Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1894/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-158/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019cu il tarixə kredit öhdəliyi üzrə qalan 3565 (üç min beş yüz altmış beş) ABŞ dolları əsas borc, 419 (dörd yüz on doqquz) ABŞ dolları faiz borcu, 1966 (min doqquz yüz altmış altı) ABŞ dolları cərimə borcu, 520 (beş yüz iyirmi) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 6470 (altı min dörd yüz yetmiş) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh xx.xx.2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 3565 (üç min beş yüz altmış beş) ABŞ dolları əsas borc, 419 (dörd yüz on doqquz) ABŞ dolları faiz borcu, 1966 (min doqquz yüz altmış altı) ABŞ dolları cərimə borcu, 520 (beş yüz iyirmi) ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 6470 (altı min dörd yüz yetmiş) ABŞ dolları borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, ipotekaya qoyulmuş Cavabdehnın mülkiyyətində olan “NİSSAN PATHFİNDER” markalı, qara metal rəngli, buraxılış ili 2006-cı il olan 90RR410 qeydiyyat nömrəli avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına yuxarıda qeyd olunan pul tələbinin təmin edilməsi üçün ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Uğur” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 264 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. “İddiaçı" ASCnin Uğur filialı ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq, borclu ilə həmin tarixdə 264 saylı ipoteka müqaviləsi bağlanılmış və borclunun mülkiyyətində olan “NİSSAN PATHFİNDER” markalı, qara metal rəngli, buraxılış ili 2006-cı il olan 90RR410 qeydiyyat nömrəli avtomobil “İddiaçı" ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx.xx.2019-cu il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 3565 ABŞ dolları əsas borc, 419 ABŞ dolları faiz borcu, 1966 ABŞ dolları cərimə borcu, 520 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 6470 (altı min dörd yüz yetmiş) ABŞ dolları təşkil edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-158/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 3565 ABŞ dolları əsas borc, 419 ABŞ dolları faiz borcu, 196 ABŞ dolları cərimə borcu, 520 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, 4700 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh mülkiyyətində olan “NİSSAN PATHFİNDER” markalı, Az **-RR-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli, 2006-cı il buraxılışlı avtomobilə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan “NİSSAN PATHFİNDER” markalı, Az **-RR-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli, 2006-cı il buraxılışlı avtomobilin ilkin satış qiymətinin 19000 (on doqquz min) manat müəyyən edilməsi, həmçinin, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, onun cərimə məbləği və avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə faizi ödəyir. Cavabdeh tərəfindən imza edilən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək, hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdikləri 1966 ABŞ dolları cərimə borcunu tam təmin etməmişdir. Onu da qeyd etmək istərdik ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə avtomobilin ilkin satış qiymətinin 19.000,00 manat müəyyən edilməsi hissəsi rədd edilməlidir. Məhkəmə tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddialarını təmin edərək avtomobilin ilkin satış qiymətini müəyyən edən zaman avtomobilin real vəziyyətini nəzərə almamışdır. Hal-hazırda ipoteka predmetinin real vəziyyəti iddiaçıya məlum deyil. Belə ki, avtomobilin ilkin satış qiymətinin 19.000,00 manat müəyyən edilməsi gələcəkdə avtomobilin real qiyməti ilə fərqli ola bilər və avtomobilin hazırki vəziyyəti onlara bəlli olmadığı halda, iddiaçı avtomobilə 19.000,00 manat ilkin satış qiymətinin təyin edilməsi ilə razılaşa bilmir. Hesab edir ki, avtomobilin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Bu səbəbdən, real vəziyyəti məlum olmayan, ümumiyyətlə, mövcudluğu barədə məlumat olmayan avtomobilə ümumiyyətlə ilkin satış qiymətinin müəyyən edilməsi ilə iddiaçı razı deyil. Ola bilər ki, ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qoyulan qiymətdən yüksək və ya aşağı ola bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin cərimə borcu və ilkin satış qiyməti ilə bağlı hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiyməti olan hissədə ləğv edilməli, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 264 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 4000 (dörd min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 264 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdehə məxsus “NİSSAN PATHFİNDER” markalı, qara metal rəngli, buraxılış ili 2006-cı il olan 90RR410 dövlət qeydiyyat nişanlı avtomobil banka ipotekayaqoyulmuşdur. Müqaviləyə əsasən ipoteka predmeti olan avtomobil 20000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixədək banka 3565 ABŞ dolları əsas borc, 419 ABŞ dolları faiz borcu, 1966 ABŞ dolları cərimə borcu, 520 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq), cəmi 6470 (altı min dörd yüz yetmiş) ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/1966 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış və tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 264 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 5694,52 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 3953,36 ABŞ dolları, faiz borcu üzrə 1741,16 ABŞ dolları; xx.xx.2019-cu il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 5517,52 ABŞ dolları məbləğində müəyyən edilir, o cünlədən əsas borc üzrə 3848,72 ABŞ dolları, faiz borcu üzrə 1668,8 ABŞ dolları; Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, LP-106/20 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən 2006-cı il buraxılışlı, **-RR-*** dövlət nömrə nişanlı avtomobilin hazırkı bazar qiyməti: 19000 (on doqquz min) manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri isə 200 (iki yüz) manat təşkil edir. İşin faktiki hallarından görünür ki, kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Bu baxımdan kollegiya hesab edir ki, məhkəmə cərimə məbləğinin tutulması hissəsində cəriməni düzgün olaraq azaldaraq, cavabdehdən 196 ABŞ dolları cərimə borcu tutmuşdur. Bu hissədə kollegiya apellyatorun dəlili ilə razılaşmayaraq, həmin dəlili əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin satış qiyməti ilə bağlı digər dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış qiymətləndirmə rəyi avtomobilə real baxış keçirilmədən, internet məlumatları əsasında aparılmışdır. Kollegiya hesab edir ki, həmin qiymətləndirmə rəyi əsasında alınmış ipoteka predmetinin ilkin satış qiyməti mötəbər hesab edilə bilməz. Belə ki, avtomobilin real vəziyyəti bəlli deyildir. Avtomobilin ilkin satış qiyməti onun real vəziyyəti, yəni avtomobilə baxış keçirilməklə müəyyən oluna bilər. Hazırki halda isə avtomobil təqdim olunmadığından, onun ilkin satış qiymətinin internet məlumatları əsasında müəyyən olunması mümkün deyildir. Belə olan halda, avtomobil gələcəkdə hərrac mərhələsində hərraca təqdim olunduğu təqdirdə icra məmurunun sifarişi əsasında keçiriləcək hərracda real olaraq qiymətləndirilə bilər. Buna görə də, kollegiya hesab edir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 158/2020 saylı qətnaməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti olaraq 19000 (on doqquz min) manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan- cərimə məbləği ilə bağlı hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1894/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1894/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver