Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-19/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı «xxxx»xxxx ASC-nin nümayəndəsi Məmmədov Seymur Əliyusif oğlunun iştirakı ilə, İddiaçı «xxxx»xxxx ASC-nin cavabdehlər Əliyev Məhərrəm Müseyib oğlu, Əliyev Emil Məhərrəm oğlu, Xıdırova Arzu Tofiq qızı və Əlizadə Gülər Məhərrəm qızına qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 668/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdehlər Əliyev Emil Məhərrəm oğlu və Xıdırova Arzu Tofiq qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx»xxxx ASC cavabdehlər Əliyev Məhərrəm Müseyib oğlu, Əliyev Emil Məhərrəm oğlu, Xıdırova Arzu Tofiq qızı və Əlizadə Gülər Məhərrəm qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əliyev Məhərrəm Müseyib oğlu və Əliyev Emil Məhərrəm oğlundan iddiaçı “xxxx”xxxx ASC-nin xeyrinə xx xxxxxx 2013-cü il tarixli UM-29/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: xx xxxxxx 2015-ci il tarixli lmspSTB/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4995,94 manat, faiz borcuna görə 709,56 manat, cəmi 5705,50 manat, xx xxxxxxx 2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 100562 manat, faiz borcuna görə 17358,52 manat, cərimə borcuna görə 6391,85 manat, cəmi 124312,37 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predməti olan Əliyev Məhərrəm Müseyib oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 9A saylı evin 33 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Əliyev Məhərrəm Müseyib oğlunun xx xxxxxx 2015-ci il tarixli lmspSTB/15 saylı əlavə kredit müqaviləsi üzrə 5705 manat 50 qəpik, xx xxxxxxx 2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 124312 manat 37 qəpik borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx”xxxx ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 105.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 9A saylı evin 33 saylı mənzilinə tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Əliyev Məhərrəm Müseyib oğlu, Xıdırova Arzu Tofiq qızı. Əlizadə Gülər Məhərrəm qızı və Əliyev Müseyib Məhərrəm oğlunun çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx»xxxx ASC ilə Əliyev Məhərrəm Müseyib oğlu arasında xx.xx.2013-cü il tarixli UM-29/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2015-ci il tarixli lmspSTB/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, xx.xx.2017-ci il tarixədək illik 28% ödəmək şərtilə 5.000 AZN, xx.xx.2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 24% ödəmək şərtilə 104.000 AZN məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli UMİ-29/13 saylı ipoteka müqaviləsinə və ona dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən Əliyev Məhərrəm Müseyib oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 9A saylı evin 33 saylı mənzili «xxxx» Kommersiya Bankına ipotekaya qoyulmuşdur.İpoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinədə qeydiyyata alınmışdır (Çıxarış seriya RX №0313980, qeydiyyat №**********). xx.xx.2013-cü il tarixli UM-29/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda iddiaçı “xxxx”xxxx ASC ilə Əliyev Emil Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli Z-29/13 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Əliyev Emil Məhərrəm oğlu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Əliyev Məhərrəm Müseyib oğlu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclannm həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Əlivev Məhərrəm Müseyib oğlunun xx.xx.2016-cı il tarixə: xx.xx.2015-ci il tarixli 1mspSTB/15 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4995,94 manat, faiz borcu üzrə 709,56 manat, cəmi 5705,50 manat, xx.xx.2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 100562 manat, faiz borcuna görə 17358,52 manat, cərimə borcuna görə 6391,85 manat, cəmi 124312,37 manat borcu təşkil edir. xx.xx.2013-cti il tarixli UM-29/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Əliyev Məhərrəm Müseyib oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 9A saylı evin 33 saylı mənzili «xxxx»xxxx ASC qarşısmda ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» AR Qanununun 39.1-ci Maddəsinə görə ipoteka saxlayan ipoteka müaaviləsi üzrə tələbinin ödənilməsi ücün iddia ilə məhkəməvə müraciət edə bibr. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 av müddətində baxır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.2013-cü il tarixli UMİ-29/13 saylı ipoteka müqaviləsinə və ona dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sazişə əsasən Əliyev Məhərrəm Müseyib oğlunun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 9A saylı evin 33 saylı mənzili əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə Banka ipotekaya qoyulmuş və Daşınmaz əmlakm qiymətləndirilməsi barədə xx.xx.2015-ci il tarixli 210 saylı ekspert rəyinə və tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti olan əmlakıri ilkin satış qiyməti 105.000 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-668/2017 saylı, xx xxxxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Əliyev Məhərrəm Müseyib oğlundan və Əliyev Emil Müseyib oğlundan müştərək qaydada “xxxx”xxxx ASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli 1mspSTB/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə 4995,94 manat əsas, 709,56 manat faiz borcu, cəmi 5705,50 manat, xx xxxxxxx 2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsi üzrə 100561,53 manat əsas, 16474,90 manat faiz borcu olmaqla, 117036,43 manat məbləğində pul vəsaitinin tutulması, Əliyev Məhərrəm Müseyib oğlu və Əliyev Emil Məhərrəm oğlundan müştərək qaydada “xxxx”xxxx ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilən 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın UMİ-29/13 saylı, xx xxxxxx 2013-cü tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, cavabdeh Əliyev Məhərrəm Müseyib oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinə yönəldilməsi, Əliyev Məhərrəm Müseyib oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinin ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdeh Əliyev Məhərrəm Müseyib oğlunun “xxxx”xxxx” ASC-yə olan borcunun ödənilməsi, Əliyev Məhərrəm Müseyib oğlu, Xıdırova Arzu Tofiq qızı, Əlizadə Gülər Məhərrəm qızı və Əliyev Müseyib Məhərrəm oğlunun əmlak satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmələri, Əliyev Məhərrəm Müseyib oğlundan 50 (əlli) manat məbləğində keçirilmiş ekpertiza xərcinin dövlət nəfinə tutulması, Əliyev Məhərrəm Müseyib oğlundan ekspertiza keçirilməsi üçün iş və xidmətlərə görə 150 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Əliyev Emil Məhərrəm oğlu və Xıdırova Arzu Tofiq qızı ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyi, əsas, faiz və cərimə borcu məbləğlərinin düzgün hesablanmadığı, Arzu Xıdırova tərəfindən ipoteka müqaviləsinin imzalanmadığından etibarsız oluduğu, habelə ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyi arqumentləri ilə əsaslandırmışlar. Əvvəlki məhkəmə iclaslarıında iştirak edən cavabdehlər apellyasiya şikayətlərinin məzmunun uyğun izahat verərək onların təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx”xxxx ASC ilə cavabdeh Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış UM-29/13 saylı xx xxxxxx 2013-cü tarixli əsas kredit müqaviləsindən görünür ki, “xxxx”xxxx ASC Məhərrəm Əliyevə 60 ay müddətinə 1 000 000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır; “xxxx”xxxx ASC ilə cavabdeh Əliyev Məhərrəm Müseyib oğlu arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış xx xxxxxx 2013-cü il tarixli UM-29/13 saylı Əsas kredit müqaviləsinə N-1 saylı Sazişdən görünür ki, UM-29/13 saylı, xx.xx.2013-cü il tarixli Əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kreditin müddəti dəyişdirilərək xx xxxx 2030-cu ilədək 180 ay müəyyən edilir; «xxxx»xxxx ASC ilə cavabdeh Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış lmspSTB/15 saylı, xx xxxxxx 2015-ci il tarixli əlavə kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, bank Əliyev Məhərrəm Müseyib oğluna 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit xətti ayırmışdır; «xxxx»xxxx ASC ilə cavabdeh Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış 139UB/15 saylı, xx xxxxxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, bank Əliyev Məhərrəm Müseyib oğluna 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 104.000 manat məbləğində kredit vermişdir; “xxxx”xxxx ASC ilə Əliyev Emil Məhərrəm oğlu və Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış Z-29/13 saylı, xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki. Əliyev Emil Məhərrəm oğlu Əliyev Məhərrəm Müseyib oğlunun UM/29/13 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür; «xxxx»xxxx ASC ilə cavabdeh Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış UMİ- 29/13 saylı, xx xxxxxx 2013-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ’’xxxx”xxxx ASC ilə cavabdeh Əliyev Məhərrəm Müseyib oğlu arasında bağlanmış UM-29/13 saylı, xx xxxxxx 2013- cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi cavabdeh Əliyev Məhərrəm Müseyib oğluna məxsus olan ünvan 1 ünvanında olan yerləşən 33 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir; xx xxxx 2015-ci il tarixdə bağlanmış xx xxxxxx 2013-cü il tarixli UMİ-29/13 saylı ipoteka müqaviləsinə Sazişdən görünür ki, UM-29/13 saylı, xx.xx.2013-cü il tarixli Əsas kredit müqaviləsinin əsas kredit limitinin müddəti uzadılaraq, bitmə tarixi xx xxxx 2030-cu ilə müəyyən edilmiş, UMİ-29/13 saylı, xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin predmeti kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********90-05101-093029 saylı reyestr, qeydiyyat nömrəsi 1 109088551, xx xxxxxx 2009-cu il tarixində qeydə alınmış MA seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, tam mülkiyyət hüququ üzrə Əliyev Məhərrəm Müseyib oğlunun adma daşınmaz əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96905 nömrəli vərəqində qeydiyyata alınmış və ipoteka kimim ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzil çıxış edir; Xıdırova Arzu Tofiq qızı və Əlizadə Gülər Məhərrəm qızının notarial qaydada təsdiq edilmiş ərizələrinin surətindən görünür ki, onlar Əliyev Məhərrəm Müseyib oğluna məxsus olan ünvan 3 ünvanında olan 33 nömrəli mənzilin ipoteka qoyulmasına etiraz etməmişlər; Müdafiə Nazirliyi Bakı rayon Mənzilistismar hissəsi 4 saylı Evlər İdarəsinin 933 saylı, xx xxxxxx 2013-cü il tarixli arayışına əsasən, Əliyev Məhərrəm Müseyib oğlu, Xıdırova Arzu Tofiq qızı, Əlizadə Gülər Məhərrəm qızı, Əli yev Müseyib Məhərrəm oğlu ünvan 3 ünvanında olan 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 60.6 kv.metr yaşayış sahəsindən ibarət olan 33 nömrəli mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, 00024340 saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.8 kv.m, yaşayış sahəsi 60.6 kv.ııı, yardımçı sahəsi 20.2 kv.m olan 5 otaqlı 33 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Əliyev Məhərrəm Müseyib oğlunun adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxx 2009-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır; RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil Əliyev Məhərrəm Müseyib oğlu tərəfindən “xxxx”xxxx ASC/STB filialı qarşısında ipoteka ilə yüklü edilmişdir və bu barədə xx xxxxxx 2013-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Hüququn əvvəlki yüklülüyü yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil Əliyev Məhərrəm Müseyib oğlu tərəfindən “xxxx”xxxx ASC Biznes Mərkəzi filialı qarşısında ipoteka ilə yüklü edilmişdir və bu barədə xx xxxx 2015-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Hüququn əvvəlki yüklülüyü Uni Bankxxxx ASC/STB filialı. İş materiallarında olan «xxxx»xxxx ASC tərəfindən Əliyev Məhərrəm Müseyib oğlu və Əliyev Emil Məhərrəm oğluna göndərilmiş pretenziyanın surətindən görünür ki, borcludan borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********14 saylı məktubundan görünür ki, Əliyev Məhərrəm Müseyib oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 9 a ünvanında olan 33 nömrəli mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin ƏEM/İ12-768/17 saylı xx xxxx 2017-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən 33 saylı mənzilin real bazar qiyməti xx xxxx 2017-ci il tarixinə 140000 manat təşkil etmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/608921 saylı, xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Əliyev Məhərrəm Müseyib oğlunun “xxxx”xxxx ASC-yə 139UB/15 saylı kredit müqaviləsi üzrə 100562 manat əsas, 17358,52 manat faiz borcu, 6391,85 manat cərimə, cəmi 124312,37 manat məbləğində borcu vardır. İş materiallarında olan UB-BANK/PİKMD/608920 saylı, xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Əliyev Məhərrəm Müseyib oğlunun “xxxx.”xxxx ASC-yə lmspSTB/15 saylı kredit müqaviləsi üzrə 4995,94 manat əsas borc, 709,56 manat faiz borcu, cəmi 5705,50 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 3112 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən xx xxxxxx 2015-ci il tarixli lmspSTB/15 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsi üzrə Əliyev Məhərrəm Müseyib oğlunun xx.xx.2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) “xxxx”xxxx ASC-yə olan borcu ümumilikdə 5705,50 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 4995,94 manat, faiz borcu üzrə 709,56 manat. Təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxxx 2015-ci il tarixli 139UB/15 saylı əlavə kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) Əliyev Məhərrəm Müseyib oğlunun “xxxx”xxxx ASC-yə olan borcu 117036,43 manat müəyyən edilir, o cümlədən: əsas kredit borcu 100561,53 manat, faiz borcu 16474,90 manat. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Əliyev Məhərrəm Müseyib oğlu və Əliyev Emil Məhərrəm oğlu kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya şikayətlərində irəli sürülən, əsas və faiz borcunun düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, apellyatorlar bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı ilə müvafiq məbləğlər müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya qətnaməni “xx xxxxxx 2013-cü tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, cavabdeh Əliyev Məhərrəm Müseyib oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinə yönəldilməsi” hissəsində də əsaslı hesab edir. Belə ki, iş materiallarına olan, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Xıdırova Arzu Tofiq qızının cavabdehlər “xxxx”xxxx ASC-yə, Əliyev Məhərrəm Müseyib oğluna, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı xx xxxxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Xıdırova Arzu Tofiq qızının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il qətnaməsi ilə isə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kolelgiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Göründüyü kimi yuxarıda qeyd edilən məhkəmə aktları ilə ipoteka müqaviləsinin etibarsızlığı məsələsinə hüquqi qiymət verilmiş, həmin qətnamələr ilə müəyyən olunmuş hallar hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb edir və həmin hallar yenidən mübahisələndirilə bilməz. Məhkəmə iclaslarında iştiraklarıının təmin olunmaması ilə bağlı apellyatorların dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onların məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməmələrinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən təyin etdiyi qiymətləndiricinin rəyini əsas götürmüşdür. Bununla belə, apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, ipoteka predmetinin bazar qiymətinin 130 000 (yüz otuz min) manat təşkil etdiyi müəyyən olunmuşdur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli Qərardadına əsasən hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiymətinin ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinə dair gəldiyi nəticə ilə də razılaşır və eyni zamanda hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizaların xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri isə apellyatorlara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Əliyev Emil Məhərrəm oğlunun və Xıdırova Arzu Tofiq qızının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-668/2017 saylı, xx xxxxxxxx 2017ci il tarixli qətnaməsi Əliyev Məhərrəm Müseyib oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Əliyev Məhərrəm Müseyib oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 9a saylı evin 33 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 130.000 (yüz otuz min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Əliyev Emil Məhərrəm oğluna və Xıdırova Arzu Tofiq qızına aid edilsin. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə “xxxx” MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 300 ( üç yüz) manatın 150 (yüz əlli) manatı iddiaçı «xxxx»xxxx ASC-dən, 150 (yüz əlli) manatı isə Əliyev Emil Məhərrəm oğlundan və Xıdırova Arzu Tofiq qızından müştərək qaydada alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ64Bxxxx********************, Bank:“xxxx”ASC, VÖEN:**********, Müxbir hesab:AZ13NABZ********************, KOD: 501554, SWİFT: BxxxxAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-19/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-19/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver