Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1884/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2680/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 (otuz min) ABŞ dolları əsas borc, 18.000 (on səkkiz min) ABŞ dolları borc məbləğindən istifadə haqqı olmaqla, cəmi 48.000 (qırx səkkiz min) ABŞ dollarının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Əli İslam qızına ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh1 Salyan rayonu Arbatan kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə olan payının və Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 93, ünvan 1 ünvanlarında yerləşən daşınmaz əmlaklarının ötürülməsinin (özgələşdirilməsinin) qadağan edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən Cavabdeh1 (prosessual hüquqi varisi Cavabdeh3) ödənilməli olan pul vəsaitinin üzərinə iddia tələbi həcmində həbs qoyulması haqqında iddianı təmin etmə tədbirinin tətbiqi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2680/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (hər birinin miras payına uyğun) 30.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) əsas borc tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (digər cavabdehin nümayəndəsi) Cavabdeh3 apellyasiya şikayətindən imtina barədə ərizəyə etiraz etmədiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2680/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2680/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarıda olan 02.07.2019-cu il tarixli AR-İ № 802125 saylı etibarnamədən görünür ki, İddiaçı öz hüquqlarını, o cümlədən iddia tələbindən tam və ya qismən imtina edilməsini Nümayəndə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinası qəbul edilməklə iş üzrə İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2680/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və iş üzrə İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1884/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1884/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver