Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1881/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1006/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X6 və X4 Cavabdeh1 qarşı “evdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Y.Bağıyevanın vəkili Vəkil2 tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). “Elektron məhkəmə” informasiya sistemində və mülki iş materiallarında olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil kimi Vəkil2 tərəfindən elektron qaydada imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti iddiaçının adından imzalanmasına dair müvafiq etibarnamə nə şikayətə əlavə edilmiş, nə də mülki iş materiallarında mövcuddur, şikayətə sadəcə iddiaçıya qanunla müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi əlavə edilmişdir.) Digər tərəfdən iş materiallarında iddiaçının “PDF formatlı” apellyasiya şikayəti vardır ki, məhkəmə kollegiyasının mövqeyinə görə həmin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan iddiaçının elektron kabineti vasitəsilə daxıl olmadığından mövcud mülki-prosessual qanunvericiliyin tələblərinə görə məhz iddiaçının özü tərəfindən verilmiş və onun tərəfindən imzalanmış apellyasiya şikayəti kimi qəbul edilmir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1894/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-1881/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1881/2023
03.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver