Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1888/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı «X7 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-842/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı «X7 Azərbaycan» QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-842/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmənin həmin qərardadından iddiaçı «X7 Azərbaycan» QSC (nümayəndəsi Nümayəndə2) xx.xx.2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, iddiaçı «X7 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)- 842/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermə müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsinə və mülki işin apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı «X7 Azərbaycan» QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-842/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı «X7 Azərbaycan» QSC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, e-2(011)-842/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edərək iş üzrə icraatın təzələnməsi və mahiyyəti üzrə baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Lakin, Baki Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)-842/2025 nömrəli qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Üzrlü səbəblərdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 842/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-842/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Şəhriyar Əliyev) ərizə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-842/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı «X7 Azərbaycan» QSC tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmuş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı hazırda sonuncu qərardaddan şikayət verərək, onun ləğv edilməsini və “iş üzrə icraatın təzələnməsi” barədə ərizənin və qərardaddan şikayətin təmin edilərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayətdə göstərmişdir ki, məhkəmə həmin Qərardadda texniki səhvə yol vermişdir. İlk öncə bildirilir ki, qərardadın müəyyən etdi hissəsində işə aidiyyəti olmayan cümlə qeyd olunmuşdur ki, bu da işin halları ilə uyğun gəlmir (“X4” ASC X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir). Qeyd etmək lazımdır ki, iddiaçı nə “X4” ASC , nə də cavabdeh X3 deyildir. Eyni zamanda bildirilir ki, qərardadda prosessual hüquq norması səhv formada, hakimin şəxsi mülahizəsinə əsaslanan formalaşmayan mövqeyə dayanan tərzdə tətbiq edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə ki, xx.xx.2024, saat 12:50-yə təyin edilmiş məhkəmə hazırlıq iclasın ilə əlaqədar, iddiaçı tərəfdən iş yükünün çox olması ilə əlaqədar Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunması mümkün olmayacağı barədə xx.xx.2024-cü il tarixində Elektron Məhkəmə İnformasiya Sisteminə ərizə yerləşdirilmiş və məhkəmə həmin ərizəni nəzərə alaraq işi məhkəmə baxışına yəni,xx.xx.2025-ci il tarixə, saat 12:00 (Baxış iclası) təyin etmişdir. Lakin, xx.xx.2025, saat 12:00 (Baxış iclası) təyin edilmiş məhkəmə baxış iclasına uyğun olaraq da Gəncə Apellyasiya Məhkəməsində xx.xx.2025-ci il, saat 11:30-da Şifahi məhkəmə baxışında iştirakları zəruri olduğundan bununla bağlı iştirakları olmadan keçirilmə barədə Xətai Rayon Məhkəməsinə ərizə ilə xx.xx.2024-cü ildə müraciət etmişlər. Lakin Məhkəmə göstərilənləri nəzərə almadan iddia ərizəsini baxılmamış saxlamışdır. Qanunvericilik işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin iddia ərizəsini baxılmamış saxlamağı nəzərdə tutmuşdur. Məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi barədə ərizəni təqdim etmək iddiaçının prosessual qanuni hüququdur. Ərizə təqdim edildiyi halda işin baxılmamış saxlanılması qanunsuz nəticədir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardad xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı bunbdan sonra icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı sonuncu qərardadda olan yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə yanlışlıq aradan qaldırılmışdır. İddiaçı həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bundan sonra iddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsindən imtina olunmuş və şikayət geri qaytarılmışdır. Hazırda birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılır. Azərbaycan Respublikası MPM-nin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət ötürülməklə 28.01.202-ci il tarixdə verilmişdir. “Müddətin bərpası barədə” vəsatətdə isə yalnız iş üzrə qəbul edilmiş məhkəmə aktlarının xronoloji ardıcıllığı sadalanmışdır. Müddətin üzrlü səbəbdən buraxılmasının hər hansı səbəbi qeyd edilməmişdir. İddiaçının şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, onlar hazırda mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, göstərilən iddianın baxılmamış saxlanılması barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının ləğvinə yönəlmişdir. Həmin dəlillər hazırda müddətin bərpa edilməsindən imtina barədə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-842/2025 nömrəli 03 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1888/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1888/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver