Məhkəmə qərarları › İş №2(103)-1894/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1894/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1894/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-776/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 2000 manat maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzil ona məxsusdur, cavabdeh isə onun üst qonşusudur. Cavabdehin qanunsuz hərəkətləri barədə onun şikayəti əsasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon 53 saylı MKİS-nin iştirakı ilə mənzilə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Mənzilə baxış keçirilərkən məlum oldu ki, həmin binanın Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 13 saylı mənzildən su axıdılır. Mənzil sahibi Cavabdehdır, əvvəllər onunla şəxsi qərəzli olub, ona görə də qəsdən çirkab suları axıdır. Mənzilin mətbəx hissəsini yenidən qurma ilə yemək otağına çevirmişdir, həmin sahədə mətbəx mebeli, soyuducu və digər əmlaklar var. Bundan əvvəl də cavabdeh 2 dəfə çirkab suları axıtmış, öz hesabına təmir etmişdir. Axırıncı dəfə noyabr ayının əvvəllərində cavabdeh müntəzəm olaraq üst mərtəbədən su axıtmış ona ziyan vurmuşdur. Dəfələrlə polisə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin araşdırmasından sonra ona rəsmi qaydada izah olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri barədə yəni vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməlidir. Bundan sonra da cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmiş, mənzilində heç bir təmir bərpa işləri aparmamış, nəticədə onun mənzilində dözülməz antisanitar şəraiti yaranmışdır, üst mərtəbədən çirkab sularının axıdılması davam edir. Hesab edir ki, cavabdehin mənzilindən çirkab sularının axıdılması nəticəsində vurmuş olduğu zərəri tam həcmdə ödəməli, mülkiyyətinə qəsd edən hərəkətlərin qarşısı alınmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-776/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzilinə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 896 (səkkiz yüz doxsan altı) manatın İddiaçı xeyrinə tutulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərir ki, ekspertin rəyində qarşısında qoyulan 1-ci suala əsaslandırılmış cavab verilməmiş və iş materiallarında bir-birinə zidd olan aktlarda da konkret olaraq hansı mənzildən suyun sızması müəyyən edilməmişdir. 2-ci dəfə tərtib olunmuş aktda iddiaçının dediyinə görə, su sızma 13 saylı mənzildə deyil, 14 saylı mənzildə təmir işlərinin aparılması səbəbindən baş verməsini aktda qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsindəki 32 saylı evin 11B saylı mənzilinə, ilkin olaraq üst mərtəbədə yerləşən 13 saylı mənzildən su sızması nəticəsində həmin mənzilə zərər vurulmuşdur. Həmin zərərin məbləği ekspert tərəfindən 896 manat dəyərində müəyyən edilmişdir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki və Mənzil Məcəllələrinin yuxarıda qeyd olunan normaları nəzərdən keçirilə bilər. İddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün iddia təmin edilən hissədə haqlı sayılır. İkincisi, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya zərər vurması müəyyən edilmişdir. Çünki, bu hal iş materialları ilə tam təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının 18 mart 2021-ci il tarixli, 10/455 №-li rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi, 32 nömrəli evin, 11B saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan AKT-ların göstəricilərini nəzərə alaraq 11B saylı mənzilə ilkin olaraq 13 saylı mənzildən, daha sonra isə 14 saylı mənzildə aparılan təmir işləri zamanı suyun axıdılmasının mümkün olması müəyyən edilir. Hər iki halda suyun axıdılmasının texniki səbəbi su xətlərində olan nasazlıq və sudan nəzarətsiz istifadə edilməsidir. Faktiki olaraq mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zaman susızması müəyyən edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 nömrəli evin, 11B saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyqun olaraq 896.00 manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 29005)-776/2021 nömrəli qərardadı ilə əlavə tikinti-texniki ekspertiza təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının 17 sentyabr 2021-ci il tarixli, 10/2775 №-li rəyindən görünür ki, eyni ekspert Teymur Məmmədov bu dəfə tədqiqat obyektinə baxış keçirmədən əvvəlki rəyi sözbəsöz təkrarlamışdışdır. Mülki iş hazırki apellyasiya icraatında baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatət təqdim etmiş və vəsatət təmin edilərək mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Təkrar tikinti-texniki ekspertizanın 10/1451 saylı, 23 may 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 32 nömrəli evin, 11B saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan AKT-ların göstəricilərini nəzərə alaraq 11B saylı mənzilə ilkin olaraq 13 saylı mənzildən, daha sonra isə 14 saylı mənzildə aparılan təmir işləri zamanı suyun axıdılmasının mümkün olması texniki cəhətdən realdır. Hər iki halda suyun axıdılmasının texniki səbəbi su xətlərində olan nasazlıq və sudan nəzarətsiz istifadə edilməsidir. Faktiki olaraq mənzillərdə təmir işləri aparıldığından və su xətləri gizli olduğundan baxış zamanı su sızması müəyyən edilməmişdir. Göründüyü kimi, iş üzrə keçirilmiş hər üç ekspertiza rəyi və 53 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarla iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Ekspert rəyləri məhkəmə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş həm ilk, həm əlavə, həm də təkrar məhkəmə tikinti texniki ekspertizasının rəyləri ilə məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Buna görə də, həmin rəylər, eləcə də aktlar mötəbər sübut kimi qəbul edilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-776/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-776/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar