3 məhkəmə iclaslarında iştirak etmiş, məhkəmənin başqa vaxta keçirilməsi bardə qəbzə imza etmiş və qətnamə elan olunan vaxtı izahatını vermişdir. Bu məhkəmə iclas protokolu da təsdiq edir. Cavabdeh2 isə birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışa əsasən mövcud olan ünvanına və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsində olan ünvanına sifarişli məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvandan yaşamadığına görə ona göndərilmiş bildirişlər geri qaytarılmışdır. Cavabdeh də faktiki yaşadığı ünvan barədə iddiaçıya və məhkəməyə məlumat verməmişdir. Bu dəlillərin əsassız olması həm də onunla təsdiq olunur ki, cavabdehlər birinci instansiya məhkəməsində iştirak etmək imkanından məhrum olmuşdurlarsa, ən azından apellyasiya baxışında iştirak edib, şikayətlərini müdafiə edə bilərdilər. Lakin hər iki cavabdeh üzrlü səbəb olmadan apellyasiya baxışında iştirak edib, şikayətlərini müdafiə etmək istəmədilər. Bu hal da onların şikayətdəki dəlilləri yalnız şikayət xatirinə bildirdiklərinə dəlalət edir. İkincisi, əsas borcun bir qismini banka tam ödənilməsi barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır. Çünki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə və təkrar məhkəmə mühasibatlıq ekspertizaları keçirilərək rəylər alınmışdır. Tələb edilən əsas və faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspertlər tərəfindən də yoxlanılmış və fərqli məbləğ müəyyən edilməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəylərdə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəylərinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Üçüncüsü, ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi də əsassız olmuşdur. Belə ki,“İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya baxışı zamanı bu dəlili yoxlamaq üçün yenidən ipoteka predmetinin qiymətləndirilməsi keçirildi. Kəskin fərq müəyyən edilmədi, yəni ilkin qiymətləndirici 105 000 manat müəyyən etmişdirsə, apellyasiya mərhələsində mənzilin xx xxxxxx 2020-ci il tarixə likvid dəyəri 104400 (yüz dörd min, dörd yüz ) manat olduğu müəyyən edilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi də ipoteka predmetinin dəyərinin müəyyən ediləndən daha çox olduğu dəlililini inandırıcı və ağlabatan hesab etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)- 390/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 220 (iki yüz iyirmi) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüzi) manat Cavabdeh1 alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-188/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-188/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver