Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1883/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X1rşı “borc məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə iddiaçı ilə "Royal Bank” ASC arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, F18 45A saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ləğv prosesində olan "Royal Bank” ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun mühasibat balanslarından silinməsi və həmin borcun silinməsinə/mövcud olmamasına dair kredit reyestrini aparan "xxxx" MMC-nə rəsmi məlumat verilməsi öhdəliyinin ləğv prosesində olan "xxxx" ASC-nin və onun ləğvedicisi Əmanəti Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21.10.2019-cu il tarixli, 2(102)- 6708/2019 saylı qərarı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli, 2(008)-3111/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli, 2(103)-6161/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3111/2014 saylı iş üzrə 22 aprel 2014-cü il tarixli qətnaməsinin ləğv edilərək iddiaçı ləğv prosesində olan "Royal Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı "kredit borcunun, kredit üzrə yığılmış faizlərin, dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmiş, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(103)-6161/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (səh. 4). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 527.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 82.3, 217.3, 217.4, 233.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Cavabdeh apellyasiya şikayəti verərək Apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 oktyabr 2021-ci tarixli, 2(006)-6130/2021 nömrəl qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmağa və təqdim olunmuş sübutlara mülki prosessual qanunvericiliyinin sübütların qiymətləndirilməsi tələbləri səviyyəsində hüquqi qiymət verməyə borclu idi. Qeyd edilənlər onu deməyə əsas verir ki, Nəsimi rayon Məhkəməsi işə birtərəfli qaydada yanaşmış,iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə düzgün hüquqi qiymət verməmiş və nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4№li Qərarınıı 2.2-ci bəndinə əsasən Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl etməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 269- 270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462- 467,470-477, 550-554, 556, 560,739, 741, 743, 744; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin (MPM) 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından və əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələbin təmin edilməməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan ekspertizanın keçirilməsinə zərurət müəyyən edilmir və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-119-cu maddəsinə əsasən əsassız iddia (şikayət) verdiyi üçün apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6130/2021 saylı işi üzrə 28 oktyabr 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1883/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1883/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver