Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-190/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı LPO İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 14 ferval 2013-cü il tarixli kredit müqaviləsi üzrə 742 manat məbləğində əsas borc, 20 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə, cəmi 792 manat məbləğində borcun, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 40.566 manat məbləğində əsas borc, 6.068 manat məbləğində faiz borcu, 2.000 manat məbləğində cərimə, cəmi 48.634 manat məbləğində borcun, 09 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə 19.143 manat məbləğində əsas borc, 12.005 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə, cəmi 31.178 manat məbləğində borcun alınaraq iddiaçıya verilməsi, 09 fevral 2012-ci il tarixli kredit müqaviləsi üzrə tələbin cavabdehə məxsus “Lexus GX 460” markalı, dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsaitdən 31.178 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə bankın 212/13 saylı, 07.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələbini ümumiyyətlə nəzərə almamış, əsas kimi isə kredit müqaviləsinin əslinin məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Halbuki bank tərəfindən təqdim edilən hesabdan çıxarış və arayışlarda cavabdehə tranşlarla 809.651,00 manat məbləğində kredit verildiyi müəyyən edilir. Bu səbədən, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Həmçinin faiz borcu düzgün hesablanmayıb. Bu səbəbdən, qətnamənin dəyişdirilərək, faiz borcunun azaldılması, cərimə borcunun slinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)- 6285/2019 saylı, 03.10.2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov öz apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyinə münasibətdə isə qeyd etdi ki, ekspert rəyində mülki işin 149-150-ci vərəqlərində olan məxaric orderlərindəki imzaların Cavabdeh məxsus olmadığı qeyd edilmişdir, halbuki, cavabdeh bankın rəhbərliyinə yaxın olmuşdur, bu səbəbdən də o, həmin məxaric sənədlərinə imza etməyi başqa bir şəxsə də tapşıra bilərdi və çox güman ki bu məhz belə də olmuşdur, ona görə də iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi E.Mustafayev apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İddiaçı ASC ilə Cavabdeh arasında 14.02.2013-cti il tarixdə 19/13 saylı təminatsız kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1115 manat məbləğində kredit verilmişdir. “İddiaçı’' ASC ilə Cavabdeh arasında 24.04.2013-cti il tarixdə 67/13 saylı təminatsız bərpaolunan kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 15 faiz ödəmək şərti ilə 12 ay müddətinə 3000 manat məbləğində kredit xətti açılmışdır. “İddiaçı’’ ASC ilə Cavabdeh arasında 09.08.2012-ci il tarixdə 410/12 saylı təminatlı bərpaolunan kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən cavabdehə illik 18 faiz ödəmək şərti ilə 60 ay müddətinə ”0830 manat məbləğində kredit verilmişdir. “İddiaçı" ASC ilə Cavabdeh arasında 09.08.2012-ci il tarixdə 410/12 saylı girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 09.08.2012-ci il tarixdə bağlanmış 410/12 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəlikləri “Lexus GX 460'’ markalı, ** NM *** dövlət nömrə nişanlı minik avtomobilin girov qoyulması yolu ilə təmin edilmişdir. Mülki işdə olan 2577 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 410/12 saylı kredit müqaviləsi üzrə 19143,12 manat məbləğində əsas borcun. 16840,06 manat məbləğində faiz borcunun və 361,42 manat məbləğində cərimə borcunun, cəmi 36344.6 manat kredit borcu vardır. Mülki işdə olan 2576 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki. cavabdehin 67/13 saylı kredit müqaviləsi üzrə 850246,42 manat məbləğində əsas borc, 419693.44 manat məbləğində faiz borcu və 299003,87 manat məbləğində cərimə borcu, cəmi 1568943.73 manat kredit borcu vardır. Mülki işdə olan 2575 saylı, 18.10.2016-cı il tarixli maliyyə arayışından görünür ki. cavabdehin 19/13 saylı kredit müqaviləsi üzrə 747,37 manat məbləğində əsas borcun. 372.53 manat məbləğində faiz borcunun və 361,42 manat məbləğində cərimə borcunun, cəmi 1481,32 manat kredit borcu vardır. İddiaçı cavabdehə kredit borcunun ödənilməsinə dair 22.09.2016-cı i! tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki. həmin ərizə 27.10.2016-cı il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmışdır. Məhkəmə Mühasibatlıq Ekspertizasının 3239 saylı, 18.10.2018-ci il tarixli rəyindən görünür ki, 09.08.2012-ci il tarixli 410/12 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 09.08.2017-ci il tarixə banka olan faiz borcu 12005,14 manat, 14.02.2013-cü il tarixli, 19/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20.02.2014cü il tarixə əsas borcu 742 manat, faiz borcu 20,03 manat, 24.04.2013-cü il tarixli 67/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 24.04.2014-cü il tarixə əsas borc üzrə 40566 manat, faiz borcu üzrə 6068 manat məbləğində borcu müəyyən edilir. Həmçinin 18 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh 73.000 manatdan başqa, tranşlarla 809.651 manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli, 5245 saylı ekspert rəyinə görə: 09.08.2012-ci il tarixli 410/12 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 09.08.2017-ci il tarixə banka olan əsas borc üzrə 29.424,37 manat, faiz borcu 12.005,14 manat; 14.02.2013-cü il tarixli, 19/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20.02.2014-cü il tarixə əsas borcu 742 manat, faiz borcu 20,03 manat, 24.04.2013-cü il tarixli 67/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 24.04.2014-cü il tarixə əsas borc üzrə 40.566 manat, faiz borcu üzrə 6.068,00 manat məbləğində borcu müəyyən edilir. Həmin ekspert rəyində qeyd edilmişdir ki, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh 73.000 manatdan başqa, tranşlarla 809.651 manat məbləğində kredit verilmişdir, lakin həmin kredit müqaviləsinin əsli təqdim edilməmişdir. Qeyd edilən ekspert rəyində qeyd 07.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin əsli təqdim olunmadığı üçün təqiqat aparılmadı. Mülki işin 3-cü cildinin 133-cü vərəqəsində Cavabdeh adına olan 14.06.2013-cü il tarixli məxaric orderində 10434 AZN, 133-cü vərəqəsində olan 23.05.2013-cü il tarixli məxaric orderində 15386 AZN, 134-cü vərəqəsində olan 07.06.2013-cü il tarixli məxaric orderində 5700 AZN, 135-ci vərəqəsində olan 29.05.2013-cü il tarixli məxaric orderində 13780 AZN, 136-cı vərəqəsində olan 10.05.2013-cü il tarixli məxaric orderində 125000 AZN, 137-ci vərəqəsində olan 29.05.2013-cü il tarixli məxaric orderində 5672 AZN, 138ci vərəqəsində olan 22.05.2013-cü il tarixli məxaric orderində 29582 AZN, 139-cu vərəqəsində olan 07.06.2013-cü il tarixli məxaric orderində 26182 AZN, 140-cı vərəqəsində olan 26.04.2013-cü il tarixli məxaric orderində 32236 AZN, 141-ci vərəqəsində olan 29.04.2013-cü il tarixli məxaric orderində 35000 AZN, 142-ci vərəqəsində olan 02.05.2013-cü il tarixli məxaric orderində 20000 AZN, 143-cü vərəqəsində olan 12.07.2013-cü il tarixli məxaric orderində 79300 AZN, 144-cü vərəqəsində olan 12.07.2013-cü il tarixli məxaric orderində 800 AZN, 146-cı vərəqəsində olan 25.04.2013-cü il tarixli məxaric orderində 40000 AZN, 147-ci vərəqəsində olan 05.07.2013-cü il tarixli məxaric orderində 40234 AZN, 148-ci vərəqəsində olan 26.04.2013-cü il tarixli orderdə 10570 AZN, 149-cu vərəqəsində olan 07.06.2013-cü il tarixli orderdə 26182 AZN, 150-ci vərəqəsində olan 10.06.2013-cü il tarixli orderdən isə görünür ki, 2500 AZN məbləğində pul vəsaitini Cavabdeh imza edərək qəbul etmişdir. Bakı Apellyasia Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 133-cü vərəqəsində Cavabdeh adına olan 14.06.2013-cü il, 133-cü vərəqəsində olan 23.05.2013-cü il, 134-cü vərəqəsində olan 07.06.2013-cü il, 135-ci vərəqəsində olan 29.05.2013-cü il, 136-cı vərəqəsində olan 10.05.2013-cü il, 137-ci vərəqəsində olan 29.05.2013-cü il, 138-ci vərəqəsində olan 22.05.2013-cü il, 139-cu vərəqəsində olan 07.06.2013-cü il, 140-cı vərəqəsində olan 26.04.2013-cü il, 141-ci vərəqəsində olan 29.04.2013-cü il, 142-ci vərəqəsində olan 02.05.2013-cü il, 143-cü vərəqəsində olan 12.07.2013-cü il, 144-cü vərəqəsində olan 12.07.2013-cü il, 146-cı vərəqəsində olan 25.04.2013-cü il, 147-ci vərəqəsində olan 05.07.2013-cü il və 148-ci vərəqəsində olan 26.04.2013-cü il tarixli orderlərindəki “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Cavabdeh Mayil oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 149-150-ci vərəqələrində Cavabdeh adına olan 07.06.2013-cü il tarixli 1***-******* Ekran - Unikal kodlu, 10.06.2013-cü il tarixli 1***-******* Ekran - UniKal xodlu kassa məxaric orderlərindəki “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Cavabdeh yox başqa şəxs tərəfindən imzalanmışdır. Həmin ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 3-cü cildində 145-ci vərəqəsində olan Cavabdeh adına olan 16.07.2013-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım/Received” qrafasındakı imza faksmile qurğusu ilə icra olunmasına şübhə yarandığından həmin imza üzrə tədqiqat aparılmadı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətin münasibətdə tərəflər arasında bağlanmış 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə, eləcə də tərəflər arasında bağlanmış, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə aid hissədə tam yoxlayır, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə isə onun məhkəmə iclasına çağrılmaması (prossessual tərəf) ilə yanaşı, həm də kredit müqavilələri üzrə yalnız faiz və cərimə borcuna aid hissədə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən, 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə münasibətdə tam, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə münasibətdə isə həmin müqavilə üzrə tələbin təmin olunmayan hissəsində ləğv edilməli, həmin ləğv olunmuş hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən, yəni 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə münasibətdə Ali Məhkəmənin hazırkı iş üzrə qərarındakı məcburi göstərişlərinə əsasən, 3545 ABŞ dolları əsas borc, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə münasibətdə isə Cavabdeh tərəfindən imzalandığı ekspert rəyi ilə təsdiq edilən kassa məxaric orderlərindəki pul məbləği hissəsində cəmi, 483,849,5 manat məbləğində təmin edilməli, qalan hissədə isə həmin müqavilələrə münasibətdə iddia tələbi ilə bağlı əsaslı sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə borc tələb etsə də, bu müqavilənin mövcud olmasını, o cümlədən cavabdeh tərəfindən imzalanaraq onu şərtləri ilə razılaşmasını təsdiq edən sübutu (müqavilənin əslini və ya təsdiq edilmiş surətini) məhkəməyə təqdim etməmişdir. Eyni ilə, iddiaçı 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə tranşlarla 854.300 manat məbləğində pul vəsaitinin verilməsini göstərsə də, (apellyasiya şikayətində verilən kreditin məbləği 809.651 manat göstərilmişdir), məhkəməyə təqdim etdiyi kredit müqaviləsindən ayrılan məbləğin cəmi 73.000 manat olması müəyyən olunmuşdur. Rayon məhkəməsi iddiaçı həmin kredit müqaviləsi üzrə verilən kredit vəsaitinin artırılması və müvafiq olaraq qaytarma şərtləri (faiz dərəcəsi, müddəti və s.) barədə məhkəməyə sübut, yəni kredit müqaviləsi təqdim etmədiyi üçün iddia tələbini həmin hissədə rədd etmişdir. Apellyasiya məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-6285/2019 saylı, 03.10.2019-cu il tarixli qərarında qeyd etmişdir ki, “ ...iddia tələbinin əsasını kredit müqavilələri üzrə borcun qaytarılması və ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Borc müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin normanın məzmunundan göründüyü kimi razılaşdırılmış məbləğdə pul vəsaitini və ya digər əşyanı borc alana təhvil vermək borc verənin vəzifəsi olmaqla, həmin predmeti təhvil almaq borc alanın hüququdur. Bununla bərabər aldığı məbləği və digər əşyanı razılaşdırılmış vaxtda və şərtlərlə geri qaytarmaq borc alanın vəzifəsi olmaqla, bunu tələb etmək borc verənin hüququdur. Qanuni əsaslar olmadan borclunun aldığı məbləği geri qaytarmaq vəzifəsindən azad edilməklə, kreditorun tələbinin rədd edilməsi yolverilməzdir. ...Beləliklə, iddiaçının 07 avqust 2013-cü il tarixli kredit müqaviləsi təqdim edilməsə də, pul vəsaitinin cavabdeh tərəfindən alınması digər yazılı sənədlərlə- hesabdan çıxarışlar və kassa məxaric orderləri, eyni zamanda 73.000 manat məbləğində kreditin ayrılmasını nəzərdə tutan 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 854.300 manat məbləğində pulun verilməsi də eyni qaydada təsdiqlənməsi bank və cavabdeh arasında bu barədə razılaşmanın olması barədə nəticəyə gəlməyə əsas verir. ...Bankdan borclunun kredit müqaviləsi hesabı üzrə artıq məbləğlərin verilməsi və borclu tərəfindən həmin məbləğlərin mübahisəsiz qaydada qəbul edilməsi, lakin qeyd edilən halın məhkəmə tərəfindən kredit razılaşması kimi deyil, bankın hesabından cavabdehin kredit hesabı üzrə naməlum məqsədlərə silinməsi kimi qiymətləndirilməsi müqavilənin əsaslarını müəyyən edən mülki qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən həmin məbləğlərin cavabdehin hesabına yerləşdirilməsində bankın vəzifəli şəxslərinin cinayət əlamətlərinin olub-olmamasının, qeyd edilən məbləğlərin cavabdeh tərəfindən alındığı təsdiq edildiyi halda, sonuncuya hər hansı aidiyyəti olmamaqla, onun həmin məbləği geri qaytarmaq vəzifəsindən də azad edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış 18 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə də 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh 73.000 manatdan başqa, tranşlarla 809.651 manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. Bu halda kredit müqaviləsi üzrə göstərilən məbləğdən artıq məbləğdə kredit verilməsi hissəsində yazılı formaya əməl edilməməsi və ya digər müqavilə üzrə, ümumiyyətlə yazılı formadan istifadə edilməməsi, həmin məbləğin ümumiyyətlə geri qaytarılmaması üçün əsas hesab edilə bilməməklə, həmin məbləğin hansı müddətə verilməsi və faiz dərəcəsi müəyyən edilə bilmədiyindən, tələbin yalnız həmin məbləğə faiz və dəbbə pulu hesablanması hissəsində rəddi üçün əsasdır. Digər tərəfdən, iddiaçı tərəfindən hesabdan çıxarışlar və cavabdehin ad və soyadı göstərilməklə və imzası ilə təsdiq edilməklə məbləğlərin sonuncu tərəfindən alınmasına dair kassa məxaric orderləri təqdim edildiyi halda, apellyasiya məhkəməsi ayrılan məbləğlərin məhz cavabdehə verilməsinin təsdiq edilməməsi barədə səhv nəticəyə gəlmişdir” Kollegiya Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçı tərəf qeyd edilən 24.04.2013-cü il tarixli müqavilə üzrə pulun verilməsini təsdiq edən kassa məxaric orderlərinin əslini təqdim etmişdir. Cavabdeh tərəf isə həmin məxaric orderlərindəki imzanın cavabdehə məxsus olmadığını qeyd etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 133-cü vərəqəsində Cavabdeh adına olan 14.06.2013-cü il, 133-cü vərəqəsində olan 23.05.2013-cü il, 134-cü vərəqəsində olan 07.06.2013-cü il, 135-ci vərəqəsində olan 29.05.2013-cü il, 136-cı vərəqəsində olan 10.05.2013-cü il, 137-ci vərəqəsində olan 29.05.2013-cü il, 138-ci vərəqəsində olan 22.05.2013-cü il, 139-cu vərəqəsində olan 07.06.2013-cü il, 140-cı vərəqəsində olan 26.04.2013-cü il, 141-ci vərəqəsində olan 29.04.2013-cü il, 142-ci vərəqəsində olan 02.05.2013-cü il, 143-cü vərəqəsində olan 12.07.2013-cü il, 144-cü vərəqəsində olan 12.07.2013-cü il, 146-cı vərəqəsində olan 25.04.2013-cü il, 147-ci vərəqəsində olan 05.07.2013-cü il və 148-ci vərəqəsində olan 26.04.2013-cü il tarixli orderlərindəki “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü cildinin 149-150-ci vərəqələrində Cavabdeh adına olan 07.06.2013-cü il tarixli 1***-******* Ekran - Unikal kodlu, 10.06.2013-cü il tarixli 1***-******* Ekran - UniKal xodlu kassa məxaric orderlərindəki “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Cavabdeh yox başqa şəxs tərəfindən imzalanmışdır. Həmin ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 3-cü cildində 145-ci vərəqəsində olan Cavabdeh adına olan 16.07.2013-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım/Received” qrafasındakı imza faksmile qurğusu ilə icra olunmasına şübhə yarandığından həmin imza üzrə tədqiqat aparılmadı. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində 24.04.2013-cü il tarixli müqaviləni təqdim edə bilməsə də, tranşlarla cavabdehə 854.300 manat məbləğində pulun verilməsini bildirmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman alınmış 18 oktyabr 2018-ci il tarixli ekspert rəyi ilə 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh tranşlarla 809.651 manat məbləğində kredit verilməsi müəyyən edilmişdir. Məhkəmə kolegiyası bildirir ki, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsinin hesabı üzrə Cavabdeh tranşlarla verilmiş 809.651 manat məbləğin 73000 manat hissəsinə rayon məhkəməsi ekspert rəyinə müvafiq münasibət bildirmişdir, Kollegiya da həmin nəticə ilə razılaşır. Qalan hissə isə iddiaçı tərəfindən təqdim olunmuş məxaric orderlərində cavabdeh tərəfindən imzalandığı Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyi ilə təsdiq olunan kassa məxaric orderlərindəki 489.876 manat məbləğə münasibətdə təmin edilməlidir. Eyni zamanda, həmin 489.876 manat məbləğin 3545 ABŞ dolları 07.08.2013-cü il tarixli müqaviləyə (həmin müqaviləyə aid olunmaqla) əsasən tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyində cavabdeh tərəfindən imzalandığı təsdiq edilən mülki işin 3-cü cildindəki 133-144, 146-148-ci vərəqlərdəki məxaric orderlərində olan 489.876 manat məbləğdən iddiaçının tələbi 07.08.2013-cü il tarixli müqavilə üzrə 3545 ABŞ dolları əsas borc, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə cəmi (489.876-3545 ABŞ dolları (6026,5 manat) =483,849,5 manat) 483,849,5 manat məbləğində təmin edilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.03.2021-ci il tarixli, 4/291 saylı ekspert rəyində 3-cü cildin 145-ci vərəqəsində olan məxaric orderi Cavabdeh adına olan 16.07.2013-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım/Received” qrafasındakı imza faksmile qurğusu ilə icra olunmasına şübhə yarandığından həmin imza üzrə tədqiqat aparılmadığı qeyd edildiyindən, iddiaçı tərəfindən həmin pulun verilməsini təsdiq edən başqa əsaslı sübut təqdim edilmədiyindən iddia tələbi həmin məxaric orderinə münasibətdə rədd edilməlidir. Həmin ekspert rəyində, mülki işin 3-cü cildinin 149-150-ci vərəqələrində Cavabdeh adına olan 07.06.2013-cü il tarixli 1***-******* Ekran - Unikal kodlu, 10.06.2013-cü il tarixli 1***-******* Ekran - UniKal xodlu kassa məxaric orderlərindəki “Təhvil aldım/Received” qrafalarındakı imzalar - Cavabdeh yox başqa şəxs tərəfindən imzalanığı qeyd edildiyindən iddia tələbi mülki işin 3-cü cildinin 148-149-cu vərəqəsində olan məxaric orderlərinə münasibətdə də təmin edilməməldir. Məhkəmə Kollegiyası 07.08.2013-cü il tarixli və 24.04.2013-cü il tarixli müqavilələr təqdim edilmədiyi üçün məbləğin hansı müddətə verilməsi və faiz dərəcəsi müəyyən edilə bilmədiyindən, iddia tələbi faiz və dəbbə pulu hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə isə aşağıdakıları qeyd edir. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili rayon məhkəməsi tərəfindən məhkəmə iclasları barədə ona məlumat verilməməsi ilə bağlıdır. Kollegiya bununla bağlı qeyd edir ki, mülki işdə olan məhkəmə bildirişlərindən müəyyən edilir ki, cavabdehin qeydiyyat ünvanına məhkəmə iclası barədə müvafiq bildirişlər göndərilmişdir (1-ci cild i/v 58-59, 2-cild i/v 280-281). Bundan əlavə, cavabdehin məhkəmə iclası barədə xəbərdar edilməsini məhkəməyə göndərdiyi iclasın təxirə alınmasını xahiş etdiyi teleqram da təsdiq edir (2-ci cild i/v 284). Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə faiz borcu və dəbbə pulunun məbləği ilə bağlı olmuşdur. Kollegiya bununla bağlı da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 18.12.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2020-ci il tarixli, 5245 saylı ekspert rəyinə görə: 09.08.2012-ci il tarixli 410/12 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 09.08.2017-ci il tarixə banka olan əsas borc üzrə 29.424,37 manat, faiz borcu 12.005,14 manat; 14.02.2013-cü il tarixli, 19/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 20.02.2014-cü il tarixə əsas borcu 742 manat, faiz borcu 20,03 manat, 24.04.2013-cü il tarixli 67/13 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 24.04.2014-cü il tarixə əsas borc üzrə 40.566 manat, faiz borcu üzrə 6.068,00 manat məbləğində borcu müəyyən edilir. Beləliklə, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və bununla bağlı ətraflı araşdırma apararaq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər öz təsdiqini tapmadığından və onun dəlilləri əsaslı olmadığından şikayət təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən, qətnamə qismən, 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə münasibətdə tam, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə münasibətdə isə həmin müqavilə üzrə tələbin təmin olunmayan hissəsində ləğv edilməli, həmin ləğv olunmuş hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən, yəni 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə münasibətdə Ali Məhkəmənin hazırkı iş üzrə qərarındakı məcburi göstərişlərinə əsasən, 3545 ABŞ dolları əsas borc, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə münasibətdə isə Cavabdeh tərəfindən imzalandığı ekspert rəyi ilə təsdiq edilən kassa məxaric orderlərindəki pul məbləği hissəsində cəmi, 483,849,5 manat məbləğində təmin edilməli, qalan hissədə isə həmin müqavilələrə münasibətdə iddia tələbi ilə bağlı əsaslı sübutlar təqdim edilmədiyindən iddia tələbi təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməli, ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1280/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, 07.08.2010-cu il tarixli 12/13 saylı müqaviləyə münasibətdə tam, 24.04.2013-cü il tarixli 67/13 saylı müqaviləyə münasibətdə isə həmin müqavilə üzrə tələbin təmin olunmayan hissəsində ləğv edilsin, həmin ləğv olunmuş hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 07.08.2013-cü il tarixli müqavilə üzrə 3545 (üç min beş yüz qırx beş) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) əsas borc, 24 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə cəmi 483,849,5 (dörd yüz səksən üç min səkkiz yüz qırx doqquz manat beş qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi ləğv olunmuş qalan hissədə təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri (200+125) 325 (üç yüz iyirmi beş) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh alınaraq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-190/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-190/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver