Məhkəmə qərarları › İş №2(103)-1887/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1887/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1887/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 27 avqust 2021-ci il il tarixli qətnaməsi ilə təmin olunmuş, həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmənin 27 avqust 2021-ci il tarixli qətnaməsi 13 sentyabr 2021-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh2 göndərilmiş, işin 43-cü səhifəsində olan poçt xəbərnaməsinə görə 09 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 da qeydiyyatda olduğu və qətnamə ilə istifadə hüququna xitam verildiyi ünvan 1 ünvanında “Kazımov” soyadlı şəxsə çatdırılmış, 30.12.2021-ci il tarixdə Cavabdeh2 məhkəməyə müraciət ünvanlayaraq qətnaməni almadıqlarını bildirməklə qətnamənin onlara verilməsini xahiş etmiş, 05.01.2022-ci il tarixdə qətnamə ona təqdim olunmuş, 11.01.2021-ci il tarixdə isə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iş materiallarında qətnamənin iddiaçının qeydiyyatda olduğu ünvana 09.10.2021-ci il tarixdə çatdırıldığını təsdiq edən sübut vardır və belə olan halda onun qətnamədən şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar