Məhkəmə qərarları › İş №2(103)-1899/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1899/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1899/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2012- ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3682.84 manat məbləğində əsas borcun, 4711.83 manat məbləğində faiz borcunun, 600 manat məbləğində dəbbə pulunun, cəmi 8994.67 manat məbləğində pul vəsaitinin və 20 manat dövlət rüsumun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə, Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2020- ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2020ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, əks təqdirdə şikayətinin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin mövcudluğundan yalnız yeni iş yerində, yəni “X3”-də işə düzəldikdən və yeni iş yerindən əmək haqqı alarkən əmək haqqından 50% kreditə görə tutulduğu zaman bilmişdir. Qeyd edilən qətnamə 2012-ci ildə qəbul edilsə də, hansısa səbəblərə görə 8 il müddətində icraya yönəldilməmişdir. Yalnız 2020-ci il tarixdə icraya yönəldilməsi ona bəlli deyildir. Əgər həmin qətnamə vaxtında icraya yönəldilsəydi, həmin qətnamənin mövcudluğundan ən azı onun xəbəri olardır. Yəni, icra məmuru ona qətnamənin könüllü icrası barədə bildiriş təqdim edə və bundan sonra qətnamənin mövcudluğundan məlumatı olardı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsini xx.xx.2012-ci il tarixdə xəbərnaməyə imza etməklə almış və həmin xəbərnamə xx.xx.2012-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daha sonra cavabdeh məhkəmə qətnaməsinin ona təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş və sözü gedən qətnamənin təkrarən əldə edilməsi üçün qanunla müəyyən edilmiş 10 manat dövlət rüsumu ödənilməklə xx.xx.2020-cu il tarixdə təkrarən cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4470/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayəti, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Bundan başqa, cavabdeh şikayət ərizəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsindən xəbərsiz olmasını və yalnız icra edilməsi üçün əmək haqqından pul tutulduqdan sonra məlumatlı olmasını qeyd etsə də, iş materiallarından görünür ki, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini dəbbə pulu istisna olmaqla digər hissələrdə qəbul etdiyini bildirmişdir. Cavabdeh müvafiq məhkəmə qətnaməsinin onun tərəfindən qəbul edlməməsini və xəbərnamədə olan imzanın ona məxsus olmamasını bildirsə də məhkəmə qeyd edir ki, müvafiq məhkəmə qətnaməsi iş üzrə tərəflərə göndərilmiş və cavabdeh xəbərnaməyə imza edərək, məhkəmə qətnaməsini rəsmi qaydada əldə etmişdir. Bununla yanaşı cavabdeh yuxarıda sadalanan həmin halların araşdırılması və qətnamədən apellyasiya şikayətinin verilməsindən ötrü qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərdən buraxılmasına dair ərizə də ilə məhkəməyə müraciət etməmişdir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4470/2012 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar